Baxanların
6840
İnternetə qoyma tarixi: 2013/02/28
Saytın kodu fa27350 Arxiv kodu 75459
Sualın xülasəsi
Hədis elmində Şazz və müəllil hədis hansı məna da işlədilir?
Sual
Hədis elmində Şazz və müəllil hədis hansı məna da işlədilir? Lütfən nümunə göstərin?
Qısa cavab
  1. Şazz hədis: O rəvayətə deyilir ki, bir sənədi olsun, amma rəvayəti nəql edənlərin hamısı siqə (inanlmış və dürüst) insanlar olsun. Lakin mətn baxımından məşhurun nəql etdiyi rəvayətlə müxalif olsun. Şazz rəvayətə Nadir rəvayətdə deyilir[1].
  2. Fiqh elmində Şazz adı çox vaxtı o hədisə deyilir ki, Fəqihlər o hədisin məzmununa əməl etməyiblər. Baxmayaraq ki, hədis səhih və ziddi olmayan hədisdir[2]. Və məşhur hədislə şazz hədis arasında ziddiyyət olduqda, məşhur hədisə əməl olunur[3].
Şazz termini o terminlərdəndir ki, kifayət qədər istifadə olunur və Vahid xəbərin növlərindəndir[4].
Şazz hədisə nümunə: “لا وَ اللَّهِ مَا نَقَصَ‏ مِنْ‏ شَهْرِ رَمَضَانَ‏ قَطُّ[5] Allaha and olsun daha ramazan ayı heç vaxt (naqis) az (29 gün) olmayacaq. Bu hədisə fəqihlər əməl etməyi doğru bilməyiblər. və onu şazz hədis adlandırıblar[6].
B Müəlləl hədis iki mənada işlədilir:
  1. Son dövrün fəqihlərinin terminologiyasında:
Son dövrün fəqihləri müəlləl hədisi o hədislərə şamil edirlər ki, hökmün səbəb və məqsədini bəyan edir. Məsələn: Şeyx Səduqun “İləlüş-şəraye” kitabı o ana hədis kitablarındandır ki, onda hökmlərin meydana gəlməsinin səbəbi bəyan edilib[7].
  1. Hədis alimlərinin terminologiyasında:
Hədis alimləri yəni mühəddislər o hədisə müəlləl hədis deyirlər ki, hədisin mətnində ya sənədində bir gizli qüsur ya qarışıqlıq olsun. Əgər o hədisin zahirindən doğruluq və səhihlik istifadə olunsa belə o hədisi Müəllil sayırlar. Müəllil bu mənaya illət kökündən, xəstə mənasına işlədilir[8]. Deməli Müəlləl hədisin, baxmayaraq ki, zahiri mətn və sənəd baxımından səhihdir, amma həqiqətdə və diqqətlə mülahizə etdikdə, mətn ya sənədində incə bir zəifliyə və ya qüsura malikdir. Onu araşdırmaq və üzə çıxarmaq ancaq hədis mütəxəssisləri və ekspertləri tərəfindən tam əminliklə ortaya qoyula bilər. Məsələn hədisin mətnində iztirabı olması kimi. Müəlləl hədis bu mənada mötəbər sayılmır. Bu səbəbə görə onu zəif hədisin növlərindən sayıblar[9].
Bu termin daha çox Əhli sünni alimlərinin terminologiyasında işlədilir. Onlar bu səbəbə Səhih hədisin mənasında səbəbin qeyd olmamasını şərt ediblər[10].  
 

[1] - Nəsiri, Əli, Hədisşünaslıq, cild 2, səh 56, Sənabul nəşriyyatı, Qum, ilk çap, 1383 hicri şəmsi tarixi ilə.
[2] - Sədr, Seyid Həsən, Nəhayətud-dirayə fi şərhur- risalətul mövsuməti bilvəcizə lil Bəhayi, Araşdırma: Əlğərbavi, Macid, səh 222, Məşər nəşri, Qum, tarixsiz; Seyid Məhmud Haşimi Şahrudinin başçılığı ilə bir qrup araşdırmaçı ilə, Əhli beyt (ə) məzhəbinə uyğun Fiqh terminologiyası, cild 3, səh 264, Əhli beyt (ə) məzhəbi üçün İslam fiqhinin terminoloji institut, Qum, İlk çap, 1426 hicri Qəməri tarixi ilə.
[3] - Əhli beyt (ə) məzhəbinə uyğun Fiqh terminologiyası, cild 3, səh 264
[4] - Hədisşünaslıq, cild 2, səh 56; Əhli beyt (ə) məzhəbinə uyğun Fiqh terminologiyası, cild 3, səh 264
[5] - Şeyx Tusi, əhəmməd bin Həsən, Təhzibul Əhkam, Mühəqqiq və müsəhhih, Musəvi Xorasan, Həsən, cild 4, səh 169, Darul kitabul İslamiyyə, Tehran, Dördüncü çap, 1407 hicri Qəməri tarixi ilə.
[6] - Həmin; və baxın: Fazil Kazimi, Cavad bin Səd, Məsalikul Əfham ila Ayatul Əhkam, cild 1, səh 336 və 337, Mürtəzəvi nəşriyyatı, Tehran, 1389 hicri qəməri tarixi ilə; Bəhrani, Yusif bin Əhməd, Əlhədaiqun-Nazirəh fi əhkamil itrətit-tahirə, Mühəqqiq və müsəhhih, İrəvani, Məhəmməd Təqi, Məqrəm, seyid Əbdürrəzzaq, cild 13, səh 275- 278, İslam nəşriyyatı ofisi, Qum, İlk çap, 1405 hicri Qəməri tarixi ilə.
[7] - Hədisşünaslıq, cild 2, səh 70
[8] - Həmin, səh 70-71
[9] - Əhli beyt (ə) məzhəbinə uyğun Fiqh terminologiyası, cild 3, səh 274
[10] - Hədisşünaslıq, cild 2, səh 71; Nümunə üçün baxın: İbn Səlah, Osman bin Əbdur-Rəhman, Mərifət ənva ulumul hədis, (İbn Səlahın girişi), səh 89-93, darul fikr, Beyrut, 1406 hicri Qəməri tarixi ilə; Süyuti, Cəlaləddin, Tədriburravi fi şərhi təqribun- nəvavi, araşdırmaçı, Faryabi, Əbu Qutəybə Nəzər Məhəmməd, cild 1, səh 294- 307, Daru Təyyibə, Riyaz, tarixsiz
Başqa dillərdə Q tərcümələr