Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır.
Dini mənbələrdə dua və onun qəbul olma şərtləri üçün göstərişlər gəlibdir. Bu göstərişlərdən əlavə bəzi yerlər və vaxtların məxsus xasiyyətləri olduğu üçün onlarda Allahdan istəmək dua etməyə daha çox təkid olunubdur.
Dua oxunması tövsiyə olunan vaxtlardan biri də yağış yağan zamandır. Quran ayələri və rəvayətlərdən istifadə olunan xəbərlərə əsasən yağışın, Allahın rəhmət nişanəsindən olması üçün sübut olunur. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır.
Bu barədə olan ayə və rəvayətlərdən bəzisinə işarə edirik:
Bu mətləbə işarə edən ayələrdən:
"وَ هُوَ الَّذِي أَرْسَلَ الرِّياحَ بُشْراً بَيْنَ يَدَيْ رَحْمَتِهِ وَ أَنْزَلْنا مِنَ السَّماءِ ماءً طَهُورا "
Allah o kəsdir ki, küləkləri rəhmətdən (yağışdan) qabaq bəşarət üçün göndərdi və asimandan pak edən su endirdik.[1]
Bu ayənin təfsirində İmam Sadiq (ə) atalarından nəql etdiyi bir rəvayətlə buyurur: Əli (ə), hər il birinci dəfə yağan yağışın altında durardı və o Həzrətin (ə) başı, saqqalı və paltarı islanardı. Elə ki, o Həzrətdən (ə) islanmaması üçün tavanı olan yerə getməsini istəyəndə, buyurdu: Bu, Allahın ərşinə yaxın olan sudur...[2]
" وَ مِنْ آياتِهِ أَنْ يُرْسِلَ الرِّياحَ مُبَشِّراتٍ وَ لِيُذيقَكُمْ مِنْ رَحْمَتِهِ"
Onun (Allahın) nişanələrindəndir ki, sizlərə öz rəhmətindən dadızdırmaq üçün küləkləri müjdə olaraq göndərir.[3] Müfəssirlər (təfsir alimləri) bu ayədəki "mübəşşirat" kəlməsini yağışın yağmasına təfsir ediblər.[4]
Amma bu barədə olan rəvayətlər:
Duanın necəliyi və onun şəraitindən xəbərdar olmaq üçün aşağıdakı göstəriciləri mütaliə edin:
Duanın qəti olaraq qəbul olma şərtləri, sual 12656 (sayt: 12535).
Duanın fəlsəfəsi, sual: 8961 (sayt: 9037).
[1] - Əl- furqan surəsi, ayə 48.
[2] - Bəhrani, seyid Haşim, əl- bohran fi təfsiril- Quran, cild 3, səh 337, Besət fondu, Tehran, 1416 hicri qəməri.
[3] - Ər- rum surəsi, ayə 46.
[4] - Təbərsi, Fəzl ibn Həsən, Məcməul- bəyan fi təfsiril- Quran, cild 8, səh 483, Nasir Xosrov nəşriyyatı, Tehran, 1372 hicri şəmsi.
[5] - Kuleyni, Məhəmməd ibn Yəqub, Kafi, cild 2, səh 476, Darul- kotobil- İslamiyyə, Tehran, 1365 hicri şəmsi.
[6] - Həmin, səh 477.
[7] - Şeyx Səduq, Əl- amali, səh 110, İslamiyyə kitabxanasının nəşriyyatı, 1362, hicri şəmsi.
[8] - Şeyx Səduq, əl- xisal, cild 1, səh 303, Cameye müdərrisin nəşriyyatı, Qum, 1403 hicri qəməri.
[9] - Şeyx Tusi, Əl- amali, səh 280, Darus- səqafə, nəşriyyatı, Qum, 1414 hicri qəməri.