Baxanların
10754
İnternetə qoyma tarixi: 2011/05/30
Saytın kodu fa715 Arxiv kodu 14324
Sualın xülasəsi
Kərbəla şəhidlərinin cəsədləri neçə gündən sonra və kimlər tərəfindən dəfn olunubdur?
Sual
Kərbəla şəhidlərinin cəsədləri hansı gün və kimlər tərəfindən tanınıb və dəfn olunubdur?
Qısa cavab

Tarix və məqtəl kitablarının yazdığına əsasən, İmam Hüseyn (ə)- ın pak bədəni və Kərbəla şəhidlərinin pak cəsədləri, Məhərrəmin on ikinci gününün sonu (on üçüncü gecə) Kərbəla yaxınlığında çadır qurub və orada yaşayan Bəni Əsəd qəbiləsinin bir dəstəsi tərəfindən dəfn olunmuşlar.

Ətreaflı cavab

İmam Hüseyn (ə) və onun əshabının şəhadəti 61 (h. q.) ilinin məhərrəmin onuncu günü baş vermişdir. O həzrətin (ə) pak bədəni və Kərbəla şəhidlərinin pak cəsədlərinin dəfni, məhərrəmin on ikinci gününün sonu (on üçüncü gecə) Kərbəla yaxınlığında çadır qurub və orada yaşayan Bəni Əsəd[1] qəbiləsinin bəzi kişilərinin vasitəsi ilə yerinə yetirilmişdir.

Übeydullah Ziyadın qoşunu Kufəyə tərəf hərəkət edən zaman, İmam Hüseyn (ə) və onun vəfalı səhabələrinin pak bədənləri, ürək yandıran formada yer üzərində qalmışdı və heç kəs onları dəfn etməyə cürət etmirdi. Ona görə də, Bəni Əsəd qəbiləsinin qadınları öz kişilərini danlamağa başladılar və onları cəsədləri dəfn etməyə həvəsləndirdilər. Ondan sonra Bəni Əsəd qəbiləsinin kişiləri dəfn etmək üçün gəldilər, amma bədənlər tik- tikə olduğuna görə bədənləri tanımırdılar. Onlar şəkk və heyrət içində olduqları zaman, İmam Səccad (ə) tanınmaz şəkildə onların arasında hazır oldu və bədənləri Bəni Əsədə tanıtdırdı və onlar da bədənləri dəfn edirdilər. Şəhidləri dəfn etdikdən sonra, həzrət İmam Səccad (ə) özünü onlara tanıtdırdı.[2]



[1] - "Şiə ensiklopediyasında" yazılıbdır: "Bəni Əsəd, Əsəd bir Xuzeynə bin Müdrikənin övladlarından olan, ərəb qəbilələrindən bir tayfanın adıdır. Bu qəbilə həzrət Seyidüş- şühəda və o həzrətin səhabələrinin pak bədənlərini 61- q, ilində Kərbəla hadisəsindən sonra dəfn etmə şərəfinə nail olublar. Şiənin çoxlu alim, şair və rəhbərləri bu tayfadan çıxıblar. Peyğəmbər (s)- in həyat yoldaşlarının bəzisi də bu qəbilədən olublar. Bu qəbilə hicri 19- cu ilində Hicaz vilayətindən İraqa gedib və Kufə və Kərbəla ətrafındakı Qaziriyyədə məskunlaşmışlar. Ərəbin igid tayfalarından sayılırdılar. Kufə şəhəri qurulan zaman, bu tayfa Kufə məscidinin cənubunda xüsusi bir yeri özləri üçün təyin etdilər. Hicri 36- cı ilində Cəməl döyüşündə, Əli (ə) ilə beyət etdilər və o həzrətin kənarında döyüşdülər. Hicri 61- ci il Aşura qiyamında üç dəstəyə bölündülər: Həzrətlə eyni fikirdə, Həzrətə müxalif və bitərəf. Həbin ibn Məzahir, Ənəs ibn Hərs, Müslim ibn Ovsəcə, Qeys ibn Məshər, Mövqe ibn Səmamə və Əmr ibn Xalid Sidavi, həzrətlə eyni fikirdə olanların başçılarından idilər. Südəmər uşağın qatili Hərmələ ibn Kahil Əsədi isə, müxaliflərin başçılarından idi.

Üçüncü dəstənin (bitərəf) bir dəstənin qadınlar, İmam Hüseyn (ə) şəhid olandan sonra, döyüş meydanından keçərkən cəsədləri görüb çox təsirləndilər və öz vilayətlərinə gedib kişiləri cəsədləri dəfn etmək üçün xəbərdar etdilər. Əvvəlcə qadınlar bel və külüng ələrinə alıb Kərbəlaya doğru hərəkət etdilər. bir müddət sonra Bəni Əsədin kişilərininvicdanı oyandı və özlərinə gəldilər və qadınların ardınca yola düşüb İmam və Əshabının cəsədlərini dəfn etməyə məşğul oldular. Bu fədakarlıq onların məşhur olmasına səbəb oldu və ondan sonra şiələr Bəni Əsəd qəbiləsinə hörmətlə yanaşırlar. Baxın: Şiənin ensiklopediyası, cild 3, səh 340. mühəddisi, Cavad, Aşura mədəniyyəti, Bəni Əsəd kəlməsi.

[2] - Baxın: Əbdür- rəzzaq əl- musəvi əl- muqrim, Məqtəlul- Hüseyn, səh 414, Məhəmməd Baqir Məlbubi, əl- vəqaye vəl- həvadis, cild 4, səh 59- 60- 61, Murucuz- zəhəb, cild 3, səh 63, Aşura mədəniyyəti, Bəni Əsəd termini.

Başqa dillərdə Q tərcümələr