Please Wait
6536
İzdivac və təlaqın arasındakı qarşıdurmanı nəzərə alaraq, Allah- Taalanın təlaqdan nifrət etməsinin fəlsəfəsinə əl tapmaq üçün əvvəlcə gərək izdivacın əhəmiyyəti bəyan ola.[1]
Allah- Taala Quranda, insanın cüt yaradılmasını İlahi nişanələrdən sayıb və onun aramlıq və rahatlığına səbəb olar.[2] Məsumların (ə) rəvayətlərində də izdivaca böyük əhəmiyyət verilibdir. O yerə kimi ki, İslam Peyğəmbəri (s) buyurub: Allahın dərgahında izdivacdan sevimli və əziz bir binanın əsası qoyulmayıb.[3]
İzdivacın mühüm faydalarından biri də insan nəslinin çoxalması və davamlı olmasıdır. Bunu nəzərə almaq lazımdır ki, təlaq, izdivacın qırılmasıdır və onun vasitəsilə ailə bir- birindən ayrılır, bəzən isə körpə uşaqların himayəsiz və yetim qalmasına səbəb olur. Bir halda ki, onlar gərək ata- ananın nəvazişini və kölgəsini başlarının üztündə hiss edələr. Belə uşaqlar cəmiyyətdə başlı- başına buraxılırlar ki, çox vaxt cəmiyyətin cinayətkar şəxslərini belə uşaqlar təşkil edirlər. Bu dəlil ilə ki, yaradılışın fəlsəfəsi ilə ziddiyyət varıdır və çoxlu başqa dəlillərə əsasən, Allah- Taalanın yanında təlaq, şiddətlə nifrət olma yerinə qərar verilibdir.
Əlbəttə gərək bu nöqtəyə işarə oluna ki, nifrət olunmuş təlaq o təlaqdır ki, üzürsüz səbəblə yerinə yetirilmiş ola,[4] amma əgər, bir kəsin təlaq üçün qəbul olunmuş dəlili ola nifrət olunmayacaq. Bəlkə belə yerlərdə təlaq, çıxış yoludur.
Bu sualın ətraflı cavabı yoxdur.
[1] - Müraciət et: İslamda izdivacın fəlsəfəsi, 1300; Əqd xütbəsinin fəlsəfəsi, 1445.
[2] - Rum surəsi, ayə 21.
[3] - Səduq, Mən la yəhzuruhul- fəqih, cild 3, səh 383, Cameeye müdərrisin nəşriyyatı, Qum, 1413 hicri qəməri.
[4] - Hürr Amuli; Vsailüş- şiə, cild 22, səh 283, Alul- beyt (ə) müəssisəsi, Qum, 1409 hicri qəməri; Sovban, Peyğəmbərin (s) belə söylədiyini rəvayət edir: "Dəlili olmadan (dəlilsiz) öz ərindən təlaq istəyən qadına behiştin iyi haramdır".
Bu sualın ətraflı cavabı yoxdur.