Baxanların
5985
İnternetə qoyma tarixi: 2013/07/29
Saytın kodu en21787 Arxiv kodu 75298
Dəstə Cənabət
Sualın xülasəsi
Şiə kitablarında gələn rəvayətlərdə bəzən oruc halında cinsi əlaqədə olmağın orucu batil etməməsi haqqında məsələ var. Bunun haqqında nə deyə bilərsiz?
Sual
Mərce təqlid müctehidlərinin bəzi şiə kitablarında gələn rəvayətlərdə bəzən oruc halında cinsi əlaqədə olmağın orucu batil etməməsi haqqında məsələdə nəzərləri nədir? Nəql olunan rəvayət belədir ki, bu mövzunu İmam Sadiqin (əleyhissalam) hüzurunda danışırlar. Əgər bir kişi orcu halında olan qadını ilə arxadan əlaqədə olsa, hökmü nədir? İmam (əleyhissalam) cavabında buyurur: "Bu iş qadının orucunun batil olmasına səbəb olmaz və ona qüsl da vacib deyil. (Vəsail Şiə ila təhsil məsail şəriyyət) Müəllif Şeyx Hürr Amili; Həmçinin, bu rəvayət İbn İdrisdən də nəql olunub.
Qısa cavab
Soruşulan mövzu haqqında onu demək olar ki, həqiqətən də Şeyx Hürr Amili özünün Vəsil-Şiə kitabında "məni (sperma) gəlmədən arxadan oruc qadınla əlaqədə olmağın hökmü" adı bir fəsl açmış və bəzi rəvayətləri nəql etmişdir. Bu fəsldə Şeyx Tusidin üç rəvayət nəql etmişdir ki, onlardan birində kişinin öz qadını ilə oruc olduğu halda arxadan əlaqəni qadağan edir və belə bir əlaqəni qabağdan cinsi əlaqə hökmündə olduğunu bildirir. Amma, digər iki rəvayətdə isə qadının oruc halında olmasına baxmayaraq, bu işə icazə verilir və bu halda qadına heç bir qüsulun vacib olmadığı vurğulanır."[1]
Amma mərce təqlid alimləri oruc halında yaxınlıq etmək, istər qarşıdan istərsə də arxdan olsun, orucun batil və bu əməlin haram olmasına hökm verirlər.[2]  Bu mövzuda daha çox məlumat üçün saytımızda 6065 saylı mövzuya (oruc halında yaxınlıq) baxa bilərsiniz.
Amma, şiə fəqihlərinin nəyə görə belə rəvayət olan halda, bu işin haram olmasına fətva vermələri haqqında aşağıdakı izahlar vardır. Əslində, belə rəvayətləri necə cəm olunmasının yolları və izahı var.
1.Bəzi fəqihlər rəvayətin mətninə daxil olmazdan əvvəl, sənədinə irad tutublar və rəvayət mürsəl, mərfu[3] olmasına görə kənara qoyulmuşdur.[4]
2.Bəziləri deyirlər: arxadan da olsa əgər duxul olarsa dəlillər var ki, cənabət qüslü vacibdir.(hər iki növ cinsi yaxınlığa aid olur) Bir iki rəvayət o qədər dəlilləri nəqd edə bilməz. Çünki, bu bir neçə rəvayətin sənədi zəifdir və şiə fəqihləri ona əməl etməyiblər. Əksinə, şiə alimləri mütləq qüslun vacib olması haqqındakı rəvayətlərə əməl ediblər.[5]
3.bəziləri belə izah edirlər ki, ehtimal var rəvayətlərdəki duxul xətənə olunmuş yerdən az olan miqdarda daxil olmuş olsun. O da belə halda qüsl vacib olmur.[6]
4.Bəziləri mötəqiddirlər ki, bu rəvayətlar Məsum İmamdan (əleyhissalam) təqiyyədir. Çünki, rəvayətdə qeyd olunmuş məsələ əhli-sünnə alimlərinin  etiqadı ilə uyuğundur.[7]
Qeyd olunmuş məsələnin oruc tutan üçün haram olmasına aiddir. Amma oruc olmayan halda qadınla yaxınlığın hökmünü isə saytımızda burda oxuya bilərsiz (mövzu: 8627=Kişinin öz hayat yoldaşı ilə arxadan yaxınlığı)
 

[1] Hədisin sənədi və mənti belədir: Məhəmməd ibn Hüseyn öz sənədi lə Məhəmməd ibn Əli, ibn Məhbub o da Ahməd ibn Məhəmməd, o da bəzi Kufə ravilərindən belə bir mövzunu İmam Sadiqin (əleyhissalam) hüzurunda açıqlayırlar. Bir nəfəi kişi öz qadını oruc olan halda arxadan onunla yaxınlıq edir. İmam (əleyhissalam) cavab verir: Qadının orucu batil olmur və qüsl da düşmür." Amili, Hürr, Məhəmməd ibn Həsən, Vəsailu şiə, c.2; səh.200; 12-ci bab; hədis-3; Müəssiseyi Alul-Beyt, Qum, 1409 h.qəməri
[2] İmam Xumeyni, Seyyid Ruhullah, Təhrirulvəsilə, c.1; səh.281; Müəssiseyi mətuat darul elm, Qum, birinci çap, Bi Ta
[3]Bu növ hədislərin tərifi haqqnıda (mürsəl, mərfu), saytmızda 10825 saylı mövzuya baxa bilarsiniz.(mərfu, mürsəl, məqtu, mövquf)
[4] Şüştəri, Məhəmməd Təqi, Ən-Nəcətu fi şərhi lümə, c.1; səh.207; Kitabfuruşi Səduq, Tehran, birinci çap, 1406 h.qəməri
[5] Həmədani, AqaRza, Misbahul-fiqh, c.3; səh.262; Müəssiseyi Cəfəriyyə li ehyail turas və müəssiseyi nəşr islami, Qum, birinci 1416 h.qəməri
[6]  Nəcəfi, Sahib Cəvahir, Məhəmməd Həsən, Cəvahirul-kalam fi şərhi şəraiyeul İslam, c.3; səh.34; Daru ehyaut-turasu ərəbi nəşriyyatı, Beyrut, yeddinci çap, 1404 h.qəməri.
[7] Şüştəri, Məhəmməd Təqi, Ən-Nəcətu fi şərhi lümə, c.1; səh.207; Feyz Kaşani, Məhəmməd Möhsin, Əl-Favi, c.6; səh.412; Kitabxana Əmirəl-möminin (əleyhissalam), İsfahan, birinci çap, 1406 h.qəməri
Başqa dillərdə Q tərcümələr