Baxanların
5867
İnternetə qoyma tarixi: 2012/02/12
Saytın kodu fa19835 Arxiv kodu 21596
Sualın xülasəsi
Elə ki, Allah- Taala maddi şeyləri mütləq heçdən (yoxluqdan) yaratdı, bu mənayadır ki, onun qüdrəti maddi şeyin şəkli, forması və qüdrətində əks olunubdur?
Sual
Elə ki, Allah- Taala maddi şeyləri mütləq heçdən (yoxluqdan) yaratdı, bu mənayadır ki, onun qüdrəti maddi şeyin şəkli, forması və qüdrətində əks olunubdur?
Qısa cavab

Bəli, yoxluqdan xəlq olma (vücuda gəlmə) o manayadır. Çünki yoxluq bir şey deyil ki, Allah ondan xəlq edə. Rəvayətlərdə də bu mətləbə işarə olunubdur ki, Allahın mütləq olan qüdrəti başqa İlahi sifətlər ilə birləşib və məxluqatı yoxluqdan yaratdı. Bu birliyin dərki bizim elmimizin dairəsindən xaricdir. Həqiqətdə, bu məxluqat Allahın mütləq qüdrətinin əksi və güzgüsüdür.

Rəvayətlərdə bu "əks olunma"[1] termininə "sifətin baş verməsi" kəlməsi ilə işarə olunubdur:

"Allah Taala əvvəldən bizim yaradan olub. Elm onun zatı olub, bir halda ki, heç bir məlum olmayıb; eşitmək onun zatı olub, bir halda ki, eşitməli bir şey olmayıb; görmək onun zatı olub, bir halda ki, görməli bir şey olmayıb; qüdrət onun zatı olub, bir halda ki, heç bir mümkün olmayıb. Elə ki, əşyanı yaratdı və o əşyalar məlum oldular onun elmi məlumda, eşitməyi eşidiləsi şeylərdə, görməyi görüləsi şeylərdə və qüdrəti mümkündə reallaşdı".[2]

Yəni Allah- Taala, mütləq olub, onun zatında sifətlər arasında heç bir fərq yoxdur və zat cəhətindən bizim üçün tanına deyil, amma məxluqat yoxluqdan xəlq olandan sonra, onun bu məxluqatı, nişanələr ünvanında onun təcəllisi və əksi olublar ki, Allah- Taala bu nişanələr vasitəsilə tanına. Qüdsi hədisdə də Allah- Taalanın dilindən belə nəql olubdur:

«کنت کنزاً مخفیاً فاحببت أن أعرف فخلقت الخلق لکی أعرف»[3]

Mən gizlin bir xəzinə idim, tanınmaq istədim və tanınmağım üçün xəlq etdim.

Bu sualın ətraflı cavabı yoxdur.



[1] - Əks olma, irfani terminlərdə həmin təcəlli mənasınadır.

[2] - Kuleyni, Əl- kafi, cild 1, səh 107, Darul- kutubil- İslamiyyə, Tehran, 1365 hicri şəmsi.

«عَنْ أَبِی بَصِیرٍ قَالَ سَمِعْتُ أَبَا عَبْدِ اللَّهِ ع یَقُولُ لَمْ یَزَلِ اللَّهُ عَزَّ وَ جَلَّ رَبَّنَا وَ الْعِلْمُ ذَاتُهُ وَ لَا مَعْلُومَ وَ السَّمْعُ ذَاتُهُ وَ لَا مَسْمُوعَ وَ الْبَصَرُ ذَاتُهُ وَ لَا مُبْصَرَ وَ الْقُدْرَةُ ذَاتُهُ وَ لَا مَقْدُورَ فَلَمَّا أَحْدَثَ الْأَشْیَاءَ وَ کَانَ الْمَعْلُومُ وَقَعَ الْعِلْمُ مِنْهُ عَلَى الْمَعْلُومِ وَ السَّمْعُ عَلَى الْمَسْمُوعِ وَ الْبَصَرُ عَلَى الْمُبْصَرِ وَ الْقُدْرَةُ عَلَى الْمَقْدُورِ»

[3] - Qazi Nurullah Şuştəri, Ehqaqul- həqq, cild 1, səh 431, Məktəbətu Ayətullahil- Mərəşi, Qum, 1409 hicri qəməri.

Ətreaflı cavab

Bu sualın ətraflı cavabı yoxdur.

Başqa dillərdə Q tərcümələr