Ətraflı axtarış
Baxanların
6506
İnternetə qoyma tarixi: 2011/03/06
Sualın xülasəsi
Əgər ismət Allah tərəfindən mərhəmət olunan bir məqamdırsa, onda məsum və qeyri-məsum bir insanın günah etməməsinin savabı necə bəyan olunur?
Sual
Əgər ismət Allah tərəfindən mərhəmət olunan bir məqamdırsa, onda məsum və qeyri-məsum bir insanın günah etməməsinin savabı necə bəyan olunur?
Qısa cavab

1. İsmət – məsum insanın batinində olan bir səciyyədir ki, onun xəta və günah işlərə düşməsinin qarşını alır. Bu məqam məsumun günah əməlin ağır və acınacaqlı aqibətinə dair elmindən irəli gəlir; yaxud da onun Allahı tanımaq, Onun barəsində mərifət əldə etmək, Onun kamal və camal sifətlərinə məftun olmaq, onları dərk etmək, öz məbuduna eşq və əlaqə bəsləməklə əlaqədar yüksək (mənəvi) məqama nail olması ilə hasil olur.

2. İsmət iki növdür: elmi və əməli ismət. Bu iki qisim mahiyyət və zat baxımından bir-biri ilə ayrıdır. Peyğəmbərlər isə, hər iki ismətə sahibdirlər. Yəni həm onların əməlləri saleh və gerçəkliklə müvafiqdir, həm də onların elm və biliklərində heç bir xətaya yol verilmir; bu elm və agahlıq heç növ səhv, xəta və unutqanlığın yol tapmadığı bir mənbədən qaynaqlanır.

3. İsmət məqamı zati məqam deyildir və müəyyən şəxslərdə həsr olunmur. Yəni adi insanlar üçün də kəsb oluna bilən bir məqamdır, ona çatmaq üçün çox səy göstərmək, nəfs ilə cihad aparmaq lazımdır. İkincisi, din rəhbərlərindən əlavə, başqaları da bu məqama nail ola bilərlər. Əlbəttə, nübüvvət və imamət məqamı kimi əsaslı vəzifələr müəyyən şəxslərdə həsr olunur; yəni hər bir məsum da o məqama nail ola bilməz.

4. Məsum şəxsin savab qazanması barəsində sualın səbəbi budur: Belə güman olunmuşdur ki, ismət – Allah tərəfindən mərhəmət olunan bir məqam olduğundan, məsum şəxs zatən günahdan uzaqdır, təbii olaraq onun üçün heç bir savab nəzərdə tutulmur. Çünki onun günah etməyə meyli yoxdur. Bu, mələklərin Allah dərgahında malik olduqları məqamın təsəvvürünə oxşayır. Lakin diqqət yetirmək lazımdır ki, ismət məqamı zati bir məqam deyildir. Eləcə də məsum bir şəxsdən günah işin baş verməsi də zatən qeyri-mümkün deyildir, məsumlar məlaikə növündən deyil, bəşər növündəndirlər. Onlar məhz öz ixtiyarları əsasında günah etmirlər. Bu da kamil insanların Allah-taalanın müqəddəs zatı və qeyb aləmi barədə olan kamil iman və yəqinlərindən irəli gəlir. Bunun nəticəsində günah və məsiyət işlərdən uzaq gəzirlər. Hətta onlar günah etmək fikrini belə öz zehinlərinə gətirmirlər. Çünki məsum şəxs günahın çirkinliyini gözəl şəkildə dərk edir. Deməli, təbii olaraq məsum insan öz əməllərinə ciddi nəzarət etdiyinə, nəfsini haramlardan, həvayi-nəfslərdən saxladığına görə Allah dərgahında əcr və savaba layiq görülür. Necə ki, qeyri-məsum bir şəxs də günah etmədiyi üçün savab qazanır. Hətta iddia etmək olar ki, məsumun günah etməməsinin savabı bir neçə qat artıqdır. Çünki özünü günahdan saxlamaqla iki iş görmüş olur: Biri budur ki, özünü günah aludəliklərindən qoruyub-saxlamış və günah zillətinə düçar olmamışdır. İkincisi budur k, Allah tərəfindən ona verilən ismət məqamının dəyərini qoruyub-saxlamış, peyğəmbərlik və ya ümmətə rəhbərlik məqamının hörmətinin pozmamışdır. Necə ki, əgər fərz əsasında hər bir məsum günah işə mürtəkib olarsa, onun günahı da iki qat, hətta bir neçə qat artıqlaması ilə hesab olunacaqdır. Çünki, əvvəla, bu halda günah iş törətmiş olur, ikincisi ona verilən ilahi məqamı nəzərə almamış olur. Hər bir halda ismət Allah dərgahında savaba nail olmaqla təzadlı deyildir.

Ətreaflı cavab

Cavabın aydın olması üçün ilk növbədə ismətin həqiqət və mahiyyəti ilə tanış olmaq lazımdır[1] ki, məsum şəxslərin günah müqabilində ismətinin necəliyini dərk edək.

Mərhum Əllamə Təbatəbai yazır: “İsmət dedikdə məqsəd məsum insanın daxilində qoyulmuş bir səciyyədir ki, onun rəva görülməyən işlərə (xəta və günaha) düşməkdən qorunub saxlanmasına səbəb olur.”[2]

Əlbəttə, o cənabın nəzərinə əsasən, ilahi peyğəmbərlər (eləcə də bütün övliyalar və xüsusi şəkildə hidayət olunanlar) “mütləq şəkildə ismət” məqamına malikdirlər.

“Xəta qarşısında ismət”in çoxlu nümunələri vardır ki, ismətin bütün növlərinə şamil ola bilər. Lakin sual “günahlar qarşısında ismət”dən olduğuna görə ismətin bütün qisimlərini araşdırılmaqdan çəkindik. Bu barədə əlavə məlumat almaq istəyənlər əlaqədar kitablara müraciət edə bilərlər.[3]

O böyük alimin nəzərində ismət – məsumun günahın acınacaqlı aqibətinə olan elmindən irəli gəlir. Yəni günahın təsirləri barədə onun elm və şüuru elə bir yüksək həddədir ki, heç vaxt digər insani qüvvələr qarşısında məğlub olmur, onların hamısına hakim kəsilir.[4]

İsmət barəsində mövcud olan digər bir nəzəriyyədə deyilir: Məsum şəxs mütəal Allah barəsində dərin mərifət və yüksək agahlığa malik, Onun kamal və camalına məftun olduğundan, özünə heç vaxt icazə vermir ki, Onun razılığının əksinə olan hər hansı bir iş görmüş olsun. İnsanın öz məbuduna olan eşq və bağlılığı, Onun camal, kamal və əzəmətini dərk etməsi, Allahın ona verdiyi sonsuz nemətlər barəsində agahlığı onun vücudunda elə bir xüzu (təzim) və zillət hissi yaradır ki, nəinki günah işi görməyi, hətta günah fikir etməyi belə, əsla zehninə gətirmir.[5]

Bu iki nəzəriyyənin xülasəsi budur: Məsumun varlığında qoyulan xüsusi bir səciyyə daim onu Allah-taala dərgahında üsyankarlıqdan, təcərridən (günah işə cürətdən) və Onun razılığının əksinə olan işləri görməkdən çəkindirir, onu günah və xətadan pak saxlayır.

İsmətin qisimlərin:

İsmət iki növdür: elmi ismət və əməli isməti. Bu iki qisim zat və mahiyyət baxımından bir-birindən ayrıdırlar. Mümkündür, elm səciyyəsində məsum olan bir şəxs[6] əməldə ismət səciyyəsinə malik olmasın. Bunun əksi də mümkündür. Amma peyğəmbərlərdə mövcud olan ismət hər iki qismə şamildir. onlar həm elm, həm də əməl məqamında məsumdurlar. Yəni həm onların bütün işləri əməli-saleh və gerçəkliklə müvafiqdir, həm də elm və bilikləri düzgün olmaqla eyni zamanda elə bir mənbədən qaynaqlanır ki, onda heç bir səhvə, unutqanlığa yol yoxdur. Onlar mücərrəd əql, sırf şühud və düzgün kəşf mərhələsinə nail olmuşlar. Belə ki, bu mərhələdə vəhm və xəyal qüvvəsi əqlə tabedir, şeytani vəsvəsələr bu mərhələyə əsla yol tapa bilməz. Çünki cəhalətin, nadanlığın, şeytənətin və mənfi xəyalların mənşəyi yalnız vəhm və xəyal qüvvəsidir. Vəhm və xəyalın hüdudları da təbiət aləminə bağlıdır. Amma şeytanın, vəhm və xəyal qüvvəsinin əqlin hüdudlarına yolu yoxdur ki, orada bir iş görə bilsin. Buna görə də əgər bir şəxsin vücud tutumları geniş və yüksək olsa, maddi aləmdən, vəhmdən, xəyaldan və təvəhhümlərdən keçərək həqiqət mənbəyinə nail olarsa, onda ismət imkanı yaranır, onun təfəkkür qüdrətinə malik olan nəfsi vücud baxımından güclənməklə, mələklərlə bir səviyyədə, hətta onlardan da yüksək səviyyədə qərarlaşır.[7]

 

İsmətin zati və (müəyyən şəxslərə) həsr olunmaması

Diqqət yetirilməli digər bir məsələ budur ki, ismət səciyyəsinin Allah tərəfindən verilən bir tövfiq və mərhəmət olmasına baxmayaraq nə zatidir, nə də müəyyən şəxslərdə həsr olunur. Əksinə, o, ixtiyaridir və peyğəmbərlərdən başqaları da bu səciyyəni əldə edə bilərlər. Çünki (güclü iradə ilə)  rəzalətlərlə mübarizə (riyazət), nəfs ilə cihad və (mənəvi kamallara doğru) səy yolu bütün insanlar üçün açıqdır, o səciyyənin əldə edilməsi hamı üçün mümkündür. Belə ki, Quran buyurur:

یِا أَیُّهَا الَّذِینَ آمَنُواْ إَن تَتَّقُواْ اللّهَ یَجْعَل لَّکُمْ فُرْقَاناً

“Ey iman gətirənlər! Əgər Allah qarşısında təqvalı olsanız, sizin üçün haqqı batildən ayıra bilən bir fürqan (vasitə) qərar verər.”[8]

Nəfsin rəzalətlərdən, aludəliklərdən, nəfsani və şeytani xatirə və vəsvəsələrdən saflaşdırılması, ilahi təqvaya riayət edilməsi, insanın bütün daxili və zahiri bədən üzvlərinə nəzarət etməsi, paklanması, halal yeməklər yemək, nəfsin gündəlik nəzarət və mühasibə edilməsi və s. yollarla elm və əməl məqamında bu əzəmətli səciyyəyə nail olmaq, belə bir polad iradənin sahibi olmaq olar.

Lakin diqqət yetirmək lazımdır ki, nübüvvət və imamət məqamı müəyyən şəxslərdə həsr olunur. Yəni hər bir məsum o məqama çata bilməz. Allah-taala həssas və əsaslı məqamları – Öz tərəfindən nümayəndəlik məqamını hər kəsə və hətta hər bir məsuma belə vermir.[9]

İsmətin kəsb olunma xarakterli olması

Cavabın əsası ismətin Allah tərəfindən verilməsi ilə savab qazanma arasında təzadına qayıdır. Bu incə məsələyə diqqət yetirmək lazımdır ki, peyğəmbərlərdə, din rəhbərlərində və hər bir digər məsumda ismət zati deyildir. Əksinə, kəsb olunmaqla əldə olunur. Onun mənşəyi kamil insanlarda mövcud olan kamil iman və inancdan ibarətdir. Çünki onlar özlərini hər bir şeyi bilən, hər bir şeyə əhatəli olan Allahın hüzurunda əyani şəkildə görüb müşahidə edirlər. Buna görə də məsumlardan günah baş verməsi zatən qeyri-mümkün deyildir; çünki əgər zatən qeyri-mümkün olsaydı, məqdur olmazdı (qüdrət ona təəllüq tapmazdı); və əgər məqdur olmasaydı, şəriətdə təklifə rəva görülməzdi (ilahi əmr və nəhylər ona aid olmazdı).

Bundan əlavə, əgər məsumlar üçün günah və məsiyət zatən qeyri-mümkün olsaydı, itaət və fərmanları yerinə yetirmək zatən zəruri olardı! Belə olan halda itaətə mükəlləf (vəzifəli) edilməzdi. Bundan əlavə, artıq (ilahi əzabdan) qorxutmağa və (ilahi mükafatlara) müjdəyə, savab və cəzaya yer qalmazdı. Mələklər ona görə mükəlləf deyildirlər ki, onların ixtiyari yox, zati ismətləri vardır.

Amma zati olmayan, kəsb edilməklə əldə olunan ismət səciyyəsində isə ixtiyar vardır. Bir işi görməyi və ya tərk etməyi, onu görməkdən əvvəl mümkün olan qəziyyə surətində məsuma aid etmək olar. Günahın məsumdan baş verməsi adi halda qeyri-mümkün görünsə də, bu bir növ ixtiyar üzündən olan qeyri-mümkünlükdür və ixtiyara sahib olmaqla ziddiyyətli deyildir. Çünki məsum günahın qəbahət və çirkinliyini bilir, onun zehnindən keçən bütün şerlər şeytani fikirlər yox, Allaha mənsub olan (ilahi) fikirlərdir.[10]

Deməli, “bir məsum günah etməmək qarşında savab qazanmır” demək düzgün deyildir; əksinə, o da adi bir insandır:

إِنَّمَا أَنَا بَشَرٌ مِّثْلُکُمْ یُوحَى إِلَیَّ

“De: mən də sizin kimi bir bəşərəm, (amma) mənə vəhy olunur.”[11] Lakin onlar Allah tərəfindən edilən mərhəmət və inayətlər, özlərinin kamil imanları, Allaha eşq və yüksək səviyyədə olan təqva sayəsində ismət məqamına nail olurlar. Hər bir halda günah etmək ixtiyarı onlardan alınmır. (Qeyri-mümkün fərz ilə) hər vaxt istəsələr, iş görə bilərlər. Lakin öz ixtiyarları ilə və ilahi qüdrətdən kömək almaqla nəfsin (pis əməlləri) gözəl cilvələndirməsi qarşısında, əmmarə nəfsinin və şeytanın hiylələri qarşısında müqavimət göstərir və özlərinin günaha aludə etmirlər, bu mübarizə sayəsində savab qazanırlar.

Hətta belə demək olar: Bir məsum şəxsin yaxşı işlərinin və günah etməməsinin savabı iki qat verilir. Çünki bir kəsdən yüksək intizar və təvəqqe edilərsə, onun gördüyü yaxşı işlərin iki nəticəsi vardır: biri budur ki, öz nəfsi ilə mübarizə aparır, digəri budur ki, özünün yüksək məqamının hörmətini saxlayır və o məqamı abırlı, layiqli şəkildə qoruyur. Eləcə də pis əmələ mürtəkib olarsa, onun günahı da iki qat, hətta bir neçə qat artıqlaması ilə hesab olunar. Çünki pis iş görməkdən əlavə, özünün ilahi məqamının hörmətini aparmış olur. Buna görə də Quran ayələrində peyğəmbərlərə çox kəskin və şiddətli xəbərdarlıqlar edilmişdir. Misal üçün, bizim Peyğəmbərimiz (səlləllahu əleyhi və alih)-ə buyurur:

لَئِنْ أَشْرَکْتَ لَیَحْبَطَنَّ عَمَلُکَ

“Əgər şirk etsən, sənin əməllərinin hamısı mütləq aradan gedər.”[12]

Nəticə: İsmətə malik olmaq Allah yanında əcr və savaba nail olmaqla təzadlı deyildir. Məsum şəxslər həm yaxşı işlər gördüyünə görə, həm də günah və şeytani-nəfsani hisslərin qarşısına mübarizə apardıqdan görə savab qazanırlar.



[1] Bax: Görünüş: “Peyğəmbərlərin isməti”, sual 998; “İsmət ayələri və Quranda peyğəmbərlərin ismətli olmaması halları”, sual 129; “Adi insanların isməti”, sual 861

[2] Təbatəbai, Seyid Məhəmməd Hüseyn, “Əl-mizan fi təfsiril-Quran”, 2-ci cild, səh. 134 (kəlamun fi ismətil-ənbiya).

[3] Yenə orada, 2-ci cild, səh. 134-136, 5-ci cild, səh. 75-77; Cavadı Amuli, Əbdüllah, “Qurani-kərimin mövzui təfsiri”, 3-cü cild, səh. 197-292

[4] Yenə orada, 5-ci cild, səh. 78

[5] Sübhani, Cəfər, “Mənşuri cavid”, 5-ci cild, səh. 14

[6] Qeyd olunmalıdır ki, əməli ismət başqaları üçün mümkün olsa da, amma alimlərin əksəriyyəti inanırlar ki, elmi ismət məsumlardan başqaları üçün mümkün deyildir.

[7] Bu mətləblər ustad Cavadı Amulinin bəyanatından əxz olunmuşdur: “Qurani-məcidin mövzui təfsiri”, 3-cü cild, səh. 199-202

[8] “Ənfal” surəsi, ayə: 29

[9] Cavadi Amuli, Əbdullah, “Qurani-kərimin mövzui təfsiri”, 3-cü cild, səh. 208

[10] Yenə orada, səh. 208 və 209, azacıq dəyişikliklə

[11] “Kəhf” surəsi, ayə: 110

[12] “Zümər” surəsi, ayə: 65

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Üzün gözəlliyi üçün zikr varmı?
    30829 Əməli əxlaq 2012/07/18
    İslam nəzərindən gözəllik, maddi və mənəvi gözəlliyə bölünür. Üzün mənəvi gözəlliyi, namaz kimi mənəvi işlərlə əldə olunur. Amma üzün zahiri və maddi gözəlliyi, təbii formada maddi əməllər vasitəsi ilə əldə olunur. Mənəvi gözəllik rəvayətlər nəzərindən: Mənəvi gözəllikdə müxtəlif zikr və əməllər təsirlidir. Məsələn rəvayətlərin birində ...
  • Nə üçün şəhadət zamanı bir kişinin şəhadəti iki qadının şəhadətiylə bərabər olur?
    7420 Əhkam və hüquq fəlsəfəsi 2011/04/16
    Əhkam və qanunlar ki, Allah tərəfindən insanlar üçün qoyulmuşdur, təbiət aləmi, dünya varlığının həqiqətləri və insan vücudunun təməliylə müvafiqdir. O cür ki, kişiylə qadın vücud və ruhunun varlığında fərq vardır, bu iki varlığın vəzifə, təklif və əhkamları da bir- birindən fərqlidir. təkliflərdən biri də qazinin yanında şəhadət verməkdir ki, həqiqətlə ...
  • qaş vurmaq və xal vurmağın dəstəməz, qüsl və həcc kimi əməllrin yerinə yetirilməsində iradı varmı?
    5454 Nizamlar hüquq və əhkam 2015/05/27
    Mərcəyi təqlid müctehidlərin əksəriyyəti xal vurmaq haqqında buyurublar:Əgər xal vurmaq yalnız rəng olsa və ya dərinin altında olsa və dərinin üzərində olub, suyun dəriyə yetişməsinin qarşısını almasa, onunla dstəmaz almaq və qüsl etməyin iradı yoxdur.[1] Amma əgər qeyd edilmiş mane dərinin üstündə və yağlı ...
  • Ayağın üstünə məsh çəkmək üçün söykənəcəyə söykənmək şərtdirmi?
    6255 Nizamlar hüquq və əhkam 2011/06/27
    Başa və ayağa məsh çəkmək, söykənəcəyə söykənmək ya söykənməmək şərt olunmayıbdır. Əksinə meyar budur ki, baş və ayaq hərəkətsiz saxlanılıb və onların üstünə əl şəkilməlidir. Ayağın söykənəcəyə söykənməsinin deyilməsi, onun hərəkətsiz qalması üçündür. Həzrət İmam Xumeyni (rh) bu barədə buyurubdur: "Başa və ayağın üstünə məsh çəkəndə əli onların üstünə ...
  • Şirk nədir?
    14865 Qədim kəlam 2011/05/05
    "Şirk" lüğətdə nisbət (pay) qərar vermək və Quran terminində isə şirkdən məqsəd, şərik, oxşar və Allah- Taalaya onun kimi başqa bir varlığı qərar verməkdir və bunun qarşılığında isə "Hənəfiyyət"- dir. "Hənif" yəni bərabərliyə meyilli olmaq, odur ki, tövhid yolunun davamçıları şirkdən üz çevirərək, əsl mənbəyə üz tutmuşdurlar və bunlara hənif ...
  • Кәрамәт нәдир? Кәрамәт јолунда неҹа аддым атмаг олар? Кәрим инсанларын Аллаһ јолунда мәгамлары неҹәдир?
    8170 Nəzəri əxlaq 2010/04/15
    Кәрамәт һәр ҹүр чиркин сифәтләрдән узаг олмаг мәнасындадыр. Әзәмәтли руһ саһибинә вә чиркин сифәтләрдән узаг олана кәрим дејирләр. Кәрамәт, дәјанәт, зилләт вә харлыг кәлмәләринин мүгабилиндә гәрар тутур вә кәрамәтин јүксәк зирвәләрини фәтһ етмәк үчүн тәгва вә пәһризкарлыг силаһы илә силаһланмаг лазымдыр. Тәгва, ...
  • Allaha görmək mümkündürmü? Necə ?
    6821 Qədim kəlam 2011/04/16
    Əql və şəriətin hökmünə əsasən Allah-taala nə dünyada, nə də axirətdə zahiri gözlərlə görünə bilməz, lakin qəlb gözü ilə görünə, yəni hiss oluna bilər. Qəlblər öz vücud tutumlarına uyğun olaraq batini, şuhud yolu ilə, həm də batinin – ruhun (nəfsin) lətifləşdirilməsindən, saflaşdırılmasından sonra, şəri riyazət və ibadətlərin ...
  • Ümumiyyətlə mələklər İmamların nurundan yaranıblar və aya onların vəzifəsi İmam Hüseynə ağlamaqdır?
    7625 Qədim kəlam 2011/12/25
    1.             Mələklərin nurdan xəlq olması hədislərdə nəql olunub və şiə və əhli sünnə mənbələrində şəkk olunmayan bir hökmdür. Bəzi şiə rəvayətlərində mövcudatın məxsusən mələklərin Peyğəmbərin (s), İmamların (ə) nuru və başqa nurlardan xəlq olunmasına işarə olunubdur. Həmçinin əhli sünnə mənbələri arasında rəvayətlər vardır ki, birinci xəlifənin və... Peyğəmbərin ...
  • Tin surəsinin təfsirində (Furat təfsiri)belə bir hədis gəlmişdirki əncirdən tindən məqsəd Həsən zeytundan isə məqsəd Hüseyn əleyhissəlamdır. Bu barədə olan hədis mötəbərdirmi?
    8136 Təfsir 2012/02/08
    Qurani kərim zahiri mənalarına malik olmaqdan əlavə, mümkündür çoxlu batini mənaları da olsun. Nümunə üçün Allahın tin surəsinin əvvəllərində and içdiyi tin və zeytunun zahiri mənası ola bilsin həmin incil və zeytun olsun ki, bütün camaatın diqqət mərkəzində olanlar olsun. Yəni İncil və Zeytun ...
  • Xeyir əməllə həsənə və salehlin fərqləri nədir?
    7939 Əməli əxlaq 2011/05/17
    Xeyir, həsənə, saleh kəlmələri lüğət baxımından fərqli mənalara malik olsa da, xarici nümunə və işlədilmə baxımından aralarında heç bir fərq yoxdur. ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    166434 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165402 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120436 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    114919 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    113088 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95114 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    56432 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55317 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47163 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46417 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...