Baxanların
6417
İnternetə qoyma tarixi: 2012/02/13
Saytın kodu fa17193 Arxiv kodu 21650
Sualın xülasəsi
Mən bilmək istərdim ki, hazırkı dövrdə “qızıl noxud”un meyarı necə hesablanır? Yəni neçə qram qızıla bərabərdir?
Sual
Salam. Risalələrdə qeyd olunur ki, haizlə cima etməyin (cinsi əlaqədə olmağın) kəffarəsi 18, yaxud 9 qızıl noxuddur. Mən hazırkı dövrdə qızıl noxudun meyarını bilmək istəyiyəm: o necə hesablanır? Yəni neçə qram qızıla bərabərdir?
Qısa cavab

Əgər haizin adət günlərini üç hissəyə bölsək və birinci hissədə onunla qubuldan (qabaqdan) cima olunsa, ehtiyat vacib budur ki, 18 noxud qızıl kəffarəni fəqirə versin. Əgər ikinci hissədə baş verərsə 9 noxud, əgər üçüncü hissədə baş verərsə, gərək 4,5 noxud qızıl versin.[1] Hər 18 noxud qızıl bir şəri misqala, yaxud 4,5 qrama bərabərdir.[2]

Xatırladırıq ki, yuxarıdakı hadisənin kəffarəsi barəsində alimlərin arasında fikir ayrılığı vardır. Bu barədə ətraflı məlumat almaq üçün vərəqaltı haşiyəyə müraciət edə bilərsiniz.

Ayətullah Məhdi Hadəvi Tehraninin (damət bərəkatuh) cavabı:

“Haizin adət (aybaşı) günlərində onunla yaxınlıq etmək haramdır. Bu əməlin tövbə etməkdən başqa heç bir kəffarəsi yoxdur. Amma ehtiyat budur ki, əgər adətin əvvəllərində yaxınlıq etsə, bir dinar (qızıl pul), əgər adət günlərinin ortasında yaxınlıq edərsə yarım dinar və əgər adət günlərinin axırlarında yaxınlıq edərsə dinarın dörddə biri qədər kəffarəni fəqirə versin. Dinar 4,5 qram qızıla bərabərdir.”



[1] “Tovzihul-məsail” (imam Xomeyninin risaləsinin haşiyəsi), 1-ci cild səh. 261, məsələ 452.

[2] Yenə orada

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.
Başqa dillərdə Q tərcümələr