Baxanların
5792
İnternetə qoyma tarixi: 2013/10/19
Saytın kodu fa27895 Arxiv kodu 55568
Sualın xülasəsi
İdmanın nəticəsində, duxulsuz evlənmə, zina, şübhəli əlaqə, başqa vəsilə və ya arxadan zina vermiş və bakirəliyin əldən vermiş qızın ərə getməsindən ötrü atasının icazəsinə ehtiyac varmı?
Sual
Xahiş edirəm aşağadakı suallar haqqında öz nəzərinizi yazın: 1.İdman və ya təbii hadisə nəticəsində bakirəliyini əldən vermiş qızın evlənməsindən ötrü atasının icazəsinə ehtiyac varmı? 2.Əqd oxunub duxul olmadan əri ilə bir yerdə yatmış sonradan boşanmış qızın təzədən evlənməsindən ötrü atasının izni lazımdırmı? 3. Zina və şübhəli əlaqədən sonra bakirəliyin əldən vermiş qızın ərə getməsindən ötrü atasının icazəsinə ehtiyac varmı? 4.Qeyri-şəri yolla (məslən, qadınının-qadınla əlaqdə olması və ya vasitə ilə özünü soyutması) bakirəliyi aradan getmiş qızın ailə qurmasından ötrü atasının izni şərtdirmi? 5.Arxadan zina etmiş qızla atasının izni olmadan evlənmək düzgündürmü?
Qısa cavab
Atasının izni ilə ailə qurmuş və bakirəliyini əldən verən qızın təzədən evlənməsində atasının icazəsinə ehtiyac yoxdur. Amma, verilmiş suallara aid cavablarda mərce-təqlidlər atasının izninin şərt olmasını qeyd edirlər. Amma. İkinci sualın cavabında, əgər ilk evlənmə atasının izni ilə olubsa,[1] ikincidə icazəyə ehtiyac yoxdur, üçüncü sualın cavabında isə bəzləri[2] atasının iznin müstəhəb bilirlər. Amma, beşinci sualın cavabında qeyd etmək lazımdır ki, bəzi fəqihlərin[3] nəzəri budur ki, əgər qız həddi buluğa çatıb rəşidə (öz səlah və xeyrini dərk edə bilən həddə) olarsa, belə evlənmək düzgündür.
Əlavələr:
Mərce-təqlid alimlərinin yuxarıdakı suallara nəzərlərini veririk:[4]
Həzrəti ayətullah-üzma Seyyid Əli Xamneyi (Allah qorusun):
1 və 4; əgər bəkarəti pozulması  evlənmək, şübhəli əlaqə və ya zina vasitəsi ilə olmasa (məslən tullanmaq vasitəsi ilə olsa) bakirə hökmündədir və bu halda vəlisinin icazəsi olmadan evlənsə, ehtiyatən əqdi batilidir.
2. Bu halda ehtiyat vacib budur ki, vəlisinin (hamisnin) icazəsi lazımdır.
3.Əgər bəkarətin pozulması şübhəli əlaqə və ya zina vasitəsi ilə olarsa, bakirə hökmündə olmasa da evlənmədə atasının və babasının icazəsi tərk olunmasın.
5.Ümumiyyətlə, ehitiyat vacib budur ki, bakirə qızla evlənməkdə atasının və babasının icazəsi lazımdır. Onların icazəsi olmandan oxunan əqdin hökmü, ehtiyat vacib düzgün deyil.
Həzrət ayətullah üzma Sistani (Allah qorusun)
Qeyd olunmuş bütün hallarda, atasının icazəsi lazımdır. Yalnız, ikinci sualda əgər qız ilk dəfə atasının icazəsi ilə evlənibsə, qabaqdan və ya arxadan duxul olubsa, bu halda atasının icazəsi qüvvədən düşür.
 
 
Həzrət ayətullah üzma Məkarim Şirazi (Allah qorusun)
1 3 4 5: bakirə qızla evlənmkdə vəlisinin icazəsi olmadan evlənmək düzgün deyil. Bakirədən məqsəd budur ki, əvvəllər ərə getməmişdir. İstər bəkarətliyi qalmış olsun, istərsə də olmasın.
2. Əgər ilk evlənmə atasının izni ilə olubsa, ikincidə atasının icazəsinə ehtiyac yoxdur.
Həzrət ayətullah üzma Safi Gülpayqani: (Allah qorusun)
Suallarda qeyd olunmuş bütün hallarda ehtiyat vacib budur ki, qızın əqdi şəri vəlisinin icazəsi ilə olsun.
Həzrət ayətullah üzma Nuri Həmədani (Allah qorusun):
Bütün hallarda qızın təzədən evlənməsindən ötrü vəlisinin izninə ehtiyacı var
Həzrət ayətullah Hadəvi Tehrani (ömrünə bərəkət): beşinci sualın cavabı belədir:
Əgər qız rəşidə olsa, eybi yoxdur.
 

[1] Həzrət ayətullah Məkarim Şirazi
[2] Həzrət ayətullah Xamneyi
[3] Ayəiullah Hadəvi Tehrani
[4] Ayətullah Xamneiynin, Sistaninin, Məkarim Şirazi, Gülpayqaninin və Nuri Həmədaninin dəftərlərindən saytımız vasitəsi ilə sual etmişik.
 
Başqa dillərdə Q tərcümələr