Baxanların
8773
İnternetə qoyma tarixi: 2011/10/08
Saytın kodu fa1328 Arxiv kodu 17274
Sualın xülasəsi
Aya imam Hüseyn (ə) rəvayətdə ərəb və əcəm arasında fərq qoymuşdur və əcəmləri təhqir etmişdir?
Sual
Sizin nəzəriniz imam Hüseyn (ə)- ın sözləri ki, ərəb və əcəm arasında, Şeyx Abbas Quminin "Səfinətul bihar və mədinətul əhkam" kitabında dərc olunmuşdur, nədir?
Qısa cavab

İşarə etdiyiniz rəvayət əba Əbdillah (ə)- dan yəni İmam Sadiq (ə)- dandır. (İmam Hüseyn (ə) yox) ki, buyurur: Biz Qureyş tayfasındanıq və bizim şiələrimiz ərəb düşmənlərimiz isə əcəm. Bu rəvayət zahirdə olan mənası (ki, ərəb və əcəm sözlərindən məqsəd həmin tanınmış əcdadları olsun) istər dəlalət istərsə də sənəd nəzərindən düzgün deyildir. Sənəd baxımından bu hədisin bəzi rəvayətləri zəifdir və onlara etimad etmək olmaz; amma bu rəvayətin zahirdə olan mənasının dəlaləti Quran ayəsiylə müxalif və bir çox rəvayətlərdə yenə müxalifçilik etmişdir ki, insanlar arasında olan ülgünü yalnız təqva və imanda qərar vermiş və əcdadlar arasında olan üstünlük və məqamı batil saymışdır.

Bu isə o haldadır ki, Allahın rəsulu (s) və məsum imamlar buyururlar: Əgər bizlərdən bir rəvayət Quran ayəsində və ya sünnətlə müxalif olarsa onu qəbul etməyin.

Əlbəttə bu bəhslər o haldadır ki, ərəb və əcəm sözünün zahirdəki mənası nəzərdə tutulsun. Amma ərəb lüğəti və dilində, ərəb və əcəm sözü həmişə qəbilə və əcdad sözünə işarə deyil bəlkə bəzi sifətlərə işarə olunmuşdur.

Bu surətlər mümkündür qəbilə və əcdadlarda olsun. Misal üçün ərəbdən məqsəd, əsl və kök; əcəmdən məqsəd isə əsli və kökü olmayan məna nəzərdə tutulsun. Belə olduqda əgər rəvayət sənəd baxımından düzgün olarsa, məna cəhətindən anlaşılmamazlıq vardır. O cür ki, bir çox rəvayətlər ərəb olmayan tayfaların imanlı, düzgün əməl və payidar olduqları üçün, onları daha çox tərif etmişdir.

Ətreaflı cavab

Şeyx Abbas Quminin Səfinətul- bihar kitabının 164- cü səhifəsində (əcəm) kəlməsi barəsində söz açmışdır. Muhəddis Biharul- ənvar kitabından əcəm barəsində olan hədisləri burada toplamışdır.

Bu hissədə İmam Hüseyn (ə)- dan rəvayət qeyd edilməmiş, amma həzrət Əba- bdillah (ə)- dan rəvayət gəlmişdir ki, məqsəd imam Sadiq (ə)- dır. Rəvayət bu cürdür: Zəris ibn Əbul Məlik deyir, İmam Sadiq (ə)- dan eşitdim ki, deyirdi: Biz Qureyşdənik, bizim şiələrimiz ərəblər və bizim düşmənlərimiz isə əcəmlərdir.[1]

Bu cür rəvayətləri tədqiq etmək üçün aşağıdakı nöqtələri nəzərdə tutmaq lazımdır:

1.             Rəvayətlərdə ilk rəvayət olunmalı nöqtə rəvayətin sənədidir ki, onu rəvayət edənlər hamısı tanınmış və onlara etibar etmək olsun.

Bu rəvayətin sənədində Sələmə ibni Xəttab adlı şəxs vardır ki, rical alimləri onu zəif və etimad edilən şəxs kimi qəbul etmirlər.[2] Bundan əlavə bu rəvayətin sənədi, iki ravi arasında uzun müdət fasilə olduğu üçün sənəddə nöqsan yaranır və bu nəzərə çarpır ki, rəvayətin sənədində bir neçə ravinin adı sənəddə gəlmişdir. Bunun üçün də bu rəvayətə etimad etmək olmaz.

2.             İkinci nöqtə isə rəvayətin mənasını digər rəvayətlər və Quran ayələriylə müqayisə etməkdir.

Bu rəvayətin zahirdəki[3] mənası, Quran ayələri,[4] bir çox rəvayətlər[5] və ağılla müxalifdir ki, üstünlüyü yalnız təqva və imanda bilir və əcdad və tayfalar arasında olan fərq və üstünlüyü rədd edir.

Allahın Rəsulu (s) və məsum İmamlar (ə) buyururlar: Əgər bizdən bir hədis, Quran ayəsi və sünnət ilə müxalif olarsa onu qəbul etməyin.[6] Bəs bu rəvayətin zahirdəki mənası, əgər sənəd baxımından belə doğru olarsa yenə qəbul edilməzdir.

3.             Üçüncü nöqtə: Bu bəhslər o halda nəzərdə tutukur ki, ərəb əcəm sözünün zahirdəki mənası nəzərdə tutulsun, amma ərəb dili və lüğətində, ərəb və əcəm sözü həmişə qəbilə və tayfaya işarə deyil bəlkə bəzi sifətlərə işarə olunmuşdur. Mümkündür bu sifətlər hansısa bir qəbilə və tayfada olsun: Misal üçün: Ərəbdən məqsəd əsli və kökü olan; əməldən məqsəd isə əsası və kökü olmayan nəzərdə tutulsun. Belə olduqda əgər rəvayət sənəd baxımından düzgün olsa da məna baxımında bir neçə çatışmamazlıq vardır.

Bəhsin açıqlaması budur ki: Hər bir kəlmənin mənasını başa düşmək üçün o dövrün lüğət və termininə müraciət etmək lazımdır ki, hansı mənada işlədilir; çünki hər bir dildə zaman geçdikcə mənalarda da dəyişiklik olur. Bəhs olunan rəvayətdə ərəb və əcəm sözləri, o sözlərdir ki, ərəb dilli və ərəb dilli olmayan mənasından əlavə ki, əsl mənasıdır, başqa mənalarda da istifadə olunmuşdur. Misal üçün "Ərəb" bir başa qorxusu olmadan söz demək mənasında və ya "ələrəb" sevinc mənasında[7] da işlədilmişdir. "Əcəm" isə o şəxs ki, açıq və aşkar söhbət etmir, baxmayaraq ərəb olsun yenə də əcəm deyilir. "Əcəma" dördayaqlı və hər bir canlıya deyilir ki, dil başa düşmür.[8]

Başqa bir rəvayətdə də bu sualın cavabında ki. əcəm sözünün mənası nədir, deyilmişdir; Əcəm yəni qoyun, inək, göyərçin və s...[9]

Yuxarıdakı bəhsi nəzərə alaraq imamın məqsədfə olan mənanı, ərəb əcəm sözünün müxalif mənalarda işlənmişdir zəruridir. Bu məqsədi başa düşmək üçün, başqa rəvayətlər ki, bu sözlər onlardan istifadə olunmuşdur və yaxud məna cəhətindən bəhs edilən hədislə oxşarlığı vardır tədqiq olunmalıdır.

Bu mövzuda olan hədislərdən əldə etmək olar ki,[10] ərəb sözü bucür rəvayətlərdə əsl, sabit, köklü və ya aşkar və anlaşılmamazlığın olmaması mənasında və əcəm sözü isə kökü olmayan, mənasız və ya ağılsız kimi bu rəvayətdə istifadə olunmuşdur ki, hamısı əsl mənalarıyla münasibdirlər.

Bu iki sözün həqiqi və məcazi mənaları buna görə yaranmışdır ki, o zamanlar ərəblə ərəb olmayan arasında müqayisə, insanların əsl əcdadlarını təyin etmək üçün daha çox istifadə olunmuş və əsl ərəb olmaq ərəblər üçün daha üstün məqam

Daşıyırdı. Bunun üçün də imam bu fikri ki, insanlar arasında yüksək məqama sahib olmaq əsl ərəb olmaqdır, aradan qaldırmaq üçün buyurur məqam sahibi və əsl olmaq haqq yolundan itaət etməklə əldə olunur. Bəs bu açıqlamayla ki, bizim şiələrimiz ərəb və asillidirlər, o batil fikirlə mübarizə aparmışdır.

Bir rəvayətdə ki, buyurur: "Biz ərəbik və bizim şiələrimiz də ərəbdirlər..."[11]

Və başqa bir rəvayətdə ki, buyurur: Hər bir müsəlman ki, dünyaya gəlir ərəbdir..."[12] bu mətləbi təyid edirlər. Bu bəhsləri nəzərə alaraq, Qureyş ərəb tayfalarının ən əsilli tayfası sayılır və bəhs olunan rəvayətin ənası bu cür olur: Biz ən əsilli insanlar və bizim şiələrimizdə ən əsilli insanlardır düşmənlərimiz isə əsli və kökü olmayan insanlardırlar.

4.             Bütün bunlardan əlavə bir çox rəvayətlər ərəblərdən başqa tayfaları iman, düzgün əməl, sabir və payidar olduqları üçün onları da çox təşviq etmişdir. Bu rəvayətlərdən bir neçəsi belədir:

A: İmam Baqir (ə) həzrət Məhdinin (ə.c) bir hissə köməkçilərini əcəm övladlarından tanıtdırır.[13]

B: İmam Əli (ə) rəvayət olunmuşdur: Bir zaman gələr ki, əcəm tayfaları Kufə məscidində yerlər düzələr və Quranı nazil olduğu kimi təlim verirlər.[14]

C: Başqa bir yerdə Əmirəl- möminindən Farslar barəsində rəvayət olunmuşdur ki, Ərəblərə buyurmuşdur:

Quranın nazil olmasına xatir onlarla müharibə etdiniz amma dünya sona yetməz yalnız onlar Quranın təfsiri və batini üçün sizlərlə döyüşürlər. (Yəni siz onun təfsirini buraxarsınız amma onlar onda payidar qalarlar).[15]



[1] - Rəvayətin əsl mənbəyi məaniyul- əxbar kitabı, səh 404.

[2] - Xoyi, Seyyid Əbul Qasim, Möcəmur- rical, cild 4, səh 9.

[3] - Ərəb sözündən məqsəd, Qureyş və əcəm həmin məruf nəsllər olsunlar.

[4] - Hucurat, surəsi, ayə 13.

«یا أَیُّهَا النَّاسُ إِنَّا خَلَقْناکُمْ مِنْ ذَکَرٍ وَ أُنْثى‏ وَ جَعَلْناکُمْ شُعُوباً وَ قَبائِلَ لِتَعارَفُوا إِنَّ أَکْرَمَکُمْ عِنْدَ اللَّهِ أَتْقاکُمْ إِنَّ اللَّهَ عَلیمٌ خَبیرٌ»

[5] - Mədənul- cəvahir, səh 21.

«قال سیدنا رسول الله (ص) أیها الناس إن ربکم واحد و إن أباکم واحد لا فضل لعربی على عجمی و لا لعجمی على عربی و لا لأحمر على أسود و لا لأسود على أحمر إلا بالتقوى قال الله تعالى إِنَّ أَکْرَمَکُمْ عِنْدَ اللَّهِ أَتْقاکُم»

[6] - Kafi, cild 1, səh 69.

«قَالَ قَالَ رَسُولُ اللَّهِ (ص) إِنَّ عَلَى کُلِّ حَقٍّ حَقِیقَةً وَ عَلَى کُلِّ صَوَابٍ نُوراً فَمَا وَافَقَ کِتَابَ اللَّهِ فَخُذُوهُ وَ مَا خَالَفَ کِتَابَ اللَّهِ فَدَعُوهُ»

[7] - İstifadə olunub Lisanul- ərəb kitabı, cild 1, səh 589.

[8] - Həmin, cild 12, səh 386.

[9] - Məcməul- Bəhreyn, cild 6, səh 112.

[10] - Məaniyul- əxbar, səh 404.

[11] - Həmin.

[12] - Həmin.

[13] - Səfinətul- bihar, cild 2, səh 164.

[14] - Həmin.

[15] - Qurəbul- əsnad, səh 52, Biharul- ənvar, cild 64, səh 174.

Başqa dillərdə Q tərcümələr