Ətraflı axtarış
Baxanların
11474
İnternetə qoyma tarixi: 2013/01/19
Sualın xülasəsi
Hubbul vətən minəl iman rəvayətinin mətni və sənədi düzgündürmü?
Sual
Hubbul vatan minel iman... veteni sevmek imandandir hedisinin ravileri kimdir?bu hedis hansi kitablarda neql olunub?bu hedisin senedi zeifdir?zeifdirse niye gore?
Qısa cavab
Hədis adı ilə, Peyğəmbərə (s) nisbət verilən cümlələrdən biri, "Hubbul- vətəni minəl- iman"; yəni "vətəni sevmək, iman əlamətlərindəndir" cümləsidir. Bu cümlə, şiə və əhli- sünnənin əsas mənbələri və mötəbər kitablarında nəql olmayıbdır. Amma bəzi kitablarda, sənədi zikr olunmadan gəlibdir. Buna əsasən, onun rəvayət olması məsələsi qəti deyil və onu Peyğəmbər (s) ya İmamlara (ə) nisbət vermək olmaz. Bununla belə, onun mətnindən də, uzaq olmaq, olmaz. Çünki, vətəni sevməyin imanla heç bir ziddiyyəti yoxdur. Rəvayətlərə baxdığımız zaman, vətəni sevmək hətta ata- babaların yurdu və qaldığı yer mənasında da, təriflənib və ona məhəbbət bəsləməyə və abad etməyi tapşırırlar. Çünki, insanın öz doğulduğu yerlə xüsusi maddi və mənəvi bağlılığı var. həmin bağlılıq, onun vətəninə sevgisinə səbəb olur. Deməli, həqiqətdə vətən sevməklik mövzusu, özünü sevməyin (onun ümumi mənasında) nəticələrindən biridir.
Bununla belə, vətəni sevməklə iman arasında əqli və qəti lazımlıq yoxdur. Ümumi formada və bütün insanlar barəsində, vətəni sevməyin, Allaha imanın əlaməti olmasını, demək olmaz. Amma bəzi insanlar barəsində, vətəni sevməyin, Allaha imanın əlaməti və nəticələrindən olmasını, demək olar.
Belə ki, mömin insan (imanın dərəcələrinə əsasən) yaxşı xislətlərə malik olub və özündə bəyənilən yaxşı əxlaqi xüsusiyyətləri yaratmaq və inkişaf etdirmək istədiyinə görə, düz yolunda olan vətəni sevmək də, onun insani yaxşı xüsusiyyətlərindən, sayılır. Necə ki, İmam Əli (ə), onu yaxşı xüsusiyyətlərdən və insanın kəraməti bildirmişdir. Bu baxışla vətəni sevməyi (qeyd olunan şərtlərlə) Allaha imanın əlamətlərindən saymaq olar. Çünki, insanın bütün yaxşı xüsusiyyətlərinin mənbəyi, Allaha imandır.
Həmçinin, əgər şeyx Bəyai (rh)- in bu cümlə barəsində etdiyi təfsir və cümləni qəbul edib və vətəni axirət bilsək; yəni vətənin mənəvi və uca mənası; belə olduqda da həqiqi vətən olaraq axirəti sevmək, imanın əlamətlərindən olacaq və vətəni sevməklə iman arasında lazımlıq əlaqəsi olacaq. Çünki, axirətə imanı olan insan, onu sevəcəkdir. Nə qədər ki, bir şeyə iman yoxdur, məhəbət və sevgi yaranmayacaqdır.
Ətreaflı cavab
"Hubbul- vətəni minəl- iman" cümləsi, sənəd və mətn cəhətindən, aşağıdakı formada tənzimlənibdir:
A). "Hubbul- vətəni minəl iman" cümləsinin sənədi
Hədis adı ilə, Peyğəmbər (s)- ə nisbət verilən cümlələrdən biri, "Hubbul- vətəni minəl- iman" yəni "vətəni sevmək iman əlamətlərindəndir" cümləsidir. Bu cümlə, şiə və əhli- sünnənin əsas mənbələri və mötəbər kitablarında nəql olmayıbdır. Amma "müstədrəku səfinətil- bihar"[1], "Əyaniş- şiə"[2], Nəraqi (rh)- nin "Xəzaini"[3] "Kəşful- xifa"[4], Bəyanul- məani"[5] və şiə və əhli- sünnədən olan buna oxşar mənbələr kimi kitablarda, sənəd zikr olmadan nəql olubdur. Həmçinin əlimizdə olan dördüncü əsrin əvvəllərindən bu tərəfə olan qeyri hədis mənbələrdə axtarış etdikdə, bu cümlənin ən qədim nəqli, "Mərzbannamə"[6] kitabına qayıdır.
Hər halda, bu rəvayət sənədli formada və İslam mənbələrində zikr olunmadığına görə, onun rəvayət olması qəti deyil və onu Peyğəmbər (s) və İmamlar (ə)- a nisbət vermək olmaz. Amma onun mətnindən əl çəkmək olmaz.
Ona görə də, burada onun mətnini izah edirik.
B). "Hubbul- vətəni minəl iman" cümləsinin mətni
Bu cümlədə "hubbul- vətən" və "əl- iman" kimi əsas kəlmələri görürük ki, hər birinin özünə məxsus tərif və əsasları varıdır ki, onlara əsasən belə deyə bilərik: Qanun və əsaslara riayət edən vətən sevəndir. Bu qanun və əsaslara riayət etməyənin, vətən sevgisi yoxudur. İman barəsində də belədir; imanın əsas və qanunlarına riayət edən, müsəlman və mömindir. Əgər onlara riayət etməsə, müsəlman və mömin deyil.[7]
Həmçinin, biz bu kəlmənin hər birinə ayrıca baxsaq, müəyyən dini və müsbət mənalarının olduğunu görürük ki, ya rəvayətlərdə bu mənalara işarə olub və ya onların məzmunu mövcuddur. Ona görə də, bu cəhətdən də, heç bir iradı yoxdur. Mövzumuzla bağlı əhəmiyyətli olan məsələ, "hubbul- vətən" mənasını, onun insanın təbiət və zatı ilə olan əlaqəsini və vətəni sevməyin imanın əlaməti olub ya olmamasını anlamaqdır ki, aşağıdakı bölümlərdə açıqlayacaq.
A). Vətənin mənasını dəyərləndirmə
Vətəni dəyərləndirmə və onun xüsusiyyətlərini tapmaq barəsində, siyasi və hüquqi kitablarda çoxlu məsələlər açıqlanıbdır ki, o mənbələrə müraciət etmək lazımdır.[8] Mədəni hüquqi və siyasi elmlərdə, həmçinin vətənin lüğəvi təfsirində, fikir ayrılığı var. vətəndən məqsəd, ummul- qura və dünyanın qibləsi olan Məkkədir. Ya da, məqsəd ürfi vətəndir.[9] Yəni insanın yaşadığı yerdir. Və ya məqsəd, qoruması müsəlmanlara vacib olan böyük İslam vətənidir. Çünki din və insanlığı qorumaq və dinin ucalması və İslamın güclənməsi ona bağlıdır. Deməli din və insanlıq əsasdır və vətən və ondan qeyrisi dinin xidmətində olmalıdırlar.[10] Şeyx Bəhai (rh)- nin vətən üçün verdiyi izah, onun dini və məzhəbi əqidələrdə siyasi yoluna digər bir sübutdur. O, "Hubbul- vətəni minəl- iman" cümləsindəki "vətən" kəlməsini, milliyyət və nasyunalismə əsaslanan coğrafi vətən saymır,[11] əksinə vətəni insan ruhunun axirətdəki yeri mənasında bilir, çünki, onun fikrincə dünyaya məhəbbət və bağlılığı bütün xəta və günahların mənşəyi bildirən Peyğəmbər (s), vətən kimi maddi bir şeyi necə imanın əlaməti deyə bilər? O, öz nəzərini izah edərkən bu şeri oxuyub:
"Bu vətən Misr, İraq və Şam deyil,
Bu vətən adı olmayan bir şəhərdir"[12]
B). Ayə və rəvayətlər baxımından vətəni sevmək
Vətəni sevməyin kök və əsasları, Quranda açıqca ya işarə ilə açıqlanıbdır:
Bir: Vətənə sevgini tamamilə tisdiqləyən ayələr: Məsələn: "Xatırlayın ki, yenə bir zaman sizinlə: "Bir- birinizin qanını tökməyin, bir- birinizi yurdunuzdan çıxarmayın!" Deyə razılığa gəldik sonra siz (həmin əhd- peymana),şahid olub (onu) təsdiq etdiniz".[13] Bu ayədə, vətəndən didərgin düşməyi öldürülmək kimi eyni əhəmiyyətə malik olduğunu xatırladır və onların hər ikisindən uzaq olmağı, İlahi əhd- peymana şamil olmaq qərar veribdir.[14]
"Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Həqiqətən də, Allah ədalətli olanları sevər. Allah sizi ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edir. Onlarla dostluq edənlər əsl zalımlardır.[15]
Bu ayədə, müsəlman olmasalar da, müsəlmanlarla döyüşməyib və onları öz vətənlərindən çıxarmayana qədər, onlara yaxşılıq etməyi və onlarla ədalətli davranmağı, yaxşı bildirir və buyurur: Allah yaxşı iş görənləri və ədalətli və insaflı insanları, ümumi formada sevir. Əksinə müharibə edən və müsəlmanları öz vətənlərindən didərgin salanlar isə, yaxşı iş görən deyil, zalımdır.[16]
Xülasə: Bu dəstədən olan ayələr, insanın öz vətəninə təbii olan bağlılığını açıqlayıb və vətəndən faydalanmadan məhrum olmağı, çətin vəziyyət elan edir.[17]
İki: Vətənə məhəbbəti işarə ilə bildirən ayələr. Məsələn: "Allah və onun Rəsuluna qarşı vuruşmaların, yer üzündə fitnə- fəsad salmağa çalışmaların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya da əl- ayaqlarının çarpazvari (sağ əlinin dörd barmağı ilə sol ayaq barmaqlarının) kəsilməsini, yaxud da yaşadıqları yerdən sürgün olunmalıdırlar. Bu (cəza) onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir".[18] Bu ayənin məzmunundan bunu anlayırıq ki, vətəndən sürgün edilmək, yalnız müharibə edən və fəsad edənlərin bir yerə gedib və fəaliyyət göstərə bilməmələri məsələsinə aid deyil, əksinə sürgün öldürülmək, dara çəkilmək və əl- ayaqların kəsilməsi kimi, rüsvay edici bir cəza olaraq, açıqlayır.[19]
İslam Peyğəmbəri (s) də, müşriklərin qorxusundan Məkkədən Mədinəyə hicrət etmək istədiyi zaman, Məkkədən xaric olub, Sur mağarasında gizləndi. Üç gündən sonra Cöhfəyə (Məkkənin 82 mayilində) çatdı. Bu zaman Peyğəmbər çox qəmgin və müşriklərin əziyyətlərinin təzyiqindən dərdli idi və Məkkəni xatırlayaraq ah çəkdi. Çünki Məkkə onun və ata- babalarının doğulduğu yer idi. Bu zaman Cəbrail nazil oldu və soruşdu: Məkkəni sevirsənmi? Buyurdu: Bəli. Sonra Cəbrail "Ya Peyğəmbər! Həqiqətən də, Quran (oxumağı, təbliğ etməyi və hökmlərinə əməl etməyi) sənə vacib buyuran (Allah) qayıdacağın yerə (doğulduğun Məkkəyə) səni yenə də mütləq qaytaracaqdır. De: "Rəbbim hidayətlə (doğru yolu göstərən dinlə) gələni də, haqq yoldan açıq- aşkar azanı da (hamıdan) yaxşı tanıyır".[20] Ayəsini oxumaqla, Peyğəmbərə (s) ürək- dirək verdi.[21]
Rəvayətlərdə də, vətəni sevmək bəyənilibdir. Məsələn: İmam Əli (ə) insanın dəyər və kəramət xüsusiyyətlərindən birini, insanın vətəninə olan sevgisində bilir[22] Əmirəl möminin (ə)- ın bu dəyərli sözü, hər bir insanın öz evi və vətəninə məhəbbətinə və onu təhlükədə gördükdə, kim olursa olsun və hər hansı din və məktəbdən olsa da, onu müdafiə etməyə qalxmasına işarə edir, çünki, o Həzrət, döyüşdən yorulub və həzrətin əmrinə qulaq asmayan camaata buyurur: "Hansı ev və vətəni müdafiə edəcəksiniz? (Əgər İslam evi olan vətəninizi müdafiə etməsəniz) Əgər mənimlə birgə düşmənlə döyüşə hazır olmasanız, məndən sonra hansı rəhbərlə düşmənlə döyüşə hazır olacaqsınız?"[23] Həmçinin O Həzrət digər yerdə buyurur: "Şəhərlər vətən sevgisi ilə abad olar".[24]
Vətən sevgisi, sevilən bütün məsələlər kimi, insanın ruhi dəyiklik və təkamülünə cavab verməlidir. Onu fitri və məntiqi yoldan ayırmayıb və İlahi və inqilabi ruhunun təkamülündən uzaqlaşdırmamalıdır. İnsanın qəlbindəki vətəninə qarşı olan ülfət və bağlılıq, onda olan dəyərləri müdafiə etmək yolunda olmalıdır. Əlbəttə bu şərtlə ki, haq və həqiqət vətəndə hakim olsun və milli qeyrəti İslam ölkəsinin ərazi bütövlüyü qarşısında məsuliyyət hissi və həmvətənləri himayət edib və onların şərəf və əzəməti ilə bərabər etməliyik. Vətən sevməkdə "mənim tayfam" və"mənim millətimə" yer yoxdur. Bununla belə, əgər vətəndə haqq və həqiqət hakim olmasa, vətəndə haqqın bərabər olması üçün çalışmaq lazımdır. Bu vətəni sevməyin əlamətidir. Əgər bu iş mümkün deyilsə, oradan köçmək lazımdır. Necə ki, Peyğəmbər (s)- in səhabələri İslama dəvətin başlanğıcında belə edib Mədinəyə köçdülər. (hicrət etdilər). Quranda müxtəlif formalarda, dini həyat üçün vətən olan şəraitdə, vətəndən köçməyin mümkünlüyünü və oradan hicrət etməyi tövsiyə edir. Məsələn: "Mələklər öz nəfslərinə zülm edənlərin canlarını alarkən deyəcəklər: Siz (hicrət zamanı) nə iş gördünüz? (Müsəlman olduğunuz halda niyə Məkkədə kafirlər içərisində qaldınız?) Onlar söyləyəcəklər? "Biz yer üzərində zəif (aciz) kəslər idik. (Mələklər də onlara:) Allahın torpağı geniş deyildirmi ki, siz də hicrət edəydiniz?- Deyəcəklər. Onların sığınacaqları yer cəhənnəmdir. O necə də pis yerdir".[25] Bu ayədə, vətənlərdə zülmə məruz qalıb, hicrət etmək gücündə olub, lakin hicrət etməyənlər, açıqca pislənilibdir.[26]
Həmçinin həyatın bəzi dönəmlərində, daha üstün məsləhətlərə görə, öz vətənini tərk etmək lazımdır. Elm və əməl şəxsiyyətlərinin çoxu, o vaxtki, dünyanı və sonrakı əsrləri dəyərsiz doğum yerlərinə qurban etmək üçün, öz doğum yerlərini elə pərəstiş edə bilmirdilər. Öz vətənlərindən uzaq olub və elm və əməlləri ilə özlərindən sonrakı dövrlərə və digər cəmiyyətlərə, insan və insanlıq mənasını öyrətməli idilər. Buna əsasən, vətənin əhəmiyyəti və onun müqəddəsliyi və dəyəri zati deyil. Əksinə zaman və məkanda baş verən hadisə və məsələlərə görə, dəyər tapır.
C). Vətən sevməklə Allaha iman arasında zərurilik yoxdur
Vətəni sevmək və iman arasında əlaqə barəsində deməliyik ki, vətəni sevmək və iman arasında əqli lazımlıq yoxdur. Yəni vətənini (onun maddi mənası- doğulduğu yer olması demək deyil) necə ki, Qurani- kərimdə oxuyuruq: "Əgər biz onlara: Özünüzü öldürün, yaxud yurdlarınızdan çıxın! Deyə yazıb əmr etsəydik, içərilərindən az bir hissəsi müstəsna olmaqla, (bu əmri) yerinə yetirməzdilər."[27] Öz vətənlərindən çıxıb getməyənlərin Allaha imanlarının olmasını və öz vətənlərindən gedən az dəstənin isə imanlarının olmamasını demək omaz.[28] Ona görə də, vətəni sevməyi qətiyyətlə və hər insan üçün Allaha iman əlaməti saymaq olmaz. Əgər vətəni sevmək ümumi şəkildə, imanın əlamətlərindən olsa, öz vətənlərini sevən hər kəsi, kafiri hərbi də olsa imanlı insan saymalıyıq. Hər bir mömini də öz vətəninə məhəbbət bəsləməsini vacib saymalıyıq, baxmayaraq ki, vətəni küfr vətəni və İlahi əzaba şamil ola. Halbuki, belə deyil. Çünki çox vaxt kafir və imansız insanlar öz vətənlərini sevirlər. Ola bilsin küfr vətənlərinə qarşı möminlərin məhəbbəti olmasın və vətənlərini sevməməkdən əlavə, bəzi hallarda o vətəni tərk etməyə də vəzifəlidirlər. Belə olduqda asanlıqla və qətiyyətlə, vətəni sevməyin imandan və onun əlamətlərindən olmasını demək olmaz.
Buna əsasən vətəni sevmək və iman arasında əqli və qəti lazımlıq olmayıb və mütləq şəkildə və bütün insanlar barəsində belə bir söz demək olmasa da, lakin digər insanlar barəsində, vətəni sevməyin Allaha imanın əlamət və nəticələrindən olmasını demək olar. Belə ki, mömin insan (imanın dərəcələrinə əsasən) yaxşı xüsusiyyətlərə malikdir və özündə yaxşı əxlaqi xüsusiyyətləri yaratmağa və inkişaf etdirməyə çalışır. Vətəni sevmək də düz yolunda olanda, onun insani yaxşı bir xüsusiyyəti sayılır. Necə ki, İmam Əli (ə) onu insanın kəraməti və yaxşı xüsusiyyətlərindən tanıtdırır. Bu baxışla vətəni sevməyi (qeyd olunan şərtlərlə) Allaha imanın əlamətlərindən saymaq olar. Çünki insanın etdiyi hər yaxşı bir xüsusiyyətin mənbəyi Allaha imandandır.
Həmçinin, əgər bu cümlə barəsində şeyx Bəhainin (rh) sözünü və izahını qəbul edib və vətəni axirət yəni, vətənin üstün mənasını bilsək, belə olduqda da, axirəti sevmək həqiqi vətən olaraq imanın əlamətlərindən olacaq. Belə olduqda vətəni sevmək və iman arasında lazımlıq əlaqəsi olacaq. Çünki axirətə imanı olan, onu sevəcəkdir. Bir şeyə iman olmayınca, məhəbbət və sevgi yaranmaz.
Mövzunun nəticəsi
1.             "Vətəni sevməyə" dediyimiz şəkildə baxıb və onu fitri və İlahi yolda irəli aparmalıyıq. Belə olduqda insan öz vətəninə düzgün baxışla öz insanlığının bir cəhətini inkişaf etdirməkdə İlahi addım atıb və güzəşt, yaxşılıq və isar kimi insani əsasların hamısı onda aşkar olar.
2.             Ayə və rəvayətlərə nəzər salmaqla vətən ürfi və ictimai termində, bəyəniləndir. Təbii şəkildə insanın bağlılığına səbəb olub və vətənə sevgi qadağan edilməyibdir. Buna əsasən, "vətəni sevmək" İslam dininin qəbul etdiyi həqiqi bir mənadır. Amma vətən pərəstlik, yəni su, torpaq və milliyyətə əsalət vermək və bir milləti böyük göstərmək üçün əsassız danışmaq, özünü tərifləmə ruhunu yaratdığına və digər tayfa və millətlərlə qarşı durmağı yozduğuna görə, əql və şəriət nəzərindən bəyənilmir və insan fitrətinin əksinədir.
 

[1]-  Namazi Şahrudi, Əli, Mustədrəku səfinətil- bihar, culd 10, səh 375, İslami nəşrlər mərkəzi, Qum, çap birinci, 1418 q
[2] - Əmin, seyid Möhsin, Əyanuş- şiə, cild 1, səh 301, Darut- təaruf lil- mətbuat, Beyrut, 1406 q
[3] - Nəraqi, Molla Əhməd, Xəzain, Araşdırıcı və tənzim edən: Həsənzadə Amuli, Həsən, səh 487 və 528, Qiyam nəşriyyatı müəssisəsi, Tehran, çap birinci, 1380 ş.
[4] - Əcluni, İsmail, bin Məhəmməd, Kəşful- xifa, cild 1, səh 345, Darul- kutubul- elmiyyə, Beyrut, çap üçüncü, 1408 q
[5] - Molla Həviş Ali Qazi, Əbdül- qadir, Bəyanul- məani, cild 2, səh 404, Mətbəətut- tərəqqi, Dəməşq, çap birinci, 1382 q
[6] - Mərzban bin Rüstəm, (vəfat 302 q), Mərzban namə, Tərib: Ərəbşah, Şəhabəddin Əhməd bin Məhəmməd, səh 178, Müəssisətul- intişaratil- ərəbi, Beyrut, çap birinci, 1997 m
[7] - Baxın: Göstəricilər: "İmanın mənası", sual 120; "Müsəlmanların ən ibtidai əqidələri", sual 148
[8] - Baxın; Əmid Zəncani, İslami vətən və yurd, İslami mədəniyyət nəşri mərkəzi, Tehran
[9] - Kəşful- xifa, cild 1, səh 346
[10] - Amuli, Xəfər Murtəza, Əs- səhih min sirətin- nəbiyyil- əzəm (s), cild 3, səh 333- 334, Darul- hədis, Qum, çap birinci, 1426 q
[11] - Baxın: Göstərici: "Nasyunalism (milliyyətçilik) İmam Xumeyninin nəzərində, "sual 12324
[12] - Şeyx Bəhai, Farsca şerlər və əsərlərin toplusu, səh 10, Mahmudi nəşriyyatı, Tehran, çap birinci, 1352 ş.
[13] - Bəqərə surəsi, ayə 84
[14] - Cəfəsi, Məhəmməd Təqi, Nəhcül- bəlağınin tərcümə və şərhi, cild 6, səh 201- 202, İslami mədəni nəşr, mərkəzi, Tehran, çap yeddinci, 1376 ş
[15] - Mümtəhinə, 8- 9
[16] - Nəhcül- bəlağənin tərcümə və şərhi, cild 6, səh 202- 203
[17] - Həmin, səh 202
[18] - Maidə surəsi, ayə 33
[19] - Nəhcül- bəlağənin tərcümə və şərhi, cild 6, səh 203
[20] - Qəsəs surəsi, ayə 85
[21] - Əbdül- cəbbar, Qazi, əsbitu dəlailin- nübuvvə, cild 2, səh 371- 372, Darul- Mutəfa, Şubka, Qahirə, Bita; Fətal Nişaburi, Məhəmməd bin Əhməd, Rövzətul- vaizin və bəsirətul- mutəəzzin, cild 2, səh 406, Rəzi nəşriyyatı, Qum, çap birinci, 1375 ş, Ravəndi, Qutbiddin Səid bin Hibətullah, Əl- xəraic vəl- cəraih, cild 2, səh 910, İmam Məhdi (əc) müəssisəsi, Qum, çap birinci, 1409 q
[22] -
«من‏ کرم‏ المرء خمس‏ خصال ... و حنته إلى أوطانه»
Kərakəci, Məhəmməd bin Əli, Mədənul- vəvahir və riyazətul- xəvatir, raşdırıcı və tənzimləyən: Hüseyn, Əhməd, səh 50, Əl- məktəbətul- Murtəzəviyyə, Tehran, çap ikinci, 1394 q; İbn Əbil- Hədid, Əbdül- Həmid bin Hibətullah, Nəhcül- bəlağənin şərhi. Araşdırıcı və tənzimləyən: İbrahim, Məhəmməd Əbülfəzl, cild 20, səh 274, Məktəbu Ayətullah əl- Mərəşi ən- Nəcəfi Qum, çap birinci, 1404 q
[23] - Şərif ər- Rəzi, Məhəmməd bin Hüseyn, Nəhcül- bəlağə, Araşdırıcı və tənzimləyən: Sübhi Saleh, səh 73, Hicrət, Qum, çap birinci, 1404 q.
[24] - "Ümirətil- buldan bi hubbil- əvtan"; «عمرت البلدان بحب الأوطان», İbn Şöbə Hərrani, Həsən bin Əli, Tuhəful- uqul ən alir- Rəsul (s), Araşdırıcı və tənzimləyən; Qəffari, Əli Əkbər, səh 207, İslami nəşrlər mərləzi, Qum, çap ikinci, 1404 q.
[25] - Nisa surəsi, ayə 97
[26] - Nəhcül- bəlağənin tərcümə və təfsiri, cild 6, səh 204
[27] - Nisa surəsi, ayə 66
[28] - Kəşful- xifa, cild 1, səh 346

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Нәјә ҝөрә дүнјанын заһиринә вә маддијјата мејл Ахирәтә вә мәнәвијјата мејлдән даһа ҝүҹлүдүр?
    7406 Nəzəri əxlaq 2010/04/22
    Тәбиәт аләминдә үзү ашағы һәрәкәт үзү јухары һәрәкәтдән асан олдуғу кими мәнәвијјат аләминдә дә мәнәви вә әхлаги һәрәкәт мадијјата тәрәф үзү ашағы һәрәкәтдән чәтиндир. Гуранда мәнәвијјата тәрәф һәрәкәт чох чәтин вә чалышмаглыгла јанашы танытдырылыр. Аллаһ-таала Иншигаг сурәсинин 6-ҹы ајәсиндә бујрур: ”Еј инсан! Сән ...
  • Qadının irsi kişi ilə hansı halda bərabərdir?
    5874 Əhkam və hüquq fəlsəfəsi 2013/08/27
    Ümumiyyətlə iki halda qadınla kişinin irsi bərabərdir: Ata və ananın irsi (çox halda) 2. Meyyitin ana tərəfdən olan qohumlarının irsi. Qadın işçilərin sayının çox olması, qadınla kişinin irsinin bərabər olması ya bərabər olmamasına səbəb olmur. Bəli biz bu sözü qəbul edirik ki, cəmiyyətin düzgün yolda inkişafı üçün, ...
  • Бәшәрин Аллаһы танымасы мүмкүндүрмү? Мүмкүнсә, һансы һәддә гәдәр вә бу танымағын дәјәри нәдир?
    9170 Qədim kəlam 2010/06/13
    Инсан мүхтәлиф јолларла Аллаһы таныја биләр. Бу маариф, ола билсин ја әгли, ја да гәлби јолла олсун. Бәзән философлар вә һикмәт саһибләри һүсули елм (инсанын беш дәрк гүввәси васитәси илә әлә ҝәтирдији елм), һисс вә әгл васитәси илә Аллаһ-таалаја елми әлә ҝәтирирләр. Бәзи ...
  • Bizim niyə yalnız on iki imamımız olmalıdır? Qeybdə olan imamın zamanında necə nicat tapa bilərik?
    9430 Qədim kəlam 2011/10/03
    İlahi bir məqam və mənsəb olduğuna görə, İmamı və İmamların sayını təyin etmək Allahın əlindədir. Bizim bundan xəbərdar olmağımızın yeganı yolu, Peyğəmbər (s)- in dediyi sözlərdir. Peyğəmbər (s) müxtəlif yerlərdə İmamların kimliyini və sayını bəyan etmişdir. O cümlədən sünnilərin böyük alimlərinin nəql etdiyi rəvayətdir ki, Peyğəmbər (s) buyurdu: On iki ...
  • Şirkətlərin və idarələrin personelinə (işçilərinə) girov adıyla ödənilən məbləğə xüms gəlir?
    5043 Nizamlar hüquq və əhkam 2011/10/30
    İmam Xumeyni və Məqami müəzzəm Rəhbərin fətvasına uyğun olaraq o pul ki, idarələr şirkətlər və fabriklərdən fəhlə işçi və personelinə girov adıyla verilir o puldan hər nə qədər xüms ilindən artıq qalarsa onun xümsu ödənilməlidir.[1]
  • Вилајәти-фәгиһ һаггында мөвҹуд олан ән гәдим сәнәд нәдир?
    6217 Nizamlar hüquq və əhkam 2010/02/04
    Вилајәти-фәгиһ һаггында мөвҹуд олан ән гәдим сәнәд мәрһум даһи алим Шејх Муфидин “Мугние” адлы китабыдыр. О, бу китабын әмрбе мәруф вә нәһј әз мункәр бөлүмүндә ашағадакылары адил фәгиһин вәзифәләриндән сајыр:А) Әмр бе мәруф вә нәһј ...
  • Asdi insanlar da məsum ola bilərlər?
    8176 Qədim kəlam 2010/06/15
    İsmət amanda qalmaq, günaha bulaşmaqdan və unutmaqlığa mane olmaq mənasınadır. İsmət müxtəlif dərəcə və mərtəbələrə malikdir. Onun ən yüksək mərtəbəsi ilahi peyğəmbərlərə və övsiyalara məxsusdur. Bu məqamlar Quran nəssinə və rəvayətlərə əsasən ancaq onların barəsində isbat edilir. Digərləri barəsində isə baxmayaraqki, bir ...
  • Nə üçün Allah Evinin üstünə çəkilən parça yalnız qara rəngdədir?
    6777 Dahilərin sirəsi 2012/02/13
    Hal-hazırda Kəbə Evinin üstünə çəkilən qara rəngli parça “Kəbənin köynəyi”, “Kəbənin pərdəsi”, yaxud “Kəbənin paltarı” adlandırılır. Bu pərdə son əsrdə qara rəngli olmuş və Quran ayələri onun üzərində gözəl xətlə və qızılı rəngdə yazılmışdır. Amma əvvəllər bu pərdə üçün digər rənglərdən istifadə olunurdu. İbni İshaq yazır: “Peyğəmbər (səlləllahu əleyhi ...
  • “Maidə” surəsinin 3 və 67-ci ayələri eyni bir hadisə ilə əlaqədar nazil olduğu halda nə üçün aralarında fasilə düşmüşdür?
    11764 Təfsir 2012/06/23
    “Maidə” surəsinin 3-cü və 67-ci ayələri arasında xüsusi əlaqə vardır ki, onların məzmununa, tarixi Qədr-xum hadisəsinə, habelə ayələrin şəni-nüzuluna və bu ilahi kəlamın müsəlmanlara çatdırılmasının mühüm və həssas məsələ olduğuna diqqət yetirməklə mətləb tamamilə aydınlaşır. Bir-biri ilə əlaqədar olan bu iki ayənin nə üçün Quranda fasilə ilə ...
  • Amerka və İngilis müşriklərdən hesablanırlar? Və müşrilərdən bəraət mərasimində yer alırmı?
    5951 Qədim kəlam 2012/09/10
    Müşrik o şəxsə deyilir ki, Allaha şərik qoşar. Məsihilər təslisə (müstəqil şəkildə üçlük pərəstiş) inanırlar, Yəhidilərin bəzisi Üzeyri Allahın oğlu bilirlər, bunların hər ikisi İlahinin zatında tərkibə səbəb olur. Bir halda ki, Allah mürəkkəb deyil tam kamil və bəsit bir varlıqdır. Buna xatir Amerkanın və İngiltərənin xalqının ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162861 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154893 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117734 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109666 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98752 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91281 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53333 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45164 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43696 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42857 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...