Baxanların
5348
İnternetə qoyma tarixi: 2011/10/02
Saytın kodu fa1295 Arxiv kodu 17088
Sualın xülasəsi
Həyat təhlükəsi olduğu halda etibat aliyat ziyarətinə getmək haram deyilmi?
Sual
Rəvayətlərdə qeyd olunmuşdur ki, insanın həyatı təhlükəsi olan məkanlara səfər etməsinə icazə verilmir və haramdır. Bu mövzu İraq respublikasındakı bugünki şəraitdə etibat aliyat ziyarətinə də aiddirmi? ( Əgər bu məkana səfər haramdırsa, onda burada namaz tam qılınmalıdır.)
Qısa cavab

Pak insanların və Məsumların (ə) qəbrlərinin ziyarəti üçün etibati aliyətə getmək çox bəyənilmiş və Məsum İmamlar (ə) tərəfindən sifariş edilmişdir. Çünki məsum İmamların (ə) adlarının yenidən canlanması və yad edilməsinə səbəb olur və böyük savabı vardır. Bu halda əgər belə səfərlərdə həyati təhlükə vardırsa, zərərin ölçüsü ilə islamın qorunması, şiəliyin mövcudluğu, Məsumların (ə) adlarının canlandırılması və yad edilməsi ilə müqaisə olunmalı və bu məkanların ziyarətinin həyatın qorunmasından daha əhəmiyyət və birinciliyi olan halda bunu həyata keçirilməlidir. Necə ki, tarix boyu şiələr bunu etmişlər.

Amma hal hazırda Əhli- Beyt məzhəbi yayılıb, inkişaf etdiyindən, keçmiş şərait yoxdur, İran İslam Respublikasının qanunlarına əsasən sərhəddən keçmək qadağan olarsa və elə bir şəraid mövcud olarsa ki, Mərcə Təqlid və İslam respublikasının məsulları səfərə icazə verməsələr, belə səfər haram səfgər olacaq. Onların namazları bu səfərdə tamam olacaqdır. Amma qanunların əksinə olmayan və böyük həyati təhlükəsi olmayan ziyarətçilər, əgər etibati aliyata gedərlərsə və bu yolda cinayətgar dəstələr tərəfindən öldürələrsə, məzlum və böyük savabları vardır.

Ətreaflı cavab

Məsum İmamların (ə) qəbrlərinin ziyarəti çox bəyənilən işlərdən olub, çox sifariş edilmişdir. Çünki Əhli- beytin (ə) düşmənləri tarix boyu onların ad və əsərlərinin məhv edilməsinə çalışmışlar və şiələr və əhli- beyt sevərlər öz ziyarətləri ilə düşmənlərin həmlələrini təsirsiz etmişlər. Əlbəttə bu ziyarətlər təhlükə və ziyanlardan əskik olmamışdır.

Bəs həmişə bu səfrdə ziyan və təhlükələr islamın qorunması, şiəliyin mövcudluğu və Məsum İmamların (ə) ad və əsərlərinin canlandırılması ilə müqaisə edilməli və bu halların həyat təhlekəsindən üstünlüyü və birinciliyi halında ziyarət həyata keçirilməlidir. Necə ki, tarix boyu şiələr bunu həyata keçirmişlər.

Tarixdə qeyd edilmişdir ki, Abbasi xəlifələrindən olan Mütəvəkkil İmam Hüseynin (ə) ziyarətçilərinin sağ əllərini kəsməklə cəzalandırarmış ki, heç kəs O həzrətin qəbrini ziyarətə getməyə cürət etməsin. Amma şiələr bu cəzalandırmadan qorxmamışlar və hətta bəzi şəxslər bu yolda öz iki əllərini fəda edərək, düşməni məğlub etmişlər.

Bu işlər o zaman edilmişdir ki, şiəliyin həyat və mövcudluğu Hüseynnin (ə) ziyarətçiləri ilə əlaqədar olmuşdur. Bu lazım və zəruri olmuşdur. Bugün Əhli- beyt məktəbinin mövcudluğu həmin şəxslərin fədakarlığının nəticəsidir.

Hər halda fiqhi cəhətdən etibati aliyata səfər böhran və təhlükə olan şərait, öncədən müəyyən olunan mövzulardandır ki, əgər islamın qorunması şəraiti üstünlük təşkil edərsə bu ziyarətə getmək mümkündür. Amma bugün şiəlik məktəbi yayıldığından, belə zəruriliy hiss edilmir. Belə səfərlər İslam Respublikasının məsul işçiləri ilə razılaşdırılmalıdır.

Bəs əgər sərhəddən keçmə İran İslam Respublikasının qanunlarına zidd olarsa və səfərin qadağasına Böyük Mərcə Təqlid hökm verərsə, şəxslərin ziyarəti, haram səfər olacaqdır.[1]

Ən ali dini Lider belə şəxslərin namazları barəsində belə buyurur: “ Onların səfərləri qanunlara zidd olarsa, onların namazları bu səfərdə tamdır. Çünki haram səfərdir. Bütün risalələrdə belə səfərlərdə namazın tamam qılınması barəsində əmr verilmişdir.”[2]

Amma qanuna uyğun olan və həyati təhlükə olmayan ziyarətçilərin səfəriləri düzgündür və əgər cinayətgar dəstələr tərəfindən öldürülərlərsə, Məzlum və böyük savab sahibidirlər.



[1] - Həzrət İmam Xomeyni, Ali dini lider və digər mərcə təqlidlərin nəzərlərinə görə İran İslam Respublikasının qanunlarına əsasən, şəri cəhətdən caiz hesab edilmir və haramdır.

[2] - Dəftər Məqame Müəzzəme Rəhbəri, Qum.

Başqa dillərdə Q tərcümələr