Baxanların
6988
İnternetə qoyma tarixi: 2012/05/17
Saytın kodu fa7800 Arxiv kodu 27244
Dəstə Təfsir
Sualın xülasəsi
Quranın bir çox surələrinin əvvəlində " الم" kimi (hurufi muqəttəə) sözlər vardır ki, hətta təfsir alimləri onun mənasını bilmirlər. Bir kitab ki, bütün dövrlərdə bəşərin hidayətçisidir, nə üçün məna daşıyan kəlmələr onda olmalıdır. Bu kəlmələr indiki dövrdə bəşərin hansı problemlərini həll edir. Allah mənasız söz deməməlidir.
Sual
Quranın bir çox surələrinin əvvəlində " الم" kimi (hurufi muqəttəə) sözlər vardır ki, hətta təfsir alimləri onun mənasını bilmirlər. Bir kitab ki, bütün dövrlərdə bəşərin hidayətçisidir, nə üçün məna daşıyan kəlmələr onda olmalıdır. Bu kəlmələr indiki dövrdə bəşərin hansı problemlərini həll edir. Allah mənasız söz deməməlidir.
Qısa cavab

Quranın "hurufi muqəttəə" kəlmələri barəsində çoxlu nəzəriyyələr vardır, o cümlədən Əllamə Təba təbayi yazır: Hürufi Muqəttəə olan surələrə nəzər saldıqda insan o surələr ki, hurufi muqəttəəylə başlayır onlar arasında və yaxud o surələrdə məzmun cəhətindən hansı xüsusi bir abitə olduğunu dərk edir.

Bəs bu hərflər Allah Taalayla Peyğəmbəri arasında olan sirdir ki, onların mənası bizim üçün gizli və bizim ağılımız onu dərk etməyə yol tapmır, yalnız bu həddə ki, hurufi muqəttəə olan surələr arasında və onların məzmununda xüsusi bir rabitə vardır.

Müasir təfsir alimlərindən biri hurufi muqəttəə olan surələr barəsində bir sıra nöqtələrə işarə etmişdir ki, onları elektrik cihazlar vasitəsiylə isbat etmişdir. O bu nəticəyə çatmışdır bu 29 surənin hər brində olan huqəttəə hərflər ki, fərdi və ya mürəkkəb hərflərlə başlamışdır, digər hərflər ki, surədə istifadə olunmuşdur, onlardan daha çox istifadə olunmuşdur.

Buna əsasən bir neçə mühüm nöqtə məlum olur:

A: Bu hərflər ki, Quran alimləri terminində onlara "hurufi muqəttəə" deyirlər, mənasız kəlmələr deyildirlər.

B: Bu hərflər Allah Taalayla Peyğəmbəri arasında olan rəmzdir (sirr) ki, başqalarının ondan məlumatı olmaması, onların mənasız olmasına dəlalət etmir.

C: Əgər insanlar üçün hidayət edici bir kitab yazılmışdırsa, və onda məxsus insanlar üçün əsas nöqtələrə işarə olunarsa, o kitabın hidayət edici olmasına heç bir zərər yetirmir.

Mümkündür bu hərflər hazırda olan insanların problemlərini həll etmir lakin Peyğəmbər bunlardan istifadə etməklə bəşərin hidayət olunmasında bir çox müvəffəqiyyətlərə nail olmuşdur ki, bəşərin bir çox çətinliklərini həll etmişdir.

Bütün bunlardan əlavə hurufi muqəttəə və bunun kimi mövzular, dinin daxilində olan bəhslərdəndir; yəni o zaman bu mövzular barəsində bəhs olunur ki, Allah Peyğəmbər və sair kimi mövzulardan bəhs sona çatsın. Bunun üçün də biz Allahı hikmətli və gözəl sifətlərlə tanıdıq və məlum oldu ki, Allah əbəs və mənasız iş görməz; əgər hurufi muqəttəə hərfləri kimi sözlərin istifadə olunmasıyla qarşılaşdıqda və onun sirrini dərk etmədikdə yenə də ümumi cavabı (Allahın hikmət sahibi olması) bu nəticəni əldə edirik ki, o iş mənasız deyildir.

Ətreaflı cavab

Suala münasib cavabdan əvvəl, Quranın muqəttəə hərfləri barəsində iki nəzəriyyəyə işarə edirik.

Muqəttəə hərfləri barəsində çoxlu nəzəriyyələr vardır,[i] bu mövzuda söz deyən təfsir alimləri arasından Əllamə Təbatəbayinin nəzəriyyəsinə işarə edib və digər alimlərin nəzəriyyəsinə işarə etdikdən sonra nəticə əldə edəcəyik.

Əllamə deyir: Quranın iyirmi doqquz surəsində muqəttəə hərfləri gəlmişdir ki, bəziləri bir hərf o cümlədən: « ص » bəziləri iki hərf o cümlədən « ق" و" ن » bəziləri isə üç hərf « الم » və bəziləri dörd hərf «" المص" و" المر"» və bəziləri isə beş hərfdən « كهيعص" و" حمعسق"» ibarətdir.

Başqa bir tərəfdən bu hərflər (təkrar cəhətindən) bir- birləriylə fərqlidirlər, onlardan bəziləri yalnız bir dəfə işlədilmiş o cümlədən (  ) "nun" hərfi kimi və bəziləri isə bir neçə surənin əvvəlində işlədilmişdir: o cümlədən: « ن »« الم"، و" الر" و" طس" و" حم"» kimi.

Bu iki nöqtəni nəzərə alaraq, müqəttəə hərfləri olan surələrin əvvəli oxşar olmasına misal üçün " الم"،" المر" diqqət etsək, müşahidə edərik ki, məzmun cəhətindən bir- birinə daha yaxındırlar lakin digər surələrdə bunu müşahidə etmək olmur.

Bu surələrin ilk ayələrində bu oxşarlığı müşahidə etmək mümkündür. Misal üçün:

" حم" (ha mim) surəsi ilk ayəsi bu ibarətlə (تِلْكَ آياتُ الْكِتابِ) və yaxud digər ibarətlə bu mənanı daşıyır; bunun oxşarını «الر» (Əlif lam ra) hərfləriylə başlayan surələrin ilk ayələrində müşahidə edirik ki, buyurur:

«تِلْكَ آياتُ الْكِتابِ»

Və ya bu mənanı bildirən digər ibarətlərlə. Bu kimi surələri o cümlədən " طس la başlayır və yaxud «الم» başlamışdır, Quranda heç bir şübhənin olmamasından söz açmış və ya o mənanı ifadə etmişdir.

Bu şübhələri nəzərə alaraq, mümkündür insan bu nəticəni alsın ki, bu hərflər və o surələr ki, bu hərflərlə başlayır xüsusi rabitələri vardır. Bunu təyid edən məsələ budur, Əraf surəsinə nəzər saldıqda onun «المص» hərfləriylə başladığını görürük. Bu zaman surələrində olan mətləbləri Əraf surəsində toplanıb əks olduğunu müşahidə edirik. Yaxud Rəd surəsini ki, «المر» hərfləriylə başlamışdır, «الم»« المر » surələrində olan mətləbləri özündə əks etdirir.

Nəticə alırıq bu hərflər Allahla Peyğəmbərin (s) arasında olan bir sirdir və bizim onlardan heç bir məlumatımız yoxdur, bizim bu hərfləri dərk etməyə qüdrətimiz çatmır. Yalnız bunu dərk edirik ki, bu surələr arasında xüsusi bir rabitə vardır.[ii]

Bu arada müasir təfsir alimlərindən birinin də nəzərinə işarə etmək daha yaxşı olar.

Bir neçə il əvvəl Amerikada yaşayan Misirli tədqiqatçı (Doktor Rəşad) bəzi surələrin əvvəlində olan muqəttəə hərfləri barəsində bəzi nöqtələr əldə etmişdir ki, onları elektron cihazlar vasitəsiylə isbat etmişdir. O bu nəticəyə gəlmişdir ki, bu surələrin əvvəlində olan hərflər həmin surələrin daxilində olan hərflərlə rabitəsi vardır. Sonralar bu nəzəriyyəsini elektrik vasitəylə bir neçə il müddətində isbat edib bu nəticəni əldə etdi, bu 29- surənin hər biri ki, fərdi və mürəkkəb hərflərlə başlamışdır. Bu surələrdə istifadə olunan digər hərflərdən daha çox istifadə olunmuşdur. Bu kəşfə əsasən, məlum olur Quranın ayə, cümlə və lüğət ecazkarlığından əlavə, onun hərfləri də mühasimə, nəzm və münasib çərçivə daxilində gətirilmişdir ki, bu özü məna və bir çox həqiqətlərdən əlavə, bir nöz möcüzə sayılır.

Bu bəzi nəzəriyyələrin kəşfi və isbat olmasıdır ki, Bəqərə surəsinin əvvəlində olan muqəttəə hərfləri barəsində olan nəzəriyyələrdən biridir. Bu hərflər, surənin ayə, kəlmə və hərflərinin ecazkarlığına işarədir ki, onun əvvəlində hərflər fərdi və mürəkkəb gəlmişdir; mümkündür bu kəşf və nəzəriyyələr daha yüksək və əsl həqiqətlərə çatmaq üçün yol açsın.[iii]

Yuxarıda qeyd olunan məsələlərə əsasən bir neçə mühüm nöqtə əldə olunur:

A: Bu hərflərə Quran elmi terminində "muqəttəə hərfləri" adlandırılması mənasız deyil" çünki onlar üçün bir çox mənalar etmişdirlər və əgər öz sözünüzə diqqət etsəniz, onları sirrli hərflər adlandırnız əlbəttə güman etmirik ki, sizdən soruşsaq bu hərflərin rəmz və sirr olması nə deməkdir?

Heç bir zaman onların mənasız olduğunu deməyəcəksiniz.

B: Yuxarıda işarə olunan təfsir alimlərinin nəzəriyyələrindən məlum olur ki, Allah və Peyğəmbər (s) arasında olan sirdir, əlbəttə mümkündür bəşər onlardan bəzilərini dərk etməyə qüdrəti çatsın ki, bəzi insanların ondan xəbəri yoxdur. Digər insanların ondan xəbərinin olmaması bu hərflərin mənasız olmasına dəlalət etmir.

C: Əgər bütün insanların hidayəti üçün yazılmış bir kitabda, xüsusi insanlar üçün gizli nöqtələrə işarə olunarsa, onun hidayət edici olmasının əksinə dəlalət edirmi?

Mümkündür bu gün "muqəttəə hərf"- lərinin sirr olması insanların problemlərini həll etmir lakin qeyd olunduğu kimi bu hərflər Allah Taalayla Peyğəmbəri (s) arasında sirdir və Peyğəmbər (s) onlardan bəhrələnərək insanları hidayət və onların bir çox çətinliklərini həll etmişdir.

Bütün işarə olunanlardan əlavə ki, muqəttəə hərflərindən bəhs olundu din çərçivəsindədir; yəni o zaman bu məsələlər barəsində bəhs olunur ki, tohid və Peyğəmbər bəhslərini sona yetirək. O cür ki, Allahın gözəl və hikmət sifətlərini tanıdıq bə məlum oldu ki, Allah əbəs və mənasız iş görməz.[iv] Əgər muqəttəə hərflərinin istifadəsi kişi bəhsləri müşahidə etdik və onun sirrini dərk etmədik yenə bu cavabla (Allah hikmət sahibidir) nəticə əldə edirik o iş əbəs və mənasız deyildir.

 


[i] - Bu barədə göstərici: "Quranın muqəttəə hərfərinin mənası" nömrə 2473- ə müraciət edin.

[ii] - Təbatəbayi, Məhəmməd Hüseyn, Əl- mizan təfsiri, Musəvi Həmədani, Seyyid Məhəmməd Baqir, cild 18, səh 7- 8. Naşir; Dəftəre intişarate İslami camee Mudərrisin, hozeye elmiyyeye Qum, birinci çap, 1374 hicri şəmsi.

[iii] - Taliqani, seyyid Məhəmməd, Pərtovi əz Quran, cild 5, səh 8, Çirkəte sdəhamiye nəşriyyatı, Tehran, 1362 hicri şəmsi.

[iv] - Möminun surəsi, ayə 115.

 

Başqa dillərdə Q tərcümələr