Ətraflı axtarış
Baxanların
6784
İnternetə qoyma tarixi: 2011/09/06
Sualın xülasəsi
Xeyir və şər Allahın yeganəliyi, mehribanlığı ilə necə uyğunluq təşkil edir?
Sual
Allahın mehribanlığını necə sübut etmək olar? Dünyada nə qədər gözəllik, xeyir, yaxşılıq varsa, bir o qədər də çirkinlik, şər, pislik mövcuddurmu və ya iki tanrı, xeyir və şər tanrısı aləmə hökm edir? Bu şübhəni necə tənqid etmək olar?
Qısa cavab

1.     Aləmdə mövcud varlıqlar azad deyil, bir-birindən asılı şəkildə yaradılmışdır. Mövcud aləmin bütün

üzvlərini araşdırsaq, onların halqalar kimi zəncirvari surətdə bir-birlərinə bağlı olduqlarını müşahidə edərik. Bütün bu üzvlər toplusu isə gözəl bir sistemi ifadə edir. Buna əsasən kainatda iki tanrının olmasını iddia etmək düzgün deyildir. Məsələn, su və yağışın bir tanrısı, sel və zəlzələnin digər tanrısı olduğunu iddia etmək olmaz. Bəli, sel və zəlzələ bir sistemdən, yağış və günəş şüalarının saçması, günəşin hərəkəti və s. başqa bir sistemdən qaynaqlanardısa belə bir versiyanı irəli sürmək olardı. Deməli, kainatda vahid həmahəng, gözəl bir sistem hakimdir. Habelə kainatdakı varlıqlar bu sistemdə kamala, hədəfə çatmaları mümkündür. Nəticə etibarı ilə demək olar ki, aləmdə vahid, mehriban Allah mövcuddur.

2.     Allahın hikmətindən qaynaqlanan ilahi rəhmət, insan və digər varlıqları kamala döğru hidayətinin zəruriliyini göstərir. Lakin insanın tərəqqi və kamalı deyiləndə onun hər cəhətdən rifahda olması nəzərdə tutulmur. Bəlkə insan kələ-kötür, çətin yolları keçdikdən sonra kamala çatır. Başqa ibarətlə desək, insan istedadları belə bir şəraitdə üzə çıxır.

3.     Varlıq aləmində şər mütləq (yəni hər cəhətdən çirkin, hər bir xeyirdən məhrum) deyil, nisbidir və bu nisbiyyət əksəriyyəti təşkil etmir.

Ətreaflı cavab

Cavabın aydın olması üçün bir neçə məqama şərh vermək lazımdır:

1.     Aləmdə mövcud varlıqlar azad deyil, bir-birindən asılı şəkildə yaradılmışdır. Mövcud aləmin bütün üzvlərini araşdırsaq, onların halqalar kimi zəncirvari surətdə bir-birlərinə bağlı olduqlarını müşahidə edərik. Bütün bu üzvlər toplusu isə gözəl bir sistemi ifadə edir; dibçəkdə bitən gül, bağçada yaşıllaşan ağac, beşikdə yatan körpə və ətrafımızda olan bütün şeylər görəsən necə varlıq libası geyinmişlər? Məsələn, gül butasına su verməsək yaşıllaşarmı? Deməli, gül butası yaşamını davam etdirmək üçün bizim ona verdiyimiz sudan aslıdır. Habelə gül toxumu əkilmədiyi surətdə də gül vücuda gələrdimi? Güldə öz növbəsində havadan oksigen və digər maddələr alır ki, onların olmaması yaşamın bitməsi deməkdir. Əlbəttə, güldə öz növbəsində havanın dəyişilməsində təsirlidir. Yəni, havadakı qazların nisbətini dəyişir. Belə ki, okisigenlə qidalansa oksigenin həcmi azalar, digər qazlarla qidalandıqda isə oksigenin həcmi artar. Deməli, gül hava ilə əlaqəlidir. Nə hava özü-özlüyündə azaddır nə də gül. Buna oxşar aslılıq heyvanlar arasında da müşahidə olunur. Hətta cansız aləmə nəzər salsaq hər bir yaranmışın özündən əvvəlki varlığın feli nəticəsində meydana gəldiyini görərik. O da öz növbəsində ətrafındakı varlıqlarda əsər qoyur ki, digər varlıqların yaranmasına zəmin yaradır. Günəş suya istilik verir, su buxara, buxar buluda, bulud isə yağışa çevrilir. Nəticədə xam torpaq yağış sayəsində gül və digər minlərlə nemət yetişdirir. Əlbəttə torpaq yağışdan doyarsa selin yaranmasına səbəb olur. Fəlsəfi dəlillərə ehtiyac olmayan, aləmə hökm edən sistem budur. Hər bir şəxs öz informasiyası çərçivəsində sistemdə olan gözəlliyi, bağlılığı, vəhdəti tanıya bilər. Əlbəttə, məlumatımız daha dəqiq və ətraflı olarsa sözügedən sistemin gözəlliyini, həmahəngliyini dərindən anlaya bilərik. Deyilənlərə əsasən iki tanrının olmasını söyləmək düzgün deyil. Məsələn, su və yağışın bir tanrısı, sel və zəlzələnin digər bir tanrısı olduğunu iddia etmək olmaz. Sel nədir? Bəli, sel və zəlzələ bir sistemdən, yağış və günəş şüalarının saçması, günəşin hərəkəti və s. başqa bir sistemdən qaynaqlanardısa belə bir versiyanı irəli sürmək olardı.[1]

2.     Allahın hikmətindən qaynaqlanan ilahi rəhmət, insan və digər varlıqları kamala döğru hidayətinin zəruriliyini göstərir.[2] Lakin insanın tərəqqi və kamalı deyiləndə onun hər cəhətdən rifahda olması nəzərdə tutulmur. Bəlkə insan kələ-kötür, çətin yolları keçdikdən sonra kamala çatır. Başqa ibarətlə desək, insan istedadları belə bir şəraitdə üzə çıxır.

3.     Varlıq aləmində mütləq şər (yəni hər cəhətdən çirkin, xeyirsiz bir şey) yoxdur. Bəlkə şər saydığımız şeylər bir cəhətdən şər olsada digər bir aspektdən xeyirdir. Bəs belə bir varlığı şər, xoşagəlməz fərz etmək olmaz. Cərrahi əməliyyat narahatedici olsada hər bir şüurlu insan onu xeyir və düz bir iş hesab edir.

4.     Aləmdə xöşagəlməyən məqamların, zahirdə çirkin görünən şeylərin yaranmasının digər fəlsəfələri də vardır ki, icmali surətdə onlardan bəzilərinə işarə edirik:[3]

A.    Əgər bəxşişlər daimi, eyni şəkildə olarsa, öz dəyərlərini əldən vermiş olarlar. Ömür boyu xəstəlik olmasaydı təbii ki, heç vaxt sağlamlığın dəyəri bilinməzdi. Həyatın eyni axar üzrə davam etməsi yorucu, bəzən isə ölücüdür. Niyə görə təbiət bu qədər gözəldir? Niyə dağların ətəyindəki çəmənliklər, ağacların arasından axan çaylar gözəl bir mənzərə yaradır?! Buna aydın arqument həmrəngliyin, həmahəngliyin olmamasıdır. "Nur" və "zülmət", gecə-gündüzün gəlib-getməsi sisteminin (Quran da buna söykənir) mühüm bir təsiri həmrəng yaşayan insanların ömrünün sona çatdırılmasıdır. Bəzi problemlər, xoşagəlməz hadisələrin səmərəsi ömrün digər məqamlarına ruh verərək onu şirin, dözümlü etməsidir. Həmçinin bu proses nemətlərin dəyərlərinin aşkar olmasına zəmindir.

Deməli, zahirdə bu aləm çirkin və həmahəngsiz görunməsinə baxmayaraq, daxildə gözəllikdən, ilahi rəhmətdən başqa bir şey deyildir.

B.    Əgər zahiri şər və çirkinliklər olmasaydı insan təbiətşünaslıqla maraqlanmaz, ətraf mühitin tədqiqatı üçün səy göstərməzdi. Nəticəsi insanşünaslıq və allahşünaslıq olan təbiətşünaslıq o qədər mühüm və dəyərlidir ki, bütün aləm onun müqabilində puçdur. Bir ədəd brilyant qaşı tapmaq üçün hesabsız qum dənələri, xırda daşlar kənara atılır. Aləmdə olan bütün varlıqlar insanın yaranması üçün bir müqəddimədir. O insan ki, seçməyi bacarır və kamala çatması da bu seçimlərlə olmalıdır. İnsanın inkişafı üçün bütün bu çirkinliklər və naqisliklər olmalıdır.

Deməli, aləmdə vahid, mehriban Allah mövcuddur və hər bir varlıq öz həddində gözəl və xeyirdir.



[1] - "Şenaxti-İslam", Şəhid Behişti və başqaları, Tehran, "Nəşri-fərhəngi-İslami" nəşri, yeddinci çap, 1991, səh. 55-86; "Məarifi-Quran", Məhəmməd Təqi Misbah, Qum, "Camiə-Müdərrisin", ikinci çap, 1995, səh. 84-85 və səh. 92-93-217; "Mühazirat fi əl-ilahiyyat", Cəfər Sübhani, (Əli Rəbbani Gülpayaqaninin təlxisi), Qum, "Camiə-Müdərrisin", altıncı çap, 1418 h.q., səh. 21; "Bidayə əl-məarif əl-ilahiyyə fi şərh əqaid əl-imamiyyə", Seyid Möhsin Xərazi, Qum, "Camiə-Müdərrisin", birinci çap, Tarix, səh. 37

[2] - "Kəşf əl-murad fi şərh təcrid əl-İtiqad", Əllamə Hilli, (Əllamə Həsən Həsənzadə Amulinin tədqiqatı üzrə), Qum, "Camiə-Müdərrisin", səkkizinci çap, 1419 h.q., səh. 444-449; "Təqrib əl-məarif fi əl-Kəlam", Şeyx Təqi əd-Din Əbi əl-Salah Hələbi, Rza Ustadinin təhqiqi, Qum, "Camiə-Müdərrisin", 1984, səh. 42-65-82; "Əz-zəxirə fi əl-Kəlam", Şərif əl-Mürtəza Ələm əl-Huda, Seyid Əhməd Hüseyninin araşdırması, Qum, "Camiə-Müdərrisin", naməlum çap, çap tarixi: 1411 h.q., səh. 186

[3] - "Üsuli-əqaid"dən gənclər üçün əlli dərs", Nasir Məkarim Şirazi, Qum, "Hədəf" mətbuatı, dördüncü çap, 1991, səh. 93-107; "Məbani-təfəkküri-Şiə", Məhəmməd Rza Müzəffər (Doktor Camal Musəvinin tərcüməsi), Tehran, böyük İslam kitabxanası, çap və tarixi naməlum, səh. 43-49

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • İmam Hüseynin (ə) başının boyunundan kəsilməsi məsələsinin sənədi etibarlıdırmı?
    5351 تاريخ بزرگان 2011/12/25
    Bir neçə yerdə bu məsələyə işarə edilmişdir:1. Həzrət Zeynəbin (s.a) sözlərində qeyd edilir: «... یا محمداه بناتک سبایا و ذریتک مقتلة تسفی علیهم ریح الصبا و هذا حسین مجزوز الرأس من القفا ...» “Ey Muhəmməd! ...
  • Kəsa hədisinin əhəmiyyətini bəyan edin?
    6844 Hədis elmləri 2011/12/25
    Şərif kəsa hədisi ki, hədis kitablarında və Şeyx Abbas Quminin Məfatihul- cinan kitabında gəlib ki, cəhətdən əhəmiyyət daşıyır. Biri İmamət və vilayət məsələsidir digəri isə ismətdir. Əhli- beytin (ə) İmaməti və vilayəti bir sıra şahidlər vasitəsiylə hədisdə sübut olur. Peyğəmbər (s) xüsusi danışıq və rəftarla ki, hədisdə nəql olub, İmaməti ...
  • Lütfən qadının hicabının necəliyi barəsində hədis yazın.
    6970 Nizamlar hüquq və əhkam 2011/04/13
    Nur surəsinin 31- ci ayəsi başqa olmaqla çox sayda hədis və ayələr qadının hicabı barəsində söhbət açmışdır.həmçinin Nur surəsinin 31- ci ayəsində buyurulur: "Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çəkindirsinlər, namuslarını qorusunlar; öz- özlüyündə görünən (əl- az) istisna olmaqla, zinətlərini göstərməsinlər baş örtüklərini yaxalarına çəksinlər; zinətlərini ərlərindən başqasına ...
  • Suyun baha olduğu şəraitdə cənabət qüslü üçün nə etmək lazımdır?
    4774 Nizamlar hüquq və əhkam 2011/09/12
    Cənabət qüslü öz-özlüyündə müstəhəbdir, lakin namaz qılmaq və bu kimi işləri yerinə yetirmək üçün vacib olur.[1] Amma əgər qüsl üçün su əldə olunması çox baha olsa və iqtisadi cəhətdən sizə çoxlu zərər vursa və ya dözülə bilməyəcək məşəqqət yaradarsa və ya ...
  • Aya Şirkətlər ev almaq üçün verilən pula xums düşürmü?
    4467 Nizamlar hüquq və əhkam 2011/09/29
    Həzrət Ayətullah əl- uzma Xamineyinin dəftərxanasının cavabı: Əgər verilən məbləğ alver yoluyla hazırlanıb əldə olunmuşdursa, ona xums düşür, yalnız o halda ki, ilin ortasında alınıb və ya satılsın və onun satılmasıyla öz məqamı və ehtiyacı həddində ev alınsın. ...
  • Təthir ayəsinin, ayənin ortasında qərarlaşması, xüsusiylə aid olmasını demək olarmı? Əhli beyt kimlərdir?
    6119 Təfsir 2010/11/10
    Sualın birinci hissəsinin cavabında demək olar: Təthir ayəsinin bir ayənin içində yerləşməsi bunu tələb edir ki, özündən qabaqkı və özündən sonrakı cümlələrə uyğun olsun. Əgər Peyğəmbər (ə)- in həyat yoldaşlarına məxsus olmasa da, heç olmasa ümumi formada onlara da şamil olsun. Amma diqqət etmək lazımdır ki, Bir: Belə ...
  • Rəcət nədir? Hansı insanlara şamildir? Və nə vaxt baş verəcək?
    14225 Qədim kəlam 2011/02/14
    Rəcət imamiyyə şiəsinin etiqad bəslədiklərindən biridir. Rəcət ölümdən sonra və axirətdən qabaq dünyaya qayıtmaq mənasındadır. Rəcət imam Zaman (ə. c. ) zühur etdikdən bir az sonra və həzrətin şəhadəti və qiyamətin bərpa olmasından qabaq baş verəcək. Rəcət hamıya aid deyil. Rəcət yalnız xalis möminə və tam müşrikə aiddir.
  • Bərzəx aləmində elmi təkamül ola bilər, amma əməli təkamül mümkün deyil, bu mətləbi fəlsəfi cəhətdən isbat etmək olar?
    5953 İslam fəlsəfəsi 2012/04/17
    Bərzəx təkamülü Quran və rəvayətlər nəzərindən qəbul olunmuş işdir. Fəlsəfədə də ona yer ayrılıb və onun haqqında müxtəlif mövzular açıqlanıbdır. Əvvəl bu məsələyə diqqət etmək lazımdır ki, əməli təkümül bu mənayadıq ki, insan bərzəx aləmində vacibatı yerinə yetirməklə və haramları tərk etməklə uca təkamülə əl tapsın, ...
  • Tükümün tökülməsinə görə, yapşqanla başıma parik qoymağa məcbur olmuşam. Mənim dəstəmaz və qüslümün hökmü nədir?
    4596 Nizamlar hüquq və əhkam 2012/03/11
    Həzrət Ayətullah əl- uzma Hadəvi Tehrani (damət bərəkatuh)- nin cavabı belədir: Əkilmiş tük, təbii inkişaf edən olsa və bədənin hissəsi sayılsa, şəxsin tük, təbii və inkişaf edən olsa və bədənin hissəsi sayılsa, şəxsin tükü hökmündədir. Əkilmiş tük, inkişafsız təbii ya süni liflər ...
  • Təyin olunmuş ruziylə, insanın çalışmasının nə rabitəsi var?
    6428 Qədim kəlam 2010/09/23
    Rizq və ruzu iki cürdür: Dalınca getdiyimiz ruzi və bizim dalımızca gələn ruzi. Rəvayətlərdə, bizim dalımızca gələn ruzi " talib rizq" və dalınca getdiyimiz ruzi "mətlub rizq" adlanmışdır. Talib və qəti ruzi, vücud, varlıq, ömür, şərait, mühit, ailə və istedad və sair ruzisidir ki, bu qism ruzi ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    152338 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    126110 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    105524 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    99319 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    82456 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    68315 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    48997 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    37122 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    36508 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    35513 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...