Baxanların
91411
İnternetə qoyma tarixi: 2012/07/29
Saytın kodu fa7596 Arxiv kodu 27236
Sualın xülasəsi
Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
Sual
Əgər kişi öz həyat yoldaşından yaxınlıq etmək istədiyini bildirərsə və həyat yoldaşı lazımi hazırlılığının və şəraitin olmamasını dəlil gətirməsi ilə onun istəyini rədd edərsə və buna görə kişi günaha batarsa, bu şərtləri nəzərə almaqla qadın və kişinin Allah dərgahında mövqeləri necədir və onlar üçün hansı əzablar nəzərdə tutulmuşdur?
Qısa cavab

Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və mülayimliklə etməlidir.”[2] Amma qadının öhdəsində olan yaxınlıq hüquqları daha da mühümdür ki, bir çox rəvayətlər bunu qeyd etmişlər.

İmam Sadiq (ə) buyurur: “Bir qadın Peyğəmbərin (S) yanına gəldi və soruşdu. Kişinin qadın üzərində haqqı nədir? Buyurdu: Qadın dəvənin belində olsa belə kişinin cinsi istəyinə razılıq verməkdir.” İmam Baqir (ə) də Peyğəmbərdən (S) nəql edir ki, qadınlara buyurmuşdur: “Ərlərinizin cinsi yaxınlığına mane olmaq üçün namazlarınızı uzatmayın”.

Başqa bir rəvayətdə imam Sadiq (ə) qadınların bu əməllərinə və bunun aqibətinə işarə edərək buyurur: “O qadın ki, ərini öz yatağında gözlədərsə və cinsi yaxınlığa razılıq verməzsə və kişi bu halda yuxuya gedərsə, kişi yuxuda olduğu müddətdə mələklər o qadına lənət oxuyar.”[3]

İslamda tərəfindən qadına edilən bu təkidlərcəmiyyətin şəhvət hisslərinin təsiri ilə fəsada və pozğunluğa aparım çıxarmaması və sağlam ailə mühitində şəhvət istəklərinin ödənilməsi üçündür.

Əgər qadın qəti surətdə səbəb olmadan bu itaətdən boyun qaçırarsa müəyyən həddə kişinin günahında şərik və təqsirlidir. Lakin bu problemin həlli üçün ümumi şəkildə bir neçə məsləhəti sizin nəzərinizə çatdırırıq:

A) Kişi, qeyd edilən nümunələr kimi bəzi İslam əmrlərini öz həyat yoldaşına verməlidir.

B) Kişi problemləri kökündən həll etməyə çalışmalıdır.  O həyat yoldaşına problemləri bəyan etməklə, müştərək həyatlarının aqibətinin yaxşı olmamasını çatdırmalıdır. Onu bunu qəbul etdirməlidir. Bəlkə də qadının da bu əməli etməkdə səbəbləri vardır.

C) Bəzən qadının itaət etməməsinin səbəbi öncəki cinsi yaxınlığından qane olmamasıdır. Necə ki, qadının qane olmamasının səbəbi onun psixologiyasının münasib olmamasının təsirindən əmələ gəlməsi rəvayətlərdə bəyan edilmişdir. [4]

D) Kişi qadının itaət etməməsinə diqqət etməlidir ki, bir müsəlman  günah etməsi üçün qaneedici və Allah bəyənən dəlil deyil. Qadın və kişi təvəkkül, təvəssül, əql və məntiqlə problemləri kökündən həll etmək üçün addım atmalıdır.

Əlaqəli göstərici:

Sual 3251 (sayt: 4349) (itaət halında bütün mehriyyənin ödənilmə şərti)

 


[1] - Kafi kitabı kimi hədis kitablarında, “ailədə qadınların haqqı” və “zövclərin ikramı” « حق المرأة علی الزوج" و "باب اکرام الزوجة » fəslində birlikdə qyd edilmişdir. Bax: Kuleyni, Kafi, cild 5, səh 507 və 509.  və

[2] - Hürr Amili, Muhəmməd Həsən, vəsailul şiə, cild 20, səh 117 və 118.

«بَابُ اسْتِحْبَابِ الْمَكْثِ وَ اللَّبْثِ وَ تَرْكِ التَّعْجِيلِ عِنْدَ الْجِمَاع‏، و بَابُ اسْتِحْبَابِ مُلَاعَبَةِ الزَّوْجَةِ وَ مُدَاعَبَتِهَا»

[3] - Kafi, cild 5, səh 507 və 508.

[4] - Vəsailul şiə, cild 20, səh 118.

 

Başqa dillərdə Q tərcümələr