Baxanların
5695
İnternetə qoyma tarixi: 2010/11/10
Saytın kodu fa1396 Arxiv kodu 10798
Sualın xülasəsi
İmam Məhdi (əc) günah və səhvə yol vermir?
Sual
İmam Məhdi (əc) günah və səhvə yol vermir?
Qısa cavab

Bu şübhənin mənşəyi üç yerdən qaynaqlana bilər: Birincisi, imamlar arasında fərq qoymaq; ikinci, o həzrətin imaməti uşaqlıq dövründən başlaması; üçüncüsü isə o həzrətin uzun ömürlü olmasıdır. Əgər birinci bənd bu suala səbəb olmuşdur lazımdır deyək: Şiə nəzərində bütün on iki imam vahid nurdurlar və onların arasında heç bir fərq yoxdur, onlar hamısı pak sülbdən və bətndən olmuş və uşaqlıqdan ömürlərinin sonuna qədər pak və hər bir səhv və günahdan amanda qalmışdır. Əgər sualın mənşəyi ikinci bənddirsə buna da diqqət yetirmək lazımdır ki, onun yaşının az olması başqa az yaşlılar kimi deyil və uşaqlıq dövründən Allahın amanında hifz olmuşdurlar və o dövürdən həddi buluğ zamanına kimi də hər bir səhv, üsyan və bir şeyi unudmaqdan amanda qalmışdırlar. Cismi isə qocalıq və yaşlandığına görə, fikri və ruhu isə ömrünün uzun olmasına görə heç bir ziyan görmür ki, qocalığın təsirindənsəhv və bir şeyi unudaraq anlaşılmazlığa yol versinlər.

Bunun üçün də, günah və hafizəsizliyi o həzrətə nisbət vermək səhv bir fikirdir. Bu mövzuda da belə bir işin baş verməsi tarixdə də görünmımişdir!

Bəs imamları sair insanlarla müqayisə edib onlarla bir mərhələdə bilmək düzgün deyil.

Ətreaflı cavab

Başqa məzhəb və dinlərin əksinə olaraq, şiə peyğəmbərlərin ömürlərinin bütün mərhələlərini uşaqlıqdan başlayaraq dünyadan köçənə kimi məsum olduqlarına və imamların da onlar kimi olduğuna inamlı və etiqadı vardır.

İsmətdən məqsəd, Allah tərəfindən olan bir məkəldir ki, möhkəm iradə və elmi qeybdən qaynaqlanır və məsumun günahdan, səhvdən amanda qalmasına və vəhyi Allah tərəfindən alıb təbliğ etməsində hər bir səhvdən amanda qalır, peyğəmbərlər (ə) kimi birbaşa və yaxud imamlar (ə) kimi bir başa olmayaraq bundan bəhrələnmişlər ki, Allah tərəfindən olan və ya heç bir şey əlavə olmadan insanlara çatsın və onların arasında icra olsun, beləliklə insanlar da insanlıq məqamının ən uca pilləsinə yüksələ bilsin.

İstəmədən məqsəd olan bu hədəf o vaxt bərpa olar ki, insan onu bütün ömür boyu icra etsin, əks halda Peyğəmbər və imamın hidayət və vilayətinə naqislik gətirmişdir və belə halda qəlblərdən silinmiş və yaxud doğru tözih və təfsir edilməyib hidayətdə də təsiri yoxdur.

İmam Məhdinin (əc) imaməti bir neçə yolla sabit olmuşdur və bu qanundan istisna olur, çünki onun imaməti, ömrünün bütün mərhələsində, uşaqlıqdan ömrünün sonuna kimi ismətlə bir olmuş və onun əməl və fikrində səhv etmək nəzəriyyəsinə yer qalmır.

Həzrət Məhdi (əc)- ın məqamını, ismətini xüsusiylə də elmini dərk etmək çətin bir işdir. Bunun üçündə öz acizliyimizi qəbul etməli və o həzrəti digər şəxslərlə müqayisə etməkdən əl göterməliyik, İmam Əli (ə) buyurur: həqiqətən bizim vilayətimiz çətindir (bəs) onu daşıya bilməz yalnız o mömin ki, Allah onun qəlbini qeybətə görə imtahana çəkmişdir və bizim vilayətimizi qəbul etməz yalnız o siinələr ki, o əmanətdar və ağıl mənbəyidir."[1] O həzrət buyurdu: Bu ümmətdən heç birini peyğəmbər (s) ailəsiylə müqayisə etmək olmaz: Çünki onlar peyğəmbər əhli beytinin hidayətindən bəhrələnmişdirlər, başqalarıyla bərabər deyildirlər: Çünki onlar dinin əsası və imanın sütunlarındandırlar, və sair.[2]

İmam Rza (ə) uzun bir hədisdə bu mövzuda buyurur: İmamətin qüdrəti çox, şəni uca, məqamı ali, yeri yüksək və dərinliyini isə insanların fikri onu dərk etməz, və ya öz nəzərləriylə o həqiqəti tapıb imamı təyin etməyə qadir deyildir. Elə güman edirsiniz ki, imam peyğəmbər ailəsindən kənardır?!

Burada fikirlər qarışır düşüncəsiz alim və şairlər sükut edib ədiblər çarəsiz qalırlar ki, imamın fəzilətlərindən birini vəsf etmək üçün çarəsiz qalmışlar."[3]

Dediyimiz səhv və haqqı inkar etmək uşaqlıqda ola bilər ki, insanın hələ elmi və iradəsi yoxdur və ya cahillik və zəiflikdən (imanın zəifliyindən) bu yola düşə bilər, və yaxud nəfsin istəyi və heyvani istəklərdir ki, ahıl (orta yaşlarda) insanın ağıl və iradəsinə və beləliklə ruhun və cismin zəiflədiyi qocalıq vaxtında insana qələbə çalır. Amma imam Allah tərəfindən üç tərəfdən kömək olur ki, ümmətin rəhbərliyi və imaməti öz yerini tutub, bunun üçündə Allahın elmi qeybin və iradəsi uşaqlıqdan onu əhatə edir. Beləliklə imam Məhdi (əc)- ın imaməti uşaqlıq dövründən (beş yaşından) başlayıb və bunu özündə sabit edir ki, heç bir çatışmamazlıq, onun uşaqlıq və yaxud buluğ həddinə çatdıqdan sonra onda olmamışdır.[4] Buluğ dövründən orta yaşlara qədər də Allah Taalanın öz nəzəri sayəsində yaradılış və məada elmi yəqin tapmış və yüksək iradəyə sahib olmuşdur. Bəs öz istəyi ilə heç bir səhv və küfrə bilərəkdən və yaxud bilməməzlik üzündən yol verməz. Onun ömrün min ildən artıq keçməsi onun ağıl, iman və cisminin zəifləməsinə səbəb ola bilməz; çünki, qeyd etdiyimiz kimi ki, dedik o həzrəti digər insanlarla müqayisə etmək olmaz bundan əlavə, bir çox rəvayətlər bunu bizə çatdırır ki, o həzrət zühur etdiyi zaman (baxmayaraq ki, yüz illər bundan sonra olsun) 40 yaşında və bir cavan sürətində olacaqdır.[5]

Qeybəti kübra (böyük qeybət) dövründə də o həzrətdən səhvin baş verməsini sabit edən dəlilimiz yoxdur ki, onu açıqlayıb cavab verək, beləliklə yuxarıdakı mətləblərin gələcəkdə də baş verməsi ehtimalı gözlənilmir.

İmam Rza (ə)- dan olan "اللهم ادفع عن ولیک... " duada oxuyuruq: "həqiqətən o, (imam Zaman (əc) ) sənin bəndəndir və sən onu özün üçün seçib öz qeyb aləmindən xəbər vermək üçün ayırdın və onu günahlardan hifz (qoruyub) edib naqislikdən amanda saxladın və bütün pisliklərdən qorudun. İlahi!

Biz qiyamət günü onun üçün şəhadət veririk ki, o heç bir günah etməmiş və hüç vaxt harama düşməyib və heç bir zaman itaət və hörmətini zay etməyib və ya dəyişməmişdir. Sənin şəriətini dəyişməyib,, həqiqətən o (sənin qüdrətinlə) hidayət olmuş, təmiz, pərhizkar və hər eybdən uzaq olan sənin razılığınla kamal tapan və təmiz hidayətçidir.[6]

Tovhid və Allahın peyğəmbərinə (s) şəhadət verdikdən sonra bütün imamların imamətinə belə şəhadət veririk: "Şəhadət veririk ki, siz məsum, əziz, Allaha yaxın, pəhrizkar, sadiq, seçilmiş, Allahın itaətçisi, onun hökmünün icraçısı və onun kəramətini doğruldan hidayətçi rəhbər və imamlarsınız. Allah sizi öz elmi üçün seçdi və sizi qeyb elmindən xəbərdar olmağınıza razı oldu; öz qüdrətiylə sizləri seçib varlığın sirlərini sizə açaraq öz hidayətçi sayəsində sizləsi əziz etdi. Və razı oldu ki, siz onun yer üzündəki nümayəndələri olasınız. Allah sizi naqislikdən qoruyub fəsadlardan amanda saxladı, pisliklərdən üoruyub, eyibləri siz əhli beytdən uzaqlaşdırdı və xüsusi bir paklıqla sizi təmiz və pak etdi.[7]

İlahi! Yalnız sənsən ki, qəm və qüssəni uzaqlaşdırırsan, əgər çətinlikdə olduğumuz zaman qaçırsaq nicat verir və çətinlikdə onlara kömək olursan. Bəs bu çətinliyi də öz vəlindən uzaqlaşdırıb onu yer üzündə xəlifə təyin et, bizləri isə peyğəmbərin və əhli beytin düşmənlərindən qərar vermə, biz bu işdən sənə pənah aparırıq, bəs bizə nicat ver. İlahi! Məhəmməd (s) və onun övladllarına salamımı göndər və bizləri sənin dərgahına həqiqi üz çevirənlərdən hesab et. Amin ya rəbbəl aləmin.

Mənbələr:

1.Hərani, hərre ibn Əli, tərcümə əhməd Həbəşi, Tuhəful- uqul.

2. Seyyid Rəzi, Tərcümə Məhəmməd Dəşti, Nəhcül- bəlağə.

3. Safi Lütfüllah, Müntəxəb- əl- əsər.

4. Qumi, Şeyx Abbas, Məfatihul- əl- cinan.

5. Kiya Şimşəki, Bülfəzl, Vilayət dər irfan.

6. Muxtari Mazandarani. Məhəmməd Hüseyn, imamət və rəhbəri.



[1] - Nəhcül- bəlağə, tərcümə, Məhəmməd Dəşti, səh 373, xütbə 189, Bənd 4, ba kəmi təsərrof.

[2] - Nəhcül- bəlağə, tərcümə, Məhəmməd Dəşti, səh 45, xütbə 2

[3] - Üsuli Kafi, cild 1, bab nader came fi fəzli əl imam və sifatih və Tuhəful- uqul, soxənane imam Rza (ə)

[4] - Bax: Sual 285- 1068

[5] - Safi Lütfüllah, Müntəxəb- əl- əsər, səh 351- 352

[6] - Qumi Şeyx Abbas, Məfatihul- əl- cinan, dua bəraye imame Zəman (ə.c)

[7] - Qumi, Şeyx Abbas, axəre Məfatihul- əl- cinan, dua dər qeybəte imame Zəman (ə.c)

Başqa dillərdə Q tərcümələr