Baxanların
5983
İnternetə qoyma tarixi: 2012/02/07
Saytın kodu fa17780 Arxiv kodu 21467
Dəstə Təfsir
Sualın xülasəsi
«فَمَنِ اعْتَدَى بَعْدَ ذَلِکَ فَلَهُ عَذَابٌ أَلِیمٌ» ayəsində «فمن اعتدی» sözündən məqsəd və bu əzab vədəsinin illəti nədir?
Sual
«فَمَنِ اعْتَدَى بَعْدَ ذَلِکَ فَلَهُ عَذَابٌ أَلِیمٌ» ayəsində «فمن اعتدی» sözündən məqsəd və bu əzab vədəsinin illəti nədir?
Qısa cavab

Həcc hökmlərindən biri də, ehram halında ovun haram olmasıdır ki, Maidə surəsinin 94- dən 96- cı ayəsinə kimi bu mövzuya yəni ehram halında səhrada və dənizdə ov etməyin haram olmasını bildirir, təcavüz mənasını açıqlamamışdan əvvəl demək lazımdır ki: Ehram halında ovun haram olmasının fəlsəfəsi bu cəhətdəndir ki, insanı maddi dünyadan ayırıb mənəviyyat dolu bir mühitə qərq edir. Maddi həyat, döyüş və müharibə, kin- küdrət, cinsi istəklər və maddi ləzzətlər tamamıyla həcc mərasimində kənar edilir və insan bir növ Allahın razılığına əl qoyur.

Bu cür dərk etmək olar ki, ehram halında da ovun haram olması bu cəhətdən olsun.[1] Bu hökm o qədər dəqiq sadir olmuşdur ki, nəin ki, yalnız heyvanların ovu, hətta ovu göstərmək və yolgöstərmək belə haram elan olunmuşdur.

O cür ki, rəvayətlərdə gəlmişdir, İmam Sadiq (ə) öz əshablarından birinə buyurur: Heç vaxt ehram halında istər hərəmdə istərsə də hərəmdən kənar, ovu halal bilmə.

Yenə əgər ehram bağlamamısan hərəmdə ov etməyə haqqın yoxdur, o cümlədən ovu ehram olan və olmayan şəxsə göstərmə ki, ov etsin, hətta o ovu göstərmə ki, sənin üzündən ovu halal hesab edər; çünki bu işi bilərəkdən edən şəxsin kəffarə verməsinə səbəb olur.[2]

Buna əsasən «من اعتدی» sözündən məqsəd budur ki, hər kəs bu hökmdən sonra (ovun haram olması) Allah hökmündən təcavüz edib ov etsə, müddətli əzaba düçar olacaqdır. Bunun üçün də, bu əzabın illəti Allahın hökmündən boyun qaçırmaqdır və əzabdan məqsədisə, axirətdə cəhənnəm əzabıdır və yenə mümkündür ki, dünya çətinlikləri olsun.[3] Çünki günahı təkrar edib onda payidar olmaq daha çox qorxulu və sonda ağır nəticəsi vardır.

Bu sualın ətraflı cavabı yoxdur.



[1] - Bax: Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, cild 5, səh 88- 89. Darul- kitab əl- İslamiyyə, Tehran.

[2] - Hürr Amuli, Vəsailüş- şiə, cild 5, səh 75, Alul- beyt müəssisəsi. Qum 1409, hicri qəməri.

«عَنْ أَبِی عَبْدِ اللَّهِ ع قَالَ لَا تَسْتَحِلَّنَّ شَیْئاً مِنَ الصَّیْدِ وَ أَنْتَ حَرَامٌ وَ لَا وَ أَنْتَ حَلَالٌ فِی الْحَرَمِ وَ لَا تَدُلَّنَّ عَلَیْهِ مُحِلًّا وَ لَا مُحْرِماً فَیَصْطَادُوهُ وَ لَا تُشِرْ إِلَیْهِ فَیُسْتَحَلَّ مِنْ أَجْلِکَ فَإِنَّ فِیهِ فِدَاءً لِمَنْ تَعَمَّدَهُ»

[3] - Ravəndi, Qutubuddin, Fiqhul Quran fi şərhi ayatil əhkam, cild 1, səh 306, Ayətullah Mərəşi Nəcəfinin kitabxanası, Qum 1405 hicri qəməri.

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.
Başqa dillərdə Q tərcümələr