Baxanların
6817
İnternetə qoyma tarixi: 2012/01/08
Saytın kodu fa4308 Arxiv kodu 20528
Sualın xülasəsi
Aya bu nəzəriyyə doğrudur ki, Kafi kitabında səhih hədislər azdır?
Sual
Deyirlər Kuleyni səhih hədislər üçün dəlillər açıqlanmışdır ki, onun əsasında, Kafi kitabında səhih hədislər azdır? Bu sözün şahidi bəzi kitablardır ki, Kuleynidən sonra yazılmışdır. Buna əsasən də Vəhid Bəhbəhani deyir: "Biz Kafi kitabında bəzi rəvayətləri müşahidə edirik ki, onun həqiqətən məsum imamlardan olmadığını yəqin edirik". Aya bu nəzəriyyə düzgündür?
Qısa cavab

Kuleyni hədisi təyin etmək üçün gətirdiyi nümunələrin açıqlaması o hədislər barəsindədir ki, bir- birinin əksinə olunsun; nəin ki, bütün düzgün hədisləri təyin etmək üçün bu üç yoldan və qanundan istifadə olunsun yəni Quranla müvafiq, sünni məzhəbinin əksi və ixtiyarı olsun; bəlkə nişanələr bunlardan daha çoxdur. Kuleynidən sonra kitabların yazılması onun kitabının kifayət etməməsi demək deyildir, çünki bu cür kitabların müəllifləri Kafi kitabını qəbul edirlər.

Ətreaflı cavab

Bu nəzəriyyənin cavabını ətraflı əldə etmək üçün bir neçə nöqtəyə nəzər salmaq lazımdır:

  1. Mərhum Kuleyni, qeybəti- suğra zamanında şiə aləminin ən böyük alimlərindən sayılırdı ki, bir çox alimlər, onu sitayiş və qəşviq etmişdirlər.[1] Mərhum Məhəmməd Təqi Məclisi (rəh) deyir: Həqiqətən şiə alimləri arasında Kuleyni kimisi olmamışdır və hər kəs onun kitabındakı xəbərləri və ardıcıllıqlara diqqət yetirsə, dərk edəcəkdir ki, o Allah- Taala tərəfindən qəbul olunmuşdur.[2]

  2. Kuleyninin (rəh) hədisi təyin etmək üçün dəlil və ülgülər o hədislər barəsindədir ki, bir- birinin əksinə olsun; nəin ki, bütün düzgün hədisləri təyin etmək üçün bu üç yoldan və qanundan istifadə olunsun: yəni quranla müvafiq, sünni məzhəbiylə müxalif və az ixtiyarıyla olsun; bəlkə nişanələr bunlardan daha çoxdur. Əlavə məlumat sonrakı nöqtədə açıqlanacaq.

  3. O cür ki, bəzi alimlərin nəzəri, Kafi itabının hədislərinin sayılması nəticəsində açıqlanmışdır bu tərif və termin əsasındadır ki, son əsrlər (kutube- ərbəə) şiə məzhəbinin dörd əsl kitablarının müəllifləri dövründən yaranmışdır. Amma müasir tədqiqatşılarının nəzərində hədisin etibarlı sayılmasının ülgü və dəlili, rəvayətin inanılmış şəxs tərəfindən söylənilməsi deyil bəlkə rəvayətin inanıləb qəbul olunmasıdır; o cür ki, keçmiş elm sahibləri də o rəvayətin düzgün olduğunu qəbul edirlər ki, onun məsum tərəfindən olduğuna yəqinlik tapsınlar.[3] Yəni bir hədisin mətn və sənəd (rəvaətlər) baxımından o hədisin həqiqətən Məsum İmam (ə) tərəfindən olduğuna inansınlar. Onlar bu cür hədisi səhih) düzgün hədis adlandırırlar.

  4. Bu dəstənin qarşılığında ki, Kafi kitabının hədislərində nöqsan olduğunu vurğulayırlar, bir dəstə də bu kitabdakı hədislərin tamamıyla etibarlı olduğunu açıqlayırlar. Şeyx Mofidin etiqadı budur ki, şiənin ən xeyirli və bərəkətli kitabı, Mərhum Kuleyninin Kafi kitabıdır.[4]

Seyyid Murtəza deyir: Şiənin dörd əsli kitabında çoxlu rəvayətlər vardır ki, mümkündfür vahid xəbər olsun, amma biz müxtəlif yollarla onun Məsumlar (ə) tərəfindən olduğunu yəqinliklə inanırıq:

1.     Onların müxtəlif vasitələr və daha geniş şəkildə inkişaf olması,

2.     O nişanələr ki, o rəvayətlərin düzgün onlasından xəbər verir.[5]

Mühəqqiq Kərəki və Məhəmməd Əmin Əstərabadinin nəzəri budur ki, şiə aləmində Kafi kitabının bərabəri yazılmamışdır.[6]

Nəccaşi deyir: Məhəmməd ibni Yəqub Kuleyni bizim səhabənin böyük şəxsiyyətlərindəndir. Rey şəhərində camaat arasında ən etibarlı şəxsdir ki, hədis rəvayət etmiş və 20 il müddətində Kafi kitabını yazmışdır.[7]

Məalim və Məntiqiyul ğəman kitabının müəllifi deyir:

«ان احادیث الکتب الاربعة و امثالها محفوفة بالقرائن و انها منقولة من الاصول والکتب المجمع علیها بغیر تغییر»[8]

İcazə barəsində isə.

«ان اثر الاجازة بالنسبة الی العمل انما یظهر حیث لایکون متعلقها معلوما بالتواتر و نحوه ککتب اخبارنا الاربعة فانها متواتره اجمالا والعلم بصحة مضامینها تفصیلاً یستفاد من قرائن الاحوال و لامدخل للاجازة فیه غالباً»[9]

Yəni, bizim bəzi dəlillər əsasında dörd əsl kitabın düzgün olduğuna inanırıq bunun üçün də onda icazənin heç bir təsiri yoxdur.

Feyz Kaşaninin nəzəri budur:

Kafi, ən şərafətli, kamil və hər tərəfli bir kitabdır, çünki əsl məsələlərə toxunulmuş və mənasız bəhslərə yol verilməmiş və əlavə şeylərə yer verilməmişdir.[10]

Mərhum Xoyi öz Rical kitabının müqəddiməsində deyir: Mərhum Şeyx Məhəmməd Hüseyn Naini dərslərindən birində buyurmuşdur: Kafi kitabının rəvayətlərinin sənədləri barəsində münaqişə acizcəsinə bir işdir və yalnız aciz şəxslər onun düzgün olmadığını bildirirlər. Başqa heç bir şəxsin onda şübhəsi yoxdur.[11]

Əlbəttə düzgün nəzəriyyə bundan ibarətdir ki, o qədərdə şiddıtli və ya zəif olmamaq lazımdır: Baxmayaraq ki, Kafi kitabında düzgün və etibarlı rəvayətlər bəzi rəvayətlərə şamil olunur ki, onları qəbul etmək mümkün deyildir.

  1. Sonradan təlif olunmuş kitab, o demək deyildir ki, ondan əvvəlki kitab kifayət edici deyil, çünki mümkündür bir müəllif öz kitabını bir nəzərdən və müəyyən bir baxımdan müxtəsər yazsın və başqa bir müəllif başqa bir baxımdan və ya geniş və ətraflı olaraq bir mövzü üzərində bəhs etsin. O cür ki, mərhum Feyz Kaşani, Vafi kitabının müqəddiməsində Kafi kitabından təqdir etdikdən sonra, Vafi kitabını yazmasının illətini Kafi kitabının müxtəsər və qısa olduğunu bildirir.[12]

  2. Vəhid Bəhbəhainin (rəh) nəzəri budur ki, Kafi kitabının rəvayətlərinin çoxunun sənədi Məsumlara (ə) çatmır, bəlkə Məsumlarda şagirdlərindən birinə çatır.[13] Bunun üçün də bu söz əsasında ki, "biz Kafi kitabında bəzi rəvayətləri müşahidə edirik ki, onun həqiqətən Məsum tərəfindən söylənmədiyinə inanırıq," Mərhum Vəhidin sözü olmamışdır; və onun sözlərində səhv olaraq bu cür başa düşülmüşdür; çünki əgər bir rəvayətin sənədi Məsuma çatmırsa, o demək deyildir ki, o rəvayət yalan və yaxud zəifdir. Çünki Əli ibni İbrahim və Əbi Əyyub[14] kimi şəxsiyyətlər Məsum şəxslərdən başqasından rəvayət etməzlər, bunun üçün də Kuleyni bu cür şəxsiyyətlərə inanaraq, rəvayətin sənədini onların vasitəsiylə sona vermişdir.

 



[1] - Muhəddis Qumi, Kuleyni barəsində deyir: Böyük Kafi kitabının müəllifi hədis alimlərinin rəhbəri və şiənin gözünün nurudur. Hədiyyətul- əhbab, Şeyx Abbas Qumi, Əmir Kəbir nəşriyyatı Tehran, 1363, səh 247.

[2] - Usul- Kafi, Siqətul- İslam Kuleyni, tərcümə; seyid Cavad Mustəfəvi, (rəh) Vəfa intişaratı, cild 1, tərcümə edənin müqəddiməsi, əlavə məlumat üçün müraciət olunsun sual 1528, göstərici Kafi kitabının hədisləri.

[3] - Seyfi Mazandarani, Əliəkbər, Meqyasu- rəvayət- fi elmild- dirayət, səh 44. Əlavə məlumat üçün 1937- ci suala müraciət olunsun.

[4] - Əl- ulumul hidayətil- rəfiəh fi etibaril- kutub əl- ərbbətil- məişət, Əli Qazi Şahrəvi, (rəh), səh 133.

[5] - Vəsailüş- şiə, Şeyx Hürr Amuli, cild 2, səh 76. Götürülmüşdür Məalimul usul kitabından, səh 171 və Musqaəl- cəmal fil- əhadis əl- sihah və əl- hal, cild 1 səh 8.

[6] - Kulliyyat fi elmir- rical, Sübhani, səh 360.

[7] - Əl- ulum əl- hidayə, səh 133, Nəccaşinin Rical kitabından götürülmüşdür.

[8] - Məanimul usul, Əbu Mənsur Həsən ibni Zeynuddin, səh 185.

[9] - Əl- əlam əl- hidayətul rəziyyə, səh 152, Məalimul usul fi məbhəsil əxbar kitabından götürülmüşdür.

[10] - Usuli kafi, həmin, tərcümə edənin müqəddiməsi, səh 9.

[11] - Möcəm əl- ricalul- hədis, Seyyid Əbul- Qasim əl- musəvi Xoyi, təhqiq Murtəza həkimi Adab intişaratı Nəcəf Əşrəf, səh 99, Beşinci müqəddimə.

[12] - Vafi, feyz Kaşani, İslamiyyə nəşriyyatı, səh 7.

[13] - Misal üçün diyat kitabında bir neçə hədis rəvayət olunmuşdur ki, sənədi Əli ibni İbrahim və Əbi Əyyubda sona çatır nəinki, məsum imam, Əl- rəsail əl- usuliyyə, Vəhid Bəhbəhani səh 7- 8.

[14] - Mustətrəfat əl- məali, əli Namazi Şahrudi, Bəna intişaratı, birinci çap, 1422 hicri qəməri, səh 93 və 213.

Başqa dillərdə Q tərcümələr