Ətraflı axtarış
Baxanların
19836
İnternetə qoyma tarixi: 2008/03/03
Sualın xülasəsi
Təvəssül nədir? Quran və sünnətdə onun şəri bir iş olmasına dəlil nədir?
Sual
Təvəssül nədir? Quranda, Peyğəmbər sünnətində, Əhli-beytin, müsəlmanların və səhabələrin davranışında onun şəri bir iş olmasına dair dəlil vardırmı?
Qısa cavab

Müxtəlif dövrlərdə müsəlmanların arasında adi və rəvacda olan bir iş – mütəal Allahdan başqasına təvəssül etmək, peyğəmbərlərdən və ilahi övliyalardan kömək istəmək Allahın fellərində şərik qoşmaq mənasına deyildir. Əksinə, məqsəd budur ki, Allah-taala insanların istək və hacətlərini bu ilahi övliyaların varlıq bərəkəti ilə yerinə yetirir. Həqiqətdə bu insanlar ilahi övliyaların vasitəsi ilə Allahın Özünə təvəssül edir, Allahı çağırırlar ki, onların istəklərini rəva etsin. Müsəlmanlar Allah övliyalarını çağırırlar ki, övliyalar onların istəklərini Allahdan diləsinlər. Bu məna Qurani-kərimdə möminlərdən istənilmişdir:

يا أَيُّهَا الَّذينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَ ابْتَغُوا إِلَيْهِ الْوَسيلَةَ

“Ey iman gətirənlər! Allahdan qorxun (Onun əmr və fərmanları ilə müxalifətdən çəkinin) və Ona (Onun dərgahına) yaxınlaşmaq üçün vasitə axtarın!”[i]

Qısa şəkildə desək, Allah övliyalarına təvəssül etmək əql və şəriət tərəfindən bəyənilən bir işdir. Peyğəmbər (səlləllahu əleyhi və alih) və məsum imamların (əleyhimus-salam) tutduğu yol, habelə keçmiş dövrlərdən indiyə qədər bütün müsəlmanların adəti ilahi övliyalara təvəssül etmək əsasında olmuşdur. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) və Əhli-beyt imamları camaatı Qurana və Allah övliyalarına təvəssül etməyə təşviq edirdilər.

 


[i] “Maidə” surəsi, ayə: 35

 

Ətreaflı cavab

Peyğəmbərlərə və ilahi övliyalara təvəssül etmək

İslam dininin zəruri məsələlərindən, eləcə də Peyğəmbərimizin ardıcıllarının hamısının müttəfiq fikirdə olduqları tövhid sütunlarından biri budur ki, varlıq aləminin idarə olunması yalnız Allahın ixtiyarındadır. Xəlq etmək, ruzi vermək, diriltmək, öldürmək, gecə-gündüzü, qaranlığı və nuru qərar vermək, yağış nazil etmək və s. işlərin hamısı yalnız Allahın vasitəsi ilə baş verir. Qurani-kərim özünün bir çox ayələrində bu mənanı təkidləndirir və şirkin bütün növlərini (ilahilikdə, rəbb olmaqda, Allaha bəndəlikdə və s.) şiddətlə rədd edir.

Amma diqqət yetirmək lazımdır ki, müxtəlif zamanlarda müsəlmanların arasında adi və rəvacda olan məsələ, yəni Allahdan qeyrisinə təvəssül etmək (onu vasitə qərar vermək), ilahi övliyalardan və peyğəmbərlərdən kömək istəmək onları Allahın işlərində şərik qoşmaq mənasına deyildir. Əksinə, bu mənayadır ki, onlar Allah dərgahına yaxın və Onun sevimli bəndələridir, Allah dərgahında xüsusi məqama malikdirlər və ehtirama layiq görülürlər, buna görə də ilahi feyzin kainata nazil olma səbəbləridir.

Bu məsələnin tam aydın olması üçün təvəssülün lüğət və termindəki mənasını araşdırırıq:

Lüğət nəzərindən təvəssül insanın öz hədəfinə, meyl və rəğbət göstərdiyi şeylərə nail olması üçün vasitə qərar verdiyi hər bir şeyə deyilir.[1] Bəziləri də demişlər: Təvəssül qiyamət günündə şəfaət etməkdən ibarətdir.[2]

Müsəlmanların dini terminində şəfaət ilahi qürb (Allah dərgahına yaxınlıq) məqamına çatmaq üçün peyğəmbərləri, imamları, saleh insanları Allah dərgahında vasitə qərar verməkdir.

Təvəssülə etiqad Quran və Peyğəmbər sünnətindən qaynaqlanır. Quranda buyurulur: “Ey iman gətirənlər! Allahdan qorxun (Onun əmr və fərmanları ilə müxalifətdən uzaq olun)! Onun dərgahına yaxınlaşmaq üçün vasitə axtarın və Onun yolunda cihad edin, bəlkə qurtuluşa nail olasınız!”[3]

Təvəssül etdiyimiz hörmətli və dəyərli varlıq bəzən bizi aləmlərin Pərvərdigarına yaxınlaşdıran saleh əməllərdir, bəzən isə Allah dərgahında xüsusi ehtirama və yüksək məqama malik olan hörmətli insanlardır.

Həmçinin bəzən diri olan adamlara, bəzən isə dünyadan gedənlərə təvəssül edilir. Bu barədə Quran və rəvayətlərdə bir neçə nümunəni qeyd edirik:

1. Yusifin qardaşlarının ataları həzrət Yəquba (əleyhis-salam) təvəssülü: “Dedilər: Ey ata! Bizim günahlarımız üçün istiğfar et, çünki biz xətakar idik.” Atası dedi: “Tezliklə Pərvərdigarımdan sizin üçün bağışlanmaq istəyəcəyəm, çünki O, mehriban və bağışlayandır.”[4]

Gördüyünüz kimi, Yəqub (əleyhis-salam) öz övladlarının istəyini rədd etmədi və onlara “Nə üçün özünüz birbaşa Allaha dua etmir və mənə təvəssül edirsiniz?!” - deyə buyurmadı, əksinə, onların təvəssülünü təsdiqlədi və vədə verdi ki, onlar üçün Allahdan bağışlanmaq diləyəcəkdir.

2. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-ə təvəssül: “Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gələrək Allahdan bağışlanmaq istəsəydilər və Peyğəmbər (də) onlar üçün (vasitəçilik edərək) Allahdan bağışlanmaq istəsəydi, Allahın tövbələri qəbul edən və mehriban olduğunu mütləq görərdilər.”[5]

Bu ayə göstərir ki, Allahdan bağışlanmaq istəmək üçün hörmətli, abır-heysiyyətli bir vasitə tapmaq lazımdır ki, Allah onun xatirinə insanın hacətlərini rəva etsin.

3. Osman ibni Hüneyf deyir: Kor bir kişi Peyğəmbər (səlləllahu əleyhi və alih)-in hüzuruna gəlib ərz etdi: “Ya Rəsuləllah! Allahdan istəyin, mənə şəfa versin!” Həzrət buyurdu: “Əgər səbir etsən, sənin üçün yaxşıdır. Yox, əgər istəyirsənsə mən Allahdan istəyim, sənə şəfa versin.” O kişi dedi: “Allahdan istəyin, mənə şəfa versin!” Həzrət ona göstəriş verdi ki, dəstəmaz alsın və Allahı bu sözlərlə çağırsın:

اَللَّهُمَّ إِنِّي أَسْأَلُکَ وَ أَتَوَجَّهُ اِلَيْکَ بِنَبِيِّکَ مُحَمَّدٍ، نَبِيِّ الرَّحْمَةِ، يَا مُحَمَّدُ اِنَّنِي تَوَجَّهْتُ بِکَ إِلَي رَبِّي فِي حَاجَتِي لِيَقْضِيَهَا اِلَيَّ، اَللَّهُمَّ شَفِّعْهُ

“Pərvərdigara! Səndən istəyirəm və rəhmət Peyğəmbərin həzrət Məhəmmədin vasitəsi ilə Sənə üz tutmuşam! Ya Məhəmməd! Mən sənin vasitənlə Allah dərgahına üz gətirirəm ki, hacətimi yerinə yetirsin.”[6]

Bu səhih hədis təvəssülün şəri cəhətdən qanuni bir iş olduğunu göstərir və təkid edir. Çünki Peyğəmbər nəinki o şəxsin təvəssülünü qadağan etmədi, üstəlik düzgün təvəssülün yolunu da ona təlim verdi. O, Peyğəmbəri özü ilə Allah arasında vasitə qərar verərək Allahdan ona şəfa verməsini istədi. Bu da elə ilahi övliyalara təvəssül etməkdir.

4. Ənəs ibni Malik deyir: Bir nəfər Peyğəmbər (səlləllahu əleyhi və alih)-in yanına gəlib dedi: “Ey Allahın Rəsulu! Mal-heyvanlarımız susuzluqdan tələf oldular! Allahdan istəyin (yağış nazil etsin).” Peyğəmbər dua etdi və düz bir həftə yağış yağdı. Sonra başqa bir kişi Peyğəmbərin yanına gəlib dedi: “Ey Allahın Rəsulu! Evlər uçub-dağılmış, yollar kəsilmişdir...” Peyğəmbər belə dua etdi: “Pərvərdigara! (Özünün rəhmət yağışını) dağlara, təpələrə, dərələrin içinə, çaylara və ağac bitən yerlərə nazil et!” Bundan sonra Mədinə şəhərində yağış dayandı, amma ətraf yerlərə yenə də yağırdı.[7]

5. Həzrət Adəm (əleyhis-salam) xətaya düçar olduqdan sonra dedi: “Ey Pərvərdigarım! Səndən istəyir və Səni and verirəm Məhəmmədin haqqına, məni bağışla!” Allah-taala buyurdu: “Ey Adəm! Məhəmmədi (hələ) yaratmadığım halda onu necə tanıdın?!” Adəm dedi: “Məni xəlq etdiyin zaman ərşə baxdım, orada belə yazıldığını gördüm: لا إله الاّ الله، محّمد رسول الله “Allahdan başqa heç bir məbud yoxdur, Məhəmməd Allahın Rəsuludur.” Onun adının Sənin adınla yanaşı olduğunu görəndə bildim ki, o, məxluqlar içərisində Sənə ən sevimli olan şəxsdir.” Allah buyurdu: “Məhəmmədin haqqına and verib istədiyin üçün səni bağışladım.”[8]

6. Süyuti, İbni Abbasın belə dediyini nəql edir: “Həzrət Adəmin Pərvərdigardan öyrəndiyi və bağışlanmasına səbəb olan kəlmələr barəsində (Peyğəmbərdən) soruşduqda həzrət buyurdu: “Adəm (əleyhis-salam) Allahı Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseynə and verərək istədi ki, tövbəsini qəbul etsin. Allah da onun tövbəsini qəbul etdi.”[9]

7. Əbu Hüreyrə yuxarıdakı hədisin davamında Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-dən belə nəql edir: “... Ey Adəm! Bunlar (Əhli-beyt) Mənim seçdiyim şəxslərdir... Hər vaxt hacətin olsa, onları vasitə (onlara təvəssül) et.” Peyğəmbər buyurdu: “Biz (Əhli-beyt) nicat gəmisiyik: Hər kəs bu gəmiyə minsə, nicat tapar, hər kəs ondan ayrılsa, həlak olar. Hər kəsin Allah dərgahında hacəti və ehtiyacı varsa, gərək biz Əhli-beyti vasitə qərar versin.”[10]

8. İbni Abbas deyir ki, Ömər ibni Xəttab Peyğəmbərin əmisi Abbas ibni Əbdül-Müttəlibin vasitəsi ilə Allahdan yağış istəyir və deyirdi: “Pərvərdigara! Biz Peyğəmbərimizin əmisinin vasitəsi ilə Səndən yağış istəyirik. Onun ağarmış saçları ilə şəfaət istəyirik.” Bundan sonra yağış nazil oldu və səhralar sirab oldu.[11]

Yuxarıdakı hədisin oxşarı olan digər bir rəvayətdə deyilir: Abbas Allahdan yağış istədi və yağış nazil oldu. Bu zaman Ömər camaata xitab edərək dedi: “Allaha and olsun! Abbas Allah dərgahında bizim vasitəmizdir və Allah yanında böyük məqama malikdir.”[12]

Qəstəlani yazır: Ömər Abbasın vasitəsi ilə Allahdan yağış istədikdən və yağış yağdıqdan sonra camaata dedi: “Ey camaat! Allahın Rəsulu Abbasa ata gözü ilə baxırdı. Ona tabe olun və onu Allah dərgahında vasitə qərar verin!”[13]

Bu əməl təvəssülü mütləq şəkildə və ya Peyğəmbərdən qeyrisinə təvəssülü qadağan edənlərin və ya batil sayanların fikridir. Burada deyilir ki, vəsilənin (vasitənin) nümunələrindən biri Allah dərgahına yaxınlaşmağa səbəb olan möhtərəm və böyük məqamlı şəxsə təvəssül etməkdir. Ömərin dediyi “Bu, Allaha and olsun ki, Allah dərgahına vasitə və Onun dərgahında möhtərəm şəxsdir” sözündə hörmətli bir şəxsin Allah dərgahında vasitə seçilməsinə dəlalətdə kifayət qədər aşkar bəyan vardır.

İbni Həcər Əsqəlani yazır: Peyğəmbərin əmisi Abbas dua edərək dedi: “Ey Allah! Camaat mənim Sənin Peyğəmbərinlə malik olduğum (yaxın) əlaqəyə görə mənə üz gətirmişlər.”[14]

Şübhəsiz, burada məqsəd Abbasın (Allah dərgahında malik olduğu məqama) təvəssül etmək olmuşdur. Qəti olaraq demək olar ki, islamın əvvəllərində müsəlmanlar öz ehtiyaclarının rəva olması üçün pak və saleh insanlara təvəssül edirdilər.

 

Müsəlmanların davranışında təvəssül

Hədislərdən məlum olur ki, o həzrət vəfat etdikdən sonra müsəlmanların tutduğu bu yol davam etmişdir. Aşağıda bəzi nümunələri qeyd edirik:

1. Beyhəqi belə nəql edir: Bir kişi Peyğəmbər (səlləllahu əleyhi və alih)-in qəbrinin yanına gəlib dedi: “Ey Məhəmməd! Ümmətin üçün Allahdan yağış istə!” Çox keçmədən yağış yağmağa başladı və susuzluqları aradan qalxdı.[15]

2. Abbasi hakimi Mənsur Peyğəmbəri necə ziyarət etmək barədə maliki məzhəbinin rəisi Malik ibni Ənəsə dedi: “Üzü qibləyə dayanıb dua edim, yoxsa Peyğəmbərə üz tutub dua edim?” Malik cavabında dedi: “Nə üçün üzünü ondan döndərəsən?! Halbuki, o qiyamət günü həm sənin, həm də sənin atan Adəmin (bağışlanması üçün) vasitədir. Ona doğru üz çevir və onu öz şəfaətçin qərar ver, Allah onun şəfaətini qəbul edir. Allah-taala buyurur: “Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gələrək Allahdan bağışlanmaq istəsəydilər və Peyğəmbər (də) onlar üçün (vasitəçilik edərək) Allahdan bağışlanmaq istəsəydi, Allahın tövbələri qəbul edən və mehriban olduğunu mütləq görərdilər.”[16]

3. Şafei məzhəbinin rəisi Məhəmməd ibni İdris Şafeinin dediyi şerlər də onun şəfaətə və təvəssülə tam mənada inandığını, xüsusilə Peyğəmbər Əhli-beytinə təvəssülə etiqad bəslədiyini göstərir. O deyir: “Peyğəmbər xanədanı Allaha doğru mənim vəsiləmdir, ümidvaram ki, onların xatirinə sabah qiyamətin günü əməl dəftərim sağ əlimə verilsin.”[17] Şafei öz divanının başqa yerində Peyğəmbər Əhli-beytinin tərifində yazır: “Əgər mənim günahım Məhəmmədin Əhli-beytini sevməkdirsə, mən bu günahdan heç vaxt tövbə etmərəm!”

“Peyğəmbər xanədanı qiyamət günü, onların məqam və şəni hamıya aşkar olan zaman mənim şəfaətçilərimdir.”[18]

Şafei yuxarıdakı şerdə də aşkar şəkildə Peyğəmbər Əhli-beytini özünün şəfaətçiləri kimi təqdim edir.

4. İslamın əvvəllərində müsəlmanlar arasında Allah övliyalarına təvəssül o qədər adi bir məsələ idi ki, onlar öz şerlərində bu məsələyə geniş şəkildə yer verir və Peyğəmbəri özləri ilə Allah arasında vasitə ünvanı ilə yad edirdilər. O cümlədən, Səvad ibni Qaribin Peyğəmbər barəsində dediyi aşağıdakı şer:

“Şəhadət verirəm ki, Allahdan başqa heç bir Pərvərdigar yoxdur. (Ey Peyğəmbər!) Sən hər bir gizli və örtülmüş şeyə (qeybə) əmanətdarsan. Şəhadət verirəm ki, ey pak və əzizlərin övladı, sən sair peyğəmbərlər arasında Allah dərgahına ən yaxın vasitəsən.”[19]

Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) bu şeri eşitdi, lakin şairi heç vaxt bu işdən çəkindirmədi, onu şirk və bidətçilikdə müttəhim etmədi.

5. Təvəssülün qanuni və şəri bir iş olduğuna inananlardan biri də Hənbəli məzhəbinin böyük şəxsiyyəti olan Əbu Əli Xəlaldır. O deyir: “Hər vaxt mənim üçün bir çətinlik və narahatçılıq yaransaydı, həzrət Musa ibni Cəfərin qəbrinin yanına gedib o həzrətə təvəssül edirdim, Allah da çətinliyimi həll edir, narahatlığımı aradan qaldırırdı.”[20]

 

Peyğəmbər Əhli-beytinin nəzərində təvəssül

Əhli-beyt imamlarının da nəzərindən təvəssül bəyənilən bir işdir. Onlar camaatı Qurana və Allahın övliyalarına təvəssülə təşviq edirdilər. O cümlədən, İmam Səccad (əleyhis-salam)-ın duasında deyilir: “Pərvərdigara! Mən həzrət Məhəmmədə məxsus olan yüksək məqamla, aydın Ələvi vilayəti ilə Sənin dərgahına yaxınlaşır və bu ikisinin vasitəsi ilə Sənə üz gətirirəm: Məni filan-filan şeylərin şərindən amanda saxla!”[21]

Fatimeyi-Zəhra (əleyha salam)-ın belə dediyi nəql olunur: “O Allaha həmd-səna edirəm ki, əzəmət və nuru səbəbi ilə asimanlarda və yerdə olan varlıqların hamısı Onun dərgahına yaxınlaşmaq üçün vəsilə axtarırlar. Biz (Peyğəmbər Əhli-beyti) bəndələri arasında Allahın dərgahına yaxınlaşmaq üçün bir vasitəyik.”[22]

Ayişə Peyğəmbərin xəvaric barəsində belə buyurduğunu nəql edir: “Xəvaric Allahın yaratdığı məxluqların ən pisidir və Allahın ən yaxın vasitəsi və ən yaxşı bəndəsi olan  şəxs  (Əli ibni Əbi Talib) onları qətlə yetirəcəkdir.”[23]

Həmçinin, mərhum Səduq öz sənədləri ilə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in belə buyurduğunu nəql edir: “İmamların əksəri Hüseynin nəslindəndir. Hər kəs onlara tabe olsa, Allaha tabe olmuşdur. Hər kəs onların fərmanlarından boyun qaçırtsa, Allahın əmr və fərmanlarından boyun qaçırmışdır. Onlar bəndələrin Allah dərgahına doğru yaxınlaşması üçün ən möhkəm vasitədirlər.”[24]

Gördüyünüz kimi, peyğəmbərlərə və ilahi övliyalara təvəssül məsələsi – istər həyatlarında, istərsə də vəfat etdiklərindən sonra – elə bir həqiqətdir ki, həm əvvəlki peyğəmbərlərin dövründə, həm Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in sağlığında, həm də Peyğəmbərin vəfatından sonra səhabə və tabein dövründə, eləcə də müxtəlif islam əsrlərində qanuni və rəvacda olan bir iş idi, müxtəlif islam məzhəblərindən olan müsəlmanlar öz ehtiyaclarını təmin və çətinliklərini həll etmək üçün daim peyğəmbərlərə və ilahi övliyalara təvəssül edirdilər.

Deməli, təvəssül məsələsi tamamilə şəri və islami bir məsələdir. Bu bəyənilən islami sünnəti görməməzliyə vuran, həqiqətdə düzgün islam yolundan ayrılan müəyyən şəxslər gərək öz səhvlərini islah edərək düzgün Allah yoluna qayıtsınlar.

 


[1] Rağib İsfahani, “Müfrədatu əlfazil-Quran”, səh. 560; “Təfsiri-kəbir”, Fəxr Razi, 4-cü cild, səh. 349; “Ən-nihayətu fi ğəribil-hədis”, İbni Əsir, 5-ci cild, səh. 185

[2] “Ən-nihayətu fi ğəribil-hədis”, İbni Əsir, 5-ci cild, səh. 185

[3] “Maidə” surəsi, ayə: 35: يا أَيُّهَا الَّذينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَ ابْتَغُوا إِلَيْهِ الْوَسيلَةَ وَ جاهِدُوا في‏ سَبيلِهِ لَعَلَّكُمْ تُفْلِحُون

[4] “Yusif” surəsi, ayə: 97-98: قَالُواْ يَأَبَانَا اسْتَغْفِرْ لَنَا ذُنُوبَنَا إِنَّا كُنَّا خَاطِِينَ قَالَ سَوْفَ أَسْتَغْفِرُ لَكُمْ رَبىّ‏ِ إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ.

[5] “Nisa” surəsi, ayə: 64: وَ لَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جاؤُكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَ اسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّاباً رَحيماً

[6] “Əl-camius-səhih”, Tirmizi, 5-ci cild

[7] “Səhihi Buxari”, Məhəmməd ibni İsmail ibni Buxari, 1-ci cild, səh. 344-346, hədis 968-979:

جَاءَ رَجُلٌ إِلَي رَسُولِ اللهِ فَقَالَ: يَا رَسُولَ اللهِ، هَلَکَتِ الْمَوَاشِي وَ تَقَطَّعَتِ السُّبُلُ، فَادْعُ اللهَ، فَدَعَا اللهَ، فَمَطَرْنَا مِنَ الْجُمُعَةِ إِلَي الْجُمُعَةِ، فَجَاءَ رَجُلٌ إِلَي النَّبِيِّ فَقَالَ: يَا رَسُولَ اللهِ، تَهَدَّمَتِ الْبُيُوتُ، وَ تَقَطَّعَتِ السُّبُلُ وَ هَلَکَتِ الْمَوَاشِي. فَقَالَ رَسُولَ اللهِ: «اَللَّهُمِّ عَلَي ظُهُورِ الْجِبَالِ وَ الْاکَامِ وَ بُطُونِ الْاَوْدِيَةِ وَ مَنَابِتِ الشَّجَرِ». فَانْجَابَتْ عَنِ الْمَدِينَةِ انْجِيَابَ الثَّوْبِ

[8] Hakim Nişapuri, “Əl-müstədrəku ələs-səhiheyn”, 3-cü cild, səh. 517, hədis 4286; Beyhəqi, “Dəlainun-nübüvvət”, 5-ci cild, səh. 489; “Vəfaul-vəfa”, 4-cü cild, səh. 1371-1372; Süyuti, “Əddurrul-mənsur”, 1-ci cild, səh. 59:

َو نُقِلَ أَنَّ آدَمَ لَماَّ اقْتَرَفَ الْخَطِيئَةَ قَالَ: يَا رَبِّي، أَسْأَلُکَ بِحَقِّ مُحَمَّدٍ لَمَّا غَفَرْتَ لِي، فَقَالَ، يَا آدَمُ، کَيْفَ عَرَفْتَهُ؟ قَالَ: لِاَنَّکَ لَماَّ خَلَقْتَنِي نَظَرْتُ إِلَي الْعَرْشِ فَوَجَدْتُ مَکْتُوباً فِيِه: لَا اِلَهَ اِلَّا اللهُ، مُحَمَّدٌ رَسُولُ اللهِ؛ فَرَأَيْتُ اسْمَهُ مَقْرُوناً مَعَ اسْمِکَ، فَعَرَفْتُهُ أَحَبَّ الْخَلْقِ اِلَيْکَ

[9] Süyuti, “Əddurrul-mənsur”, 1-ci cild, səh. 60-61, “Darul-kutubil-Əraqiyyə”, 1377-ci qəməri il:

 عَنِ ابْنِ عَبَّاسٍ قَالَ سَأَلْتُ رَسُولَ اللهِ عَنِ الْکَلِمَاتِ الَّتِي تَلَقَّاهَا آدَمُ مِنْ رَبِّهِ فَتَابَ عَلَيْهِ قَالَ: سَئَلَ بِحَقِّ مُحَمَّدٍ وَ عَلِيٍّ وَ فَاطِمَةَ وَ الْحَسَنِ وَ الْحُسَيْنِ إِلاَّ تُبْتَ عَلَيَّ فَتَابَ عَلَيْهِ

[10] İbrahim ibni Cüveyni, “Fəraidus-simteyn”, 1-ci cild, səh. 36-37, Beyrut, “Məhmudi” müəssisəsi, 1-ci çap, 1398-ci hicri il; Xarəzmi, “Mənaqib”, səh. 318, Qum, “İslami” nəşriyyatı:

يَا آدَمُ هَؤُلاَءِ صَفْوَتِي ... فَإِذَا کَانَ لَکَ اِلَيَّ حَاجَةٌ فَبِهَؤُلاَءِ تَوَسَّلْ، فَقَالَ النَّبِيُّ: نَحْنُ سَفِينَةُ النَّجَاةِ مَنْ تَعَلَّقَ بِهَا نَجَا وَ مَنْ حَادَ عَنْهَا هَلَکَ، فَمَنْ کَانَ لَهُ إِلَي اللهِ حَاجَةٌ فَلْيَسْأَلْنَا أَهْلَ الْبَيْتِ

[11] Əbu Nəim İsfahani, “Dəlailun-nübüvvət”, 2-ci cild, səh. 725, hədis 511; “Səhihi Buxari”, “cümə” kitabı, “istisqa” bölməsi:

عَنْ ابْنِ عَبَّاسٍ، أَنَّ عُمَرَ قَالَ: اَللَّهُمَّ إِنَّا نَسْتَسْقِيکَ بِعَمِّ نَبِيِّنَا، وَ نَسْتَشْفِعُ بِشَيْبَتِهِ، فَسُقُوا،

[12] İbni Əsir, “Usdul-ğabə”, 3-cü cild, səh. 11:

فَقَالَ عُمَرُ: هَذَا وَ اللهِ الْوَسِيلَةُ اِلَي اللهِ وَ الْمَکَان مِنْهُ

[13] “Əl-məvahibul-ləduniyyə”, 3-cü cild, səh. 380; “Fəthul-bari”, 2-ci cild, səh. 413:

 إِنَّ عُمَرَ لَمَّا اسْتَسْقَي بِالْعَبَّاسِ قَالَ يَا اَيُّهَا النَّاسُ اِنَّ رَسُولَ اللهِ کَانَ يَرَي لِلْعَبَّاسِ مَا يَرَي الْوَلَدُ لِلْوَالِدِ فَاقْتَدُوا بِهِ فِي عَمِّهِ وَ اتَّخِذُوهُ وَسِيلَةً إِلَي اللهِ تَعَالَي. فَفِيهِ التَّصْرِيحُ بِالتَّوَسُّلَ وَ بِهَذَا يَبْطُلُ قَوْلُ مَنْ مَنَعَ التَّوَسُّلَ مُطْلَقاً بِاْلاَحْيَاءِ وَ الْاَمْوَاتِ وَ قَوْلُ مَنْ مَنَعَ ذَلِکَ بِغَيْرِ النَّبِيِّ.

[14] “Fəthul-Bari”, 2-ci cild, səh. 413, “Darul-mərifət”, Livan:

وَ قَدْ تَوَجَّهَ الْقَوْمُ بِي اِلَيْکَ لِمَکَانِي مِنْ نَبِيِّکَ

[15] Behyhəqi, “Vəfaul-vəfa”, 4-cü cild, səh. 1374:

 اِنَّهُ جَاءَ رَجُلٌ إِلَي قَبْرِ النَّبِيِّ فَقَالَ: يَا مُحَمَّدُ، اِسْتَسْق لَاُمَّتِکَ؛ فَسُقُوا

[16] Səmhudi, “Vəfaul-vəfa”, 2-ci cild, səh. 1376: Mənsur dedi:

يَا اَبَا عَبْدِ اللهِ اَسْتَقْبِلُ الْقِبْلَةَ وَ أَدْعُو اَمْ اَسْتَقْبِلُ رَسُولَ اللهِ (ص)؟ مَالَکَ قال في جوابه لِمَ تَصْرِفُ وَجْهَکَ عَنْهُ وَ هُوَ وَسِيلَتُکَ وَ وَسِيلَةُ أَبِيکَ آدَمَ (ع) إِلَي اللهِ يَوْمَ الْقِيَامَةِ بَلِ إسْتَقْبِلْهُ وَ اسْتَشْفِعْ بِهِ فَيُشَفِّعَکَ اللهُ قاَلَ اللهُ تَعَالَي: وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ...

[17] “Divani Şafei”, səh. 162; “Əs-səvaiqul-muhriqə”, səh. 178:

آلُ النَّبِيِّ ذَرِيعَتِي                                             وَ هُمُو إِلَيْهِ وَسِيلَتِي

اَرْجُوا بِهِمْ أُعْطَي غَداً                                        بِيَدِي الْيَمِينِ صَحِيفَتِي

[18]

لَئِنْ کَانَ ذَنْبِي حُبَّ آلِ مُحَمَّدٍ                                فَذَلِکَ ذَنْبٌ لَسْتُ عَنْهُ أَتُوبُ

هُمْ شُفَعَائِي يَوْمَ حَشْرِي وَ مَوْقِفِي                          إِذَا مَا بَدَتْ لِلنَّاظِرِينَ خُطُوبُ

[19] Zeyni Dehlan, “Əddurərus-səniyyə”, səh. 29:

وَ أَشْهَدُ أَنْ لاَ رَبَّ غَيْرُهُ                                     وَ أَنَّکَ مَأْمُونٌ عَلَي کُلِّ غَائِبٍ

وً أَنَّکَ أَدْنَي الْمُرْسَلِينَ وَسِيلَةً                               اِلَي اللهِ يَابْنَ اْلاَکْرَمِينَ الْاَطَائِبِ

[20] Xətib Bağdadi, “Tarixi Bağdad”, 1-ci cild, səh. 120:

مَا هَمَّنِي أَمْرٌ فَقَصَدْتُ قَبْرَ مُوسَي بْنَ جَعْفَرٍ (ع) فَتَوَسَّلْتُ بِهِ اِلَّا سَهَّلَ اللهُ تَعَالَي لِي مَا اُحِبُّ.

[21] “Səhifeyi Səccadiyyə (əleyhis-salam)”, 49-cu dua:

 اَللَّهُمَّ فَإِنِّي أَتَقَرَّبُ اِلَيْکَ بِالْمُحَمَّدِيَّةِ الرَّفْعِيَّةِ وَ الْعَلَوِيَّةِ الْبَيْضَاءِ، وَ أَتَوَجَّهُ اِلَيْکَ بِهِمَا أَنْ تُعِيذَنِي مِنْ شَرِّ کَذَا وَ کَذَا...

[22] İbni Əbil-Hədid, “Nəhcul-bəlağə”nin şərhi, 16-cı cild, səh. 211; Bağdadi, “Bəlağatun-nisa”:

وَ اَحْمَدُ اللهَ الَّذِي بِعَظَمَتِهِ وَ نُورِهِ يَبْتَغِي مَنْ فِي السَّمَاوَاتِ وَ اْلاَرْضِ اِلَيْهَ الْوَسِيلَةَ وَ نَحْنُ وَسِيلَةٌ فِي خَلْقِهِ.

[23] “Nəhcul-bəlağə”nin şərhi, 2-ci cild, səh. 267; İbni Məğazili, “Əl-mənaqib”, səh. 100, hədis 79, “Darul-əzva”, Beyrut, 1412-ci hicri il; Heysəmi, “Məcməuz-zəvaid”, 6-cı cild, səh. 359, “Darul-fikir”, 1414-cü qəməri il:

 هُمْ شَرُّ الْخَلْقِ وَ الْخَلِيقَةِ، يَقْتُلُهُمْ خَيْرُ الْخَلْقِ وَ الْخَلِيقَةِ، وَ أَقْرَبُهُمْ عِنْدَاللهِ وَسِيلَةً.

[24] Səduq, “Uyunu Əxbarir-Riza (əleyhis-salam)”, 1-ci cild, səh. 63:

وَ بِاِسْنَادٍ قَالَ قَالَ رَسُولُ اللهِ: اَلْاَئِمَّةُ مِنْ وُلْدِ الْحُسَيْنِ (ه) مَنْ أَطَاعَهُمْ فَقَدْ أَطَاعَ اللهَ وَ مَنْ عَصَاهُمْ عَصَي اللهَ عَزَّوَجَلَّ هُمُ الْعُرْوَةُ الْوُثْقَي وَ هُمُ الْوَسِيلَةُ اِلَي اللهِ عَزَّوَجَلَّ.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162865 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154900 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117737 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109670 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98760 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91284 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53336 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45180 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43700 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42862 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...