Please Wait
Baxanların
8014
İnternetə qoyma tarixi: 2011/04/14
Saytın kodu fa600 Arxiv kodu 13319
Dəstə Fiqh ,Nizamlar hüquq və əhkam
Sualın xülasəsi
İki bacıyla bir vaxtda həyat qurmağın haram olmasının fəlsəfəsi nədir?
Sual
Elmi baxımdan baldıza evlənməyin haram olmasının dəlili, daha açıq desək iki bacıyla bir vaxtda evlənməyin haram olmasının dəlili nədir?
Qısa cavab
Бу суалын хүласә ҹавабы јохдур. Изаһлы ҹавабы сечин.
Ətreaflı cavab

Müqəddəs İslam dinində bir zamanda iki bacıyla həyat qurmaq düzgün sayılmır. Bunu da qeyd etmək lazımdır ki, iki və yaxud çox bacıyla həyat qurmaq yəni fərqli zamanlarda olsa eybi yoxdur. Başqa cür desək, əgər bir kişi bir qadınla həyat qursa, o qadınla evli olduğu müddətdə onun bacısıyla həyat qura bilməz istər həmişəlik həyat qurmuş olsun istərsədə müvəqqəti. Əgər təlaq verdikdən sonra qadının iddə vaxtı tamam olmamışdırsa (o halda ki, iddəsi rici olsa) yenə də onun bacısıyla həyat qurmağa hüququ çatmır. Amma əgər öz həyat yoldaşını təlaq verib, və yaxud vəfat etmişdir, onun iddəsi tamam olduqda, onun bacısıyla həyat qura bilər.[1] Mümkündür islamda bu evliliyin yəni bir vaxtda iki bacıyla həyat qurmağın hikmət və fəlsəfəsi bu olsun ki:

Birincisi: Qadının öz hörmətini və şəxsiyyətini qoruyub saxlamaqdır, o cür ki, qadının qardaşı qızı və bacısı qızıyla evlənmək üçün qadının razılığı şərtdir.

İkincisi: İki bacı bir- birinə bağlı olduqlarıatifə və məhəbbət üzündən bir- birini daha çox sevirlər, amma bir- birinin rəqibi olduğu zaman, bir- birlərinə olan əvvəlki məhəbbəti qoruyub saxlaya bilmirlər. Beləliklə bu məhəbbət soyuyur və nəticədə həyatlarına zərbə dəyir, belə halda ailənin dağılması ehtimalı çoxalır; çünki həmişə onların vücudunda məhəbbət və rəqabət arasında müxalifət əhvalı yaranır.[2]

Üçüncüsü: Bacının əriylə həyat qurmaq, təbiətən qadınlar bacının ərini özlərinə ən yaxın insan bilirlər və onları ən yaxın qohum- əqraba kimi hiss edirlər, bunun üçün də bu iş cəmiyyətdə qəbul olunmur.

Sonda bu nöqtəni qeyd etmək lazımdır ki, baxmayaraq öz yerində sabit olmuşdur, İlahi hökümlər fəsad və məsləhətləri nəzərdə tutaraq sadir olunmuşdur, amma bunların harada məsləhətli olması və yaxud fəsadın qarşısı alınmasının yerlərini bilmək çətin bir məsələdir; çünki:

Birincisi: Elmin müxtəlif hissələrində çoxlu imkanlara ehtiyac vardır.

İkincisi: Bəşər (insan) elmi baxımdan nə qədər də inkişaf etsə, bildikləri, bilmədiklərinin qarşısında, damcının okeanın qarşısındakı kimidir "elmdən yalnız bir hissəsi sizə verilmişdir".

İlahi övliyalar tərəfindən bütün hökmlərin fəlsəfəsini açıqlamamaq mümkündür bu olsun ki, insanlar üçün bir çox elmi həqiqətlərin kəşf olmadığı üçün, bütün hökmlərin sirlərini demək onlar üçün müəmmalı olardı; və bu da insanların nifrətinə düçar ola bilərdi.

İmam Əli (ə) buyurur: "İnsanlar bilmədiklərinin düşmənidirlər."[3]

Bunun üçün də İlahi övliyalar insanların dərk etdiyi həddə, bəzi şəriət hökümlərinin hikmət və fəlsəfəsinə işarə edirdilər.

Bəs din və şəriətin hədəf və məqsədi, insanları hidayət edib yaxşı elm və əmələ doğru dəvət edib çirkin fikir və əməllərdən çəkindirməkdir. Bu hədəf şəriətə əməl etməklə hasil olur, baxmayaraq ki, həkimin nüsxə və dərmanlarının fəlsəfəsini və faydasından xəbərsizdir.

Bunu da əlavə edək ki, möminlər buna yəqinləri vardır ki, din qanunlarını onlara çatdıran insanların elmlərində heç bir xətaya yol verilməzdir. Bəs bu göstərişlərin xeyirli və təsirli olmasına yəqinləri vardır.



[1] - Tozihul- məsaili mərace, cild 2, məsələ 2390 və 2391.

[2] - Nümunə təfsiri, cild 3, səh 368.

[3] - " الناس اعداء ماجهلوا" Qozideye mizanul hikmət, cild 1, səh 214.