Baxanların
9597
İnternetə qoyma tarixi: 2011/12/25
Saytın kodu fa10515 Arxiv kodu 20061
Sualın xülasəsi
Aşura ziyarətnmasınin sənəd və mətnini izah ediniz?
Sual
Aşura ziyarətnamısinin mətn və sənədi barəsində bizlərə izah veriniz?
Qısa cavab

Bu ziyarətnamənin əsas mənbəsi iki mötəbər Cəfər bin Muhəmməd bin Qoləviyyə Quminin (348 h.q ili) müəllifi olduğu “Kamilul ziyarat” və Şeyx Tusinin (385- 460 h.q) yazdığı “Misbahul mutəhəccid” kitablarıdır. Bəzi mənbələrə əsasən İbn Qoləviyyənin sənədi mötəbərdir. Amma misbahul mutəhəccid kitabında qeyd edilən rəvayətin sənədinə gəldikdə qeyd etmək lazımdır ki, bu kitab bu ziyarət barəsində ümumilikdə iki sənəd qeyd etmişdir ki, üç şərt daxilində bunları qiymətləndirmək mümkündür. 1. Rəvayət ya səqedir (etibarlı vahid xəbər). 2. Yaxud bir mərhələdə ravinin etibarlı (səqe) olduğu qeyd edilməmişdir. 3. Yaxud da ravinin etibarlı olması barəsində kontekst mövcuddur. Buna görə ümumilikdə aşura ziyarətnaməsinin sənədinin düzgün olduğu qənaətinə gəlmək olar. Bu rəvayətin mətni bütün bəni Üməyyəyə lənətindən ibarətdir. Bu barədə səhvlər tutulmuşdur ki, bu saytda bütün bunların cavabları qeyd edilmişdir.

Daha çox məlumat üçün ətraflı cavabı oxuya bilərsiniz.

Ətreaflı cavab

Aşura ziyarətnaməsi bizə İmam Baqir və İmam Sadiqdən (ə) bizə nəql olunmuşdur. Buna görə sənəd baxımından etibarlı olmalıdır. Əlavə olaraq bu rəvayətin möhtəviyyatı Quran və digər rəvayətlərlə ziddiyyət təşkil etməməlidir. Əgər ziddiyyət təşkil edərsə biz onu etibarlı hədislərdən hesab edə bilmərik.

Aşağıda bu hər iki məsələ barəsində izahlar qeyd edilmişdir:

1. Aşura ziyarətnaməsinin sənədi:

Aşura ziyarətnaməsinin əsas mənbəyi iki mötəbər kitabdır: Yəni Cəfər bin Muhəmməd bin Qoləviyyə Qumi (348 h.q) yazdığı kamilul ziyarat və Şeyx Tusinin (385- 460 h.q) yazdığı misbahul mutəhəccid kitablarıdır. Buna görə ilk əvvəl kamilul ziyarat daha sonra misbahul mutəhəccid kitablarını araşdırırıq:

A) İbn Qoləviyyənin kamilul ziyarat kitabı

İbn Qoləviyyə aşura ziyarətnaməsinin savabında belə yazır:

«حَدَّثَنِی حَکِیمُ بْنُ دَاوُدَ بْنِ حَکِیمٍ وَ غَیرُهُ عَنْ مُحَمَّدِ بْنِ مُوسَى الْهَمْدَانِی عَنْ مُحَمَّدِ بْنِ خَالِدٍ الطَّیالِسِی عَنْ سَیفِ بْنِ عَمِیرَةَ وَ صَالِحِ بْنِ عُقْبَةَ جَمِیعاً عَنْ عَلْقَمَةَ بْنِ مُحَمَّدٍ الْحَضْرَمِی، وَ مُحَمَّدِ بْنِ إِسْمَاعِیلَ عَنْ صَالِحِ بْنِ عُقْبَةَ عَنْ مَالِکٍ الْجُهَنِی عَنْ أَبِی جَعْفَرٍ الْبَاقِرِ ع قَالَ مَنْ زَارَ الْحُسَینَ ع یوْمَ عَاشُورَاءَ مِنَ الْمُحَرَّمِ...". قَالَ صَالِحُ بْنُ عُقْبَةَ الْجُهَنِی وَ سَیفُ بْنُ عَمِیرَةَ قَالَ عَلْقَمَةُ بْنُ مُحَمَّدٍ الْحَضْرَمِی فَقُلْتُ لِأَبِی جَعْفَرٍ (ع) عَلِّمْنِی دُعَاءً أَدْعُو بِهِ فِی ذَلِکَ الْیوْمِ...»

İmam Əbi Cəfərin (ə) məzhərində dedim: Elə bir dua mənə öyrədin ki, həmin gündə yaxından o həzrəti ziyarətə getdiyim zaman oxuyum və mənə elə bir dua öyrədin ki, o həzrətin ziyarətinə getmədiyim zaman uzaqlarda ona salam verdiyim zaman bu duanı oxuyum.

Həzrət buyurdu: Ey Əlqəmə! O həzrətə salam verib, iki rəkət namaz qıldıqdan və s... sonra aşura günü Əba Əbdullahil Hüseynin ziyarətində de: Ey Əba Əbdullah sənə salam olsun, Ey Allahın Rəsulunun oğlu sənə salam olsun, Salam olsun sənə ey Allahın seçilmişi və seçilmişin oğlu, Salam olsun sənə ey Əmirəl Mömininin və caneşinlərin ağasının oğlu, Salam olsun sənə ey bütün aləmlərin xanımlarının ağası Fatimənin oğlu...![1]

Başqa dillərdə Q tərcümələr