Ətraflı axtarış
Baxanların
9819
İnternetə qoyma tarixi: 2012/02/13
Sualın xülasəsi
Bəşər mədəniyyətinin inkişafında İslamın nə kimi təsiri olmuşdur?
Sual
Bəşər mədəniyyətinin inkişafında İslamın nə kimi təsiri olmuşdur?
Qısa cavab

Hər bir xalqın mədəniyyəti o xalqın inkişaf və tərəqqisinin göstəricisidir. İslam ölkələrində mədəniyyətin keçmişi – onlarda yeni fikir və əndişə, sərvət, mal-dövlət və qüdrətin olması mənasınadır. Əks halda, heç bir mədəniyyət formalaşa bilməzdi.

Mədəniyyət – yəni şəhər yaşayışını, qayda-qanunu, nizam-intizamı və sair ictimai işləri qəbul etmək, cəmiyyət üzvlərinin bir-biri ilə həmkarlığı mənasınadır. Bir mədəniyyətin formalaşması üçün müxtəlif ünsür və vasitələr təsirli rol ifa edir, o cümlədən: elm, nəzm-inzibat, təhlükəsizlik, qarşılıqlı yardım və s. İslam dinində həm Quran, həm rəvayət, həm də məsumların (əleyhimus-salam) həyat və davranışında mədəniyyət yaradan ünsürlərə çox təkid edilmişdir. Həqiqətdə demək olar ki, İslam dini yüksək mədəniyyət yaradan bir dindir. Dünyanın hazırkı mədəniyyəti bəşər tarixi boyu müxtəlif dünya xalqlarının səy və fəaliyyətlərinin nəticəsidir. Bu mədəniyyəti vücuda gətirməkdə İslamın ifa etdiyi rol çox qabarıq şəkildə nəzərə çarpır. İslam dini özü elm və texnologiyanı ixtira etməkdən əlavə, onu qərb ölkələrinə də nəql etmişdir. Bu nəql etmə üç yolla baş vermişdir:

1. Məsihilərlə əlaqə qurmaq və onlarla qarşılıqlı əlaqələrin inkişafı;

2. Müsəlman alimlərinin elmi əsərlərinin müxtəlif Avropa xalqlarının dinlərinə tərcümə edilməsi;

3. Avropalıların elmi mərkəzlərində islami əsərlərin tədrisi.

Ətreaflı cavab

Hər bir xalqın qurucu mədəniyyəti o xalqın iqtisadı, ictimai və mədəni tərəqqisini göstərir, o cəmiyyətin fəaliyyət sahəsinin hamısında inkişaf və irəliləyiş miqyasını bəyan edir. Hər bir millətin və xalqın iftixarı onun tarixində mövcud olan müxtəlif mədəniyyətlərin varlığı ilə ölçülür. Münəzzəm və prinsipial vəziyyətdə olan bir mədəniyyətin yaranması üç sahədə inkişafla əlaqədardır:

1. Sərvət əldə etmək məqsədi ilə iqtisadi sahələrdə istehsalın inkişafı;

2. Yeni təfəkkür ixtira etmək məqsədi ilə mədəni sahələrdəki inkişafı;

3. Xüsusi mənada “qüdrət istehsalı” kimi yad edilən siyasi sahələrdəki inkişaf.

Diqqət yetirilməlidir ki, bu üç sahədə: iqtisadi, siyasi və mədəni sahələrdə təhlükəsizlik bərqərar olmadan heç bir şey ixtira edilə bilməz. Buna görə də təhlükəsizliyin varlığı – ən aşağı səviyyədə olsa belə, zəruridir. İslam ölkələrində təhlükəsizlik sayəsində mədəniyyət yaradılmasının tarixi bu mənayadır ki, onların fikir və əndişə, sərvət və sərmayə, habelə qüdrət istehsal etməyə bacarıqları var idi. Əks halda, heç bir mədəniyyət formalaşa bilməzdi. Mədəniyyətin icad edilməsi də çox yüksək səviyyəli təhlükəsizliyin – təhlükəsizlik nəzəriyyələrindən əldə olunan əsasda – bərqərar edilməsi ilə sıx əlaqədardır. Müxtəlif dini, fəlsəfi, irfanı və s. elmlər olmayınca təbii olaraq təhlükəsizlik nəzəriyyələri də formalaşmaz və bunun ardınca mədəniyyət yaradan icrası təşkilatlar və qurumlar da vücuda gəlməz. Bu izahla görək əsas etibarı ilə mədəniyyət nədir və hansı təriflərə malikdir.

“Mədəniyyət” ərəb sözüdür və onun kökü مُدُن “modon” kəlməsidir, mənası da “şəhər həyatını qəbul etmək”, “şəhərlilərin əxlaq, adət-ənənələri ilə ünsiyyətdə olmaq”, “ictimai sahələrdə qanun, nəzm-inzibatı qəbul etmək”, “cəmiyyət üzvlərinin müxtəlif ictimai, siyasi, iqtisadi, mədəni və s. sahələrdə bir-biri ilə qarşılıqlı əlaqəsi”ndən ibarətdir. [1] Digər kitablarda da mədəniyyətə belə tərif verilir: “Şəhərdə yaşayan əhalinin əxlaqı ilə ünsiyyətdə olmaq, cəhalət və nadanlıqdan insaniyyətə doğru irəliləmək.” [2]

Böyük Fransa alimlərindən biri olan Vill Dorant mədəniyyətin tərifində yazır: “Mədəniyyət – özünün külli formasında ictimai bir nizam-intizama deyilir. Onun vücuda gəlməsi nəticəsində mədəni xəllaqiyyətlər, yaradıcılıqlar mümkün olur, qüvvəyə minib hərəkətə başlayır. Mədəniyyətdə aşağıdakı dörd əsas ünsür vardır: iqtisadi işlərdə ehtiyat və irəlicədən proqnoz vermək, siyasi təşkilatçılıq, əxlaqi sünnətlər, incəsənətin genişləndirilməsi və mərifət (agahlıq) yolunda fəaliyyət. O zaman bir mədəniyyət yarana bilər ki, hərc-mərcliyə son qoyulsun, təhlükəsizlik bərqərar edilsin. Çünki yalnız qorxu aradan qalxan zaman ixtiraçılığa ehtiyac hiss olunur və bunun ardınca insanlardakı axtarışçılıq hisləri fəaliyyətə başlayır, insan özünü təbii olaraq elm və mərifət kəsb etməyə, daha yaxşı, üstün, firavan həyat qurmaq üçün vasitələrin hazırlanmasına sövq edən bir instinktə (qərizəyə) təslim edir.” [3]

 

Mədəniyyətin təşkiledici əsasları

Bir mədəniyyətin təşkilində müxtəlif ünsürlər təsir qoyur. O cümlədən:

Elm

Elm – mədəniyyətin formalaşmasının əsas sütunu və örtüyüdür. İslamda ona çox ciddi dəyər verilir və Quranda bu barədə çoxlu təkid olunur:

قُلْ هَلْ یسْتَوِی الَّذِینَ یعْلَمُونَ وَ الَّذِینَ لا یعْلَمُون

“De: bilənlərlə (elm sahibləri ilə) bilməyənlər (cahillər, elmsizlər) eyni səviyyədə ola bilərmi?!” [4]

Rəvayətlərdə də bu mövzuya çox toxunulmuşdur. İmam Əli (əleyhis-salam) buyurur: “Ey insanlar! Bilin və agah olun! Din o zaman düzgün və kamal (həddində) olur ki, öz elminizi icra (tətbiq) edəsiniz. Agah olun! Elm əldə etmək mal-dövlət qazanmaqdan daha vacibdir.” [5]

Nəzm-inzibat

Nəzm-inzibat – yəni hər şeyin özünə münasib və məxsus olan yerində qoyulması, səliqəyə salınması. Bu halda bir məcmuədə icad olunan uyğunluq və bağlılıq onu müştərək hədəflərə doğru sövq edir. Əvvəldən axıra qədər göndərilən bütün peyğəmbərlər fərdi və ictimai qayda-qanunların yaradılmasına dair çox bəyanlar vermişlər. Belə qayda-qanunlar insanların özü, ailəsi, yaşadığı cəmiyyət, insan növləri, ətraf mühit və hakimlərlə əlaqədar vəzifələrini bəyan edir. Bu məsələ də mədəniyyətin formalaşması və təşkil edilməsində özünəməxsus rol ifa edir.

Təhlükəsizlik

Təhlükəsizlik – hökumət, dövlət, qanun və nəzm-inzibat sayəsində hasil olan asayiş və rahatlıq hissindən ibarətdir. Bu ünsür hasil olmayınca mədəniyyətin vücuda gəlməsi qeyri-mümkün olur. Qurani-kərimdə iqtisadi, maddi, ruhi və s. sahələrdə təhlükəsizliklə əlaqədar çoxlu ayələr vardır. O cümlədən qisasın, oğruluğun hökmlərini, möminlərin abır-heysiyyət və namuslarının qorunmasının vacibliyini göstərən ayələr və s. ictimai təhlükəsizlik və asayişə zəmanət verən möhkəm qanunlardır.

Vəhdət, qarşılıqlı həmkarlıq

Mədəniyyətlərin inkişafında bu ünsür çox böyük yol ifa edir. Belə ki, əgər insanlar arasında qarşılıqlı həmkarlıq aradan götürülsə, cəmiyyət parçalanar, bədəvilik dövrünə gedib çıxar. Mədəniyyət məhz qanuna iltizamlı olan və əməl edən cəmiyyətin sayəsində vücuda gəlir, təfriqə isə bədəvilik ünsürlərindən qaynaqlanır. Quran möminləri vəhdətə, həmrəyliyə, ilahi hakimlərin rəhbərliyinə dəvət edir və onun sayəsində insanları təfriqədən, pərakəndəlikdən uzaq saxlayır ki, mütərəqqi və inkişaf etmiş bir cəmiyyətə nail olsunlar:

وَ اعْتَصِمُوا بِحَبْلِ اللّهِ جَمِیعاً وَ لا تَفَرَّقُوا

“Hamılıqla Allah ipinə (Quran, İslam və hər növ vəhdət vasitəsinə) sarılın və pərakəndə vəziyyətə düşməyin!” [6]

Yuxarıda sadalanan amillərlə eyni zamanda digər amillərə də işarə etmək olar. O cümlədən nisbi rifah və firavanlıq, tayfa və qohum-qəbilə təəssüblərindən uzaq və daha yüksəkdə olan məramlar, gözəl əxlaq, səbirli və helmli olmaq və s. Bunlar da mədəniyyətin yaranmasında rol ifa edir. Yuxarıdakı amillərə diqqət yetirməklə demək olar ki, bu ünsürlər olmadan heç bir mədəniyyəti təvəqqe etməməliyik. Hər kəs İslam dinində azacıq tədqiqat aparsa, başa düşər ki, bu din həm Quran ayələrində, həm rəvayətlərdə, həm də məsumların (əleyhimus-salam) sirə və davranışlarında mədəniyyət yaradan ünsürlərə çoxlu təkidlər etmişdir. Belə ki, elə bir din tapmaq olar ki, yuxarıdakı ünsürlər barəsində bu qədər təkid etmiş olsun.

İslami təfəkkür mənbələrinə, yəni Qurani-kərim, həzrət Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in və məsum imamların (əleyhimus-salam) sözlərinə azacıq diqqət yetirməklə başa düşmək olar ki, Allah və Onun övliyaları təkcə möminləri deyil, hətta kafirləri, müşrikləri və digər din ardıcılarını da öz əql qüvvələrindən istifadə etməyə dəvət etmişdir. Allah-taala möminlərin kor-koranə iman gətirmələrini istəmir, imanın sütunu olan tövhidi də əqli və elm sayəsində mümkün bilir. [7]

Hazırkı dünya mədəniyyəti tarix boyu müxtəlif dünya xalqlarının yorulmaz səylərinin nəticəsidir. Bu yeni mədəniyyətin vücuda gəlməsində İslamın rolu çox qabarıqdır. Çünki İslam elm, mədəniyyət və ibtidai texnologiyanı icad etməkdən əlavə, bunları qərbə də nəql etdirmişdir. Ümumi şəkildə, elm və mədəniyyətin İslamdan qərbə nəql olunması üç yolla baş vermişdir:

1. Müsəlmanların İspaniya, İtaliya ölkələri ilə qarşılıqlı əlaqəli, habelə səlib yürüşləri nəticəsində onların İslam dünyasının müxtəlif yerlərində, İslam ölkələri sərhədlərində və ondan kənarlarda İslam mədəniyyəti ilə tanış olması;

2. Ərəb dilində yazılan kitabların müxtəlif Avropa dillərinə tərcümə olunması; bu da 5-7ci hicri əsrlərində baş verən “ərəbcədən latına tərcümə” hərəkatı ilə qeyd olunur.

3. Ərəb kitablarından tədris və istifadə;

Müsəlman alimləri tərəfindən qələmə alınan kitablar tərcümə edilərək Avropanın elmi mərkəzlərində tədris və istifadə edilirdi.

4. Məsihilərin müsəlmanlarla qaynayıb-qarışması, onlarla evlənib ictimai münasibətlər qurması və sair kimi işlər məsihilərin müsəlmanların paltar geyimi, adət-ənənələri və sair ilə əlaqədar təqlid etmələrinə səbəb olmuşdur. [8]

Müsəlmanlar İslamın köklü və əsil ünsürlərindən ilham almaqla, öz əvvəlki mədəni miraslarından bəhrələnməklə Yunanıstan, Misir, Roma, İran, Hindistan, Mesapatomiya, Çin və sair ölkələrdə də İslami mədəniyyətin əsaslarını qoydular. Bu mədəniyyət sonrakı dövrlərdə o qədər ciddi şəkildə irəliləyib genişləndi və təkamülə çatdı ki, təqribən səkkiz əsr ərzində bütün xalqların ideoloji rəhbərliyini müsəlmanlar öhdələrinə aldılar. Bu uzun müddətli zaman ərzində müsəlmanlar iki növ rol ifa edirdilər: bir tərəfdən keçmiş xalqların dəyərli mədəni-miraslarını İslam dünyasına nəql etdirməklə nəinki onları unudulmaq və məhv olmaqdan xilas etdilər, üstəlik onların təfəkkürlərini tərcümə, islah və təkmil etməklə keçmiş elmlərin bir çoxunu kamala çatdırdılar. Digər tərəfdən, bəzi yeni elmlərin əsasını qoydular: o cümlədən praktiki kimya, yeni fizika, cəbr, həndəsə, geologiya, zoologiya, sosiologiya, tarix fəlsəfəsi və s. əldə etdilər. Məsələn, Cabir ibni Həyyan və Zəkəriyya Razi kimya elmini onun qədimi mənasından çıxardaraq laboratoriyalarda tədqiq etməyə başladılar. İbni Heysəm fizika elmində “nurun (işığın)  tanınması” ixtisasının əsasını qoydu. Xarəzmi cəbr elminin əsasını qoymaqla nəinki öz adını əbədiləşdirdi, üstəlik bəşəriyyət dünyasına da böyük bir xidmət etdi. İbni Xəldun tarixi mövzuların təhlil və tədqiqində yeni üslubun əsasını qoydu və həqiqətdə hazırkı sosiologiya elminin və tarixin əsasına qoydu. Məhz bundan sonra İslam mədəniyyəti Avropaya və sair dünya ölkələrinə təsir qoydu və o xalqları da ayıltdı. [9]

Qeyd olunan hallardan əlavə, digər müxtəlif elmlər də müsəlmanların tərəfindən genişləndirilmiş, yaxud onların özü bu elmlərin əsasını qoymuşlar və bu da hazırkı qərb dünyasının mədəniyyətində özünəməxsus rol ifa etmişdir. Müsəlmanlar xüsusilə tibb elminin yaradılıb inkişaf etməsində çox mühüm rol ifa etmişlər. Göz həkimliyi, cərrahlıq, psixologiya müsəlmanların tərəfindən geniş şəkildə yayılmış həkimliyin bir qolu hesab olunur. Müsəlman həkimlərinin elmi əsərləri yüzlərlə il Avropanın ali tibb məktəblərində tədris olunurdu. Onlar yeni həkimlərin tərbiyə olunmasında İbni Sina kimi böyük alimlərin əsərlərindən istifadə və bu müsəlman həkimi ilə iftixar edirdilər.

Kimya və fizika kimi elmlərdə də qərb mədəniyyəti İslam mədəniyyətinə borcludur. Bu elmin səmasındakı parlaq ulduzlar, o cümlədən Cabir ibni Həyyan, İbni Meysəm, Zəkəriyya Razı və s.nin adları hələ də parlamaqdadır.

Qeyd etmək lazımdır ki, hazırkı dövrdə “İslam mədəniyyəti” adı ilə qeyd olunan şeylərin çoxu həqiqətdə İslamın külli təlimlərindən əldə olunan müsəlman mədəniyyətidir. Buna əsasən, sadalanan bu halların hamısını İslam mədəniyyəti ünvanı ilə müqəddəs hesab etmək olmaz.

Əlaqədar görünüşlər:

“Din və mədəniyyət”, sual 10756 (sayt 10668)

“Din və mədəniyyət”, sual 10272 (sayt 12191)



[1]   “Deh Xuda”, “Muin”, “Əmid” lüğətləri, “modon” kəlməsi

[2] Ərəb-fars lüğəti, səh. 2858, “modon” kəlməsi

[3] Vill Dorant, “Sivilizasiyalar tarixi”, Əhməd Aramın tərcüməsi, 1-ci cild, səh. 3, “İnqilabi islami” nəşriyyatı, 4-cü çap, 1372-ci il

[4] “Zümər” surəsi, ayə: 9

[5] Kuleyni, “Üsuli-kafi”, 1-ci bab, hədis 4

[6] “Ali-İmran” surəsi, ayə: 113

“Bəşər mədəniyyətinin inkişafında peyğəmbərlərin rolları”, məqalə, Məhərrəmi, Qulam-Hüseyn: www.tebyan-zn.ir

[7] Vilayəti, Əli Əkbər, “Puyaiye fərhəng və təməddüni İslam və İran”, 1-ci cild, Xarici İşlər Nazirliyinin nəşr və çap mərkəzi, Tehran, 1382

[8] Yenə orada, səh. 231

[9] Məhəmmədi, Zikrullah, “Tarixi intibahda İslam mədəniyyətinin rolu”, “İmam Xomeyni (rəhmətullahi əleyh)” adına beynəlxalq universitetinin nəşri, 1373-cü il

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • İnsanın pisliyə doğru meyli Allah-taalanın istəyidirmi?
    6008 Qədim kəlam 2011/08/23
    SualolunmuşayəTəkvirsurəsinin 29-cuayəsivəDəhrsurəsinin 30-cuayəsininbirqismətidir
  • Axirət aləmində cismi dəyişikliklərdən əlavə ruhi vəziyyətdə (sadizmin cinsi meyli kimi) dəyişiləcəkmi?
    5477 Qədim kəlam 2012/03/11
    Quran ayələrindən alınan nəticə budur ki, ruhi dəyişikliklər behişt əhli üçün baş verəcək və onların ruhi xəstəliklərinin çoxu müalicə olunacaq. Həmçinin insanın axirətdə mənəvi inkişafını nəzərə alaraq bu dünyada onun arxasınca olduğu, rəzilliyə səbəb olan istəklərdən çoxu orda olmayacaq və nəfsani istəklərindən daha uca ləzzətlərə yetişəcək. ...
  • İslam dini elm və dinin uzlaşmamasını necə həll edir?
    8897 Təzə kəlam 2011/06/27
    Elm və dinin uzlaşmaması mövzusu zristianlıqdan İslam dininə daxil olan bir mövzudur. Müqəddəs İslam dinində bu məsələnin həlli üçün aşağıdakı qeydlərə diqqət yetirmək lazımdır. 1.     Dindən hər hansı bir nəticəni almaq üçün ilkin ...
  • Динләрин сонунҹусу неҹә диндир?
    7844 Təzə kəlam 2009/06/18
    Бу суалын хүласә ҹавабы јохдур. Изаһлы ҹавабы сечин. ...
  • Fəqih və kəlam alimlərinin panteism nəzəriyyəsi ilə müxalifət etmələrinin səbəbi nədir?
    7725 İrfan 2010/11/08
    1.       "Panteism" İrfanda ən əsaslı mənalardandır. İrfan məktəbində, məsələn İbn Ərəbi məktəbində, əsasların əsası sayılır. Bu əsasa istinadən, vücudun vahid və əzəli bir həqiqəti var. O Allahdan qeyrisi deyil. Ondan qeyrisində vücud həqiqi deyil. Gözə çarpan hər şey, əslində, ...
  • Kilsədə namaz qılıb, Allaha ibadət etmək olarmı?
    9863 Nizamlar hüquq və əhkam 2012/05/19
    Kilsəyə daxil olmağın eybi yoxdur. Əks halda əgər bir müsəlman şəxsin oraya daxil olması kilsəyə meylin artmasına səbəb olarsa yaxud müsəlman oraya getməklə onun etiqadı sarsılarsa və yoldan kənara çıxmaqa səbəb olarsa, ağıl və şəriət hökm verir ki, müsəlman məscidə meylin azalmasına səbəb olacaq hərəkətlər etməsin. Həmçinin ...
  • "Əhli-beyt" kimə deyilir?
    20456 İslam fəlsəfəsi 2011/06/28
    "Əhli-beyt" kəlməsi Quran, hədis və ilahiyyat termini olub, İslam peyğəmbərinin (s) ailəsi mənasındadır. Bu termin məlum (əhli-beyt) mənada Quranın "təthir" ayəsində; yəni "Əhzab" surəsinin 33-cü ayəsində istifadə olunmuşdur.«انما یرید الله لیذهب عنکم الرجس اهل البیت و یطهرکم تطهیرا» Şiə təfsirçilərinin hamısı, həmçinin əhli-sünnə təfsirçilərinin əksəriyyəti – şahidlərə, qərinələrə ...
  • İmam Hüseynin (ə) surəsi hansıdır?
    12567 Təfsir 2011/10/31
    Mübarək fəcr surəsi İmam Hüseyn (ə) surəsi kimi məşhurdur.[1] İmam Sadiq (ə) buyurur: Fəcr surəsini hər vacib və müstəhəb namazda qılın ki, Hüseynin (ə) surəsidir. Hər kəs bu surəni oxuyarsa, qiyamətdə Hüseyn bin Əliylə (ə) onun birinci dərəcəsində cənnətdə olacaq.[2] Bu surənin axırıncı hissələrində, aram ...
  • İşlədiyim bir müəssisədən öz haqqımı almaq üçün nə etməliyəm?
    6020 Əməli əxlaq 2011/06/18
    Şiə fiqhinin ən mühüm bəhslərindən biri də fəhlə və işçi tərəfin hüququ məsələsidir ki, icarə (etmək haqqı) və cüalə kitablarında bəhs olunmuş və onun hökümləri (bir halda ki, qarşılıqlı heç bir tərəfin haqqı digərində qalmasın) açıqlanmışdır. İlk şey ki, ona təkid olunmuşdur, "Müqavilənin" yazılması və fəhlənin əmək ...
  • Allahın sevimlisi olağın yolları.
    8403 Əməli əxlaq 2010/09/27
    Allaha dostluq, iki formada təsəvvür olunur:1. bəndələrin Allahla dostluğu və allahın sevimli olmaları.2. Allahın bəndələrlə dostluğu və onun sevimlisi olmaları. Bizim sualımız ikinci formaya aiddir. Əlbəttə varlıq aləminin bütün mövcudları allahın əsəri və məxlüqları olduqlarına görə, onun sevimlisidirlər. Amma ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162871 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154922 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117746 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109681 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98781 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91290 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53340 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45201 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43710 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42874 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...