1.Əsl malı sahibinə qaytarmalısınız. Amma lazım deyil ki, mal sahibi bilsin ki, bu pulu hansı səbəbdən verirsiniz.
2.Əgər əsl və oğurlanmış pulun özü ilə ticarət və işdən gəlir əldə etmisnizsə, ələ gələn gəlir pul sahibinə çatır. Amma, əgər alveri ümumi olaraq,
[1] yerinə yetiribsə oğurlanmış malın özündən hesab olunmayıbsa, öz malında hesablanıbsa, oğru yalnız oğurluq malın puluna zamindir.
3.Hər halda, oğurluq malın özünün və gəlirinin qaytarılmasında həmin günün dəyəri nəzərə alınmalıdır.
Əlavlər:
Bu sualın cavabında təqlid olunan müctehidlərin cavabların veririk:
[2]
Həzrəti ayətullah-üzma Seyyid Əli Xamneyi (Allah qorusun):
Əsl malı sahibinə qaytarsın və lazım deyil desin ki, hansı səbədəndir. Əgər oğurlanmış mal puldursa, ehtiyat budur ki, fasilədə olan dəyər fərqləri razılaşmış olsun.
Oğurluq puldan ələ gələn gəlirin əgər alış-verişdə pulun özünü istifadə edilibsə, alever füzuli olub. Əgər pul sahibi alış-verişə icazə verərsə ələ gələn gəlir də onunkudur. Əgər alver ümumi olubsa və bu alverdə alınan və verilən malın içində oğurlanmış pul da olubsa, qarşı tərəfdə alıcıya borcludur və baxmayaraq ki, bu alverdən ələ gələn gəlir və nəticə düzgündür.
Həzrət ayətullah üzma Sistani (Allah qorusun)
Əsl pulu qaytarmalıdır.
Həzrət ayətullah üzma Safi Gülpayqani (Allah qorusun)
Əgər pulun özü ilə alver edib və ticarətdən ələ gələn gəlir o pulla olubsa, pulun hamısını və gəlirini sahibinə qaytarmalıdır. Amma, əgər ümumi olaraq, bir alver qərardad yazıbsa, sonradan o alverə görə boynunda olan pul əvəzinə o puldan veribsə, əsl oğurlanmış pul miqdarında zamindir. Oğurluq pulu sahibinin hesabına köçürə bilər və ya poçt vasitəsi ilə yollaya bilər. Əsl mövzunun sahibinə deyilməsi lazım deyil. Bir nəfərin ona borclu olmasını, pul sahibinə çatdırması və ya yazılı şəkildə xəbər verməsi kifayətdir.
Həzrət ayətullah Məhdi Hadəvi Tehrani (Ömrü uzun olsun)
1.Əgər eyni oğurlanmış mal mövcuddursa həmin malı sahibinə qaytarmalıdır. Əgər eyni mal olmasa onun dəyərində pulu sahibinə qaytarmalıdır. Hər halda, mal sahibinin bilməsi vacib deyil ki, hansı səbəbdən bu məbləği ona verirlər.
2.Əgər oğurluq malla ticarət olubsa, bu alver adi cəmiyyətdə gedən alver kimi kulli olubsa, o alverdən gələn gəlirin sahibi oğurlanmış mal sahibinin deyildir. Amma, əgər həmin oğurluq malın eyni verilərək alver olubsa, ələ gələn mülkün və əsl malın hər ikisi mal sahibininindir və hamısı ona qaytarılmalıdır.