Ətraflı axtarış
Baxanların
9382
İnternetə qoyma tarixi: 2007/12/15
Sualın xülasəsi
Mələklərin varlığının səbəbi nədir və onların vasitə olmasına nə ehtiyac vardır?
Sual
Mələklərin varlığının səbəbi nədir və işlərin bölüşdürülməsində onların vasitə olmasına nə ehtiyac duyulur? Ümumiyyətlə, “onlar Allahın işçiləridir” – sözü düzdürmü?
Qısa cavab

Məlaikələr Allahın məxluqlarından olan bir növ varlıq, Allah ilə şəhadət aləmi arasında vasitədirlər. Allah onları təkvin və təşri aləminin işlərini idarə etmək üçün təyin etmişdir.

Qurani-kərimdə məlaikələr üçün çoxlu işlər sadalanmışdır: vəhyin nazil edilməsində, Allahın sözünün Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə çatdırılmasında, aləmin işlərinin tədbir və idarə olunmasında, ilahi feyzin məxluqlara çatmasında vasitəlik, habelə, möminlər üçün istiğfar və şəfaət etmək və onlara kömək göstərmək, kafirləri lənətləmək, bəndələrin əməllərini (əməl dəftərində) qeyd etmək, ölüm zamanı ruhları qəbz etmək (çıxarmaq) və bu kimi digər işlər mələklərin öhdəsinə qoyulan və icra olunan ilahi vəzifələrdir.

Amma mələklərin yaradılmasının fəlsəfə və səbəbləri, işlərin bölgüsündə onlara nə kimi ehtiyac duyulması və s. suallara gəldikdə isə, cavabda deməliyik: Mütəal Allah varlıq aləmini səbəb-nəticə qanunu əsasında və səbəblər silsiləsi arasında tərtib əsasında xəlq etmişdir. İlahi hikmətə (bu, səbəb-nəticə qanununa riayət etmək və onların arasında uyğunluq və tənasübün lüzumudur), habelə, Allahın istək və iradəsinə əsasən mələklərin vücud fəlsəfəsi və onların varlıq aləmində ifa etdiyi rol aydın olur. Bundan əlavə,  xilqətin və səbəblər aləminin səbəb-nəticə arasında tənasüb və uyğunluq olmadan vücuda gəlməsi əqli nəzərdən də qeyri-mümkündür. Zati vəhdətdən bəhrələnən Allah ilə imkani (Allahdan qeyri) çoxluq arasında tənasüb yaratmaq üçün vasitə rolunu ifa edən və sırf çoxluğa malik olmayan varlıqlar lazımdır. Məhz  bu cəhətdən ilahi feyzin ərşdən (mücərrəd aləmindən) maddi aləmə nazil olmasına qabiliyyət yaranır. Dini təlimlərdə Allahın mələkləri bu rolu ifa edən varlıqlardır və “Allahın işçiləri” hesab olunur.

Ətreaflı cavab

Cavabın aydın olması üçün bir neçə məsələyə diqqət yetirmək zəruridir:

1. Mələk kəlməsinin cəm forması olan məlaikə Allahla şəhadət (maddi) aləm arasında vasitə rolunu oynayan məxluqlardır.[1]

2. Qeyb (mücərrəd) və şəhadət (maddi) aləmləri.[2]

İslami dünya görüşün mühüm əsaslarından biri qeyb aləmi ilə şəhadət aləminin arasında fərq qoymaqdır. Qeyb gizli, şəhadət isə aşkar mənasınadır. Qeyb dedikdə məqsəd hissi idraklar çərçivəsindən xaricdə olan şeydir. Amma şəhadət aləmi hissi idrak vasitələri ilə dərk olunur. Buna əsasən, dünyagörüş bəhslərində qeyb aləmi dedikdə varlığın o qisimləri nəzərdə tutulur ki, bəşərin hiss orqanlarının dərki hüdudlarından kənarda olsun, adi hiss orqanları vasitəsi ilə dərk edilə bilməsin. İslam dünya görüşündə insan vücudundan xaricdə olan varlıqlar, habelə aləmin gerçəkliyinin hamısı hiss olunan deyil; varlıq aləmindəki gerçəkliklərdən bir çox qismi insanın zahiri hiss orqanlarının dərki dairəsindən kənardadır. Qeyb ilə şəhadətin arasında fərq qoymaq islam dinini hiss olunmayan və qeyri-maddi gerçəklikləri inkar edən bütün materialist və maddi məktəblərin qarşısında qoyur.[3] Bu təlimlərə əsasən, Allah-taalanın müqəddəs zatı, mələklər və vəhy məsələsi qeyb aləminin nümunələrindəndir. Qurani-kərim qeybə imanı təqva sahiblərinin ilkin xüsusiyyəti və insanların hidayətinin əsas şərti hesab edərək buyurur: “Bu kitabda (onun haqq olmasında) heç bir şəkk-şübhə yoxdur, təqvalıların hidayət səbəbidir, o kəslər ki, qeybə iman gətirərlər.”[4]

Qeyb və şəhadət aləmləri arasında əsaslı fərqlər olsa da, onların arasında qırılmaz əlaqə vardır və şəhadət aləmində olan hər bir şeyin kökü və əsası qeyb aləmindədir. Quran bu dərin həqiqəti aşkar bəyan etmişdir. Hər bir varlığın kökünün və əslinin Allah yanında olduğunu bəyan edərək buyurur: “Elə bir şey yoxdur ki, onun xəzinələri Bizim yanımızda olmasın; Biz onu yalnız müəyyən miqdarda nazil edirik.”[5]

Deməli, təbiət aləmindəki bütün varlıqlar həqiqətdə təbiətin fövqündə olan aləmdən nəşət tapan bir həqiqətdir.

چرخ با اين اختران نغز و خوش و زيباستي                  صورتي در زير دارد آنچه در بالاستي

Çərx ba in əxtəran nəğzo xuşo zibasti     Surəti dər zir darəd ançe dər balasti

Yəni bu qədər ulduzların dövr etməsi xoş və gözəldir, yuxarı (mücərrəd) aləmdə olanların aşağıda  surətləri vardır.

3. Quranda mələklərin məqamı[6]

a) Mələklərin mahiyyəti: Quranda mələklərin necə varlıq və mahiyyətinin nə olması barəsində aşkar bəyan gəlməmişdir. Amma mələklərin insan və şüur sahibi olan sair varlıqlarla (cin və heyvanlarla) fərqli mahiyyəti olması qəti bir məsələdir. Amma onların mahiyyətinin nə olmasına gəldikdə isə, bu barədə ixtilaf vardır. Müsəlman alimlərindən bir qrupu mələkləri qeyri-maddi – mücərrəd varlıq, başqa bir qrup isə onları lətif cismə malik olan varlıqlar hesab edirlər. Belə ki, həcmə, çəkiyə və idrak hissinə malik olan qeyri-lətif cisimlərdən fərqlənir. Bununla belə, hər iki qrup bu məsələ barədə yekdil fikirdədirlər ki, mələklər bəşərin zahiri hiss duyğuları ilə dərk oluna bilməz.[7]

b) İlahi vəzifələr: məlaikələrdən bir qrupu Allah tərəfindən müxtəlif vəzifələri icra edirlər:

اَللهُ يَصْطَفِي مِنَ الْمَلَائِکَةِ رُسُلاً

“Allah mələklərdən bəzilərini rəsul (elçi) seçir.”[8]

Mələklərin Allahın izni ilə bu aləmdə icra etdikləri tədbir və idarəçilik roluna diqqət yetirməklə demək olar ki, onların vəzifələri iki növdür: birincisi təkvini vəzifə və risalətdir ki, onların vasitəsi ilə aləm işləri idarə olunur və əlaqədar ilahi fərmanlar əncam verilir. İkincisi təşrii vəzifədir və vəhyin peyğəmbərlərə nazil olmasında onların vasitə rolu ilə əlaqədardır.

v) Mələklərin işləri: Qurani-kərim mələklər üçün çoxlu işlər və vəzifələr bəyan etmişdir.[9] Vəhyin nazil olmasında və Allahın sözünün peyğəmbərlərə çatdırılmasında vasitəçilk,[10] aləm işlərinin tədbir olunmasında, ilahi feyzin məxluqata çatdırılmasında vasitəçilik,[11] möminlər üçün istiğfar və şəfaət etmək,[12] möminlərə kömək etmək,[13] kafirlərə lənət göndərmək,[14] bəndələrin əməllərini qeydə almaq,[15] ölüm zamanı bəndələri qəbz-ruh etmək[16] kimi işlər mələklər tərəfindən icra olunan ilahi əmr və fərmanlardır. Mələklər bərzəx aləmində,[17] habelə axirət aləmində də iştirak edirlər. Onlardan bir qrupu behiştdə qərarlaşmışlar,[18] bir qrup da cəhənnəmin və cəhənnəm əhlinin keşikçiləridir.[19]

Qeyd olunanlardan əlavə, mələklər həmişə Allaha ibadətlə, Onu təqdis etməklə və təsbih deməklə məşğuldurlar, heç vaxt bu işdən ayrılaraq başqa işə baş qoşmurlar. Quranın buyurduğu kimi: “O şəxslər (mələklər) ki, Allahın yanındadırlar, Ona pərəstişdən imtina etmir və yorulmurlar. Gecə-gündüz (həmişə) Allaha təsbih deyir və bu işdə süstlüyə yol vermirlər.”[20]

q) Mələklərin sinifləri və mərtəbələri:

Yuxarıdakılara diqqət yetirməklə malik olduqları vəzifələrə uyğun olaraq mələkləri müxtəlif qisimlərə və siniflərə bölmək olar. Onların müxtəlif sinifləri arasında növ ixtilafı olması, yoxsa həm növdə, həm də mahiyyətdə bir-biri ilə fərqli olub-olmaması məsələsi bizə naməlumdur. Ayə və rəvayətlərdən məlum olan budur ki, mələklərin müxtəlif dərəcə və mərtəbələri vardır: Onların bir qrupu digər qrup üçün işçilər sayılır. Quran “mələklərin hər birinin özünə məxsus olan məqam və rütbəsi vardır” deyə şahidlik edir: “Bizdən (mələklərdən) elə biri yoxdur ki, onun üçün müəyyən olunmuş bir mərtəbə (və məqam) olmasın.”[21]

Bəzi ayələrdən məlum olur ki, mələklərdən bir qrupu vəhy mələyinin – Cəbrəilin işçiləri və onun fərmanına tabedirlər.[22] Ruhları qəbz edən mələk – Əzrailin də digər mələklərdən olan işçiləri vardır.”[23] Bəzi rəvayətlər də mələklərin arasında Cəbrəil, Mikail, İsrafil və Əzrailin çox yüksək məqam sahibi olduğunu çatdırır.

4. Rəvayətlərdə mələklərin məqamı:

“Biharul-ənvar”da İmam Sadiq (əleyhis-salam)-ın belə buyurduğu nəql olunur: “Allah-taala mələkləri nurdan xəlq etmişdir.”[24]

“Təfsiri Qummi” kitabında da imam Sadiq (əleyhis-salam)-dan belə nəql olunur: “Mələklər su içmir, yemək yemir, izdivac da etmirlər; onlar yalnız ərşin nəsimi ilə diridirlər. Allahın elə mələkləri vardır ki, qiyamət gününə qədər birbaşa ruku halında, bəzi mələkləri də qiyamət gününə qədər səcdə halındadırlar.”[25]

İmam Əbu Cəfər (əleyhis-salam) buyurur: “Allah-taala İsrafili, Cəbərili və Mikaili bir təsbihdən (sübhanəllahdan) xəlq etmiş, onlar üçün qulaq, göz, əqli huşyarlıq və sürətli dərk vermişdir.”[26]

Əli (əleyhis-salam) mələklərin xilqəti barədə buyurur: “Allah-taala mələkləri yaradaraq asimanda onlara yer verdi. Bu mələklərdə nə süstlük var, nə də qəflət; onlarda məsiyətin (günahın) məfhumu yoxdur. Bəli, (ey Allah) onlar Sənə ən çox elmli olan və Səndən ən çox qorxan  məxluqlardır. Onlar Sənin dərgahına ən yaxın olanlar, Sənin fərmanına ən yaxşı əməl edənlərdir. Onların gözünə nə yuxu qələbə çalar, nə əqlləri səhvə yol verər, nə də bədənləri yorular. Onlar nə ataların sülbündə qərarlaşr, nə də anaların bətnində; onların xilqəti üfunətli sudan (spermadan) deyildir. Əksinə, ey Allah, Sən onları başqa bir növdə icad etmiş, asimanlarda onlara yer vermiş və onlara Öz qonşuluğunda yer verməklə əzizləmişsən. Onları Öz vəhyinin əmanətdarları etmiş, bəlaları, xoşagəlməz şeyləri onlardan uzaqlaşdırmış və onları hifz etmişsən...”[27]

“Tövhid” kitabında Əbi Həyyan Teymi öz atasından, o da Əli (əleyhis-salam)-dan belə nəql edir: “Elə bir insan yoxdur ki, onunla birlikdə bir neçə mələk olmasın. Mələklər onu həlak olmaqdan (quyuya düşməkdən), divarın (uçaraq) onun üstünə tökülməsindən, ona xoşagəlməz hal baş verməsindən qoruyub saxlayarlar. Bəndənin əcəli çatana qədər bu cür mühafizə davam edir. Əcəlləri çatanda ona gələn şeylərdə (bəlalarda) boşlayır və mane olmurlar.”[28]

Deməli, ayə və rəvayətlər baxımından  məlaikələrin varlıq aləmində Allahın izni ilə təsir qoyan varlıqlar olması qəti bir məsələdir.

5. Mələklərin yaranmasının fəlsəfə və səbəbləri

Aləm işlərinin onların ixtiyarına verilərək bölüşdürülməsinin lüzumu ilə əlaqədar deyirik: Bəşər üçün nəinki qeybi və mücərrəd varlıqların, hətta hiss olunan maddi varlıqların belə vücudunun səbəbi dəqiq şəkildə dərk edilməsi çətin, hətta qeyri-mümkündür. Lakin insanın əqli maddi və hiss olunan aləmdə külli şəkildə dərk etdiklərinə əsasən başa düşə bilər ki, Allah-taala varlıq aləmini səbəb-nəticə qanunu əsasında yaratmış, səbəblər silsiləsi arasında tərtibə riayət etmişdir – yəni, səbəb-nəticə qanununa riayət etmiş, onların arasında uyğunluq və tənasübün zərurətindən ibarət olan ilahi hikmət əsasında xəlq etmişdir. Buradan da Allahın istək və iradəsinə uyğun olaraq  məlaikələrin varlığının səbəbi və onları varlıq aləmində böyük rol ifa etmələri aydın olur.

Bundan əlavə, əqli nəzərdən xilqət aləmi səbəblə nəticə arasında tənasüb və uyğunluq olmadan qeyri-mümkündür. Buna görə də məşşa fəlsəfəsində bir-birinin davamında olan (tuli) “on əql”in olduğu deyilir.

İrfanda da sübut olunmuşdur ki, zühur məqamında Allah-taalanın mütləq hüviyyətinə (vücuduna) vəhdət hökmləri qələbə çalmışdır, zati vəhdətdə təfsili isimlərə yer və macal yoxdur. Digər tərəfdən, xarici aləmdə zahir olan təfsili təzahürlərdə kəsrətin (çoxluğun) hökmləri vəhdətə qələbə çalmışdır. Buna görə də o zati vəhdətlə imkani kəsrət arasında əlaqə yaradılması və ilahi feyzin ərşdən kainata nazil olması üçün müəyyən vasitələr olmalıdır ki, kəsrətin hökmləri onlara qələbə çalmasın. Bu ilahi feyz vasitələri də elə ilahi mələklərdir. Buna görə də “kamil insanın vücud fəlsəfəsi”nin bəyanında deyilmişdir: İlahi fərman mötədil bir surəti tələb edir ki, onda zati vəhdətlə imkani kəsrət bir-birinə qələbə çalmasın ki, təfsili isimlər cəhətindən və həqiqi vəhdət baxımından haqq üçün təzahür olsunlar. Bu mötədil surət də elə kamil insandır.[29]

Başqa sözlə desək, zati vəhdətə malik olan Allah ilə imkani kəsrət (məxluqlar) arasında sinxiyyət – tənasüb yaratmaq üçün vasitə rolunu oynayan varlıqlara ehtiyac duyulur ki, sırf kəsrətə malik olmasınlar və bu cəhətdən elə qabiliyyət vücuda gəlsin ki, ilahi feyz ərşdən kainata nazil olsun.

Mərhum Sədrul-mütəəllihin bu barədə yazır: “Allah-taalanın zatı – heç bir vasitə olmadan dəyişkən və cüzi fellərin faili (birbaşa əncam verəni) olmaqdan çox-çox yüksəkdir. Əks halda, hər kəs Allaha belə şey aid etsə, ya rübubiyyətin həqiqətini və ilahiyyətin mənasını başa düşməmişdir: “Allahın qədrini lazım olan qədər bilmədilər.”[30], ya da təsir edən və fail olmağın mənasından agah olmamışlar. Hər bir məlul (səbəbin nəticəsi olan) varlığın öz yaxın faili ilə olan əlaqəsi binanın bənna ilə olan əlaqəsi kimi yox, şüanın lampa ilə olan əlaqəsi kimi, kəlamın danışan şəxsə bağlılığı kimidir. Hər kəs təbiət elmlərindən müqayisə olunmaz dərəcədə yüksək olan ilahi elm və hikmətdə sabit qədəm olsa, bilməlidir ki, bütün varlıqlar zaman və məkanın dəxaləti olmadan Allahın felidir. Lakin bu işlər qüvvələrin, nəfs və təbiətlərin ram edilməsi ilə baş verir. Allah dirildən, öldürən, ruzi verən, hidayət edən və azdırandır. Lakin diriltmək üçün birbaşa vasitə – adı İsrafil olan mələkdir. Canlıları öldürmək üçün adı Əzrail olan bir mələk təyin olunmuşdur ki, ruhları bədənlərdən, bədənləri qidalardan və qidaları torpaqdan alır. Ruzi üçün adı Mikail olan bir mələk qoyulmuşdur ki, yeməklərin miqdarını və çəkisini bilir. Hidayət üçün adı Cəbəril olan bir mələk vardır... Bu mələklərin hər birinin Allahın göstərişlərinə müti olan qüvvələrdən şəkil olunan çoxlu köməkçiləri və ordusu vardır. Həmçinin, Allah-taalanın digər felləri ilə əlaqədar da qayda belədir. Əgər Allahın Özü hər bir işin birbaşa faili olsaydı, onda Onun əmri ilə məxluqata doğru nazil edilən bu varlıqların icadı və xilqəti əbəs olardı. Amma Allah-taala Öz varlıqları içərisində əbəs və bekar bir varlıq yaratmaqdan pak-pakizə və münəzzəhdir.[31]

Ustad Həsənzadə Amuli “Min bir nöqtə” adlı kitabında yazır: “Varlıq aləminin qüvvələri mütləq şəkildə “məalikə” adı ilə təbir olunur. Feyz Kaşaninin “Elmul-yəqin” kitabında[32] nəql olunur ki, bu dünyada elə bir şey yoxdur ki, onun üçün digər bir aləmdə ruhi bir qüvvə olmasın. O da şəriət dilində “məlaikə” adlanır.”[33]

 


[1] “Əl-mizan”, farsca tərcümə, 17-ci cild, səh. 5

[2] Bu hissə “İslami maarif” kitabından iqtibas olunmuşdur: 1-ci cild, səh. 123-124

[3] Əlbəttə, aləmin qeyb hissəsi elm və agahlıqları məhdud olan varlıqlar üçün irəli çəkilir, mütləq elm sahibi olan Allah üçün bunların arasında fərq qoymaq mənasızdır. Buna görə də Quran “Allah qeybin və şəhadətin hər ikisinə alimdir”, “O qeybləri biləndir.” deyə təqdim edir.

[4] “Bəqərə” surəsi, ayə: 2-3: ذَلِكَ الْكِتَابُ لاَ رَيْبَ فِيهِ هُدًى لِّلْمُتَّقِينَ الَّذِينَ يُؤْمِنُونَ بِالْغَيْبِ...

[5] “Hicr” surəsi, ayə: 21: وَإِن مِّن شَيْءٍ إِلاَّ عِندَنَا خَزَائِنُهُ وَمَا نُنَزِّلُهُ إِلاَّ بِقَدَرٍ مَّعْلُومٍ

[6] Bu hissə “İslam maarifi” kitabından iqtibas olunmuşdur: 1-ci cild, səh. 135-137

[7] Müsəlman filosofları mələkləri cismani olmayan mücərrəd varlıqlar hesab edirlər. Onların bəziləri tam əqli mücərrəd, bəziləri bərzəx təcərrüdünə malikdirlər və sonuncu qisim maddi varlıqların zahiri şəkli kimi xassələrə malikdirlər.

[8] “Həcc” surəsi, ayə: 75; “Fatir” surəsi, ayə: 1

[9] Qeyd etmək lazımdır ki, Quran ayələri bu işlərdən bəzilərinə aşkar dəlalət edir, bəziləri də ayələrdə mövcud olan şahidlərdən əldə edilir.

[10] “Nəhl” surəsi, ayə: 2 və 102, “Əbəsə” surəsi, ayə: 16

[11] “Naziat” surəsi, ayə: 5, “Məaric” surəsi, ayə: 4

[12] “Mömin” surəsi, ayə: 7, “Ənbiya” surəsi, ayə: 28

[13] “Ali-İmran” surəsi, ayə: 124 və 125

[14] “Bəqərə” surəsi, ayə: 141, “Ali-İmran” surəsi, ayə: 87

[15] “Yunis” surəsi, ayə: 21, “Zuxruf” surəsi, ayə: 80, “İnfitar” surəsi, ayə: 11

[16] “Ənam” surəsi, ayə: 62 “Nisa” surəsi, ayə: 97

[17]“Nəhl” surəsi, ayə: 28 və 32

[18] “Zümər” surəsi, ayə: 72, “Ənbiya” surəsi, ayə: 103

[19] “Müddəssir” surəsi, ayə: 20

[20] “Ənbiya” surəsi, ayə: 19 və 20

وَلَهُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَنْ عِندَهُ لَا يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِهِ وَلَا يَسْتَحْسِرُونَ * يُسَبِّحُونَ اللَّيْلَ وَالنَّهَارَ لَا يَفْتُرُونَ

[21] “Saffat” surəsi, ayə: 164 : وَ ما مِنَّا إِلاَّ لَهُ مَقامٌ مَعْلُومٌ

[22] “Təkvir” surəsi, ayə: 21 مُّطَاعٍ ثمَ‏َّ أَمِين

[23] “Əmam”  surəsi, ayə:  62: قُلْ يَتَوَفَّيكُم مَّلَكُ الْمَوْتِ الَّذِى وُكلّ‏َِ بِكُمْ ثُمَّ إِلىَ‏ رَبِّكُمْ تُرْجَعُون‏".

“Səcdə” surəsi, ayə: 12: وَ يُرْسِلُ عَلَيْكُمْ حَفَظَةً حَتىَّ إِذَا جَاءَ أَحَدَكُمُ الْمَوْتُ تَوَفَّتْهُ رُسُلُنَا وَ هُمْ لَا يُفَرِّطُونَ

[24] “Biharul-ənvar”, 58-ci cild, səh. 306, hədis 15

[25] “Təfsiri Qummi”, 2-ci cild, səh. 206

[26] “Nurus-səqəleyn” təfsiri, 3-cü cild, səh. 350, hədis 21

[27] “Təfsiri Qummi”, 2-ci cild, səh. 207

[28] “Biharul-ənvar”, 41-ci cild, səh. 1, hədis 2, 79, Beyrut çapı; “Əl-mizan”ın farsca tərcüməsi, 17-ci cild, səh. 9

[29] İbni Türkə, “Təmhidul-qəvaid”, səh. 172; “Təmhidul-qəvahid”in təhriri, Cavadi Amuli, Əbdüllah, səh. 548-555; “İmam Zaman (əleyhis-salam)-ın diri olmasına əqli dəlillər” görünüşündən iqtibas

[30] “Ənam” surəsi, ayə: 91

[31] “Əsfari ərbəə”, 8-ci cild, səh. 118-119

ذَاتُهُ تَعَالَى أَجَلُّ أَنْ يَفْعَلَ فِعْلًا جُزْئِياًّ مُتَغَيِّرًا مُسْتَحِيلاَ كَائِنًا فَاسِدًا وَ مَنْ نَسَبَ إِلَيْهِ تَعَالَى هَذِهِ الْاِنْفِعَالَاتِ وَ التَّجَدُّدَاتِ فَهُوَ مِنَ الَّذِينَ لَمْ يَعْرِفُوا حَقَّ الرُّبُوبِيَّةِ وَ مَعْنَى الْإِلَهِيَّةِ وَ مَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ أَوْ لَمْ يَعْرِفُوا مَعْنَى الْفَاعِلِيَّةِ وَ التَّأْثِيرِ وَ أَنَّ وُجُودَ كُلِّ مَعْلُولٍ مِنْ فَاعِلِهِ الْقَرِيبِ كَوُجُودِ الضَّوْءِ مِنَ الْمُضِي‏ءِ وَ الْكَلاَمِ مِنَ الْمُتَكَلِّمِ لاَ كَوُجُودِ الْبِنَاءِ مِنَ الْبَنَّاءِ وَ لاَ شَكَّ لِمَنْ لَهُ قَدَمٌ رَاسِخٌ فِي الْعِلْمِ الْإِلَهِيِّ وَ الْحِكْمَةِ الَّتِي هِيَ فَوْقَ الْعُلُومِ الطَّبِيعِيَّةِ أَنَّ الْمَوْجُودَاتِ كُلَّهَا مِنْ فِعْلِ اللهِ بِلاَ زَمَانٍ وَ لاَ مَكَانٍ وَ لَكِنْ بِتَسخِيرِ الْقُوَى وَ النُّفُوسِ وَ الطَّبَائِعِ وَ هُوَ الْمُحْيِي وَ الْمُمِيتُ وَ الرَّازِقُ وَ الْهَادِي وَ الْمُضِلُّ وَ لَكِنَّ الْمُبَاشِرَ لِلِْإحْياَءِ مَلَكٌ اسْمُهُ إِسْرَافِيلُ وَ لِلْإِمَاتَةِ مَلَكٌ اسْمُهُ عَزْرَائِيلُ يَقْبِضُ اْلاَرْوَاحَ مِنَ الْاَبْدَانِ وَ الْاَبْدَانَ مِنَ الْاَغْذِيَةِ وَ الْاَغْذِيَةَ مِنَ التُّرَابِ وَ لِلْاِرْزَاقِ مَلَكٌ اسْمُهُ مِيكَائِيُل يَعْلَمُ مَقَادِيرَ الْاَغْذِيَةَ  وَ مَكَائِيلَهَا وَ لِلْهِدَايَةِ مَلَكٌ اسْمُهُ جَبْرَئيِل ُوَلِلْإِضْلَالِ دُونَ الْمَلاَئِكَةِ جَوْهَرٌ شَيْطَانِيٌّ اسْمُهُ عَزَازِيلُ وَ لِكُلٍّ مِنْ هَذِهِ الْمَلَائِكَةِ أَعْوَانٌ وَ جُنُوٌد مِنَ الْقُوَى الْمُسَخَّرَةِ لِأَوَامِرِ اللهِ وَ كَذَا فِي سَائِرِ أَفْعَالِ اللهِ سُبْحَانَهُ وَ لَوْ كاَنَ هُوَ المْبُاَشِرَ لِكُلِّ فِعْلٍ دَنِيٍّ لَكَانَ إِيجاَدُهُ لِلْوَسَائِطِ النَّازِلَةِ بِأَمْرِهِ إِلَى خَلْقِهِ عَبَثًا وَ هَبَاءً تَعَالَى اللهِ أَنْ يَخْلُقَ فِي مُلْكِهِ عَبَثًا أَوْ مُعَطَّلًا وَ ذَلِكَ ظَنُّ الَّذِينَ كَفَرُوا.

[32]“ Elmul-yəqin”, səh. 276

[33] “Hezaro yek nöqtə” (“Min bir nöqtə”), səh. 103, 114

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Lütfən qadının hicabının necəliyi barəsində hədis yazın.
    7912 Nizamlar hüquq və əhkam 2011/04/13
    Nur surəsinin 31- ci ayəsi başqa olmaqla çox sayda hədis və ayələr qadının hicabı barəsində söhbət açmışdır.həmçinin Nur surəsinin 31- ci ayəsində buyurulur: "Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çəkindirsinlər, namuslarını qorusunlar; öz- özlüyündə görünən (əl- az) istisna olmaqla, zinətlərini göstərməsinlər baş örtüklərini yaxalarına çəksinlər; zinətlərini ərlərindən başqasına ...
  • Həyat və ölüm kəlməsi Quranda neçə dəfə işlədilmişdir?
    7438 Quran elmləri 2011/11/06
    Həyat, yaşamaq, mənasında və ölüm isə onun əks mənası kimi işlədilir. Həyat və ölüm hər ikisi Allahın yaratdıqlarındandırlar. Qurani kərim buyurur: O şəxs ki, ölüm və həyatı yaratdı, sizin imtahanınız üçün idi ki, sizlərdən hansı biriniz yaxşı əməl sahibi olacaq və o məğlub olunmaz və bağışlayandır.[1] ...
  • Cəmiyyətin dini dəyişdirilə bilərmi?
    6236 Təzə kəlam 2010/11/10
    Bu sualın cavabında əvvəlcə gərək nəyin nəzərdə tutulduğu aydınlaşdırılsın. Bəzən “cəmiyyətdə dinin dəyişdirilməsi” dedikdə məqsəd hər hansı bir cəmiyyət tərəfindən qəbul olunan haqq və ilahi dinin əslini dəyişdirmək ola bilər. Bu fərzdə söhbət dini ünsür və mərifət məsələsinin dəyişdirilib-dəyişdirilməməsi, sabit qalıb-qalmaması, onun hüdudlarının genişləndirilməsi və ya məhdudlaşdırılması olacaqdır. ...
  • Bir şəxsdən digərinə enerji mübadiləsi İslamda qəbul ediləndirmi? Bunun şəri hökmü nədir?
    5739 Nizamlar hüquq və əhkam 2012/04/18
    Hörmətli işçi: Bu hadisənin əsli və bu yolla müalicə və onun sayılmaqda olan təsirləri hələ də isbat edilməmişdir. Bir çox bu işdən fərasətlə istifadə edənlər öz- özlərinə xəyallara düşmüşlər. Buna görə bəzi mərcə təqlid alimləri bu suala hələ də gizli və naməlum olduğu üçün cavab ...
  • Вилајәти-фәгиһин дәлилләри нәдир?
    7158 Nizamlar hüquq və əhkam 2010/02/06
    “Вилајәт-фәгиһ” бәһсини мүхтәлиф јолларла исбат етмәк олар. Амма, бу бәһсдә биз јалныз, мәсәләни әгли вә нәгли илә дәлилләринә кифајәтләнәҹәјик:А) Әгли дәлил:Әгл һөкм едир ки, етигад вә мәнәвијјата сөјкәнән бир һөкумәтин ...
  • Allah insan beyni ilə tanınmağa qabil olmadığından, necə Onun barəsində mərifət əldə edə bilərik ki, şirkə səbəb olmasın?
    5601 Qədim kəlam 2012/04/18
    Allahı tanımaq üçün bənzətmə rəvayətlərdə rədd edilmişdir. Daha çox məlumat üçün ətraflı cavaba müraciət edin. ...
  • Вилајәт сөзүнүн әрәб дилиндә чохлу вә фәргли мәналарыны нәзәрә алараг лүтфән бу кәлмәнин һәгиги вә әсл мәнасыны ачыглајын?
    6412 Qədim kəlam 2010/09/29
    Вилајәт сөзү “вәлијә” сөзүнүн көкүндән олуб, мүхтәлиф мәналара маликдир. Амма бу бәһсдә нәзәрә алынан мәна ән чох “рәһбәрлик вә бәзи ишләрин мөвланын өһдәсиндә вә ихтијарында олмасы” мәнасыдыр. Мөвла бир нөв гүдрәти вә бир шејә әһатәси олана дејилир. Дини терминолоҝијада исә камил инсанын диҝәр инсанлара мүхтәлиф саһәләрдә ...
  • Nə üçün “Fatihə” (“Həmd”) surəsi “Səb`ul-məsani” adlandırılır?
    12857 Təfsir 2012/06/23
    Təfsir kitablarına və rəvayət mənbələrinə müraciət etməklə aydın olur ki, Qurani-əzim və “Səb`ul-məsani” dedikdə nəyin nəzarətə tutulmağı ilə əlaqədar müxtəlif nəzəriyyələr vardır: Bəziləri inanırlar ki, məqsəd Quran və onun ayələridir. Bəziləri inanırlar ki, “Səb`ul-məsani” dedikdə məqsəd “Həmd” surəsidir. Çünki bu surə Peyğəmbər (səlləllahu ...
  • Nə üçün qədr gecəsində bədənə zəfəran sürtmək qadağan edilmişdir?
    7914 Əməli əxlaq 2011/04/16
    1). Zəfəranın üç əsas xüsusiyyəti vardır: Yemək ədviyası, dərman və gözəllik kimi istifadə olunması. 2). Zəfəranı bədənə sürtmək haram deyildir. Amma bu hədisə əsasən qədr gecəsi bədənə çox zəfəran sürtmək mələklərin ona salam verməməsinə səbəb olur. bunun əsas səbəbi bu ola bilər ki, bədənə çox zəfəran sürtmək, onun iyinin ...
  • Əli (ə) ın sözü
    6112 Hədis elmləri 2012/01/08
    Əllamə Məclisi bəharul Ənvarda bir rəvayət nəql edir ki, onda belə gəlib: Bir şəxs Həzrəti Əli (ə) dan istədi ki bu suallara cavab versin: Vacib nədir? Daha vacib hansıdır? Problem nədir? Daha problem hansıdır? Təəccüblü nədir? Daha təəccüblü hansıdır? Yaxın nədir? Daha yaxın hansıdır? Hələ sualı qurtarmamışdı və dilini ağzına ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162995 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155337 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117885 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109904 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    99342 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91483 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53449 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45632 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43873 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    43058 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...