Baxanların
6331
İnternetə qoyma tarixi: 2011/08/23
Saytın kodu fa12371 Arxiv kodu 16150
Dəstə Təfsir
Sualın xülasəsi
Quran necə kitabdır?
Sual
Quran necə kitabdır?
Qısa cavab

Qurani-Kərim son ilahi xəbər olaraq, Allah-Taala tərəfindən Məhəmməd ibn Əbdullahın vasitəsi ilə insanları haqq, səadət  xoşbəxlik yoluna tərəf dəvətdən ötrü göndərilmişdir. Bu Kitab, vəhy vasitəsi ilə 23 il müddətində tədriclə İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) nazil olmuşdur. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) Quran ayələrini insanlara tilavət edir  bu ayələrin cazibəsi insanları İslama tərəf çəkirdi.  Quran 114 surədən təşkil olunmuşdur  bu surələrin cəmində 6925 ayə vardır. Bütün bu ayələr ümumiyyətlə, 77807 kəlmədir ki, bu kəlmələrdən 45653-ü Məkkədə, 32154-ü isə Mədinədə nazil olmuşdur. Qurani-Kərim insanların hidayətindən ötrü sonuncu göndərilmiş səmavi kitab olduğuna görə, Allaha tərəf hidayət yolunda ötrü ən kamil səmavi Kitab sayılır.

Ətreaflı cavab

Qurani-Kərim son ilahi xəbər olaraq, Allah-Taala tərəfindən Məhəmməd ibn Əbdullahın vasitəsi ilə insanları haqq, səadət  xoşbəxlik yoluna tərəf dəvətdən ötrü göndərilmişdir. Quran, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) əbədi möcüzəsidir. Bu Kitab, vəhy vasitəsi ilə 23 il müddətində tədriclə İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) nazil olmuşdur. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) Quran ayələrini insanlara tilavət edir  bu ayələrin cazibəsi insanları İslama tərəf çəkirdi. Quran 114 surədən təşkil olunmuşdur  bu surələrin cəmində 6925 ayə vardır. Bütün bu ayələr ümumiyyətlə, 77807 kəlmədir ki, bu kəlmələrdən 45653-ü Məkkədə, 32154-ü isə Mədinədə nazil olmuşdur.[1] Qurani-Kərim insanların hidayətindən ötrü sonuncu göndərilmiş səmavi kitab olduğuna görə, Allah tərəfindən hidayət olunanlar üçün ən kamil səmavi Kitab sayılır.

Quranı tanıtdırmaqdan ötrü ilk növbədə Quranın özünə müraciət etmək lazımdır. Qurana müraciət etdikdə isə görürük ki, Quranda onun əzəmətinə  həqiqətinə aid çoxlu vəsflər vardır. Bu vəsflərdən bəzilərinə işarə edirik:

1.” Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır.”[2]  Quranın bu ayəsində, Quran özü-özünü elə tanıtdırıb ki, onun nazil olma hədəfində heç bir qaranlıq məsələ qalmır. Əgər tarix səhifələrinə  sənədlərinə müracət etsək görərik ki, tarixdə heç bir kitab bu qədər heyrətləndirici iddianı etməyib. Beləliklə, Quranın ilk vəsflərindən biri budur ki, bu Kitabda heç bir qaranlıq  anlaşılmazlıq tapmaq mümükün deyildir.

2. Sonra Quranda oxuyuruq: “ (Quran) Müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır.”

3.”Bu (Qur’an, vəhylər) Rəbbiniz tərəfindən (göndərilmiş) aşkar dəlillərdir, həm də iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir.”[3]

4. Başqa bir ayədə oxuyuruq: Bu (Quran) insanlar üçün bəsirət gözü, (Axirətə) tam yəqinliklə inanan bir qövm üçün  hidayət (doğru yolu göstərən rəhbər)  mərhəmətdir!”[4]

5. “Ey kitab əhli! Sizə kitabda (Tövratda və İncildə) gizlətdiyiniz şeylərin bir çoxunu bildirən, bir çoxunu da sizə bağışlayıb üstünü vurmayan (və ya sizdən bir çoxunu bağışlayan) Peəmbərimiz gəldi. Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab (Qur’an) gəldi. Allah Öz lütfünə sığınanla onunla (Peəmbər və Qur’an vasitəsilə) əmin-amanlıq (sülh) yollarına yönəldər, onla Öz iznilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər!”[5]

Bu ayələrdə Quranın vəsfinə aid bəzi nöqtələr var ki, Quranı daha açıq tanıtdırır. Onlara belə işarə etmək olar:

a) Bu Kitab, hidayət, rəhmət, bəsirət  nurdur.

b) Hər kəs heç bir qaranlıq  şəkk olmayan bu Kitaba müraciət etsə hidayət olar.

v) Müttəqilərin, iman  yəqin əhlinin bu Kitabın yanında xüsusi məqamları

Başqa dillərdə Q tərcümələr