Baxanların
5480
İnternetə qoyma tarixi: 2012/03/04
Saytın kodu fa7001 Arxiv kodu 22357
Sualın xülasəsi
Əgər şərii and əksinə əməl edilsə (hens), andın özü, öz qüvvəsində qalırmı?
Sual
Əgər Allaha and sındırılsa, and yenidən deyilməli, yoxsa and əbədi qalır?
Qısa cavab

And içməyin şərtləri var ki, o şərtlərin hamısı olduqda, insan onu yerinə yetirməyə vəzifəlidir və onu yerinə yetirmədikdə, kəffarəyə səbəb olacaq. Əgər bir dəfə anda qarşı çıxsa, o and sındırılıb və ona qarşı yenidən çıxmağın kəffarəsi yoxdur. Andın şərii olması üçün, yenilənməlidir (yenidən and içilməlidir).

Ətreaflı cavab

And iki növdür:

A. Gələcəkdə bir işi edib ya etməmək üçün and.

B. Bir şeyi isbat ya inkar etmək üçün and.

Bir şeyi isbat ya inkar etmək üçün and içən şəxsin sözü əgər düz olsa, onun and içməsi məkruh və əgər yalan olsa, haram və böyük günahlardandır. Amma andın kəffarəsi yoxdur. Amma əgər özünü ya digər bir müsəlmanı zalımın şərindən nicat etmək üçün yalan and içsə, iradı yoxdur, əksinə bəzən vacib olur.

Amma əgər tövbə edə bilsə, yəni and içən zaman, vacib ehtiyata əsasən, elə niyyət etsin ki, yalan olmasın.

Əgər bir işi etməyi ya tərk etməyi and içsə, məsələn oruc tutmasını ya siqaret çəkməməsini and içsə, əgər bilərəkdən əksini etsə, kəffarə verməlidir. Yəni bir qul azad etməli ya on kasıbı doyurmağı, ya onları paltarla geyindirsin. Əgər bunları edə bilməsə, üç gün oruc tutsun[1] bu o zaman olur ki, aşağıdakı şərait də olsun:

  1. And içən şəxs həddi buluğa çatmış və ağıllı olmalıdır. (Əgər öz malı üçün and içmək istəsə, həddi- buluğ halında səfeh olmamalı və şərii hakim onu malından istifadə etməyə qadağan etməməlidir). Qəsd və ixtiyar üzündən and içməlidir. Deməli, uşağın, dəlinin, məst insanın və məcbur edilmiş insanın andı, düzgün deyil. Həmçinin hirsli halda qəsdsiz and içən də belədir.
  2. Yerinə yetirməsini and içdiyi iş, haram və məkruh olmamalıdır. Həmçinin tərk etməsini and içdiyi iş, vacib və müstəhəb də, olmamalıdır. Əgər mübah bir işi yerinə yetirməsini and içsə, onu tərk etmək camaatın nəzərində, yerinə yetirməsindən yaxşı olmamalıdır. Həmçinin, əgər mübah işi tərk etməsini and içsə, onu yerinə yetirmək camaatın nəzərində, tərk etməsindən yaxşı olmamalıdır.
  3. Allahın müqəddəs zatından başqasında işlədilməyən. Aləmlərin Allahının adlarından birinə and içsin. "Xoda" və "Allah" kimi. Əgər Allahdan qeyrisinə də deyilən bir ada and içsə, amma o qədər Allahda işlənib ki, hər vaxt insan onu deyəndə, Allahın müqəddəs zatı nəzərə gəlsə, xaliq və raziqə and içmək kimi, düzgündür. Hətta əgər bir kəlməyə içə ki, sübutsuz Allah nəzərə gəlmir, amma o Allahı qəsd etsə, ehtiyata əsasən o anda əməl etməlidir.
  4. Andı dilə gətirməlidir. Əgər yazsa ya ürəyində onu qəsd etsə, düzgün deyil. Amma lal insan əgər işarə ilə and içsə, düzgündür.
  5. Anda əməl etmək onun üçün mümkün olsun. Əgər and içdiyi zaman mümkün olub, sonra and üçün müəyyən etdiyi son vaxta qədər aciz olsa, ya onun üçün çətinliyi olsa, aciz olduğu vaxtdan etibarən, onun andı pozulur.[2]

Amma əgər özünü ya digər bir müsəlman zalımın şərrindən nicat vermək üçün yalan and içsə, iradı yoxdur. Əksinə, bəzən vacib olur. Belə and içmək, qabaqkı məsələlərdə deyilən anddan fərqlənir.[3]

Buna əsasən, əgər insan Allahın adlarından birinə and içib və qeyd olunan şərtlər də mövcud olsa, belə halda o anda qarşı çıxsa, günahkardır və kəffarə barəsində olana uyğun əməl etməlidir.[4] Əgər bir dəfə anda qarşı çıxsa, həmin and sınır və ona təkrar qarşı çıxmağın kəffarəsi yoxdur.[5] Andın şərii olması və andın şərii nəticələrinin olması üçün, yenilənməlidir. (Yenidən and içməlidir).

 


[1] - İzahlı hökmlər (Əl- məhşi lil- imamil Xomeyni) cild 2, səh 623.

[2] - Həmin, səh 624.

[3] - Həmin, səh 628.

[4] - Sual 3495 (sayt: 3731), göstərici: "Qurana and içib və ona əməl etməmək"dən götürülüb.

[5] - İmam Xumeyni, suallar, cild 2, səh 456, And, əhd və nəzr hissəsi, səh 1.

 

Başqa dillərdə Q tərcümələr