Baxanların
10158
İnternetə qoyma tarixi: 2011/05/09
Saytın kodu fa701 Arxiv kodu 13902
Sualın xülasəsi
Bəşərin atası olan həzrət Adəmin yaranmasından neçə il keçir?
Sual
Bəşərin atası olan həzrət Adəmin yaranmasından neçə il keçir?
Qısa cavab

Qurani- kərimdə bu barədə açıq bir şey yoxdur. Amma tarix kitablarında yazılıbdır ki, Adəmin yaranması təxminən altı ya yeddi min il bundan qabaq olubdur. Əlbəttə bu məsələnin, bəşər növünün milyonlar il qabağa aid olması barəsində olan alimlərin fikri ilə heç bir ziddiyyəti yoxdur. Yəni həzrət Adəmin nəslindən qabaq minlərlə insan nəslinin olması və sonradan aradan getməsi mümkündür. Bu məsələnin Qurani- məcid və rəvayətlərə də uyğunluğu var.

Ətreaflı cavab

Bəşər növünün yerdə yaranması gündən indiyə qədər neçə il keçməsi barəsində, Qurani- kərimdə aşkar bir şey yoxdur. Əllamə Təbatəbai Əl- mizan təfsirində deyir: Yəhudilərin tarixində, bəşər növünün yerdə yarandığı gündən indiyə kimi yeddi min ili keçdiyi yazılıbdır ki, ağıl da bu tarixi təsdiqləyir və kömək edir.

Çünki nəsl artırma səbəbi hər yüz ildə iki nəfəri min nəfər edir və ... Əgər bu hesablamanı yeddi min ilə kimi yuxarı aparsaq, yəni yetmiş əsr davam etdirsək. Bəşərin sayının iki milon yarıma çatdığını görəcəyik. Bu ədəd bu günkü insanların sayı ilə bərabərdir. Hansı ki, beynəlxalq təşkilatlar onu deyiblər.

Deməli ağıl da tarixin dediyini, deyir. Amma təbəqatul- ərz alimləri və elmi termində geoloji alimlər, insanın ömrünün milyonlar il qabaq olduğunu iddia edir və öz dediklərinə insanların qalıqları olan arxeoloji şeylərdən və həmçinin qədimi insanların daş olmuş sikletlərindən sübutlar gətirirlər ki, onların hər birinin yaşı, öz elmi əsaslarına əsasən beş yüz ildən çoxdur.

Bu onların fikridir. Amma gətirdikləri sübutlar, həmin arxeoloji qalıqların indiki insanın babalarının daş olmuş bədənini isbat edə biləcək qədər, qane edici deyildirlər. Həmçinin heç bir sübut yoxdur ki, daş olmuş sikletlərin insanların bir zaman yerdə yaşadığı əsrlərə aid olması ehtimalını rədd edə bilsin. Çünki belə olması mümkündür və biz insanların yaşadığı əsrin qeyd olunmuş qalıqlara birləşik olmaması ola bilər. hətta bəşər atası Adəmin yaranmasından qabaq yerdə insanların yaşaması, sonra isə nəsillərinin kəsilməsi və insanların yaranması və sonradan aradan getmələrinin neçə dəfə təkrar olması və neçə dövrədən sonra indiki nəslə çatması mümkündür.[1]

Bu həzrət Adəm (ə)- ın yaranma zamanının, insanların yeni nəslinin yaranmasına aid olması və həzrət Adəm və onun indiki nəslindən qabaq, digər insanların və bəşərin digər nəsillərinin yer üzündə yaşayıb tapdıqları və milyonlar il qabağa aid və on beş min il tarixə malik insanlara aid qalıqları tapılması, axırıncı nəsildən qabaqkı nəsillərə aiddir. Əlbəttə bu yozumun Qurani- məcid[2] və rəvayətlərə[3] uyğunluğu var.



[1] - Təbatəbai, Məhəmməd Hüseyn, Əl- mizan (tərcümə), cild 4, səh 222.

[2] - O deyir: Qurani- kərim açıqca yer üzündə insanın yaranmasını açıqlamır ki, bu növ varlığın (insan) yerdə zügur etməsi, bizim yaşadığımız indiki dövrəyə aiddir. Yoxsa, çoxlu dövrələr olub və biz insanların hazırki dövrləri, onun ən sonuncu dövrəsidir? Hərçənd qurandan anlamaq olar ki, bəşər atası Adəm (ə) və onun nəslinin yaranmasından qabaq, digər insanlar yer üzündə yaşayırdılar. Məsələn:

«وَ إِذْ قالَ رَبُّکَ‏ لِلْمَلائِکَةِ إِنِّی جاعِلٌ فِی الْأَرْضِ خَلِیفَةً قالُوا أَ تَجْعَلُ فِیها مَنْ یُفْسِدُ فِیها وَ یَسْفِکُ الدِّماءَ»

bu ayədən belə məlum olur ki, Adəmin yaranmasından qabaq, insanlar üçün digər bir dövrə olubdur. Bəli Əhli- beytdən (ə) olan bəzi rəvayətlərdə, indiki dövrədən qabaq olan, çoxlu dövrələrin olmmasını isbat edən sözlər var. Əl- mizan (tərcümə), cild 4, səh 223.

[3] - İmam Sadiq (ə) buyurubdur: Bəlkə də siz elə bilirsiz ki, Allah- Taala sizdən başqa heç bir bəşər yaratmayıbdır. Xeyir, belə deyil, əksinə minlərlə insan yaradıbdır ki, siz o insanların sonuncusunun nəslindənsiniz. (Tövhid, səh 277, hədis 2, Tehran çapı). İbn Meysəm də Nəhcül- bəlağəyə yazdığı şərhində, İmam Baqir (ə)- dan bu mənada olan bir hədis nəql edibdir. (İbn Meysəm, Nəhcül- bəlağənin şərhi, cild 1, səh 173). Səduq da onu öz xisalında gətirib (Xisal, cild 2, səh 652, hədis 54). Xisalda İmam adiq (ə)- dan rəvayət nəql edib: Allah Taala on iki min aləm yaradıb ki, onların hər biri yeddi göy və yeddi yerdən böyükdür. O aləmlərin əhalisinin heç birinin zehninə gəlmir ki, Allah onun aləmindən başqa digər bir aləm yaradıbdır. (Xisal, cild 2, səh 639 hədis 14). Həmin kitabda İmam Baqir (ə)- dan rəvayət edib: Allah bu yerdə onu yaratdığı gündən, yeddi aləm yaradıb (sonra aradan aparıb) o aləmlərin heç biri Adəmin nəslindən deyildirlər. Allah onların hamısını yerin üstünün torpağından yaratdı. Bir nəsli o biri nəsildən sonra yaratdı. Və onların hər biri üçün o biri aləmdən sonra bir aləm yaratdı. Axırda da bəşərin atası Adəmi yaratdı və nəslini ondan tayfalara böldü... (Xisal, cild 2, səh 358, hədis 45).

Başqa dillərdə Q tərcümələr