Ətraflı axtarış
Baxanların
6517
İnternetə qoyma tarixi: 2011/06/12
Sualın xülasəsi
İslam dini nöqteyi nəzərindən bir qatil və günahkar kafir iman gətirərsə onun keçmiş günahları bağışlanırmı?
Sual
Kafir və eyni zamanda təcavüzkar olmaqla yanaşı qatil olan bir şəxs müsəlman olarsa onun İslam dini baxımından keçmiş günahları bağışlanırmı? Əks halda onun əzabını görürmü?
Qısa cavab

Müqəddəs İslam dinində yeni müsəlman olmuş şəxslər üçün müəyyən qanunlar təyin olunmuşdur. O cümlədən, əgər kafir şəxs müsəlman olmazdan öncə bir sıra günahlara qatılarsa və Allah Taalanın haqqını aradan apararsa (namaz qılmaz, oruc tutmaz və sair. Bu kimi vacibləri tərk edərək günaha düşərsə). Allah tərəfindən onun günahı bağışlanır.

Amma insanların haqqına təcavüz olunarsa bu günahlar bağışlanmır. Əgər yeni müsəlman olmuş şəxs zülm etdiyi və hüququnu tapdaladığı insandan halallıq alaraq onu razı salarsa bu halda onun günahları da bağışlanar. Çünki bədənə xəsarət yetirmək və ya kiminsə malını, sərvətini və sair mənimsəmək dünyaya aiddir. Buna görə də gərək onların əvəzi dünyada verilsin. Məsələn: Bütün şikayətçilərdən halallıq alınsın, ölü yiyəsinə diyə verilsin və sair. Belə olan halda Allah Taala onun günahlarını bağışlayar. Bundan əlavə kiminsə canına qəsd etmək və ya malını mənimsəmək yalnız İslam dinində deyil, əksinə bütün dinlərdə və qanunlarda qadağandır. Çünki bu və ya bu kimi məsələlərin heç bir dinə qarışacağı yoxdur. Əksinə bu fərdi və ictimai hüquq olaraq hamı tərəfindən qorunmalı və ona təcavüz edilməməlidir.

Ətreaflı cavab

Müqəddəs Qurani kərim kafirlərin iman gətirməzdən öncəki əməlləri (günahları) barəsində buyurur: "Ey Peyğəmbər kafirlərə de: Əgər pis əməllərinizdən əl çəksəniz biz də sizin pis əməllərinizi gizlədər və günahlarınızı bağışlayarıq.[1]

Həmçinin Peyğəmbərimiz də buyurmuşdur: İslam dini ondan qabaqkı əməlləri örtür. Necə ki, tövbə küfrün və günahların eybini örtür.[2]

Bu hədis sonralar fiqh elmində elmi bir qaydaya çevrildi. Həmçinin bu qaydanın adına "cəlb" qaydası deyirlər.

Ayədən və hədisdən belə nəticə alırıq ki, hər kəs yeni iman gətirsə keçmiş əməllərindən narahat olmasın. Çünki Allah- Taala öz hüququnu onlara bağışlayır və öz haqqından keçərək buna görə onlara cəza vermir.

Bu səbəbdən də yeni iman gətirmiş şəxsə keçmiş ibadətlərin qəzasını yerinə yetirmək lazım deyil. Keçmiş ibadət deyəndə isə, qılmadığı namaz, tutmadığı oruc və sair ibadət növləri və boynunda Allah tərəfindən əmr olunmuş vaciblər nəzərdə tutulur. Çünki Allah- Taala mehriban, bağışlayan və öz haqqını bəndələrinə bağışlayandır.[3]

Əgər yeni müsəlman olmuş şəxs kafir olan vaxt elə bir əməli yerinə yetirmiş olsun ki İslam dini qanunlarında onun xüsusi cəzası olmuş olsun, o cümlədən, "şərab içmək" kimi və sair bunların cəzası ona bağışlanar. Bundan əlavə mehribançılıqla ona başa salınır ki, keçmiş əməlləri barəsində nigaran olmasın. Əlbəttə yuxarıda qeyd etdiyimiz qaydaya uyğun olaraq bu bağışlanmaq yalnız Allaha aid olan əməllərdəndir. Amma insanların haqqı və hüququ onun öhdəsində qalarsa, onlara zülm etmiş olarsa və ya mal- dövlətlərinə təcavüz etmiş olarsa gərək onları razı salsın. Yəni onların hüquqlarını qaytarsın. Və hər nə kimi ziyan vurubsa ödəsin. Məsələn: Əgər kimdənsə borc alıbsa və bankdan kömək məqsədi ilə kredit və sair götürübsə gərək hamısını ödəsin. Həmçinin hər nə cinayət törədibsə gərək zərər vurduğu şəxsləri razı salsın. Ümumiyyətlə hər bir əməlində məsuliyyət daşıyır və gərək əvəzini ödəsin. Çünki Allah- Taala başqalarının deyil öz haqqını onlara bağışlayır. Deməli bütün insanların haqqı bağışlanmamış qalır və gərək insan özü (iman gətirən) bu məsələni həll etsin. Buna da diqqət yetirmək lazımdır ki, bu məsələ yalnız İslam dinində deyil, əksinə bütün dinlərdə və qanunlarda vardır.[4]

Bəzi alimlər bu qanunu da yuxarıda qeyd etdiyimiz mövzuya əlavə etmişlər:

"Əgər yeni iman gətirmiş şəxsin borcu olarsa və onu ödəməyə qüdrəti olmazsa şəri hakim beytul- maldan onun borcunu ödəyərək bu yolla onu çətinlikdən qurtara bilərlər. Borc deyəndə pul, diyə, qətlin qan bahası və sair nəzərdə tutulur. Belə məsələlərdə şəri hakim bu məsuliyyəti öhdəsinə götürə bilər.[5]

Hər halda yeni müsəlman tərəfindən törədilmiş bütün cinayətlərə o özü cavandehdir. İslam ölkələrində və digər ölkələrdə gərək törətdiyi cinayətin cəzasını çəksin.



[1] - Ənfal surəsi, ayə 38

[2] - Tərihi, Məcməul- bəhreyn, madde cəb, əssirətul- həlibə, cild 3, səh 105, bu hədis müxtəlif bəyanlarla nəql olunmuşdur. Bax Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 40, səh 230.

[3] - Bax: Mühəqqiq Həmədani, Misbahul- fəqiyə, zəkat kitabı, səh 17, Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul- kəlam, cild 17, səh 10

[4] - Bax: Məkarim Şirazi, Nasir, əl- qəvaidul fiqhiyyə, cild 2, səh 169- 183 (qaidətul- cobb)

[5] - Hüseyni, Corcani, Əbuol- fəth, təfsir şahi, cild 2, səh 96.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Heyvan növlərini özünə nisbət verməklə İmamlara ehtim edə bilərmi? Məsələn. Deyə ki, "mən İmam Hüseynin itiyəm". Bu düzdürmü?
    6210 Əməli əxlaq 2011/06/28
    Qurani kərim və Peyğəmbərimiz insanın şərayətli məxluq olması barəsində bir çox mətləblərə işarə etmişlər. Xüsusən də möminlərin ehtiramı və məqamı barəsində xeyli ayə və hədislərimiz vardır. Qurani kərim və Peyğəmbərin hədisləri insanlara gözəl adların qoyulmasını və insanların bir- birlərini gözəl adlarla bir- birlərini çağırmasını təkidlə buyurmuşlar. Qurani kərim ...
  • “Kumeyl” duasında deyildiyi kimi hansı günahlar ismət pərdələrinin yırtılmasına, bəlanın nazil olmasına, duanın qəbul olunmamasına səbəb olur?
    5733 Əməli əxlaq 2012/02/18
    Ümumi şəkildə desək, hər bir günah insanın ismət pərdələrinin yırtılmasına, bəlanın nazil olmasına, duanın qəbul olunmamasına, ruzinin kəsilməsinə, xeyir-bərəkətin insan həyatından aradan qalxmasına səbəb olur. Dini mənbələrimizdə də işarə edildiyi kimi, bu, günahın təbii xassəsi və təsiridir. Amma bəzi rəvayətlərə müəyyən günahların öz ardınca gətirdiyi xüsusi ağır ...
  • Mələkut mələkləri ilə cəbərut mələkləri arasında fərq nədədir?
    11030 Qədim kəlam 2014/05/20
    Mələklərin mələkut və cəbərut dəstəsinə bölünməsi mövzusunda bir neçə məsələni nəzərə almaq lazımdır: 1.Məlaik sözünün əsli ərəbcədən mələk sözündən olub iqtidar və bir şeyə tam əhatə tapmasına deiyilir. Həmçinin, mələkut və cəbərut sözü sözün mübaliğə mənasındadır. Mələkut, mülk sözünün mübaliğə mənasını çatdırır.[1] Cəbərut isə ...
  • Həzrət Əlinin (əleyhissalam) dövründə xumsun cəm olunması kimin öhdəsində idi?
    4125 تاريخ بزرگان 2015/05/21
    Bütün müsəlmanların etiqadı budur ki, ilahi vaciblərdən biri də xumsdur və ona əməl etmək lazımdır. Bu hökm, şəriətdə tətbiq olunduğu vaxtdan yəni, Bədr döyüşündən sonra müsəlmanlar arasında həmişə əməl olunub. Həzrət Əli (əleyhissalam) də o kəslərdən idi ki, İslam Peyğəmğbərinin (sələllahu ələyhi və alihi və səlləm) yanında ...
  • Tələsmənin aradan qaldırılması üçün nə etmək lazımdır?
    5807 Nəzəri əxlaq 2012/04/17
    Tələsmə (təlskənlik), dini təlimlərdə qadağan olunmuş işlərdəndir. Onun mənası isə işləri yerinə yetirməkdə tez addım atmaqdır. "Tələsmənin", "sürət" və "yerində addım atmaqla" fərqi vardır. Sürətin mənası budur ki, insan, lazım olan şərait və hazırlıq işlərindən sonra fürsəti əldən verməyə və işi yerinə yetirmək üçün qədəm götürə (addım ...
  • Həzrət Adəmin övladları, kimlə evləndilər?
    20114 Quran elmləri 2011/05/31
    Həzrət Adəmin (ə) övladlarının evlənməsi barəsində, İslam alimləri arasında iki nəzəriyyə vardır: 1.             O zamanlar bacıyla qardaşın evlənməsinin haram olması Allah tərəfindən qərar verilməmişdi; çünki bəşər nəslinin qalması üçün başqa bir yol yox idi, bunun üçün də onlar bir- biriylə evləndilər.
  • Исламын сијаси тәфәккүрүндә ислам дөвләтинин сәрһәди һара кимидир?
    6051 Nizamlar (Qurluşlar) 2010/03/13
    Ислам, өлкә мәфһумунун мугабилиндә әрази вә милләт мәфһумунун мугабилиндә үммәт анлајышы бәјан едир. Ислам әразиси ваһиддир вә фәрз разылашмалар әсасында олан сәрһәдләр Ислам нөгтеји нәзәриндән бу бирлијин әслинә вә әсасына һеч бир тәсир ҝөстәрмир. Бу ...
  • İmam Hüseyn (əleyhis-salam)-ın qiyamında olan şəhidlərin neçəsi Peyğəmbər səhabəsi idi?
    7051 Dahilərin sirəsi 2012/02/13
    Son dövrlərdə Aşura ilə əlaqədar tədqiqat aparanların nəzərində və onların tədqiqat əsərlərində sezilən məsələ budur ki, imam Hüseyn (əleyhis-salam)-ın köməklərindən beş nəfər Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabəsi imiş və bunlar Aşura hərəkatında şəhadətə çatmışlar. Bu beş nəfər: Ənəs ibni Hərəs, Hani ibni Ürvə, Müslim ibni Ovsəcə, Həbib ibni Məzahir ...
  • Nə üçün müsəlmanlar (şiələr) tövhid əhli olmaqla eyni zamanda daşın üzərinə, yaxud Kəbəyə doğru səcdə edirlər?
    9288 Qədim kəlam 2011/09/12
    Müsəlmanlar (şiələr) tövhid əhlidir və yalnız yeganə Allahın müqabilində və Ona xatir səcdə edirlər. Amma İslam nəzərindən namaz kimi ibadət əməllərində əncam verilən səcdənin xüsusi şərtləri vardır və o şərtlərə riayət etmək lazımdır. O cümlədən, insan səcdə zamanı üzü qibləyə – Kəbəyə doğru dayanmalı, öz alnını yerə və ya yerdən ...
  • Aşura ziyarətnmasınin sənəd və mətnini izah ediniz?
    9559 Hədis elmləri 2011/12/25
    Bu ziyarətnamənin əsas mənbəsi iki mötəbər Cəfər bin Muhəmməd bin Qoləviyyə Quminin (348 h.q ili) müəllifi olduğu “Kamilul ziyarat” və Şeyx Tusinin (385- 460 h.q) yazdığı “Misbahul mutəhəccid” kitablarıdır. Bəzi mənbələrə əsasən İbn Qoləviyyənin sənədi mötəbərdir. Amma misbahul mutəhəccid kitabında qeyd edilən rəvayətin sənədinə gəldikdə qeyd etmək ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162899 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155018 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117786 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109732 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98901 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91336 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53366 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45302 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43745 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42914 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...