Baxanların
5765
İnternetə qoyma tarixi: 2012/01/08
Saytın kodu fa4445 Arxiv kodu 20529
Sualın xülasəsi
Mən bir cavanam və çox istəyirdim bilim, həyatdan məqsəd nədr?
Sual
Mən bir cavanam və çox istəyirdim bilim həyatda yaşamaqdan məqsəd nədir. Mən bir neçə tələbəylə həyatdan məqsəd və bir müsəlmanın necə yaşaması barəsində onlarla söhbət etdim, onlar deyirlər ki, mən İmamlardan birini ülgü olaraq nəzərdə tutmalıyam. Amma mən bir müddət həzrət Əlini (ə) ülgü tutdum amma o həzrətin Nəhcül- bəlağədə bir çox sözlərinin bir- birinin əksinə olduğunu müşahidə etdim. Misal üçün o həzrətin hikmətlərindən birində gəlmişdir ki, mömin gecə və gündüzünü üç hissəyə bölməlidir, bir hissəsi ibadət, bir hissəsi ruzisini əldə etmək və digər bir hissəsini isə evi və halal ləzzətlər üçün.
Bu hikmətdə başqa varlıqlardan söz açılmışdır misal üçün elm və başqa şeylər, xahiş edirəm mənə yol göstərin ki, öz həyatıma necə cəhət verim və kamiş bir insanın yoluna davam edim?
Qısa cavab

İslam təlim və göstərişlərində, son dərəcədə həyatdan məqsəd işarə olunmuşdur. Quran Kərim insan həyatından məqsəd Allaha bəndəlik və onun sayəsində dünya və axirətdə mənəvi kamal və səadətə yol olmasını bildirmişdir. Başqa cür desək insanın həyatı və yaranmasından məqsəd gözəl əməl sahibi olmaq müsabiqəsi kimi bildirmişdir. Rəvayətlərdə yaradılmışdan məqsədin bir çox hissələrinə işarə olunmuşdur. Məsum İmamların (ə) sözlərindən ibrət götürmək üçün bu nöqtəyə diqqət etmək lazımdır ki, o həzrətin sözlərindən istifadə etmək baxmayaraq ki, hamı üçün mümkündür, amma istəsək bir sözü onlara nisbət verək lazımdır bir sıra şəraitlərə riayət edək ki, ətraflı cavabda onlara işarə olunacaqdır.

Ətreaflı cavab

Bizim İslam təlim və tərbiyyəsində hədsiz dərəcədə insan həyatından məqsədin nə olduğuna işarə olunmuşdur. Qurani- kərim insan həyatından məqsəd Allaha bəndəlik və onun sayəsində dünya və axirətdə mənəvi kamal və səadətə yol olmasını bildirmişdir. [1] Başqa cür desək, insanın yaranması və həyatından məqsəd gözəl əməl sahibi olmaq müsabiqəsi kimi də bildirilmişdir. [2] Bu mövzuda əlavə məlumat əldə etmək üçün Əllamə Məclisinin nəhcül bəlağəyə yazdığı şərhin 1, 6 və 7- ci cildlərinə və ya Şəhid Mütəhhərinin təkamole ictimaiye insan kitabına və yaxud saytda bu mövzuda olan suallara [3] müraciət edin.

İmam Sadiq (ə)- dan bizə çatan rəvayətlərdən birində oxuyuruq: İmam Hüseyn (ə) öz əshabının qarşısına gəlib buyurdu: Ulu Tanrı insanları yaratmamışdır yalnız bunun üçün ki, onu tanısınlar, o zaman ki, onu tanıdılar, ona ibadət edəcəklər və o vaxt ki, ona bəndəlik etdilər, ona bəndəlikdən başqa birisinə möhtac olmazlar. [4]

Amma əsl bəhs ki, onu bir azda açıqlamaq lazımdır, Məsum İmamların sözlərindən necə örnək almağın yollarıdır.

Məsum İmamların (ə) sözlərindən örnək almaq üçün bu nöqtəyə diqqət etmək lazımdır: Baxmayaraq ki, o Məsumların sözlərindən ibrət və örnək almaq hamı üçün mümkündür, amma əgər istəsək bir sözü onlara nisbət verək, lazımdır bir sıra şəraitə riayət edək.

  1. Onların sözlərinin ümumi və xüsusi olduqlarını seçməyə qüdrətimiz olsun. Mümkündür bir sözü desinlər amma başqa bir hədisdə öz tərəflərindən və yaxud başqa bir Məsum tərəfindən ixtisas vermiş olsun. Bəs bu zaman ümumi bir baxış və diqqətə ehtiyac duyulur. Misal üçün əgər istəsək onların dünya və yaxud həyatdan məqsədin nə olduğunu onların nəzərində bilmək istəsək və desək bu İslamın nəzəridir, lazımdır ki, bir həddə İmamların sözlərinə və onun mənbələrinə nəzər salmalıyıq ki, həqiqətən yəqinimiz olsun, onların bu ümumi sözləri başqa bir yerdə xüsusi bir məna daşımır.

  2. Bu qüdrətimiz olmalıdır ki, mütləq deyilən sözü qeyd gətirilmiş sözdən ayıra bilək və yəqinimiz olsun ki, İmamın sözü başqa bir yerdə qeyd şəklində gəlmişdir.

  3. Bəzi yerlərdə nəzərə çarpır ki, İmamın bəzi sözləri məxsus bir zaman üçün olmuşdur ki, başqa Məsum tərəfindən zamanın məhdudiyyət çərçivəsində olması açıqlanmışdır; ki, din terminində ona nasix və mənsux deyirlər. Bir məsələni Məsuma nisbət vermək üçün sözlərini nasix və mənsux olmasından yəqinimiz olmalıdır.

  4. Qüdrətimiz olmalıdır onların sözlərini dərəcələrə bölək, bəzi vaxtlar bir məsələni savadsız və avam insanlar üçün açıqlayırdılar ki, lazımdır orta və yüksək dərəcədə olan sözlərdən seçilsin. Misal üçün bu sual Məsum İmamlardan bir neçəsindən soruşmuşdur ki, Allah buna qadirdir ki, dünyanı bu böyüklüyü ilə bir yumurtada yerləşdirsin o halda ki, yumurta böyüməsin və dünya kiçilməsin! İmamlar insanların öz həddində onların cavabını vermişdirlər. Bəziləri üçün gözü misal gətirmişdirlər ki, necə Allah Taala dünyanı yumurtadan da kiçik bir şeyrə yerləşdirmişdir; çünki bu sual bəziləri üçün həll olmamışdır başqa etiqadı bir məsələni açıqlamışdırlar. [5]

Bəs nəzərə çarpmır ki, Nəhcül- bəlağə kimi bir kitabın sözlərindən ki, böyük müsəlman alimləri və hətta başqa məzhəblərdə olan şəxslər öz itirdiklərini onda tapmışdırlar, bir- birinin əksinə olan sözlər olsun. [6]

Amma elm öyrənmək barəsində demək lazımdır əgər böyük Kafi kitabının əl- elm və əl- cəhl babına müraciət olunsa İslamın elm və onun əhəmiyyəti barəsində olan nəzəriyyəsi məlum olar.

Həmin babda (bölmədə) gəlmişdir ki, elm öyrənmək ibadətdir, bəlkə ən yüksək ibadətlərdən sayılır. Bəs İmamın (ə) bu cür hissəyə bölməsi düzgündür ki, buyurur: Öz gücünüzü üç hissəyə bölün; çünki elm öyrənmək də ibadətdir. Nümunə üçün həmin babdan bir rəvayəti İmam Əli (ə)- dan ki, elmin əhəmiyyəti barəsindədir İşarə edirik:

İmam buyurur: Dinin kamilliyi elm öyrənmək və ona əməl etməkdir. Agah (bilin) olun ki, elm öyrənmək ruzi əldə etməkdən də sizin üçün vacibdir. [7]

Sonda sizə tövsiyə edirik bu cür məqamlarda, din alimləri və o şəxslər ki, öz pmürlərini Əhli- beytin sözlərini dərk etmək üçün sərf etmişdirlər, rabitə yaradın və onlardan istifadə edin. Əlbəttə ehtiyatlı olun bəzi insanlar cavanların pusqusunda oturmuşdurlar və onları öz yollarına zövq verirlər. Bir yola dəvət edirlər ki, nəticəsi Allaha dünya və axirət səadəti deyildir. Müvəffəq olun.

 



[1]   - Zariyat surəsi, ayə 56.

[2]   - Hud surəsi, ayə 7, Mülk surəsi, ayə 2.

[4]   - Uləluş- şəraye, Səduq; götürülüb Əl- mizan, cild 17, səh 423.

« ان الله عزوجل ما خلق العباد الا لیعرفوه، فإذا عرفوه عبدوه، فإذا عبدوه استغنوا بعبادته عن عبادة من سواه »

[5] - Məclisi, Məhəmməd Təqi, Biharul- ənvar, cild 4. Səh 143.

[6]   - Müraciət edin: Mutəhhəri, Aşnayi ba Nəhcül- bəlağə; və nəhcül- bəlağənin müqəddiməsi Məhəmməd Əbduh, Misr Müfdisinin şərhiylə.

[7]   - Kuleyni, Məhəmməd ibni Yəqub. Əl- Kafi, cild 1, səh 30.

« قَالَ سَمِعْتُ أَمِیرَ الْمُؤْمِنِینَ یَقُولُ أَیُّهَا النَّاسُ اعْلَمُوا أَنَّ کَمَالَ الدِّینِ طَلَبُ الْعِلْمِ وَ الْعَمَلُ بِهِ أَلَا وَ إِنَّ طَلَبَ الْعِلْمِ أَوْجَبُ عَلَیْکُمْ مِنْ طَلَبِ الرزق. »

Başqa dillərdə Q tərcümələr