Baxanların
6709
İnternetə qoyma tarixi: 2012/02/12
Saytın kodu fa19902 Arxiv kodu 21589
Sualın xülasəsi
Nəyə görə gərək həccdə ehram geyinək?
Sual
Nəyə görə gərək həccdə ehram geyinək?
Qısa cavab

Həcc, nişanələr və sirlərlə doludur ki, insanı təfəkkürə vadar edir və onu fitrətinə tərəf yönəldir.

Yaxşıdır ki, həccdə qədəm- qədəm əməllərin zahiri və batininə diqqət oluna. Çünki, onun zahiri üçün məxsus hökmlər vardır ki, riayət olunması lazımdır.

Onun batininə diqqət etməklə, sirlə dolu bu əməllərin fəlsəfəsini müəyyən miqdarda başa düşmək olar.

Ehram paltarı geyinmək, həcc əməllərindən biridir ki, həcc onunla başlanır və məxsus paltardır məxsus ibadət üçün. Zahiri baxışdan bu nəticəyə gəlmək olar ki, Allah- Taala özünün ən böyük vaciblərindən birinin yerinə yetirilməsi üçün belə bir paltar geyinməyi vacib edibdir ki, gərək özünə məxsus şəraitə malik ola; o cümlədən pak olmaq, tikili olmamaq və s...[1]

Ehram paltarı geyinməyin sirlərindən bir hissə:

1.             Ehram paltarı; qardaşlıq və bərabərlik üçün bir sınaqdır, birlik üçün nəsihətdir, insanın dünya gözəllikləri və ona bağlı olmamasına bir işarədir və Allah- Taalanın əzəməti bərabərində onun pak təbiət və ləkələnməmiş insani fitrətlə daxil olmasıdır.

2.             Ehram paltarında fəqirlər və padşahlar bərabərdirlər. Mütəkəbbirlərlər ki, bu təəccüb yaradantəcəllini, dünyanın hər güşəsindən Allahın evinin təvafına gətirən müsəlmanları və bir şəkildə olan paltarla bir sahədə, həzrət Həqqin (Allahın) bərabərində onların cəm olmaları yaxından görələr. Və görələr ki, onlardan heç kəsin pərhizkarlardan başqa, başqalarına üstünlüyü yoxdur.[2]

3.             İki dənə ehram paltarının kəfənə oxşarlığı vardır. Meyyiti, onun ehram parçası ilə kəfənləmək müstəhəbdir.[3]

Onu geyinmək, ölüm vaxtındakı vəhşətləri, ölümdən sonra və qiyamət gününə aid olan mərhələdəki çətinlikləri və qəm- qüssəni xatırladır.

4.             Paltarın rəngi və şəkli cəhətindən keçmişdən indiyə kimi və gələcəkdə insanlar, bir- biri kimi olmayıb və olmayacaqlar və müxtəlif keyfiyyətdədirlər. Bəs əgər, həcc tərəfə çağırılalar, bu Allahlıq dəvətini qəbul edələr və həcc əməlləri üçün təyin olunmuş müqəddəs məkanlarda hazır olalar, ehram paltarı geyməklə fəxr, özünü göstərmə və onun əsərlərini özlərindən uzaq etməyə çalışırlar. Çünki, ehram paltarı, bir növ xüdbinlik və təkəbbürlüyü aradan aparan nişanədir.

Bu sualın ətraflı cavabı yoxdur.



[1] - Müraciət et: İmam Xumeyni, Seyyid Ruhullah Mənasike həcc (haşiyə) səh 138- 140, Məşər nəşriyyatı, Tehran, dördüncü çap, 1416 hicri qəməri.

[2] - Hücurat surəsi, ayə 13: "Ey insanlar! Biz sizi bir kişi və bir qdından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir- birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdır. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır".

[3] - İmam Xumeyni, seyid Ruhullah, Təhrirul- vəsilə cild 1, səh 75, Darul elm müəssisəsinin nəşriyyatı, Qum, birinci çap, tarixsiz

Ətreaflı cavab

Bu sualın ətraflı cavabı yoxdur.

Başqa dillərdə Q tərcümələr