Baxanların
4930
İnternetə qoyma tarixi: 2012/03/11
Saytın kodu fa17264 Arxiv kodu 22696
Sualın xülasəsi
Qızım bir il bundan qabaq evləndiyi ərindən ayrıldı. Bu haqda əri ya onun ailəsi tərəfindən heç bir təklif verimədi və boşanmaqdan da danışmadılar? Qızımın başqa bir şəxslə evlənməsi haramdırmı?
Sual
Qızım bir il qabaq rəsmi evləndiyi ərindən ayrıldı. Onun əri narkaman idi. Şərii boşanma haqda onun və ailəsi tərəfindən heç bir təklif verilmədi. Onlar üçün din maraqlı deyil və Almaniyada yaşayırlar. Mənim qızım da orda yaşayır və bir övladı da var. Övladlarının yanına gəlmədilər və boşanmaq barəsində də danışmadılar. Mən qorxuram ki, tək yaşayan qızım biri ilə tanış olub və onunla evlənir. Belə olduqda onların evliliyi haramdırmı? Burada ruhanilər, ərin icazəsi olmadan boşanmanı mümkün saymırlar. Mən onların ailəsi ilə heç cür əlaqə yarada bilmirəm. Amma ana olaraq qızımın vəziyyətindən narahatam. Xahiş edirəm tez cavab verin.
Qısa cavab

Həzrət Ayətullah əl- uzma Sistaninin (muddə- zilluhul- ali) dəftəri:

Əri ilə əlaqə yaratmaq üçüç Həzrət Ayətullahın vəkillərindən birinə müraciət edin. Əgər yaşamaq istəmirsə və boşamırsa da, onu boşamaq üçün, vəkil bizə məlumat versin.

Həzrət Ayətullah əl- uzma Məkarim Şirazinin (muddə- zilluhul- ali) dəftəri:

Şəriət hakimi ya şəriət hakimi tərəfindən olan vəkillərdən biri üçün, qadının çox çətinlikdə olması sabit olsa, onun ərinə son xəbərdarlığı edir ki, ya onunla yaxşıca yaşasın və onun haqlarını təmin etsin və ya onu boşasın. Əgər bunların heç birinə əməl etməsə, yaxud onu tapmaq mümkün deyilsə, şəriət hakimi qadını boşaya bilər. İddə saxladıqdan sonra evlənə bilər.

Həzrət Ayətullah əl- uzma Safi Gülpayqaninin (muddə- zilluhul- ali) dəftəri:

Əgər ər qanuni cəhətdən arvadını boşayıb  və onu öz arvadı bilməyib, nəfəqədə vermir və şərii boşanmağa da hazır deyilsə, siz yaşadığınız yerin alimlərindən birinə müraciət etsin və o da bu barədə tam araşdırma apardıqdan sonra, şərii boşanma siğəsi oxusun. Qadın iddəsini keçirəndən sonra, evlənsin.

Həzrət Ayətullah Məhdi Hadəvi Tehraninin (damət bərəkatuh) cavabı belədir:

Bütün şərtlərə malik fəqihə ya şərii məhkəməyə müraciət etməklə, boşanmaq məsələsini həll etsinlər.

Bu sualın ətraflı cavabı yoxdur.

Başqa dillərdə Q tərcümələr