Baxanların
8376
İnternetə qoyma tarixi: 2012/04/17
Saytın kodu fa13450 Arxiv kodu 23667
Sualın xülasəsi
Quslun fəlsəfəsi nədir?
Sual
Salam və yorulmayasız. Xahiş edirəm cavab verin, quslun fəlsəfəsi nədir?
Qısa cavab

Cənabət quslunun səbəbi, nəfsin onun çirkinliklərindən təmizlənməsi və bədəni çirkinliklərdən pak etməkdir. Çünki, cənabət bədənin hamısından xaric olur. Ona görə də, insana bədənin hər yerini paklamaq vacibdir. Alimlərin insanın bədənində apardıqları araşdırmalara əsasən, bədənin bütün fəaliyyətlərini idarə edən iki qism köklü əsəb sistemi var. bəzən bədəndə bəzi hadisələr baş verir ki, bu uyğunluğu pozur. Bu hadisələrdən biri də, orqasm (cinsi ləzzətin son həddi) məsələsi kimilərdir ki, adətən spermanın xaric olması ilə yanaşı baş verir. Bu məsələ də sabit olubdur ki, simpatik sistemləri işə məcbur edib və aradan getmiş uyğunsuzluğu təmin edə bilən işlərdən biri, suyun bədənlə təmasda olmasıdır. Əlbəttə, qusl faydası buna məxsus deyil, əksinə qusl etmək bundan əlavə, bir növ ibadət və pərəstiş də sayılır ki, onun əxlaqi təsirləri inkar olunmazdır. Ona görə də, əgər bədəni niyyət, qürbət qəsdi və Allah əmrinə itaət olmadan yusalar, qusl düzgün deyil.

Ətreaflı cavab

Ümumi formada quslu fəlsəfəsi barəsində, cənabət cümə və... quslundan asılı olmayaraq, İmam Rza (ə)- dan bir rəvayət nəql olubdur ki, orada ravi soruşur: İnsan halalı ilə yaxınlıq edib və halal da napaklığa səbəb deyil, cənabət quslunun səbəbi nədir?

Həzrət cavabda buyurdu: "Cənabət quslunun səbəbi, nəfsin çirkinliklərindən onu təmizləmək və bədəni çirkinliklərdən pak etməkdir. Çünki cənabət bədənin hamısından xaric olur. Ona görə də, insana bütün bədəni paklamaq vacibdir. Sidik və nəcisdə hökmün yüngül olmasının səbəbi budur ki, bunlar cənabətdən daha çox baş verir. Ona görə də, müqəddəs şəriət, onların iradəsiz və şəhadətsiz çıxmaları və çox baş vermələri və çətinliyə görə, dəstəmaza razı olub. Amma sperma ləzzətlə birgə xaric olur. Ona görə də, onun üçün quslu vacib edibdir.

Qurban, fitr bayramları, cümə və digər qusulların səbəbinin biri budur ki, bununla bəndə Allahın əzizləyib, Allaha üz tutub və onun dərgahından günahları üçün bağışlanmaq istəmişdir. O biri budur ki, bu günlərin bəndələri üçün, bayram orda yığışıb və Allah zikri demək üçün yaxşı əməl olubdur. Ona görə də, qusb onlarda qanun qoyulub ki, bəndələr onun vasitəsilə, bu günləri üstün və əziz tutsunlar və digər günlərdən üstün saysınlar. Başqası odur ki, cümə günü qusl etdikdə, o gündən o biri cüməyədək, mənəvi cəhətdən pakdırlar..."[1]

Qeyd etməliyik ki, insandan spermanın xaric olması bir yerin işi sayılmır (sidik və digər nəcislər kimi). Ona görə ki, onun təsiri bədənin hər yerində aşkar olur və bədənin bütün hüceyrələri o xaric olandan sonra, xüsusi bir süstlükdə olurlar. Bunun özü, onun bədənin bütün hissələrinə təsirinin əlamətidir.

Alimlərin insan bədənində apardığı araşdırmalara əsasən, bədənin bütün fəaliyyətlərini idarə edən, iki qism köklü əsəb sistemi var. "Simpatik əsəb sistemləri" və para simpatik əsəb sistemləri: Bu iki qism sistem, insanın bədəninin hər yerində və bütün daxili vəxarici sistemlərin ətrafında mövcuddurlar. Simpatik əsəb sistemlərinin vəzifəsi, bədənin müxtəlif üzvlərini fəaliyyətə məcbur etməkdir. Para simpatik əsəb sistemlərinin vəzifəsi, onların fəaliyyətini ləngitməkdir.

Bəzən bədəndə bəzi hadisələr baş verir ki, bu uyğunluğu pozur. Bu hadisələrdən biri də, orqasm (cinsi ləzzətin son həddi) məsələsi kimilərdir ki, adətən spermanın xaric olması ilə yanaşı baş verir.

Bu zaman parasimpatik əsəb sistemləri (dayandıran əsəb sistemləri) simpatik əsəb sistemləri (hərəkətə gətirən əsəb sistemləri) qabaqlayır və uyğunluq mənfi formada pozulur.

Bu məsələ də sabit olubdur ki, simpatik sistemləri işə məcbur edib və aradan getmiş uyğunsuzluğu təmin edə bilən işlərdən biri, suyun bədənə toxunmasıdır.

(Orqasm) təsiri bədənin bütün üzvlərində açıqca göründüyünə və bu iki qrup əsəb sistemlərinin uyğunluğu pozulduğuna görə, əmr verilibdir ki, cinsi yaxınlıq ya sperma xaric olduqlan sonra, bədənin hər yeri su ilə yuyulmasın və onun həyat bağışlayan təsiri nəticəsində, bədənin hər yerində bu iki qrup əsəb sistemləri arasındakı uyğunluq bərpa olunsun.

Əlbəttə, quslun faydası buna məxsus deyil, əksinə qüsl etmək bundan əlavə, bir növ ibadət və pərəstiş də sayılır ki, onun əxlaqi təsirləri inkar olunmazdır. Ona görə də, əgər bədəni niyyət, qürbət qəsdi və Allah əmrinə itaət olmadan yusalar, qüsl düzgün deyil. Həqiqətdə, sperma xaric olan ya cinsi yaxınlıq zamanı, həm ruh təsirlənir həm də cism. Ruh maddi şəhvətlərə doğru çəkilir və cism süstlüyə doğru. Amma həm cismin yuyulması, həm də qürbət qəsdi ilə yerinə yetirildiyinə görə canın yuyulması olan cənabət qüslü, ruhu Allaha və mənəviyyata çəkmək və cismi paklıq və fəaliyyətə yönəltmək üçün, eyni anda iki cür təsir cism və ruha qoyur.

Daha çox məlumat əldə etmək üçün, aşağıdakı göstəricilərini oxumaq faydalıdır:

Fiqhi hökmlərin hikmət və fəlsəfəsi, 8593 (sayt: 9135).

 


[1] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 6, səh 95, Müəssisətul- vəfa, Beyrut, 1409 hicri qəməri.

 

Başqa dillərdə Q tərcümələr