Ətraflı axtarış
Baxanların
8405
İnternetə qoyma tarixi: 2011/03/06
Sualın xülasəsi
Həzrət Adəm (əleyhis-salam) günaha düçar oldumu? Məgər peyğəmbərlər günah və xətadan uzaq deyildirlərmi?
Sual
Həzrət Adəm (əleyhis-salam) günaha düçar olmuşdumu? Məgər peyğəmbərlər günah və xətadan uzaq deyildirlərmi?
Qısa cavab

Cavabın aydın olması üçün aşağıdakı məsələləri bəyan etmək zəruridir:

1. İlahi peyğəmbərlər və vəsilər varlıq aləmində təkvini (təbii) və ruhi baxımdan çox yüksək bir məqama malikdirlər. Onlar Allah-taalanın cəlal və camal ayələrinin, ilahi-qeybi nurlarının tam təzahürləridirlər. Onların ruhlarının xilqəti və bədənlərinin quruluşu Allahın cəlal və camalının qüdrət əli ilə yoğurulmuş, qeyb aləmində əsma və sifətlərin həqiqətlərini kəsb etmişlər. Onlar həmişə Allah-taalanın vilayət hüdudlarında olmuş, özlərini Onun hüzurunda görmüşlər. Peyğəmbərlərin və vəsilərin bu kimi məqam və mənzilətləri onların vücud aləmində mütləq (hər bir cəhətdən) ismətlərinə (günahsızlıqlarına) səbəb olmuş və məhz bu ismət onlardan günah baş verməsinin qarşısını almışdır. Bununla eyni zamanda onların günah işə düşmə ixtiyarı, eləcə də günah işə qüdrət və imkanları onlardan alınmamışdır.

2. Peyğəmbərlərin isməti ilə əlaqədar İslam alimləri arasında müxtəlif nəzəriyyələr mövcuddur. Misal üçün, bəzi alimlər demişlər ki, onlar yalnız böyük günahları görmürlər, lakin kiçik günahları görmək onlar üçün caizdir. Başqa bir nəzəriyyəyə görə onların həm böyük, həm də kiçik günahlar etməsi caizdir; yaxud həm böyük, həm də kiçik günahları görmələri caiz olsa da, qəsdən yox, səhvən günah etmələrinə icazə verilir.

Amma haqq olan şiə nəzərinə gəldikdə isə, günahın peyğəmbərlərdən baş verməsi mütləq şəkildə (heç bir növü və heç bir halda) caiz deyildir. Şiələr bu müddəaya dair çoxlu dəlillər gətirmişlər. O cümlədən: Peyğəmbərlərin günah və xətaya mürtəkib olması Allahın nəzərdə tutduğu məqsədin aradan getməsinə səbəb olar. Çünki onlardan günah iş baş verdiyi surətdə artıq camaat onlara etimad etməyəcək, onlara tabe olmayacaqlar. Allah-taalanın Özünün nəzərdə tutduğu məqsədin əksinə çıxması da qəbahətli, qeyri-məqul sayılır.

3. Peyğəmbərlərin (və imamların)  ismətinin mənşəyi onların itaət və günah, haram və halal, gözəllik və çirkinlik, paklıq və napaklıq ilə əlaqədar tam şühudi elmlərindən (buna nəzəri əql deyilir) ibarətdir, onları günahdan saxlayır (buna əməli əql deyilir).

4. İkinci məsələ həzrət Adəm (əleyhis-salam)-ın yer üzünə nazil olmasından qabaq harada yaşayışı ilə əlaqədardır. Bir neçə dəlilə görə o həzrətin olduğu cənnət ona vədə verilən axirət cənnəti deyilmiş. Çünki, insanın vədəsi verilən behiştdən xaric olması, Şeytanın o behiştə daxil olması və ya behiştdəki müəyyən meyvələrin yeyilməsinin qadağan olunması mümkün deyildir.

5. Həzrət Adəm (əleyhis-salam)-ın xətasının hansı növdən olması.

Bunun izah edilməsi yollarından biri də (bu işin günah deyil) tərki-ovla olmasını qəbul etməkdir (yəni müəyyən bir şey insanın xeyrinə olduğu halda onu tərk edir). Çünki əvvəla, peyğəmbərlərin günah etməsi caiz deyildir. İkincisi, onlar (Allah dərgahında) yüksək məqam və mənzilət sahibi olduğundan, tərki-ovla səbəbi ilə cəzalandırılmalarının, tənbeh edilmələrinin eybi yoxdur. Çünki “əbrar (yaxşı) insanların həsənələri (yaxşı əməlləri) müqərrəblərin (Allah dərgahına yaxın olanların) günahları sayılır”. Üçüncüsü, bəzi peyğəmbərlər də tərki-ovla etmişlər, o cümlədən həzrət Yunus (əleyhis-salam)-ın tərki-ovlasını qeyd etmək olar.

Amma Adəmlə Həvvanın yer üzünə gəldikdən sonra artıq o ağacın meyvəsinin nə üçün qadağan olunmamasına gəldikdə isə, çoxlu ehtimallar verilmişdir. Bu ehtimallar həmin ağacın hansı növdən olduğunu bəyan edir. Qısa şəkildə demək olar ki, qadağan olunmuş meyvə ya zahiri behiştdə və bir növ bitki olmuşdur ki, onun yeyilməsinin təsiri behiştdən xaric olub yer üzündə yaşamaqla bərabər idi. Buna görə yer üzündə də qadağan olunmasının heç bir mənası yoxdur. Bundan əlavə, hökmlər ayrı-ayrı şəxslərin vəziyyət, zaman və məkanlarına mütənasib olaraq fərqlənir.

Yaxud da mənəvi bir ağac imiş. Belə olan halda məqsəd ya “elm ağacı” ola bilər ki, bu ehtimal çoxsaylı qəti rəvayət və ayələrlə təzadlıdır. Çünki nəinki Adəm elmdən çəkindirilmiş, əksinə Allahın isimləri də ona öyrədilmiş, təlim verilmişdi. Hətta o həzrət  məlaikələrin müəllimi də olmuşdu.

Yaxud da məqsəd həsəd ağacıdır. Belə ki, Adəm (əleyhis-salam) peyğəmbər olduğuna görə onun barəsində deyildiyi zaman qibtə nəzərdə tutulur. O, Pənc təni-Ali-Əbanın – Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyn (əleyhimus-salam)-ın məqamına qibtə etmiş, yer üzündəki dünya həyatına gəlməmişdən qabaq da həsəd ona qadağan olunmuş, çəkindirilmişdir.

Ətreaflı cavab

Yuxarıdakı suala cavab vermək üçün əvvəlcə üç məsələni araşdırmaq lazımdır. Lakin onları bəyan etməzdən əvvəl aşağıdakı məqamlara diqqət yetirmək zəruridir: Məsumların (Peyğəmbər və imamların) mütləq şəkildə (hər bir yöndə) olan isməti onların varlıq aləmində malik olduqları yüksək nurani məqamlarının, ruhani halətlərinin və təkvini məqamlarının nəticəsidir. Onlar ilahi-qeybi nurlardan, Allahın tam təzahürlərindən, camal və cəlalından ibarət olan dolğun ayələrdən bəhrələnirlər. Onların həm ruhlarının, həm də bədənlərinin quruluşu Allah-taalanın camal və calal qüdrəti ilə xəlq edilmiş, qeyb aləmində əsma və sifət həqiqətlərini kəsb etmişlər. Onlar daim Allah-taalanın vilayəti dairəsində olmuş, həmişə özlərini Onun hüzurunda görmüşlər. Bu kimi şühud və hüzur onlardan günah iş baş verməsinə mane olur. Bununla eyni zamanda onlardan günah baş verməsi mümkünlüyü, (günah iş görməklə əlaqədar) qüdrət və ixtiyarları onlardan alınmır.[1]

Birinci məsələ:

Peyğəmbərlərin (əleyhimus-salam) isməti xüsusunda müsəlman firqələri arasında müxtəlif nəzəriyyələr vardır ki, onları beş qisimdə xülasə etmək olar:

1. Peyğəmbərlər kəbirə (böyük) günahlar qarşında məsumdurlar, lakin onlar üçün səğirə günah caizdir və onlar həddi-buluğa çatdığı dövrdən məsum (günahsız) sayılırlar. Bu, mötəziləçilərin əksəriyyətinin nəzəriyyəsidir.

2. Peyğəmbərlərdən qəsdən olduqda nə böyük, nə də kiçik günah caiz deyildir, lakin səhvən baş verərsə, eybi yoxdur. Bu, Əbu Əli Cubbainin nəzəriyyəsidir. O inanır ki, peyğəmbərlər nübüvvət dövründən etibarən məsum olurlar, lakin ondan əvvəl onlardan günah iş baş verməsi caizdir.

3. Peyğəmbərlərdən günah yalnız səhvən və ya xəta üzündən baş verə bilər və onlar bu xətaya görə cəzalandırılırlar. Halbuki, adi insanlar səhvən və unutqanlıq üzündən olan günah və xətalara görə cəzalandırılmırlar. Bu fərq də onların rütbəsinin yüksək, mərifətinin dərin olduğuna görədir. Bu, Nəzzamın və onun ardıcıllarının nəzəriyyəsidir.

4. Peyğəmbərlərdən günah baş verməsi mütləq şəkildə (hər bir halda) caizdir – istər böyük günah olsun, istərsə də kiçik; istər qəsdən olsun, istərsə xəta və səhv üzündən. Bu, həşəviyyənin və əhli-hədisin çoxunun nəzəriyyəsidir.[2]

5. Günah iş peyğəmbərlərə mütləq şəkildə və heç bir vəchlə caiz deyildir və onlardan heç vaxt günah iş baş vermir: istər böyük günah, istərsə də kiçik günah; istər qəsdən olsun, istərsə də xəta və səhv üzündən. Bu, haqq şiə məzhəbinin nəzəriyyəsidir. Onların etiqadına görə peyğəmbərlər həm nübüvvət dövründə, həm də ondan əvvəlki dövrlərdə (hər növ günah qarşısında) məsumdurlar. Onlara caiz olan yalnız müstəhəb əməllərin – ovlanın tərk edilməsidir. İmamiyyə şiələri öz iddialarının isbatı üçün çoxlu dəlillər gətirmişdilər ki, ixtisara riayət etmək üçün onların üçünü qeyd edirik:

Birinci dəlil:

Əgər peyğəmbərlər xətaya düçar olarsa, günah iş görərsə, camaat arasında olan ən aşağı səviyyəli adamlardan da aşağıya enərlər. Çünki sair insanlar onların öz Xaliqləri barəsində malik olduqları son dərəcə yüksək mərifətlərə malik deyildirlər. Deməli, əgər bu mərifət və agahlıqla, eləcə də Xaliq, günahın həqiqəti və mövlanın əmri ilə müxalifətin həqiqətinə agah olduqları ilə yanaşı onlar günah iş görərsə, sair insanlardan da aşağı səviyyəli olacaqlar.

İkinci dəlil:

Əgər onlar günah iş görərsə, bir tərəfdən peyğəmbər olduqlarına görə onlara tabe olmaq, ardınca getmək lazım və zəruridir. Digər tərəfdən isə onlar günah və xətaya düçar olduqlarından günah xüsusunda onlara tabe olmaq haramdır. Buna görə də vahid bir əməli görmək həm vacib, həm də haram olur. Bu da bir-birinə zidd olan iki işin bir yerə toplanmasıdır. Buna görə də ümmətin sərgərdan və heyrətdə qalmasına səbəb olar.

Üçüncü dəlil:

Peyğəmbərlərin göndərilməsində əsas məqsəd camaatın onlara tabe olması, cəmiyyətin (ilahi əxlaq və maarif əsasına) tərbiyə edilməsi və günah işlərdən uzaq saxlanmasıdır. Deməli, əgər peyğəmbərlərin günah etməsi caiz olsaydı, camaatın onlara olan etimadları aradan gedər və nəticədə Allahın nəzərdə tutduğu məqsədin ziddi hasili olardı. Məqsədin əksinə hərəkət etmək də hikmət sahibi olan Mövla üçün qəbahətli və caiz olmayan bir işdir.[3]

Əlbəttə, peyğəmbərlərin və məsum imamların isməti onların nəzəri əqlə (və həqiqətlərə) aid olan tam şühud və səhih elmindən irəli gəlir. Bu da onları günah işdən saxlayır. Günahdan belə uzaq olmaq əməli əql ilə əlaqədardır. Buna görə də halal-haramın, pak-napakın, gözəllik və çirkinliyin ayırd edilməsi onların əməldəki ismətinin mənşəyi olmuşdur (bu da tam ixtiyari bir məsələdir).[4]

Amma ikinci məsələ, yəni Adəm (əleyhis-salam)-ın yer üzünə gəlməsindən qabaq onun olduğu behiştin (axirətdə) vədəsi verilən həmin behiştmi, yoxsa dünya behişti olmasına gəldikdə isə, bəziləri inanırlar ki, o, elə vədəsi verilən behişt idi. Vədəsi verilən behiştdə ilahi vəzifələr verilmir və Adəmin oradan çıxarılmasının eybi yoxdur. Çünki həmişəlik və vədəsi verilmiş behiştdən xaric olmamaq o zamandır ki, orada savab qazanmaq üçün qərarlaşmış olsun.[5]

Bu nəzəriyyənin iradları:

Əvvəla, əgər o behişt təklif (ilahi vəzifələr) yeri deyildisə, onda nə üçün Quran “Adəm müxalifət və üsyankarlıq etdi” deyə buyurur?! Bundan əlavə, Şeytan da gərək (bu barədə) şəriətə zidd olan işlər görməyəydi.

İkincisi, əgər vədəsi verilən behişt olsaydı, Şeytanın oraya yol tapması caiz (mümkün) olmazdı.

Üçüncüsü, vədəsi verilən behiştdə bütün nemətlərdən istifadə etməyə icazə verilir və Allah-taala heç bir neməti insana qadağan etmir. Halbuki, Adəmin müəyyən bir meyvədən yeməsi qadağan olunmuşdu.[6]

Deməli, onun dünya behişti olmasını deyən nəzəriyyə daha artıq səhih və düzgün nəzərə çarpır. Bundan əlavə, rəvayətlər aşkar şəkildə bəyan edir ki, bu, dünya bağlarından olan bir bağ idi, onda günəş və ay işıq saçırdı. Əlbəttə, bəzi rəvayətlər o behiştin asimanda olduğunu bəyan edir və “aşağı səmadan yerə düşmək” mənasına olan “hübut” kəlməsini də bu mətləbə dair bir dəlil gətirir.[7]

Amma həzrət Adəmlə Həvvanın əməli ilə əlaqədar olan üçüncü məsələyə – “görəsən onlar günaha mürtəkib olmuşdular, ya yox?” sualına gəldikdə isə,  bu barədə bir neçə nəzəriyyə vardır ki, onların ən mühümləri ikisidir:

1. Onlar günaha mürtəkib olmuşdular, lakin əvvəla, bu, kiçik günah idi; ikincisi, Adəmin nübüvvətindən qabaq idi. Bunun da nübuvvət məqamı ilə ziddiyyəti yoxdur.

Bu müddəanın isbatı üçün bir neçə dəlil gətirmişlər, o cümlədən: Bu və digər ayələr zahirdə üsyankarlığı (günahı) çatdırır. İkincisi, Quranda üsyankarlıq yalnız günah mənasında işlədilmişdir. Üçüncüsü, “la təqrəba” (bu ağaca yaxınlaşmayın) deyə nəhyin “irşad” (müstəhəb işlərdə yol göstərmək)  yönlü olmasına dair dəlilimiz yoxdur. Dördüncüsü, irşadi nəhy olunan işdən tövbə etməyin mənası yoxdur.[8]

2. İkinci nəzəriyyə budur ki, həzrət Adəm bu əmələ düçar olan zaman peyğəmbər idi. Bu nəzəriyyənin sübutunda deyilmişdir ki, bu zamanlar Cəbrəil ona nazil olurdu. Cəbrəilin nazil olması da nübüvvətlə yanaşı olmalıdır. Çünki Cəbrəil peyğəmbərdən qeyrisinə nazil olmur. Bundan əlavə, Allah-taala bütün isimləri Adəmə təlim vermişdir, yalnız onun bunlardan xəbəri var idi, hətta məlaikələrin belə, bu qədər elmi yox idi. Həzrət Adəm mələklərin müəllimi oldu və isimləri onlara təlim verdi. Bu hadisələrin hamısı da qadağan olunmuş ağacın meyvəsini yeməkdən qabaq baş vermişdi.[9]

Belə nəticə alırıq ki, Adəm (əleyhis-salam) həmin ağacın meyvəsindən yediyi zaman peyğəmbər idi. Şiələrin nəzərinə əsasən, peyğəmbər mütləq şəkildə – heç bir vəchlə günah iş görmür, hətta kiçik olsa belə. Buna görə də buradakı qadağını mütləq “irşadi qadağa” hesab etməliyik. Həzrət Adəmin gördüyü iş isə “tərki-ovla” idi və bu da peyğəmbərlərdə caizdir. Amma onların Allah dərgahında yaxınlığına, Allah barəsində malik olduqları mərifətə görə, tərki-ovla etsələr, Allah tərəfindən cəzalandırılırlar.[10] Belə ki, bunu həzrət Yünus kimi bəzi peyğəmbərlər barəsində görürük. O öz qövmündən bezdi və onların hidayətindən naümid olub Allahın icazəsi və izni olmadın onları boşladı. Allah da onu həbs etdi və buyurdu: “Əgər istiğfar və tövbə etməsəydi, qiyamət gününə qədər balığın qarnında həbs olunacaqdı.”[11] 

Yaxud həzrət Yüsufun tərki-ovlasını qeyd etmək olar. O, həbsdən xilas olmaq üçün Allahdan başqasından kömək istədi və s.[12]

Halbuki, bu tərki-ovla adi insanlar barəsində baş verərsə, heç bir cəzaya səbəb olmur. Başqa sözlə desək, “əbrar (yaxşı) insanların həsənələri müqərrəblər üçün günah sayılır”. Bu iş bəzən islam Peyğəmbəri (səlləllahu əleyhi və alih) barəsində də baş vermişdir. O həzrətə vacib olan gecə namazı başqaları üçün müstəhəb sayılırdı. Yaxud əksər hallarda qəflət üzündən, zehnin ibadətdən qeyri şeylərə məşğul olduğu zaman baş verən ibadətlər peyğəmbərlər üçün nöqsanlı hal və xəta hesab olunur.[13]

Amma üsyankarlıq “Mövlanın əmri ilə müxalifət etmək” mənasınadır. Allahın əmri də bəzən vacib, bəzən isə müstəhəb olur. Buna görə də əvvəla: “müstəhəb hökmlərdə müxalifət etməklə üsyankarlıq etmək caizdir” sözü səhih deyildir. İkincisi, əgər bu, müstəhəb bir işdə icazəli olsaydı, qəti dəlillərlə təzadda olduğundan, ona yozulmalı idi.[14]

Şərif ayədəki “ğəva” kəlməsi[15] “zərər” və “ziyan” mənasınadır, çünki Həzrət Adəm (əleyhis-salam) bu işi görməsəydi, böyük savab qazanacaqdı (savabı da əldən vermək zərər hesab olunur).[16]

Adəmin tövbə etməsi də onun günah iş gördüyünə görə deyildi; əksinə, onun  tərki-ovla etməsi peyğəmbərin şəninə yaraşmadığından, tövbə etdi. Bundan əlavə, bəzən tövbə (heç bir günah iş görmədən də, sadəcə olaraq)  “inqita” (nəzər-diqqəti Allahdan başqa hər bir şeydən kəsmək) məqamına çatmaq və savaba nail olmaq üçün edilir və bu, bəyənilən sayılır, hətta insan günah etməmiş olsa da belə.[17]

Amma “nə üçün Adəm yer üzünə endikdən sonra həmin ağac ona qadağan olunmadı və nə üçün bu qadağa onun əvvəlki məqamına məxsus idi?” sualına gəldikdə isə, əvvəlcə ağac dedikdə məqsədin nə olduğunu dəqiqləşdirmək lazımdır. Bu, iki haldan xaric deyildir: ya zahiri ağacdır və bir növ bitki olmuşdur (buğda, əncir, kafur ağacı və s.), ya da məqsəd mənəvi yöndür və elm şəcərəsidir. (Bu məna Quran ayələri ilə ziddiyyətlidir, çünki nəinki elm Adəmə qadağan olunmadı, əksinə, o, əsma elmini mələklərə də təlim verdi.) Yaxud da məqsəd mənası burada qibtədən ibarət olan həsəd ağacıdır. Onun adi halda zehnə gələn və camaat arasında yayılmış həmin mənası (həsəd) ola bilməz. Çünki bunun nübüvvət məqamı ilə ziddiyyəti vardır. Adəm (əleyhis-salam) Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseynin (əleyhimus-salam) yüksək məqamını müşahidə edib özünün məqam və mənzilətinin onlardan aşağı olduğunu gördükdə onlara qibtə etdi.[18] Əgər ağac dedikdə məqsəd həsəd ağacı olsa, indinin özündə də həsəd məzəmmət olunan nəfsani bir halətdən ibarətdir və Allah-taala onu hamı üçün qadağan etmişdir. Rəvayətdə qeyd olunur ki, “od odunu yeyib qurtardığı kimi həsəd də imanı yeyib aradan aparır.”

Əgər məqsəd zahiri ağac olsa, deməliyik ki, bunun heç bir eybi yoxdur; bir mövzunun hökmü müəyyən bir zamanda, yaxud məkanda bir şey, başqa bir zaman və məkanda isə tamamilə başqa şey ola bilər. Misal üçün, islamın əvvəllərində müsəlmanlar əvvəlcə Məscidul-Əqsaya doğru namaz qılırdılar. Sonradan hökm dəyişildi və Kəbəyə doğru namaz qılmağa başladılar. Yaxud adi halda yeyilməsi haram olan ölü heyvan ətini qeyd etmək olar. Lakin insan çöl-biyabanda çıxılmaz vəziyyətə düşdükdə, bəzən mübah, hətta bəzi hallarda vacib də olur ki, çarəsiz olan şəxs ölümdən xilas olsun. Adəm (əleyhis-salam)-ın barəsində də: xüsusi zaman və məkanda qadağan olunmuş ağacı yemək ona haram, lakin başqa məkan və zamanlarda isə caiz idi. İkincisi, Adəmin yer üzünə gəlməsi də o ağacın təbii təsirinə görə idi. Buna görə bu məkanda da ona qadağan olunmasının mənası yoxdur. Çünki həmin ağacdan istifadə etmək bu dünya həyatı ilə yox, o elm ilə ziddiyyətli idi.

Əlavə məlumat üçün aşağıdakı görünüşlərə baxa bilərsiniz:

“Peyğəmbərlərin isməti”, sual: 998

“İsmət ayələri və Qurani-kərimdə Peyğəmbərlərin ismətli olmaması barəsində”, sual 129



[1] “İmam Xomeyninin nəzərindən nübüvvət”, səh. 124-129

[2] Məclisi, “Biharul-ənvar”, (Beyrut çapı) 11-ci cild, səh. 4; İran çapı, səh. 89; Seyid Murtəza, “Tənzihul-ənbiya”, səh. 15-17; Təbərsi, “Məcməul-bəyan”, 1-ci cild, ayə, 35; Şeyx Tusi, “Təcridul-etiqad”, 4-cü məqsəd, səh. 376, Beyrut çapı

[3] Məclisi, “Biharul-ənvar”, 11-ci cild, Beyrut çapı, səh.4 səh. 90-99, 155-203; Təbərsi, “Məcməul-bəyan”, 1-ci cild, səh. 188, Beyrut çapı; 6-cı cild, səh. 33, 8-ci cild, səh. 151; Seyid Murtəza, “Tənzihul-ənbiya”, səh. 17, 76; Təbərsi, “Cəvamiul-came”, 1-ci cild, səh. 39, 2-ci cild, səh. 440

[4] Cavadi Amuli, Əbdullah, “Qurani-kərimin mövzui təfsiri”, 9-cu cild, səh. 15

[5] Məclisi, “Biharul-ənvar”, 11-ci cild, səh. 143

[6] “Təfsiri nümunə”, 1-ci cild, səh. 186

[7] Məclisi, “Biharul-ənvar”, 11-ci cild, səh. 143-144

[8] Seyid Murtəza, “Tənzihul-ənbiya”, səh. 24; “Biharul-ənvar”, 11-ci cild, səh. 198; Möhsün Qəraəti, “Nür təfsiri”, 7-ci cild, səh. 403

[9] “Bəqərə” surəsi, 31-33

[10] Məclisi, “Biharul-ənvar”, 11-ci cild, səh. 198; Təbərsi, “Məcməul-bəyan”, 1-ci cild, səh. 188; “Təfsiri nümunə”, 1-ci cild, səh. 187

[11] “Ənbiya” surəsi, 87; Seyid Murtəza, “Tənzihul-ənbiya”, səh. 141

[12] Seyid Murtəza, “Tənzihul-ənbiya”, səh. 87

[13] “Təfsiri nümunə”, 1-ci cild, səh. 188

[14] Məclisi, “Biharul-ənvar”, 11-ci cild, səh. 198; Təbərsi, “Məcməul-bəyan”, 6-cı cild, səh. 151

[15] “Taha” surəsi, 121

[16] Məclisi “Biharul-ənvar”, 11-ci cild, səh. 199 və 201

[17] Yenə orada

[18] Məclisi “Biharul-ənvar”, 11-ci cild, səh. 165 və 173

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Səcdəyə getdiyimiz zaman hansı üzv əvvəl yerə dəyməlidir?
    6386 Nizamlar hüquq və əhkam 2012/02/09
    Səcdə namazın vacib hissələrindəndir və vacib və müstəhəm şərait və hissələrə malikdir; o yerlər ki, səcdədə müstəhəb hesab olur, odur ki, kişi səcdəyə getdiyi zaman ilk növbədə əllərini, qadın isə əvvəl dizlərini yerə qoymalıdır.[1]
  • İmam Əli (əleyhis-salam) sübh namazında zərbətlənən zaman İmam Həsənlə Hüseyn orada idilərmi?
    9605 تاريخ بزرگان 2012/03/14
    Əli (əleyhis-salam) zərbətləndiyi zaman Həsənlə Hüseyn (əleyhiməs-salam)-ın onun yanında olması ilə əlaqədar çoxlu rəvayət gəlmişdir. Buna görə də bu bəhsdə bir neçə ehtimal verilir: 1. İmam Əli (əleyhis-salam)-a məsciddən kənarda zərbə vurulmuşdur. Bu ehtimala əsasən demək olar ki, həmin anda Həsənlə Hüseynin Əli (əleyhis-salam)-ın yanında ...
  • Sualın xülasəsi: İmamlar (ə) və alimlər baxımından namazın ilk vaxtında qılınmasının savabını bəyan edin.
    6814 Hədis elmləri 2012/04/18
    Namzın ilkin vaxtında qılınmasının çoxlu sayda savab və təsirləri bəyan edilmişdir. Məsələn: Namzın savabının iki qat olması, İlahi məhəbbətini qazanmaq və s... Alimlər də bu mövzuya diqqət etməklə insanları namzın ilkin vaxtında qılınmasına çağırmışlar. Bunu Allaha yaxınlaşma və seyri sluk üçün ən mühüm əsaslardan hesab ...
  • Seçilmiş dörd qadının və onların atalarının adı nədir?
    14315 تاريخ بزرگان 2011/09/11
    Övliya və saleh insanların arasında elə qadınlar olub ki, bəşərin tarixi boyu, tövhid və İlahi hədəflər yolunda çoxlu fədakarlıq ediblər və onların adı həmişə bəşərin qara tarixində parlayır. Amma İslami rəvayət və mənbələrdə uca dərəcəli, şərəfli və üstün dörd qadının adı qadınların ən üstünü və behişt qadınlarının üstünü olaraq çəkilmiş ...
  • Şəhid Dəstğeybin kitabları etibarlıdırmı?
    8256 تاريخ بزرگان 2011/06/27
    Əzəmətli şəhid Ayətullah Seyyid Əbul- Hüseyn Dəstğeyb Şirazi şiə aləminin alimlərindən və müctəhidlərindən biri olmaqla yanaşı arif bir insan olubdur ki, fiqh, ilahiyyat, əxlaq, irfan və... elmlərdə mütəxəssis olub onun kitabları və əsərləri ümumi şəkildə etibarlı və istifadəyə yararlı eyni zamanda təsirlidir. Əlbəttə bu məsələyə diqqət etmək lazımdır ki, məsum ...
  • Oruc tutumayan müsəlman üçün yemək və içməli su hazırlayıb verməyin hökmü nədir?
    5902 Cürbəcür 2015/05/30
    Əgər oruc tutmayan şəxsin şəri üzürü varsa və ya oruc tutmaq vacib deyilsə (məsələn, xəstəlik üzündən oruc tuta bilmir) bu əməlin iradı yoxdur. Əgər qüdrəti olan halda, qəsdən oruc tutmursa və xeç bir üzrü yoxdursa, bu iş günahdır və imkan həddində o şəxsi orucu tərk etdiyinə görə ...
  • Əbu Əli Sina nə üçün məntiq kitabında sıralamanı əvəz etdi?
    6941 İslam fəlsəfəsi 2011/10/03
    İbn Sina məntiqdə iki növ yenilik etmişdir:1.             Məntiq məsələlərində yenilik2.             Məntiqin yazılış quruluşunda yenilikİkinci növ yenilik məntiqin yazılışında onun iki düşüncə tərzinə dəlalət edir. Birinci düşüncə məntiqin bəzi məsələlərinin ...
  • Həzrət Məryəm (əleyha salam)-ın aləm qadınlarından üstün edilməsinin (ayədə) qeydsiz-şərtsiz olmasına diqqət yetirməklə həmin ayəni rəvayətlə necə məhdudlaşdırmaq olar?
    7192 تاريخ بزرگان 2012/04/09
    “Aləmin” kəlməsinin Qurani-Kərimdə işlədilmə yerlərinə və müfəssirlərin bu barədəki nəzərlərinə diqqət yetirməklə məlum olur ki, bu kəlmə yalnız zamanın bir dövründə olan insanlara məxsus edilir. Əhli-sünnət kitablarının bir çox yerlərində də ayələrə rəvayət vasitəsi ilə qeyd vurulur. Həmçinin həm əhli-sünnət, həm də şiə təfsirlərinin bir çox yerlərində ...
  • Bilmək istərdim sünnülər xüsusiylə də vəhhabilər hansı dəlilə əsasən deyirlər ki, Peyğəmbərlər yalnız vəhy aldıqlarında məsumdurlar nəinki hər bir halda?
    9291 Qədim kəlam 2012/10/09
    Sünnülərdən bəzi tayfaları (Həşəviyyə və Sələfilər kimi) Qurandan dəlil gətirmək həzrət Adəm və onun behiştdən çıxarılmasını bildirən ayələr kimi, dəlil gətirirlər ki, Peyğəmbərlər yalnız vəhy və risalətlərinin təbliği zamanı məsumdurlar və digər hallarda günahkar və səhvə də yol verirlər. O cümlədən, Sələfilər (Vəhhabilər) də bildirirlər ...
  • Əqd xütbəsinin fəlsəfəsin bəyan edin?
    8301 Əxlaq 2011/10/30
    İslam nəzərindənevlənmək ailənin və təbii olaraq ictimaiyyətin təşkili üçün bir müqəddəs əhd və peymandır və bir çox əsərlərə və nəticələrə malikdir o cümlədən: Cinsi meyli təmin etmək, nəslin törənməsi, insanın təkamüli, rahatlıq paklıq və iffət, hisslərin möhkəmlənməsi və bir çox başqa faydalardır. Bu müqəddəs əhdi peyman Allah Taalanın müəyyən etdiyi ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164825 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    164349 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119884 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113939 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    111088 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94230 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54926 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54632 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46311 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45920 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...