Ətraflı axtarış
Baxanların
7969
İnternetə qoyma tarixi: 2010/09/29
Sualın xülasəsi
Һәзрәт Мусанын (әлејһиссалам) өзүнүн әзәмәтли пејғәмбәрләрдән олмасыны нәзәрә алсаг нә сәбәбә Хызыр пејғәмбәрдән (әлејһиссалам) елм өјрәнир?
Sual
Нәјә ҝөрә Мусанын (әлејһиссалам) Хызыр пејғәмбәрлә (әлејһиссалам) һекајәтиндә Һәзрәт Хызыр (әлејһиссалам) елә мәсәләләри билир ки, Һәзрәт Мусанын (әлејһиссалам) әзәмәтли пејғәмбәрләрдән олмасына бахмајараг онлардан хәбәри олмур? Һалбуки, Хызыр (әлејһиссалам) әзәмәтли пејғәмбәрләрдән дејилдир!
Qısa cavab
Бу суалын хүласә ҹавабы јохдур. Изаһлы ҹавабы сечин.
Ətreaflı cavab

Һәзрәт  Мусанын (әлејһиссалам) әзәмәтли (Улул-әзм) вә шәриәт ҝәтирән пејғәмбәрләрдән олмасына бахмајараг, Һәзрәт  Хызыр васитәси илә нәји исә өјрәнмәси вә с.. һеч дә онун мәгам вә елминин нөгсанына дәлаләт етмир. Чүнки:

1. Һәзрәт  Муса пејғәмбәрлә (әлејһиссалам) Хызырын (әлејһиссалам) илк ҝөрүшүндә, Хызыр (әлејһиссалам) Мусанын (әлејһиссалам) саламынын ҹавабында она белә бујурур: “Салам олсун сәнә, еј бәни Исраилин алими!”[1] Бунунла дә Хызыр (әлејһиссалам) Мусанын (әлејһиссалам) елми мәгам вә дәрәҹәсинә ачыгҹа етираф едир.

2. Бәзи рәвајәтләрә әсасән, о ҹүмләдән, имам Садигдән (әлејһиссалам) нәгл олунмуш рәвајәтдә Һәзрәт Муса (әлејһиссалам) Тур дағында мүгәддәс сәмави лөвһәләр алдыгдан сонра белә дүшүнүр ки, бүтүн елмләр вә биликләр она бу лөвһәләриндә назил олмуш вә о зәманәсинин ән биликли шәхсидир.[2] Аллаһ-таала өз һикмәти әсасында, Мусаја (әлејһиссалам) баша салмаг истәјир ки, белә тәсәввүрү зеһниндән чыхартсын. Бу ҹәһәтдән мүәммалы шәкилдә Мусаны (әлејһиссалам) елә бир һадисә илә үзләшдирир ки, зеһниндә олан белә тәфәккүрү вә ҝүманы ислаһ еләсин.

3. Һәзрәт   Хызырын (әлејһиссалам) бәзи гејби мәсәләләрә елми вар иди. Амма үмуми шәкилдә Һәзрәт Хызырын (әлејһиссалам) елми Мусанын (әлејһиссалам) елминдән аз иди вә бу әзәмәт саһиби олан пејғәмбәрин елми Хызырын (әлејһиссалам) елминдән чох олуб. Она ҝөрә дә имам Садиг (әлејһиссалам) Һәзрәт Мусанын (әлејһиссалам) елмини Хызырын (әлејһиссалам) елминдән чох олдуғуну ачыглајыр.[3]

Башга сөзлә десәк, Һәзрәт Муса (әлејһиссалам) вә Хызырын (әлејһиссалам) һаггында олан ајә вә рәвајәтләрдән мәлум олур ки, Һәзрәт Хызырын (әлејһиссалам) инсанларын һәјатына, варлыг аләминә вә һәгигәтләрә аид елә елми вар иди ки, илаһи рәһмәт вә хүсуси вилајәт әсасында Аллаһ-таала тәрәфиндән јалныз она әта олунмушдур. Бу елмин Һәзрәт Мусанын (әлејһиссалам) шәриәтиндә дәхаләти олмамыш вә Мусанын (әлејһиссалам) Хызырын (әлејһиссалам) әмәлләринә етиразы ҝәтирдији шәриәтин заһири һөкмләринә әсасән олуб. Бу ҹәһәтдән Аллаһ-таала өз пејғәмбәрини бәзи гејби елмләр вә һәгигәтләрлә таныш едир вә бу ачыгламаны өз салеһ бәндәләриндән биринин васитәси илә Мусаја (әлејһиссалам) чатдырыр.[4]

4. Һәзрәт Хызырын (әлејһиссалам) елминин мәншәји Һәзрәт Мусанын (әлејһиссалам) елминин мәншәји илә ејнидир. Јәни, һәр икиси илаһи тәлимләр вә Аллаһ-таала тәрәфиндән олан вәһј илә олмушдур. Бу ҹәһәтдән һансыса мәсәләләрдә Һәзрәт Хызырын (әлејһиссалам) мәлуматынын Мусанын (әлејһиссалам) мәлуматындан чох олмасы онун үчүн мүстәгил үстүнлүк һесаб олунмур. Чүнки, бу елмләрин вә биликләрин һамысы Аллаһ-таала тәрәфиндәндир.

5. Бүтүн гејд олунанлары нәзәрә алараг белә нәтиҹәјә ҝәлмәк олар ки, бәзи илаһи сирләрин Һәзрәт Хызыр (әлејһиссалам) васитәсилә Мусаја (әлејһиссалам) өјрәдилмәси Хызыр пејғәмбәрдән (әлејһиссалам) өтрү фәзиләт сајылмасындан габаг, Һәзрәт Мусанын (әлејһиссалам) бу илаһи елмә руһи һазырлығы вә зати ләјагәтидир ки, бунунла да Аллаһ-таала ону билмәдикләринә аҝаһ едир. Әлбәттә, белә бир илаһи фејзин вә рәһмәтин алынмасынын өзү хүсуси (батини вә хариҹи) сәбәб вә шәраитә еһтијаҹлыдыр. Һәзрәт Муса (әлејһиссалам) үчүн бу сәбәб хариҹдә Һәзрәт Хызыр (әлејһиссалам) васитәси илә һазыр олду вә о да будур ки, Хызыр (әлејһиссалам) ачыгҹасына етираф едир ки, ҝөрдүјү бүтүн бунлар Аллаһ-тааланын ирадәси вә Онун тәрәфиндән мәним васитәмлә ачыгланмыш һәгигәтләрдир.[5]



[1] Фејз Кашани, Тәфсир Сафи, ҹ.3; сәһ.251; Биһарул-Әнвар, ҹ.13; сәһ.278 вә 286.

[2] Тәфсир Сафи, ҹ.3; сәһ.252; Биһарул-Әнвар, ҹ.13; сәһ.278 вә 286.

[3] Тәфсир Сафи, ҹ.3; сәһ.252; Биһарул-Әнвар, ҹ.13; сәһ.303 вә 309.

[4] Кәһф сурәси, 65.

[5] Тәфсир Сафи, ҹ.3; сәһ.257.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Şeytan və cinin, gücü və qüdrəti nə qədərdir və hansı həddə insan üçün narahatçılıq yarada bilir?
    21492 Qədim kəlam 2010/11/08
     Şeytan və cin kəlməsi dəfələrlə və bir çox yerdə Qurani- kərimdə zikr olunmuş və cin surəsi nazil olmuşdur. Şeytan (ümumi) bir addır ki, hər bir azdırıcı məxluqa, istər insan olsun istərsə də insandan başqa ...
  • Aya İslam peyğəmbəri (s) və imamlar dövründə Azərbaycan adı və məntəqəsi olmuşdur ki, İmam zamanınm zühuru vaxtında Azərbaycanda olan hadisələr barədə rəvyətlər var?
    19315 Məlanların tarixi 2013/12/25
    O dövürdə Azərbaycan adı və məntəqəsi olmuşdur; əlbətdə o cür deyil ki, yalnız bu cür rəvayətlərdə işarə olunsun, bəlkə digər rəvayətlərdə və müxtəlif mövzularda «Azərbaycan» adı münasibətiylə qeyd olunmuşdur. Dünya coğrafiya və tariximənbələrinə müraciət etsək məlum olur ki, bu ad tarixi bir addır ki, İran Azərbaycanına şamil ...
  • Bəşərin atası olan həzrət Adəmin yaranmasından neçə il keçir?
    10108 تاريخ بزرگان 2011/05/09
    Qurani- kərimdə bu barədə açıq bir şey yoxdur. Amma tarix kitablarında yazılıbdır ki, Adəmin yaranması təxminən altı ya yeddi min il bundan qabaq olubdur. Əlbəttə bu məsələnin, bəşər növünün milyonlar il qabağa aid olması barəsində olan alimlərin fikri ilə heç bir ziddiyyəti yoxdur. Yəni həzrət Adəmin nəslindən qabaq minlərlə insan ...
  • Ləvatdan məqsəd nədir?
    9998 Nizamlar hüquq və əhkam 2012/10/01
    Ləvat yəni, bir kişinin aləti digər bir kişiyə daxil olmasına deyilir.[1] Bu ən böyük günahlardandır ki, Allah- Taala Quranda, Lut qövmünün bu günahıları ücün əzaba dücar olduqlarını xəbər verir.[2] Böyük günahlardan sayılan bir günahdır ki. Rəvayətlərdə ondan “Allaha küfr” etmək kimi ...
  • Adətən, tərkibində bir qədər spirt olan ağız yuyucu maddələrin hökmü nədir?
    5804 Nizamlar hüquq və əhkam 2011/09/12
    Əslində və zatən məstedici mayelərdən olub-olmaması məlum olmayan spirtlərin[1] paklığına hökm olunur. Onun alveri, onunla qarışmış mayelərdən istifadə etməyin (udmamaq şərti ilə) işkalı yoxdur.[2]
  • Rükunun müstəhəb və məkruhlarının adlarını çəkin?
    4677 Ruku 2015/04/16
    A: Namaz qılan şəxsə rüku halında aşağıdakı əməllər müstəbdir: Rükuya əyilən halda “Allahu Əkbər” demək. Rüku halında dizlərini arxaya aparsın və önə gətirməsin. Öz arxasını düz saxlasın. Elə şəkildə olsun ki, əgər bir damla su tökülərsə, öz yerində qalsın. (axmasın)
  • Динин сијасәтлә ујғунлуғу вармы?
    6614 Təzə kəlam 2009/11/10
    Илаһи тәрәфиндән ҝөндәрилән дин дүнјанын сонуна гәдәр бәшәријјәтә сәадәт јолуну зәманәт верир. Бу о демәкдир ки, онун ҹәмијјәтин әсасыны тәшкил едән дөвләт вә гурулуша биҝанә јанашмасы гејри-мүмкүндүр. Имам Рза (ә) ислами дөвләтин зәрурилији һагда бујурур: “Биз тарихдә елә бир күтлә вә ја милләт ...
  • Axirət aləmində cismi dəyişikliklərdən əlavə ruhi vəziyyətdə (sadizmin cinsi meyli kimi) dəyişiləcəkmi?
    5477 Qədim kəlam 2012/03/11
    Quran ayələrindən alınan nəticə budur ki, ruhi dəyişikliklər behişt əhli üçün baş verəcək və onların ruhi xəstəliklərinin çoxu müalicə olunacaq. Həmçinin insanın axirətdə mənəvi inkişafını nəzərə alaraq bu dünyada onun arxasınca olduğu, rəzilliyə səbəb olan istəklərdən çoxu orda olmayacaq və nəfsani istəklərindən daha uca ləzzətlərə yetişəcək. ...
  • Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in nübüvvətə seçilməsindən sonra şeytanların və cinlərin qeybi xəbərlərlə əlaqəsinin kəsilməsi necə olmuşdur?
    5586 Qədim kəlam 2012/03/14
    Rəvayətlərə uyğun olaraq tarix boyu kahinlik və nübüvvət bir-birinə tamamilə zidd olan istiqamətlərdə hərəkət etmişdir. Şeytanlar xüsusi və məhdud qeybi məlumatları öz pərəstişkarlarına xəbər verirdilər. Peyğəmbərlərin göndərilməsi ilə onlar tədrici olaraq asimanlardan qovulurdular. İslam Peyğəmbərinin dövründə və Quranının həqiqətinin asimandan nazil olunması ilə eyni zamandan bütün asimanlardan ...
  • Nəzərdən qorunmağın yolları hansılardır?
    8177 Əməli əxlaq 2012/10/03
    Quran nəzər və pis göz barəsində olan bir həqiqıti qəbul etmiş və muxtəlif numunələrdə ona işarə etmişdir. Quran tarixində də kecmiş tayfalarda xəbər verməsidə bu məsələni təyin edir. Bu gün alimlər inanırlar ki, bəzi insanlar məxsus ruhiyyəyə malikdirlər ki, nəyinki onu üz yerində hərəkət etdirir bəlkə lazer ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162872 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154928 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117747 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109685 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98783 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91290 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53341 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45209 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43711 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42875 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...