Baxanların
6555
İnternetə qoyma tarixi: 2012/02/07
Saytın kodu fa18650 Arxiv kodu 21470
Sualın xülasəsi
Aya qırx hədis əzbərləmək rəvayəti ki, Peyğəmbərdən (s) nəql olunmuşdur düzgündür? Qırx hədisin nə olduğunu açıqlayın.
Sual
Çox yerdə Peyğəmbərdən qırx hədis əzbərləmək və mütaliə etmək barəsində eşitmişəm, aya düzgündür və qırx hədisin nə olduğunu açıqlayın?
Qısa cavab

Əziz İslam Peyğəmbəri məruf "Qırx hədis" rəvayətində ki, şiə mənbələrində[1] vəbəzi sünni mənbələrində[2] müxtəlif şəkillərdə qeyd olunmuşdur, qırx hədis əzbərləməyə çoxlu sifariş olunmuşdur, bu isabət kimi "Mənim ümmətimdən hər kəs qırx hədis, o hədislərdən ki, insanlar öz dinlərində ona ehtiyacları vardır, əzbərləsə Allah Taala onu qiyamət günü fəqih və alim məşhur edəcəkdir."[3]

Bu hədis təvatör[4] etibarlı və düzgün hədisdir.

Bu hədisdə əsl məqsəd "qırx hədis yazmaq" və ən mühüm amil isə alimlərdə qırx hədis kitablarının yazılması düşüncəsinin canlandırmaq olmuşdur. Bu kitablarda, Məsum İmamlardan qırx hədis müxtəlif etiqad və əxlaq kimi mövzularda yazılmış və bəzilərinə .ərh və tozih də yazılmışdır.

Bunun üçün də işarə olunmuş rəvayət müəyyən bir mövzuda olan hədislərə şamil deyil, bəlkə hər hansı bir hədis ki, onu öyrənmək insan maarifi üçün dünya və axirətdə faydalıdır, şamil olur.

Əllamə Məclisi "hədis əzbərləməyi" işarə olunmuş hədisləri bir neçə hissəyə bölmüşdür ki, əsasən aşağıdakı bəhsdən ibarətdir:

1.             "Hədis əzbərləmək" hədisin sözlərini əzbərləyib onu qoruyub saxlamaq deməkdir; Misal üçün ; yazı və qəlbdə və ya hədisin sözlərini olduğu kimi qorumaq və...

2.             Hədisi əzbərləyib qoruyub saxlamaq, hədisin mənalarına diqqət, düşünmək və İslam marifini onlardan ələ gətirmək deməkdir.

3.             Hədisi qoruyub saxlamaq, hədis əsasında əməl etməyə deyilir.[5]

Bu sualın ətraflı cavabı yoxdur.



[1] - Nümunə; Şeyx Səduq, Savabul əmal və icabul əmal, səh 134. Daruş- şərif Əl- Rəzi lilnəşr. Qum, ikinci çap. 1406, hicri qəməri. Şeyx Hürr Amuli, Məhəmməd ibni Həsən, Vəsailüş- şiə, cild 27, səh 94, Alul- beyt müəssisəsi. Qum, birinci çap, 1409, hicri qəməri.

[2] - Nümunə: Suyuti Cəlaləddin, Əl- durrul Mıənsur fi təfsiril- məsur, cild 5, səh 343. Nəşriyyat Ayətullah Mərəşi Nəfəfinin kitabxanası, Qum 1404 hicri qəməri. Əsqəlani, ibni Həcər. Əl- isabə fi təmyizil- Səhabə, cild 6, səh 381, Darul kitab- əl aləmiyyə. Beyrut birinci çap, 1415 hicri qəməri.

[3] - Savabul- əmal və icabul- əmal, səh 134. Məhəmməd ibni Həsən, Vəsailüş- şiə cild 27, səh 94.

«مَنْ‏ حَفِظَ مِنْ‏ أُمَّتِی‏ أَرْبَعِینَ حَدِیثاً مِمَّا یَحْتَاجُونَ إِلَیْهِ مِنْ أَمْرِ دِینِهِمْ بَعَثَهُ اللَّهُ عَزَّ وَ جَلَّ یَوْمَ الْقِیَامَةِ فَقِیهاً عَالِما»

[4] - Bax: Göstərici "Ümumi, mənəvi və sözdə (Mütəvatir) etibarlı hədisin ülgüsü" sual 2412.

[5] - Bax: Məclisi: Məhəmməd Baqir, Biharul- ənvar, cild 2, səh 156- 158. Əl- vəfa müəssisəsi, Beyrut 1404, hicri qəməri.

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.
Başqa dillərdə Q tərcümələr