Baxanların
5827
İnternetə qoyma tarixi: 2012/02/09
Saytın kodu fa18593 Arxiv kodu 21543
Sualın xülasəsi
Aya İslamın tez- tez bir mətləbi oxumaq barəsində nəzəri vardırmı? Xahiş edirik bu məsələyə də işarə edin ki, hansı mövzularda tez- tez oxumağa İslam razıdır?
Sual
Səlamun ələykum; sizlərdən və həmkarlarınızdan təşəkkür edirəm və istəyirdim İslamın nəzərini tez- tez oxumaq barəsində soruşam. Xahiş edirəm açıqlayasınız İslam hansı məsələlərdə və mövzularda tez- tez oxumağı qəbul edir (misal üçün yalnız roman və ya...) xahiş edirik öz dəlillərinizi də qeyd edin.
Qısa cavab

Tez- tez və yaxud yavaş- yavaş oxumaq mütaliə edən şəxsə bağlıdır. Din təlimlərində bu mövzuya işarə olunmamışdır. Amma Quran oxumaq barəsində budur ki, Quranı yavaş- yavaş və aşkar şəkildə oxuyun: Quranı kəlmə- kəlmə oxuyun.

«وَ رتّلِ القُرآنَ تَرتیلاً»[1] 

İmam Sadiq (ə)- dan bu ayənin mənasında gəlmişdir ki, o qədər də tez- tez oxumayın ki, şer kimi olsun və yaxud o qədərdə geniş və yavaş- yavaş ki, qum kimi yayılsın.[2]

O cümlədən rəvayətlərdə gəlmişdir, İmam Rza (ə) hər üç gün ərzində bir Quran tilavət edirdi və buyurdu: Əgər istəsəm üç gündən az müddətdə də bir Quran oxuya bilərəm, amma Quran ayələrinə çatdıqda onlarda düşünürəm ki, bu ayə hansı mövzuda və nə zaman nazil olmuşdur.

Bunun üçün də hər üç gündə bir Quran tilavət edib tamamlayıram.[3]

Bəs, bir mövzunu oxumaq mütaliə edən şəxsin özünə və ya mövzuya bağlıdır. Bəzi insanlar tez- tez mütaliə etməklə mümkündür tez başa düşüb dərk etsin və bəziləri üçün isə çətin olsun. Amma bu barədə mühüm olan, mütaliə zamanı mətləbi düzgün başa düşüb dərk etməkdir.

Bu sualın ətraflı cavabı yoxdur.



[1] - Muzəmmil surəsi, ayə 4.

[2] - Kuleyni, Kafi, cild 2, səh 614. Darul- kitab əl- İslamiyyə, Tehran. 1365.

[3] - Təbərsi, Əlamul- vəra Bi əlail- huda, səh 327, İslamiyyə nəşriyyatı, Tehran, üçüncü çap, 1390, hicri qəməri.

Ətreaflı cavab

Bu sualın ətraflı cavabı yoxdur.

Başqa dillərdə Q tərcümələr