Ətraflı axtarış
Baxanların
6988
İnternetə qoyma tarixi: 2010/05/13
Sualın xülasəsi
Allahın istəyinin insanların əzab və rəhmətinə aid edilməsinin mənası nədir?
Sual
Bəqərə surəsinin 284 - cü ayəsində buyurulur: “Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Siz ürəyinizdə olanı zahirə çıxaranız da, çıxarmasanızda, Allah ona müvafiq sizinlə haqq- hesab çəkəcək. İstədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah hər şeyə qadırdır.”Quran ayələrində müxtəlif yerlərdə rast gəlirik ki, Allah təala buyurur ki, istədiyimi hidayət edər, istədiyimi də azdıraram. Bəqərə surəsinin 284- cü ayəsi kimi ayələrdə məlum olur ki, Allahın ayrı- seçkiliyi insanların bu dünyadakı hallarına da aiddir. Məlum deyil, azanlar o dünyada hansı meyarlara əsasən əzab yaxud bağışlanacaq. Əlbəttə bütün bu yolunu azanlar Allahın istəyi ilə azmışlar. Bu ayə Allahın ədalətinə necə uyğundur?
Qısa cavab

Bir çox ayələrdə Allahın iradəsi, bəndələrin izzət və zillətinin, ruzinin, bağışlanmağın, əzab və mükafatın səbəbi bəyan edilmişdir. Digər ayələrdə isə hidayətin, izzətin, səadətin və ruzinin əldə edilməsi üçün təqva və ixlasla səy göstərməkdən aslı olduğunu bildirmişdir. Bu iki qrup ayələr bir- biri ilə ziddiyyət təşkil etmir. Əksinə bir- birlərini təsdiq edirlər. Çünki İlahi məşiyyət və iradə hikmət və ədalətli qanunlar əsasında qurulmuş və dəyişilməzdir. Deməli Allahın iradəsi dedikdə hikmətli sünnətlər əsasında və dəyişilmədən Onun hərəkət ixtiyarı başa düşülür. Bu mənada Allahın iradəsi adalətlə zidd deyil, əksinə ədalətin özüdür.

Ətreaflı cavab

Bir çox ayələrdə Allahın iradəsi, bəndələrin izzət və zillətinin, ruzinin, bağışlanmağın, əzab və mükafatın səbəbi bəyan edilmişdir ki, sizin sualınızın əsasını təşkil edir. Bundan başqa Allah təala digər ayələrdə isə hidayətin, izzətin, səadətin və ruzinin əldə edilməsi üçün təqva və ixlasla səy göstərməkdən aslı olduğunu bildirmişdir. Bundan əlavə yaradılış qanunlarına, ağlın hökmünə və peyğəmbərlərin dəvətinə əsasən hər kəs səadət, xoşbəxtlik, izzət və zillət, ruzisini əldə etmək üçün etdiyi səy və təlaşda müxtar və azatdır. Başqa sözlə cənnəti alırlar, vermirlər. Bəs necə yuxarıdakı ayədə bütün bunlar Allaha aid edilir?

Bu iki qrup ayələr arasında ziddiyyət varmı? Bu iki qrup ayəni necə uyğunlaşdırmaq olar?

Suala cavab verməzdən öncə qeyd etmək lazımdır ki, bəzi hallarda belə anlaşılmazlığa düşməyin səbəbi Allahın iradəsini öz iradəmiz kimi təsəvvür etməyimizdir. Bundan əlavə öz istək və iradəmizi onunla müqaisə edib, bənzədirik. Amma bu müqaisə səhv və əsassızdır. Çünki insanların istək və iradələri əsasən onların şəxsi və nəfsi əlaqə və amallarından qaynaqlanır ki, bir çox hallarda heç bir ağıl və məntiqə sığmır. Bəzi hallarda insanın istəkləri qeyri- əqlidir.

Amma Allahın istək və iradəsi hikmət və dəyişilməz ədalətli qanunlar əsasındadır. Belə ki, Allah bu dünyada inkişaf və qazanmaq üçün bir sıra səbəb və amillər yaratmışdır. Bu səbəblərin təsirlərindən istifadə həmin Allahın iradəsidir. Deməli Allahın iradəsi dedikdə Onun hikmətli və dəyişilməz sünnətlər əsasında hərəkəti başa düşülür.

Bu aydınlaşdırmalardan aydın olu ki, bəzi insanları mükafatlandırmada Allahın iradəsi ayrıseçkilik deyil və Onun adaləti ilə heç bir ziddiyyəti yoxdur. Bəlkə ədalətin özüdür. Çünki Allah şəxslərin izzət və zillətini, hidayət və yoldan azmasını, yoxsulluq və varlılğını Özünün iradəsinə aid etməsi, yaradılış aləminin və bütün nemət və qüdrətlərin əsl mənşəyinin Allah olması deməkdir. Bütün izzət və xoşməxtçiliyi bəndələrini ixtiyarına qoyan Odur. Aləmdə qanunlar yaradan Odur. Əgər ona arxa çevirsək sonu zillətdir. Buna görə bütün bunları ona aid etmək olar. Lakin bu heç vaxt bəşəriyyətin iradə azadlıı ilə ziddiyyət təşkil etmir. Çünki insan öz ixtiyar və azadlığı ilə bu gözəl  qanun və nemətlərdən istifadə edir. [1] Yuxarıda qeyd edilən izahlardan sonra yenidən bu ayəni gözdən keçiririk. Allah təala bu ayədə belə buyurur: “Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. (Buna görə) Siz ürəyinizdə olanı zahirə çıxaranız da, çıxarmasanızda, Allah ona müvafiq sizinlə haqq- hesab çəkəcək. İstədiyini bağışlayar (layiq olan kəsi), istədiyinə (layiq olana) də əzab verər. Allah hər şeyə qadırdır.”[2]

Burada qeyd edilən “hər kəsi istərsə” cümləsi həmin hikmətli iradədir. Yəni, hər kəsi mükafata layiq bilərsə Öz rəhmətinin altına alır və əgər kimsə əzaba laiq olarsa ona qəzəb edir. Buna görə Allahın iradəsi hesabsız deyil və həmin insanın öz ləyaqətinə uyğundur. Hikmətli olan heç vaxt dəlilsiz iradə göstərmir və heabsız iş görmür.[3]

Buna görə İlahi iradəni İlahi əzab və rəhmət hesab edən ayələrlə İlahi rəhməti qazanmaq üçün ixlas və təqva ilə sy göstərməyi bəyan edən ayələr arasında heç bir ziddiyyət yoxdur. Bir- birlərini təsdiq edirlər. Çünki Allahın istəyi dedikdə. İlahi qanunlar və sünnətlərə əsasən hərəkət və Allahın qoyduğu səbəb və amillərin nəticə və təsirlərini əldə etmək deməkdir.

Daha çox məlumat üçün, bax:

5049 (sayt: 5425), göstərici: Mehriban Allah və insanların hidayəti.

7849 (sayt: 7905), göstərici: Quranda müttəqilərin hidayəti.

 


[1] - Məkarim Şirazi, təfsire nümunə, cild 2, səh 498, darul kitabil İslamiyyə nəşriyyatı, Tehran, 1374, birinci çap. Azacıq dəyişikliklə

[2] - Bəqərə surəsi, ayə 284.

«لِّلَّهِ مَا فىِ السَّمَاوَاتِ وَ مَا فىِ الْأَرْضِ وَ إِن تُبْدُواْ مَا فىِ أَنفُسِكُمْ أَوْ تُخْفُوهُ يُحَاسِبْكُم بِهِ اللَّهُ فَيَغْفِرُ لِمَن يَشَاءُ وَ يُعَذِّبُ مَن يَشَاءُ  وَ اللَّهُ عَلىَ‏ كُلّ‏ِ شىَ‏ْءٍ قَدِيرٌ»

[3] - Təfsire nümunə, cild 22, səh 92. Azacıq dəyişikliklə

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162768 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154447 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117601 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109486 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98119 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91127 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53244 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    44704 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43581 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42708 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...