Baxanların
10636
İnternetə qoyma tarixi: 2010/02/28
Saytın kodu fa7627 Arxiv kodu 27237
Sualın xülasəsi
Dincəlmək və yatmaq üçün üzü qibləyə uzanmaq lazımdır? Meyidi dəfn etmək üçün necə etmək lazımdır?
Sual
Dincələrkən üzü qibliyə yatmaq vacibdirmi? Meyidi dəfn edərkən necə əməl etmək lazımdır? Əgər cavab müsbətdirsə, lütfən bunun dəlil və sənədini bəyan ediniz
Qısa cavab

Rəvayətlərdə dörd növ yatmaq  bəyan edilib ki, bunların mömin üçün ən yaxşısı sağ çiyni üstdə üzü qibləyə uzanmaqdır.

Əli (ə) buyurur: Yatmaq dörd cürdür. Peyğəmbərlər arxası üstdə yatırdılar. Onların gözləri yatmır, Allahın vəhyinin intizarında idi. Möminlər sağ çiyni üstə üzü qibləyə yatırlar. Padışah və övladları sol çiyini üstə yatırlar ki, hər nə yemişlərsə yaxşı həzm olunsun. Şeytan və qardaşları, hər divanə və xəstə üzü üstə yatır.

Meyidin qəbrdə üzü qibləyə qoyulması

İmam Sadiq (ə) buyurur: Bəra bin Mərur Ənsari Mədinədə idi. İslam Peyğəmbəri Məkkədə idi və  Bəra ölüm yatağında olarkən (Bu zaman Peyğəmbər və müsəlmanlar Beytil Müqəddəsə tərəf namaz qılırdılar) söylədi ki, onun üzünü qəbirdə  Peyğəmbər olan Məkkə tərəfə çevirsinlər və malının üçdə birini bağışladı. Bu sünnətə çevrildi. Buna əsasən və digər dəlillərə əsasən bütün fəqihlər fətva vermişlər ki, “meyidi qəbrdə sağ çiyni üstə üzü qibləyə yatırtmaq lazımdır”.

Ətreaflı cavab

Bu sual iki hissəyə bölünür. Biz də buna əsasən ona cavab veririk:

Birinci hissədə dincələrkən üz qibləyə uzanmaqdır.

İslam dini axırıncı din kimi bəşəriyyətin hidayət və kamilləşməsi üçün Allah tərəfindən göndərilmişdir.[1] Buna görə mükəmməl olmalıdır.[2] Buna görə də bəşəriyyətin bütün, kiçik və böyük ehtiyacları burada mövcuddur.[3] Həmçinin yatmaq barəsində də bəzi qanunlar irəli sürülmüşdür. Amma bunlar vacibatlardan hesab edilmir. Sünnət və müstəhəb əməllərdəndir ki, burada bunların bəzilərinə işarə vurmaq istəyirirk:

İmam Hadi (ə) buyurur: “Biz Əhli- beyt yatarkən on şeyə riayət edirik: Təharətli olmağa (pak) (dəstəmaz, qüsul), üzü sağ əlin içinə qoymağa, otuz üç dəfə Sübhanəllah, otuz üç dəfə Əlhəmdulillah və otuz dörd dəfə Allahu əkbər deməyə, üzü qibləyə yatmağa, Həmd surəsinin, ayətil kürsini və şəhidəllah ayəsini oxumağa.....”[4] Hər kəs belə edərsə, həmin axşamdan öz xeyrini götürmüşdür.”[5]

Yatmağın növləri

Bizim rəvayətlərdə yatmaq dörd yerə bölünür ki, mömin üçün ən yaxşısı sağ çiyni üstə üzü qibləyə yatmaqdır.

Abdullah bin Əhməd bin Amir Tayi imam Rzadan (ə), o da öz atasından belə nəql edir ki, Hüseyn bin Əli (ə) buyurmuşdur: Əli bin Əbi Talib (ə) Kufə məscidində idi. Şam əhlindən bir kişi ayağa durdu və ondan bəzi məsələləri soruşdu. Suallarının içərisində bunu da soruşdu: Mənə yatmağın neçə növ olduğunu buyur? Buyurdu: “Yatmaq dörd cürdür. Peyğəmbərlər arxası üstdə yatırdılar. Onların gözləri yatmır, Allahın vəhyinin intizarında idi. Möminlər sağ çiyni üstə üzü qibləyə yatırlar. Padışah və övladları sol çiyini üstə yatırlar ki, hər nə yemişlərsə yaxşı həzm olunsun. Şeytan və qardaşları, hər divanə və xəstə üzü üstə yatır.”[6]

Sualın ikinci hissəsinin yəni, meyidin üzü qibləyə dəfn edilməs sulaına cavabında demək lazımdır ki, İslam insanın bütün həyatı barəsində həmçinin ölümünə qədər, hətta dəfn və kəfən məsələsinə qədər bəyan etmişdir. Burada onların bəzisinə işarə vururuq.

İmam Sadiq (ə) buyurur: “Əgər kimsə çətinliklə can verirsə, onu namaz qıldığı yerə aparmaq lazımdır.” Digər hədisdə də belə buyurulur: “Əgər kimsə ölümün astanasında olarsa və can verməsi çətin olarsa, onu namaz qıldığı yerə köçürün ya da səccadiyyəsinin üzərində yatırın.”

Can verən zaman şəxsin üzü qibləyə qoyulması barəsində o həzrət (ə) belə buyurur: “Əgər siz şiələrdən biri ölümün astanasında olarsa, onun ayağını qibləyə tərəf uzadın və üstünü də örtün. Həmçinin qüsul verən zaman qibləyə tərəfdə çala qazın və tabutu onun üzərinə elə qoyun ki, üzü  və ayaqlarının altı qibləyə tərəf olsun.”[7]

Qəbrdə meyidin üzü qibləyə qoyulması barəsində “Vəsailul Şiə” kitabında çoxlu sayda rəvayət vardır. Belə ki, xüsusi müstəqil şəkildə fəsil ayrılmışdır. Bu rəvayətlər meyidin qəbirdə sağ çiyini üstə üzü qibləyə qoyulmasının zəruriliyini bəyan edir.

Həmçinin imam Sadiq (ə) buyurur: Bəra bin Mərur Ənsari Mədinədə idi. İslam Peyğəmbəri Məkkədə idi və  Bəra ölüm yatağında olarkən (Bu zaman Peyğəmbər və müsəlmanlar Beytil Müqəddəsə tərəf namaz qılırdılar) söylədi ki, onun üzünü qəbirdə  Peyğəmbər olan Məkkə tərəfə çevirsinlər və malının üçdə birini bağışladı. Bu sünnətə çevrildi.[8] Buna əsasən və digər dəlillərə əsasən bütün fəqihlər fətva vermişlər ki, “meyidi qəbrdə sağ çiyni üstə üzü qibləyə yatırtmaq lazımdır”[9]

 


[1] - Bununla əlaqədar “risalətin sonu” göstəricisinə bu sayıtda olan N: 5222-ə müraciət edə bilərsiniz.

[2] - Bununla əlaqədar “dinin kamil olması və dəyişilməzliyi” göstəricisinə bu sayıtda mövcud olan  N: 781- ə müraciət edə bilərsiniz.

[3] - Əgər yeni məsələ ortaya çıxarsa şiə fəqihləri ixtiyari olaraq onu İslam mənbələrinə əsasən kəşf edirlər.

[4] - Al- İmarn surəsi, ayə 18.

[5] - Hüseyn, ustad Vəli, adab, sünən və rəveşe rəftariye Peyğəmbəre geramiye İslam, səh 80, pəyame azadi nəşriyyatı, Tehran, üçüncü çap, 1381 h.ş.

[6] - Şeyx Səduq, əl xisal, cild 1, səh 262, camee müdərrisine Qum nəşriyyatı, 1403.   Şeyx Səduq uyune əxbarul Rza (ə), Qəffari və Mustəfid, cild 1, səh 510, cahan nəşriyyatı, Tehran, birinci çap, 1378 h.ş.

[7] - Kuleyni, kafi. Cild 3, səh 127, dördüncü çap, darul kitabil İslamiyyə. Tehran, 1365 h.ş.

[8] - Şeyx Hürr Amili, vəsailul şiə, cild 3, səh 231, Al- beyt (ə) müəsissəsi, Qum, 1409 h.q.

[9] - Toziul məsail (Əlməhşa lil imam Xomeyni), cild 1, səh 339, məsələ 615.

 

Başqa dillərdə Q tərcümələr