Baxanların
29635
İnternetə qoyma tarixi: 2011/04/14
Saytın kodu fa481 Arxiv kodu 12924
Sualın xülasəsi
Namaza başlayarkən azan və iqamı demək vacibdirmi? Azan və iqaməni bir dəfə deməklə bir neçə namaz qılmaq olarmı?
Sual
Azan və iqaməni hər dəfə namaz qılarkən demək vavibdirmi? Onları bir dəfə deməklə bir neçə namaz qılmaq olarmı? Ustad Hadəvi Tehraninin bu barədə nəzərə nədir?
Qısa cavab

Bəzi qədim fiqh alimləri, o cümlədən ibni Əqil və ibni Cuneyd namazdan əvvəl azan və iqamənin deyilməsini vacib buyurmuşdurlar.[1] Amma bir çox müctəhidlərin bu barədə nəzərləri belədir ki: "Bütün namaz qılanlar üçün müstəhəbdir ki, gündəlik vacib namazlarının əvvəlində azan və iqamı desinlər".[2] Bundan savayı vacib namazlarda (ayat namazı) üç dəfə "Əs- səlah" deyib namaza başlamaq kifayətdir. Deməli azan və iqamə müstəhəb əməllər sırasına daxil olsa da namaz üçün vacib deyildir. Bundan əlavə yalnız gündəlik vacib namazlar qılınarkən deyilir. Yəni gündəlik namazlardan savayı heç bir namazın əvvəlində deyilmir.

Amma azan və iqamənin gündəlik namazların əvvəlində deyilməsi barəsində bunu da qeyd etməliyik ki, sübh, zöhr və məğrib namazlarını qılarkən azan və iqamə demək müstəhəb olsa da, zöhr namazından sonra fasiləsiz ya bir az fasilə[3] ilə əsir namazı qılınırsa ikinci dəfə azan demək lazım deyildir. Həmçinin şam və işa namazları da eyni bunun kimidir.[4]

Deməli, hər azandan sonra bir sübh namazı, zöhr və əsir namazı və şam və işa namazı qılmaq olar. (zöhr və əsir, şam və işa namazlarının arasında uzun sürən fasilə olmamaq şərti ilə) amma əgər namaz beş vaxt qılınarsa, namaz qılan şəxs hər namaz üçün azan və iqamə deyə bilər. bunu da qeyd edək ki, hər vacib namaz üçün bir iqamə də kifayət edər.

Həzrəti Ayətullah Məhdi Hadəvi Tehraninin cavabı:

1). Azan və iqamı mövzusu yalnız gündəlik namazlar üçün əmr olunmuşdur. Həmçinin bu namazların qəzasını yerinə yetirərkən də demək müstəhəbdir.

2). Azan demək müstəhəb bir əməldir. Amma iqamə gərək heş vaxt tərh olunmasın.

3). Bir azanla üç, dörd və sair... sayda namaz qılmağın heç bir eybi yoxdur. Əgər iki namazın arasında (zöhr və əsir) çox fasiləyə yol verilməzsə yaxşı olar ki, ikinci namazda azan deyilməsin.

4). Bütün gündəlik namazlarda (vacib ya qəza) iqamə tərk olunmamalıdır.



[1] - İbn Əbil Əqilin həyatı və fiqhi, həs 11.

[2] - Tozihul məsaili mərace, cild 1, səh 518- 916.

[3] - Bəzi mərcəi- təqlidlərin nəzərinə əsasən fasilənin nə qədər olduğu şərtdir. Həmçinin əgər fasilə nafilə və digər müstəhəb namazlar üçün olsa eybi yoxdur.

[4] - Tozihul məsaili- mərace, cild 1, səh 520- 522.

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.
Başqa dillərdə Q tərcümələr