Baxanların
9461
İnternetə qoyma tarixi: 2011/10/03
Saytın kodu fa2309 Arxiv kodu 17122
Sualın xülasəsi
Bizim niyə yalnız on iki imamımız olmalıdır? Qeybdə olan imamın zamanında necə nicat tapa bilərik?
Sual
Bizim niyə yalnız on iki imamımız olmalı və uzun illər yalnız qalmalıyıq. Mənim fikrimcə bizim bu əsrdə imamın olmasına çox ihtiyacımız var. mən bizim bir İmamımız olmasını lakin qeybdə olmasını bilirəm. Onda necə xilas ola bilərik?
Qısa cavab

İlahi bir məqam və mənsəb olduğuna görə, İmamı və İmamların sayını təyin etmək Allahın əlindədir. Bizim bundan xəbərdar olmağımızın yeganı yolu, Peyğəmbər (s)- in dediyi sözlərdir. Peyğəmbər (s) müxtəlif yerlərdə İmamların kimliyini və sayını bəyan etmişdir. O cümlədən sünnilərin böyük alimlərinin nəql etdiyi rəvayətdir ki, Peyğəmbər (s) buyurdu: On iki canişin gəlməyincə islamın işi sona çatmaz. [1]

Həmçinin şiə və sünni nəql ediblər ki, Peyğəmbər (s) Əmirəl- möminin Əli (ə)- mı Qədiri- xumda imamət məqamına təyin etdiyi zamman və ikmal ayəsi [2] nazil olandan sonra, birinci və ikinci xəlifələr yerlərindən qalxıb, Peyğəmbərdən bu vilayət və vəsiliyin ondan sonra Əliyə məxsus olduğunu soruşdular. O həzrət buyurdu: Əliyə və qiyamət gününədək olan vəsilərimə məxsusdur. Soruşdular: Sizin vəsiləriniz kimlərdir? Buyurdu: Əli mənim qardaşım, vəzirim, varisim, vəsiyyim və xəlifəmdir. Ümmətimdə və məndən sonra hər möminin ixtiyar sahibidir. Övladım Həsən və ondan sonra övladım Hüseyn və ondan sonra bir- birindən sonra gələn Hüseynin övladlarından doqquz nəfərdir. [3]

Nəticə budur ki, İmamların on iki nəfər olmasına əsas sübut, şiə və sünnilərin İslam Peyğəmbəri (s) dən nəql etdikləri çoxlu rəvayətlərdir. Amma bu hökmün fəlsəfəsi barəsində deməliyik: İslam məsələlərinin çoxunun fəlsəfə və səbəbi bizə qaranlıq və bir növ təəbbüdidir. Namazın rəkətlərinin sayı, ya qadın və kişinin namazlarını ucadan və ya yavaş qılmaları kimi.

Bu sual da o məsələlər qəbilindəndir ki, onu qəbul etmək təəbbüdidir və onu təyin etmək Allahın əlində olub və bu müqəddəs nurların zahiri yaranışlarından qabaq vəhy vasitəsiylə Peyğəmbərə deyilmiş və o həzrət müxtəlif yerlərdə elan etmişdir. Amma hər halda İslamın əmrləri hikmətinin aydın olub və hikmətinin aydın olmamasından asılı olmayaraq, icrası lazımdır. Çünki, mütləq həkimdən sadir olub və pis həkimdən gəlməmişdir. Nəticədə gələn əmrlərin hamısı insanların təkamül və inkişafına görədir və icra olmamalıdır.

Amma sualın ikinci hissəsi ki, niyə illərcə yalqız qalmalıyıq? Qeybdə olan İmam necə xilaskar olacaq?

Cavabında deməliyik ki, Allah heç vaxt yer və bəndələrini höccətsiz qoymaz. Bu məsələni bu barədə gələn rəvayətlərdən də anlamaq olar. [4] Nəticədə tənhalığın mənası yoxdur. Hər zamanda Allahın höccətlərinin xüsusiyyətlərindən feyzin (fayda və bolluq) nazil olması vasitəsidirlər. bu məsələni Peyğəmbərdən olan rəvayətdə açıqca anlamaq olar ki, o həzrət bu suala oxşar sualın cavabında buyurdular: Onun feyzi (həzrət Məhdi (ə)) qeybət əsrində olan bəndlərə, bulud arxasından günəşin işıq və istilik verməsi kimidir. Bu gözəl təmsildən çox şey istifadə etmək olar. O cümlədən: Günəşin bulud arxasında gizlənməyinin onun işıqlıq və istiliyinin yerdən alınmasına səbəb olmadığı kimi, imamın gözlərdən qeybdə olması da, bəndələrin onun feyz və hidayətlərindən məhrum olmalarına səbəb olmur. Ona görə də tarix boyu saysız insanlar onun feyzlərindən faydalanıblar ki, öz yerində qeyd olubdur. Bu məsələ o cənabın şeyx Mufidə yazdığı məktubdan da ələ gəlir ki, buyurdu. Biz sizin işlərinizi yerinə yetirməkdə səhlənkarlıq etmirik və sizi yaddan çıxarmırıq. Əgər belə olmasaydı, bəla və təhlükə tufanlarında aradan gedərdiniz. [5] Əslində o həzrətin yaşaması camaatı özlərini islah edib və zühura hazırlamaq üçün onların ümidvarlığı cəhətində mühüm bir səbəbdir.

Amma düşünülməli məsələ budur ki, günəşin işığından maneələri aradan aparıb və özümüzü onun saçmasının qarşısında qərar verdiyimiz zaman daha yaxşı faydalana bilərik. Nəticədə bu böyük günəş ola- ola (hərçənd qeybət buludunun arxasında olsa da, tənhalıq və naümidliyin mənası yoxdur.

İmam Zaman (ə)- ın vücudunun faydaları barəsində daha çox məlumat əldə etmək üçün, bu suallara; 10751 (sayt: 10674) , 13908 (sayt: 13719) , və 12155 (sayt: 13081) müraciət edin .



[1]   - Bu rəvayət müxtəlif kitablarda o cümlədən səhihi- Müslim, cild 9, səh 333 və 337, Sünəni ibn Davud, cild 11, səh 351 və 352, Müsnədi Əhməd, cild 42, səh 309, Müsnəfi ibn Əbi Şeybə, cild 7, səh 492.

« حَدَّثَنَا قُتَیْبَةُ بْنُ سَعِیدٍ حَدَّثَنَا جَرِیرٌ عَنْ حُصَیْنٍ عَنْ جَابِرِ بْنِ سَمُرَةَ قَالَ سَمِعْتُ النَّبِیَّ صَلَّى اللَّهُ عَلَیْهِ وَسَلَّمَ یَقُولُ ح و حَدَّثَنَا رِفَاعَةُ بْنُ الْهَیْثَمِ الْوَاسِطِیُّ وَاللَّفْظُ لَهُ حَدَّثَنَا خَالِدٌ یَعْنِی ابْنَ عَبْدِ اللَّهِ الطَّحَّانَ عَنْ حُصَیْنٍ عَنْ جَابِرِ بْنِ سَمُرَةَ قَالَ دَخَلْتُ مَعَ أَبِی عَلَى النَّبِیِّ صَلَّى اللَّهُ عَلَیْهِ وَسَلَّمَ فَسَمِعْتُهُ یَقُولُ إِنَّ هَذَا الْأَمْرَ لَا یَنْقَضِی حَتَّى یَمْضِیَ فِیهِمْ اثْنَا عَشَرَ خَلِیفَةً قَالَ ثُمَّ تَکَلَّمَ بِکَلَامٍ خَفِیَ عَلَیَّ قَالَ فَقُلْتُ لِأَبِی مَا قَالَ قَالَ کُلُّهُمْ مِنْ قُرَیْشٍ. »

[2]   - Maidə, 3.

[3]   - Qayətul- məram, bab 58, hədis 4, Digər bir hədisdə də nisa surəsinin 1- ci ayəsinin təfsirində özündən sonrakı vəsilərin adlarını bir- bir qeyd ediblər. Qayətul- məram, cild 10, səh 267, İsbatul- huda, cild 8, səh 133, Bihar, cild 36, səh 260, 298.

[4]   - Kafi, cild 1, səh 178.

« الْحُسَیْنُ بْنُ مُحَمَّدٍ عَنْ مُعَلَّى بْنِ مُحَمَّدٍ عَنْ بَعْضِ أَصْحَابِنَا عَنْ أَبِی عَلِیِّ بْنِ رَاشِدٍ قَالَ قَالَ أَبُو الْحَسَنِ ع إِنَّ الْأَرْضَ لَا تَخْلُو مِنْ حُجَّةٍ وَ أَنَا وَ اللَّهِ ذَلِکَ الْحُجَّةُ . »

[5]   - Bihar, cild 53, səh 774.

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.
Başqa dillərdə Q tərcümələr