İslam təlim və göstərişlərində, son dərəcədə həyatdan məqsəd işarə olunmuşdur. Quran Kərim insan həyatından məqsəd Allaha bəndəlik və onun sayəsində dünya və axirətdə mənəvi kamal və səadətə yol olmasını bildirmişdir. Başqa cür desək insanın həyatı və yaranmasından məqsəd gözəl əməl sahibi olmaq müsabiqəsi kimi bildirmişdir. Rəvayətlərdə yaradılmışdan məqsədin bir çox hissələrinə işarə olunmuşdur. Məsum İmamların (ə) sözlərindən ibrət götürmək üçün bu nöqtəyə diqqət etmək lazımdır ki, o həzrətin sözlərindən istifadə etmək baxmayaraq ki, hamı üçün mümkündür, amma istəsək bir sözü onlara nisbət verək lazımdır bir sıra şəraitlərə riayət edək ki, ətraflı cavabda onlara işarə olunacaqdır.
Bizim İslam təlim və tərbiyyəsində hədsiz dərəcədə insan həyatından məqsədin nə olduğuna işarə olunmuşdur. Qurani- kərim insan həyatından məqsəd Allaha bəndəlik və onun sayəsində dünya və axirətdə mənəvi kamal və səadətə yol olmasını bildirmişdir. [1] Başqa cür desək, insanın yaranması və həyatından məqsəd gözəl əməl sahibi olmaq müsabiqəsi kimi də bildirilmişdir. [2] Bu mövzuda əlavə məlumat əldə etmək üçün Əllamə Məclisinin nəhcül bəlağəyə yazdığı şərhin 1, 6 və 7- ci cildlərinə və ya Şəhid Mütəhhərinin təkamole ictimaiye insan kitabına və yaxud saytda bu mövzuda olan suallara [3] müraciət edin.
İmam Sadiq (ə)- dan bizə çatan rəvayətlərdən birində oxuyuruq: İmam Hüseyn (ə) öz əshabının qarşısına gəlib buyurdu: Ulu Tanrı insanları yaratmamışdır yalnız bunun üçün ki, onu tanısınlar, o zaman ki, onu tanıdılar, ona ibadət edəcəklər və o vaxt ki, ona bəndəlik etdilər, ona bəndəlikdən başqa birisinə möhtac olmazlar. [4]
Amma əsl bəhs ki, onu bir azda açıqlamaq lazımdır, Məsum İmamların sözlərindən necə örnək almağın yollarıdır.
Məsum İmamların (ə) sözlərindən örnək almaq üçün bu nöqtəyə diqqət etmək lazımdır: Baxmayaraq ki, o Məsumların sözlərindən ibrət və örnək almaq hamı üçün mümkündür, amma əgər istəsək bir sözü onlara nisbət verək, lazımdır bir sıra şəraitə riayət edək.
Bəs nəzərə çarpmır ki, Nəhcül- bəlağə kimi bir kitabın sözlərindən ki, böyük müsəlman alimləri və hətta başqa məzhəblərdə olan şəxslər öz itirdiklərini onda tapmışdırlar, bir- birinin əksinə olan sözlər olsun. [6]
Amma elm öyrənmək barəsində demək lazımdır əgər böyük Kafi kitabının əl- elm və əl- cəhl babına müraciət olunsa İslamın elm və onun əhəmiyyəti barəsində olan nəzəriyyəsi məlum olar.
Həmin babda (bölmədə) gəlmişdir ki, elm öyrənmək ibadətdir, bəlkə ən yüksək ibadətlərdən sayılır. Bəs İmamın (ə) bu cür hissəyə bölməsi düzgündür ki, buyurur: Öz gücünüzü üç hissəyə bölün; çünki elm öyrənmək də ibadətdir. Nümunə üçün həmin babdan bir rəvayəti İmam Əli (ə)- dan ki, elmin əhəmiyyəti barəsindədir İşarə edirik:
İmam buyurur: Dinin kamilliyi elm öyrənmək və ona əməl etməkdir. Agah (bilin) olun ki, elm öyrənmək ruzi əldə etməkdən də sizin üçün vacibdir. [7]
Sonda sizə tövsiyə edirik bu cür məqamlarda, din alimləri və o şəxslər ki, öz pmürlərini Əhli- beytin sözlərini dərk etmək üçün sərf etmişdirlər, rabitə yaradın və onlardan istifadə edin. Əlbəttə ehtiyatlı olun bəzi insanlar cavanların pusqusunda oturmuşdurlar və onları öz yollarına zövq verirlər. Bir yola dəvət edirlər ki, nəticəsi Allaha dünya və axirət səadəti deyildir. Müvəffəq olun.
[1] - Zariyat surəsi, ayə 56.
[2] - Hud surəsi, ayə 7, Mülk surəsi, ayə 2.
[3] - Göstərici: Yaradılışdan məqsəd, sual 7927 (sayt 8045) : Göstərici: İnsan yaradılışından məqsəd, sual 11670. (sayt 11518)Göstərici : İnsan yaradılışından məqsəd, sual 13906 (sayt 13717) göstərici: Dünya və insan yaradılışından məqsəd, sual 1052, (sayt 1268).
[4] - Uləluş- şəraye, Səduq; götürülüb Əl- mizan, cild 17, səh 423.
« ان الله عزوجل ما خلق العباد الا لیعرفوه، فإذا عرفوه عبدوه، فإذا عبدوه استغنوا بعبادته عن عبادة من سواه »
[5] - Məclisi, Məhəmməd Təqi, Biharul- ənvar, cild 4. Səh 143.
[6] - Müraciət edin: Mutəhhəri, Aşnayi ba Nəhcül- bəlağə; və nəhcül- bəlağənin müqəddiməsi Məhəmməd Əbduh, Misr Müfdisinin şərhiylə.
[7] - Kuleyni, Məhəmməd ibni Yəqub. Əl- Kafi, cild 1, səh 30.
« قَالَ سَمِعْتُ أَمِیرَ الْمُؤْمِنِینَ یَقُولُ أَیُّهَا النَّاسُ اعْلَمُوا أَنَّ کَمَالَ الدِّینِ طَلَبُ الْعِلْمِ وَ الْعَمَلُ بِهِ أَلَا وَ إِنَّ طَلَبَ الْعِلْمِ أَوْجَبُ عَلَیْکُمْ مِنْ طَلَبِ الرزق. »