Baxanların
6248
İnternetə qoyma tarixi: 2011/06/28
Saytın kodu fa927 Arxiv kodu 13885
Sualın xülasəsi
Heyvan növlərini özünə nisbət verməklə İmamlara ehtim edə bilərmi? Məsələn. Deyə ki, "mən İmam Hüseynin itiyəm". Bu düzdürmü?
Sual
Bəzi insanlar özlərinə heyvan adları qoymaqla İmamlara ehtiram əlaməti olaraq özlərini onların qulu hesab edirlər. bu düzdürmü?
Qısa cavab

Qurani kərim və Peyğəmbərimiz insanın şərayətli məxluq olması barəsində bir çox mətləblərə işarə etmişlər. Xüsusən də möminlərin ehtiramı və məqamı barəsində xeyli ayə və hədislərimiz vardır.

Qurani kərim və Peyğəmbərin hədisləri insanlara gözəl adların qoyulmasını və insanların bir- birlərini gözəl adlarla bir- birlərini çağırmasını təkidlə buyurmuşlar.

Qurani kərim mübarək hücurat surəsində buyurur: Bir- birlərinizi pis adlarla çağırmayın. Bundan əlavə İslam dini bizə sifariş edir ki: Möminin hörməti və ehtiramı Kəbə evindən üstündür. Bu səbəbdən möminin şəxsiyyətini aşağı salmaqla onu təhqiramiz adlarla səsləmək olmaz. Çünki bu onun təhqir olunmasına gətirib çıxarır.

Peyğəmbər və İmamlar heç vaxt razı olmazlar ki, onlara görə möminlərə belə hörmətsizlik olunsun. Bunu da qeyd edək ki, bütün ölkələr də hörmət əlaməti müxtəlif ünsürlüdür. Məsələn: Bir ad bir ölkədə onun mədəniyyətinə uyğun təhqirdirsə bu ayrı bir ölkədə nəin ki, təhqir deyil, əksinə iftixardır. Bu yerdə məcazi mənaların təhsilin olmasını başa düşmək olar. Əlbəttə belə adların möminin şəxsiyyəti ilə uyğunluğu yoxdur.

Ətreaflı cavab

Müqəddəs İslam dini insanlara, xüsusən müsəlmanlara və möminlərə böyük hörmətlə yanaşır. Bu müqəddəs din daim insanları dəyərləndirir və onun ən uca məxluq olduğunu onun qulağına pıçıldayır.

Allah Taala insanı və onun yaradılış sifətini belə açıqlayır: "Mən insanın ən gözəl şəkildə və nizamla yaratdım"[1] "Biz Adəm övladlarına ehtiram edirik".[2]

Deməli insan Allah- Taalanın ən gözəl yaradılışıdır. Və onu gözəl yaratmaqla ona ikram etmişdir.

Dünyada olan möminlər isə Allahın gözəl yaranmışı olmaqla yanaşı Allahın əmrlərində itaətkar olduqları üçün onların qədir- qiymətlərinin və məqamlarının həddi, hüdudu yoxdur. Çünki onlara bir çox ayə və hədislərdə öz məqamlarını və başqalarının haqq hüququnu qoruyub saxlamağı tapşırmışdırlar.[3] Bir çox hədislərimizdə möminlərin işi üçün çalışmağın,[4] onlara ehtiram etməyin,[5] ona kömək etməyi tərk etməyin haram olması və ona ehtiyacı olan vaxt kömək etməyin[6] çoxlu savab olması qeyd olunmuşdur. Bəzi hədislərdə isə mömini narahat etməyin haram olması[7] da qeyd edilmişdir. Mömin haqqında qeyd olunmuş bütün bu hədislərdən istifadə edərək insanın şərəfli bir yaradılış olduğunu deyə bilərik. Bu səbəbdəndir ki, hədisdə buyrulmuşdur: Möminin dəyəri və ehtiramı Kəbə evindən üstündür".[8]

Buna əsasən yeni doğulmuş övladlara gözəl ad qoyulması, insanların bir- birlərini pis adla deyil, gözəl adla çağırması Allah və Peyğəmbər tərəfindən sifariş olunmuşdur. İmam Əli (ə) buyurmuşdur: "Övladın atanın üzərində haqqı budur ki, ata ona gözəl ad qoymalıdır".[9]

Qurani kərim təkidlə buyurmuşdur: "Möminlər heç vaxt bir- birlərini məsxərə etməsinlər; pis adlarla bir- birlərini çağırmasınlar; bir- birlərinə qarşı sui- zənn və başqa pis fikirlər etməsinlər; xalqın eyiblərini arayıb axtarmasınlar; bir birlərinin qeybətini etməsinlər".[10] Çünki möminləri məsxərə etmək, onların qeybətini etmək, onların eyiblərini faş etmək, onları pis adlarla çağırmaq və onların barəsində pis fikirlərə düşmək möminlərin insanlıq dəyərlərinin alçalmasına səbəb olur. Çünki möminin abır- həyası onun izzəti və dəyəridir.

Buna əsasən Allah Taala möminlərin bir- birlərini pis adlarla çağırmasına və məsxərəetməsinə razı deyildir. Bu qeydlərə əsasən əgər kimsə özünə pis ad qoysa o, özünü insanların məsxərə sərhəddində qərarlaşdırmışdır. Yəni məsxərə olunmaq üçün özü şərait yaratmışdır. Bu səbəbdən onun bu əməli bəyənilmir.[11]

Buna görə də İslam dini insanların bir- birlərini məsxərə etməsini, pis adla çağırmasını və sair. pis əməl kimi qələmə verir. Bu qanun ümumi olaraq əzadarlıq məclislərinə də aid edilir.

Belə ki, mərsiyəxanların və bu yolda olanların haqları yoxdur ki, Əhli- beytə öz məhəbbətlərini nümayiş etdirmək üçün belə pis adlardan istifadə etsinlər. Çünki, bu əməl İslam dininin (Quran və hədis) bu barədə yazılmış qanunları ilə müxalifdir. İmamların tarixinə nəzər saldıqda bu tipli insanların özündən aslı olmayaraq etdiyi bəzi əməllərin qarşısını ciddiyyətlə almış və onları belə işlərdən uzaq olmağa dəvət etmişdir.[12]

Hətta Peyğəmbərin və İmamların dövründə insanların bəzisi ona ehtiram əlaməti olaraq baş əyərək onun müqabilində zəlil olursa Peyğəmbər və İmamlarımız bunun qarşısını alırdılar. Məlum məsələdir ki, onlar, mömin bir fərdin məsumlara ehtiram əlaməti olaraq özünə "it" deməsinə icazə vermirlər.

Biz tarixə nəzər saldıqda bu məsələyə nə Peyğəmbərin, nə İmamların, nə də onlardan sonra rast gəlmirik. Yəni nə Peyğəmbərin və nə İmamların səhabələri bu nisbəti İmama Peyğəmbərə ehtiram əlaməti olaraq özlərinə övladlarına deməmişdirlər. Hətta Ayətullah Bürucerdi və İmam Xumeyni kimi şəxsiyyətlər belə bir səhfə yol verməmişlər. Ümümiyyətlə bu əməl tarix boyu İslamın şəxsiyyətlərindən müşahidə edilməmişdir. Bundan əlavə möminləri təhqir etmək İmamları təhqir etmək kimidir. İmam Cəfər Sadiq (ə) buyurub: "Hər vaxt bizim zinətimiz olun. Bizim zillətimiz olmayın".[13]

Deməli bütün əməlləri İmamların buyurduqlarına əsasən yerinə yetirsək, onların əhval- ruhiyyəsinin genişlənməsinə səbəb olacaqdır.

Buna gözə də əzadarlıq zamanı belə bir arzu olunmaz işin qarşısı alınmalıdır.

Çünki bu iş insanlarda məzhəbə qarşı ikrah hissi yaradır.

Mövzunun sonunda bunu da qeyd edək ki, insanların ehtiramı və onlara ad qoyulması bütün ölkələrin mədəniyyəti fərqli olduğu üçün bir- birindən fərqlənir. Məsələn bir adın bir ölkədə pis və digər ölkədə yaxşı məna verməsi mədəniyyətlərin fərqli olması etibarı ilədir. Bu yerdə aydın məsələdir ki, onlar kinayədən, təmsildən və sair istifadə edilir. Amma bu məsələ möminin izzətinə və şərəfinə layiq deyil.[14] Mömin ən gözəl yaradılışdır.



[1] - Tin surəsi, ayə 4.

[2] - İsra surəsi, ayə 70.

[3] - Hücurat surəsi, ayə 11- 12, və sailüş- şiə, cild 11, əmr be məruf mə nəhy əz münkər babı.

[4] - Yenə də ora, səh 582.

[5] - Yenə də ora, səh 590.

[6] - Yenə də ora, səh 597.

[7] - Vəsailüş- şiə, cild 11, səh 569.

[8] - Müstədrək- əl vəsail, cild 9, səh 343, 9- cu hədis.

[9] - Nəhcül- bəlağə, 399- cu hikmət.

[10] - Hücurat surəsi, ayə 11- 14.

[11] - Əl- mizanın tərcüməsi, 18- ci cild, səh 481.

[12] - Bax: Nəhcül- bəlağə, qisar kəlmələr, 37- ci nömrə.

[13] - Kafi, cild 2, səh 77, 9- cu haşiyə.

[14] - Şeyx Tusi Əshabı kəfin iti barəsində olan ayəni onun qəbrinin üstünə yazılmasını vəsiyyət etmişdir. Bunun eybi yoxdur.

Başqa dillərdə Q tərcümələr