Baxanların
5761
İnternetə qoyma tarixi: 2012/03/11
Saytın kodu fa17198 Arxiv kodu 22730
Sualın xülasəsi
Aya müsəlmanların rəhbərləri üçün müsəlmanların vəliyyi əmri" ləqəbini istifadə etmək düzgündürmü?
Sual
Bəziləri iddia edirlər ki, müsəlman Rəhbərləri üçün "müsəlmanların vəliyyi əmri" ləqəbindən istifadə etmək düzgün deyil və bu ləqəb Quranın bu «أَطيعُوا اللَّهَ وَ أَطيعُوا الرَّسُولَ وَ أُولِي الْأَمْرِ مِنْكُم» ayəsinə əsasən yalnız İmamlar (ə) üçün istifadə olunmuşdur; mümkündürsə bu barədə açıqlama verin?
Qısa cavab

Qeyd olunmuş ayəyə əsasən, cavab insanların nəfslərinə və mallarına vəli və sahib olmaq Allaha malikdir və yalnız Allahın izniylə bu iş həyata keçir, o cür ki, bizim də etiqadımız bundan ibarətdir bu qüdrət və ixtiyar Peyğəmbərdən (s) sonra bir- bir İmamlara (ə) verilmişdir. Amma İmam Zamanın (ə) ğeybəti dövründə, bir çox məntiqi dəlillər və məsum İmamlardan bizə çatan bir çox rəvayətlərə əsasən, came şərait fəqihi bu işi öhdəsinə götürüb və İslam cəmiyyətinin rəhbərliyinə və vilayətinə təyin olunur və ümumi olaraq o həzrətin tərəfindən bu məqama təyin olunur.

Bunun üçün də "müsəlmanların vəliyyi əmri" ləqəbi, mərcəi şərait olan müctəhid üçün həqiqi bir ləqəbdir ki, məsum İmamın ğeybəti dövründə rəhbərlik və siyasi, iqtisadi ictimai işlərin idarə olunması üçün, məsum İmamlar tərəfindən təyin olunmuşdur.

Ətreaflı cavab

Sualın cavabından əvvəl bu nöqtəni bilmək lazımdır ki, İslamın siyasi və camaat arasında olan rəftarları və cəmiyyətin rəhbərliyi qanunu elə deyildir ki, rəvayətlərdə bu cür ləqəb və ünvanlardan istifadə etmək qadağan olunsun, bəlkə iki cür ləqəb və ünvanla qarşılaşırıq; birinci növ, o ləqəb və ünvanlardır ki, dini göstərişlərdən götürülmüş və qəbul olunmuşdur. Din alimləri tərəfindən də normal qəbul olunmuşdur. İkinci növ, o adlar və ünvanlardır ki, bəzi mənfi təsirlərə görə cəmiyyət və yaxud şəxs və ya məsumlara məxsus olaraq[1] tamamıyla onlardan istifadə etmək qadağan olunmuşdur.

O cümlədən "Üzma" kəlməsi Müctəhidlər üçün "Ayətullah əl- uzma" istifadə olunur ki, bir növ müctəhidlərə mənəvi ehtiram əlamətidir ki, İslamda ona təkid olunmuşdur.[2]

İmam Əli (ə)- dan rəvayətlərdə gəlmişdir: "Hər kəs alimə hörmət etsə, öz Rəbbinə hörmət etmişdir."[3]

Beləliklə "müsəlmanların vəliyyi əmri" ünvanı, din tərəfindən müdafiə olunmuş və Quran ayəsi və məsum İmamların (ə) hədislərdindən götürülmüşdür.

Bəs insanların nəfsinə və mallarına vilayət Allah Taalanın şənindən və məqamındandır və yalnız Allahın izin və təyin etməsiylə həyata keçir. O cür ki, bizim də etiqadımız bundan ibarətdir; bu qüdrət bir qanundur ki, Peyğəmbərdən (s) sonra bir- birindən sonra məsum İmamlara (ə) verilmişdir.[4]

O cür ki, Qurani- kərimdə oxuyuruq:

« يا أَيُّهَا الَّذينَ آمَنُوا أَطيعُوا اللَّهَ وَ أَطيعُوا الرَّسُولَ وَ أُولِي الْأَمْرِ مِنْكُم »‌[5]

Ülul əmr kəlməsi cəmiyyət üçün nəzər sahibi deməkdir ki, Allah tərəfindən təyin olunmuşdurlar.[6]

Ondan məqsəd, ümmətdən o şəxslərdir ki, əməl və sözlərində məsumdurlar, və onlardan itaət etmək vacibdir; o cür ki, Peyğəmbər (s) və Allahdan itaət etmək vacibdir.[7] Amma İmam Zamanın (ə) ğeybəti dövründə bir çox məntiqi dəlil və məsum İmamlardan bizə çatmış rəvayətlərə görə İslam cəmiyyətinin rəhbəri came şərait olan müctəhiddir ki, İmam Zaman (ə) tərəfindən ümumi şəkildə təyin olunmuşdur.[8]

Vəliyyi fəqih, ğeybət zamanı məsum İmam tərəfindən təyin olduğu üçün, əslində ondan itaət və (ulul əmr) məsum İmamlardan itaət etmək deməkdir.

Nəticə: "Müsəlmanların vəliyyi əmri" ləqəbi, came şərait müctəhidin əsl ləqəblərindən biridir ki, məsum imamın ğeybəqi zamanında siyasi, ictimai işlərin idarə edilməsi üçün məsum imamın tərəfindən təyin olunmuşdur.

Əlbəttə belə deyildir ki, məsum imamın canişin və vilayətini, vəliyyi fəqih özü- özü üçün təyin etsin.

 


[1] - O cümlədən, İmam Əli (ə)- ın seyyidul vəsiyyin və mirəl- möminin kimi künyəsi. "İmam Əlinin (ə) ləqəbləri" sual 16667.

[2] - Bax: "İmam və müctəhidlərə Ayətullah uzma demək". Sual 13653.

[3] - Təmimi Amədi, Əbdul vahid ibni Məhəmməd, Qurərul- hikəm və durərul kəlam, səh 74. Dəftəre təbliğate İslami nəşriyyatı. Qum, 1366.

«من وقر عالماً فقد وقر ربه»

[4] - Bax: Göstəricilər "İmamətin Peyğəmbər nəslinə məxsus olması" sual 2969; "İmamlara və İmamət əqidənin dəlilləri" sual 322.

[5] - "Ey o şəxslər ki, iman gətirmisiniz! Allaha itaət edin! Peyğəmbər və ulul- əmri itaət edin; Nisa surəsi, ayə 59.

[6] - Hüseyni Həmədani, seyyid Məhəmməd Hüseyn, təhqiq: Behbudi, Məhəmməd Baqir, Ənvare derəxşan, cild 4, səh 93. Kitabfuruşiye Lütfi, Tehran, birinci çap, 1404 hicri qəməri.

[7] - Təbatəbai, seyyid Məhəmməd Hüseyn, Əl- mizan fi təfsiril- Quran, cild 4, səh 398. Dəftəre intişarate İslami, Qum, beşinci çap, 1417, hicri qəməri və bax: "İmam və imamətə məntiqi dəlil" sual 321.

[8] - Bax: "Vilayəti fəqihin, Peyğəmbər və İmamlara nisbəti" sual 9294. (sayt: 9467).

 

Başqa dillərdə Q tərcümələr