Baxanların
6967
İnternetə qoyma tarixi: 2011/05/31
Saytın kodu fa751 Arxiv kodu 14342
Sualın xülasəsi
Aya insan yer üzündə olan varlıqların ən şərafətlisidir ya bütün varlıqların və aya mümkündür insandan şərafətli bir məxluq yaransın?
Sual
Bunu nəzərə alaraq ki, Allah Taala bu dünyada başqa varlıqları da yaratmışdır və bizim onlardan xəbərimiz yoxdur. Aya insan yer üzündəki varlıqların ən şərafətlisidir və ya bütün aləmdəki varlıqların? Aya mümkündür ki, Allah insandan da şərəfli bir varlıq yaratsın?
Qısa cavab

Bizim əqidəmizdə insan barəsində olan ayə və rəvayətlər, insanın digər varlıqlara üstün olması (istər yerdə olan varlıqlar olsun istərsə də göylərdə) əldə olunur. Bu da o xüsusiyyətlərə görədir ki, insan ona malikdir:

1-             İlahi ruhiyyəyə sahib olması.

2-             Mələkləri səcdə etdiyi varlıq.

3-             Allahın yer üzündə xəlifəsi.

4-             Varlığın mənşəyi və yaradılışın xülasəsi. Yəni, həzrət Məhəmmədin (s) indiki insanlar arasında olması.

Amma insandan şərəfli bir varlığın yaradılması, baxmayaraq ki, fəlsəfə cəhətindən olunmaz deyildir, lakin qeyd olunmuş cəhətlərə əsasən qəbul edilməzdir.

Ətreaflı cavab

Bu sualın cavabını daha ətraflı başa düşmək üçün bir neçə nöqtəyə diqqət etmək lazımdır:

1.             Baxmayaraq bəşər elm vasitəsiylə bütün varlıqları dərk etməyə malik deyildir, amma İlahi övliyaların vəhy və qeyb xəbərləri vasitəsiylə bu varlıqlar haqqında məlumatları əldə etməyə malikdir və insanın məqam və hansı dərəcədə olduğunu dərk edir. Nümunə üçün bu rəvayətə diqqət edin: Abdullah ibni Sənan deyir İmam Sadiq (ə)- dan soruşdum mələklər şərəflidir yoxsa Adəm övladı (insan) o həzrət cavabında Əmirəl möminin Əli ibn Əbu Talibin (ə) sözlərini söyləyərək buyurdu: Allah mələklərdə ağıl qərar verdi amma şəhvət qərar vermədi, heyvanda şəhvət qərar verdi, amma ağıl vermədi, insanda isə ağlı şəhvətlə birlikdə qərar verdi; bəs əgər insanın ağlı onun şəhvətinə güc gələrsə mələklərdən üstün olar, amma əgər onun şəhvəti ağlına qələbə çalarsa heyvandan da aşağı olacaqdır".[1]

2.             Bizim əqidəmiz bundan ibarətdir ki, Ayə və rəvayətlərdən insan barəsində verilən məlumatlar bundan ibarətdir ki, insan yerdə və göydə olan bütün varlıqların ən şərəflisidir. Bu da insanda olan xüsusiyyətlərə görədir ki, aşağıda onlara işarə edəcəyik:

A: İnsanın ilk xüsusiyyəti və onun üstünlüyünə səbəb olması İlahi ruha sahib olmalıdır ki, bu xüsusiyyət də yalnız insana məxsusdur; bəs "o zaman ki, yaradılışı sona çatdırdım öz ruhumdan ona verdim..."[2]

B: Mələklərin insan qarşısında səcdə etməsi: "O zaman ki, mələklərə dedik: Adəmə səcdə edin, hamısı səcdə etdilər yalnız.."[3]

C: Allahın yer üzündəki xəlifəsi və canişini başqa bir xüsusiyyətlərdəndir ki, digər varlıqlardan mələk, cin və... fərqlənir: "Yad et o vaxtı ki, sənin Rəbbin mələklərə dedi: Mən yer üzündə canişin yaradacağam..."[4]

D: İnsanın başqa bir xüsusiyyəti bundan ibarətdir ki, yaradılışdan məqsəd odur (insan). Başqa varlıqların yaranmasından məqsəd insanın ondan istifadə edib bəhrələnməsidir". Yerdə və göydə olan hər bir şeyi sizin hakimiyyətinizdə qərar verdik".[5] "Ey Adəm övladı mən bu varlıqları sənin üçün yaratdım, səni isə özün üçün".[6] Bəlkə də bu onun üçündür ki, insan ona malikdir ən aşağı mərtəbədən (təbiət aləmindən) uca bir məqama (Allaha doğru) yüksəlsin. Bu xüsusiyyət yalnız insana məxsusdur.

E: Bütün yaradılışın onda (insanda) xülasə olmas, həzrət Məhəmməd (s) bütün insanlar arasında bütün varlıqlar arasında mələklərə və hər bir varlığa üstün olmasına dəlalət edir.

Açıqladığınız bəhsləri nəzərə alaraq məlum olur ki, insan dünyada bütün varlıqların ən şərafətlisidir.

Amma insandan şərəfli bir məxluqun yaranması, baxmayaraq ki, olunmaz hesab olunmur, amma qəbul etmək də olmaz.

Bu cür açıqlamaq olar ki, Allah Taala Bəqərə surəsində insanın yaranması və mələklərlə olan söhbətlərdə buyurur:

«اذ قال ربک للملائکة انی جاعل فی الارض خلیفة»[7]

Yad et o vaxtı ki, Rəbbin mələklərə dedi: Yer üzündə xəlifə (bəşərdən) yaradacağam".

Xəlifə kəlməsi Ərəb dilində " الامام الذی لیس فوقه امام" yəni bir rəhbər ki, ondan yuxarı bir şəxs yoxdur.[8]

Bəs bu mənaya diqqət etdikdə bunu dərk etmək olar ki, Allah- Taala mənasız bir kəlməsini (insanın tərifindən) başa düşüb bəhrələnmək üçün qərar verməz.

Bəs nəticə alırıq Allah Taala bu onun qabiliyyətini də bütün varlıqlar ki, həyatda vardır və ya yaranacaqdır üstün qərar vermişdir. Əgər Allah Taala iradə etsə ki, insandan şərəfli bir varlıq yaratsın, lazımdır ki, insanı öz xəlifəliyindən kənar etsin.

Bundan əlavə, həzrət Məhəmməd (s) və Məsumların (ə) yaranması (ki, bütün varlıqların yaranması üçün bəhanədir və onlardır ki, kamilliyin ən yüksək dərəcəsinə nail olmuşdurlar, odur ki, insanlıq qabiliyyəti onlarda tamamlanmışdır).

Bütün insanlar arasında ən şərəflisidirlər.

Bəs insandan şərəfli varlığın Allah tərəfindən yaradılması bir o qədər də qəbul edilən mövzu deyildir.



[1] - Vəsailüş- şiə, cild 15, səh 209.

[2] - Hicr surəsi, ayə 29.

[3] - Bəqərə surəsi, ayə 34.

[4] - Bəqərə surəsi, ayə 30.

[5] - Casiyə surəsi, ayə 13.

[6] - Elmul- yəqin, cild 1, səh 381.

[7] - Bəqərə surəsi, ayə 30.

[8] - Əl- muncid fi əl- lüğğət və Əl- əlam, səh 192, Xələf kəlməsi.

Başqa dillərdə Q tərcümələr