Baxanların
5786
İnternetə qoyma tarixi: 2011/10/20
Saytın kodu fa1398 Arxiv kodu 17723
Sualın xülasəsi
Zamanın keçməsinə diqqət yetirməklə İmam Zaman (əleyhis-salam)-ın zahiri bədən quruluşu necədir?
Sual
Hal-hazırda həzrət Məhdi (əleyhis-salam) öz həyatının ikinci min illiyini yaşayır. O, zahiri quruluş cəhətdən cavandır, yoxsa qoca?
Qısa cavab

Həzrət Məhdi (əleyhis-salam) 255-ci hicri-qəməri ilində dünyaya gəlmişdir. Hal-hazırda 1432-ci (miladi 2011) il olduğunu nəzərə alsaq, bu ilin Nimeyi-Şəbanında o həzrətin 1177 yaşı tamam olacaqdır. İmam Zaman (əleyhis-salam) əziz atasının şəhadətindən sonra onun pak cənazəsinə namaz qılarkən camaat onu görmüşdü: buğdayı bir uşaq idi, başında sıx tükləri vardı, qabaq dişləri bir-birindən aralı idi.[1]

O həzrətin zahiri bədən quruluşu, qiyafəsi ilə əlaqədar iki cür rəvayət mövcuddur:

a) Bəzi rəvayətlər qeydsiz-şərtsizdir və onun yaşını bəyan etmir, yalnız həzrətin cavan olmasını xatırladır:

1. شَابٌّ بَعْدَ کِبَرِ السِّنِّ “Yaşı çox olsa da, cavandır.”[2]

2. رُجُوعُهُ مِنْ غَیْبَتِهِ بِشرخِ الشَّبَابِ “Cavanlığının ən gözəl mərhələsində (olan bir halda) zühur edəcəkdir.”[3]

3. فِی سِنِّ الشُّیُوخِ وَ مَنْظَرِ الشَّبَابِ “Qocalar yaşda olsa da, cavan görkəmində və qiyafəsində zahir olacaqdır.”[4]

b) Bəzi rəvayətlər də onun cavan olmasını təkid etməkdən əlavə, yaş həddini də təyin edir:

1. فِی صُورَةِ فَتًی مَوْفِقَ ابْنِ ثَلاَثِینَ سَنَةً “Otuz yaşlı kamil cavan surətində olacaqdır.”[5]

2. فِی صُورَةِ شَابٍّ دُونَ اَرْبَعِینَ سَنَةً “Yaşı qırxdan az olan cavan surətində zahir olacaqdır.”[6]

3. “Yaşı çox da olsa, zahiri quruluşu –  üzü cavandır, belə ki, görənlərin nəzərində qırx, yaxud qırxdan da az yaşı olan bir şəxs kimi nəzərə çarpır. Onun nişanələrindən biri budur ki, vəfat etdiyi vaxta qədər qocalmaz.”[7]

Mərhum Şeyx Tusi o həzrəti qeybəti-şuğra dövründə müşahidə edənlərin bəzilərindən belə nəql edir: “O həzrət gözəl üzlü bir cavan idi, əzəmətli heybətə və ətirli iyə malik idi, bir kəsin ondan gözəl danışdığını görməmişdim.”[8]

Başqa bir rəvayətdə deyilir ki, “onun boyu nə çox hündürdür, nə də çox balaca; əksinə, mötədil və normal qiyafəli bir insandır. Mübarək başı yumru və alnı enlidir. Burnu çəkilmiş, yanaqları düzdür və sağ yanağında bir xal vardır.”[9]

Həzrətin zahiri quruluşu və yaşı ilə əlaqədar aşağıdakı məsələləri qeyd etmək lazımdır:

1. Bildiyimiz kimi, həzrət İmam Zaman (əleyhis-salam)-ın yaşı hal-hazırda mindən ötüb keçmişdir. Onun yaşının 30-40 arasında olduğunu qeyd edən rəvayətlərdə məqsəd budur ki, zühur zamanı o həzrətin nurani üzü bu yaşda olan şəxslər kimi olacaqdır. Bu yaş ixtilafı təzada səbəb olmaz, çünki bu ədədlər kamil və cavan insanın yaşını göstərir.

İmam Riza (əleyhis-salam)-ın belə buyurduğu nəql olunur: “Onun əlamətlərindən biri də budur ki, yaş cəhətindən qocadır, lakin zahirdə cavan görünür; belə ki, insan hər vaxt ona nəzər salsa, otuz yaşlı, yaxud ondan da az yaşı olduğunu güman edər. Onun əlamətlərindən biri budur ki, ruzigarın, gecə-gündüzün keçməsi ilə ömrünün axırına qədər qocalmayacaqdır.”[10]

2. Əlbəttə, uzun ömrə malik olmağın əvvəlki dövrlərdə də oxşarı olmuşdur və bu məsələ təkcə həzrət Məhdi (əleyhis-salam)-a məxsus deyildir. Quranda 950 il ömür sürən həzrət Nuh (əleyhis-salam) kimi insanların adı gəlmişdir. Yaxud hal-hazırda da diri olan və min illərlə ömür sürən həzrət Xızr (əleyhis-salam)-ı qeyd etmək olar. Başqa bir misal: 3500 il yaşayan Adın oğlu Loğman, 4000 il ömür sürmüş Loğman Həkim. Həzrət İsa (əleyhis-salam) da hal-hazırda diridir. Bu kimi şəxslər “uzun ömürlülər” cərgəsində qeyd olunur. Bunların elmi izahı budur ki, qocalıq və ölüm maddi aləm amillərindən təsirlənmə səbəbi ilədir. Əgər bu amillər olmazsa, şəxs həmişə cavan qalar.[11]



[1] Bax: “Vədəsi verilən şəxs barəsində tədqiqat”, səh. 437

[2] “Biharul-ənvar”, 51-ci cild, səh. 217, bab 13, “ma fihi min sunənil-ənbiya” babı

[3] “Qeybət”, Şeyx Tusi (rəhmətullah əleyh), səh. 421

[4] “İkmalud-din”, 2-ci cild, səh. 376

[5] “Biharul-ənvar”, 52-ci cild, səh. 287, bab 26, “yəvmə xurucihi və ma yəddulu əleyh” babı

[6] “İkmalud-din”, 1-ci cild, səh. 316”

[7] “İkmalud-din”, 2-ci cild, səh. 652

[8] “Vədəsi verilən şəxs barəsində tədqiqat”, səh. 437

[9] Yenə orada

[10] “Vədəsi verilən şəxs barəsində tədqiqat”, səh. 555

[11] “Ədalət qostəri cəhan”, İbrahim Əmini

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.
Başqa dillərdə Q tərcümələr