Baxanların
6440
İnternetə qoyma tarixi: 2010/11/10
Saytın kodu fa1395 Arxiv kodu 10797
Sualın xülasəsi
Zaman (ə)- in anası məsumdur?
Sual
Zaman (ə)- in anası məsumdur?
Qısa cavab

Şiə nəzərində yalnız peyğəmbərlər və onların canişinləri məsumdur; yəni ömürləri böyu bütün günah, və səhvlərdən, (Allahın dinini) vəhyin icrasında və təbliğində pakdırlar və bu şəxsiyyətlərdən başqa heç kəs bu bu məqama sahib deyildir. Mümkündür bəzi insanlarda bu insanlıq kamalına yol tapıb ilahi məqamdan bəhrələnsin, elə ki, imam övladları həzrət Zeynəb (s), Əli ibni Cəfər Sadiq (ə), həzrət Məsumə (s) və bəzi böyük alimlər kimiləri bu məqama yol tapmışdırlar. Bunun üçündə həzrət Zəhra (s)- dan başqa ki, "itrət və əhli- beyt" ünvanında adlandırılmışdır, heç bir məsum imamların (ə) anası ismət (o uca mənada) məqamından bəhrələnməmişlər.

Xüsusiylədə onlardan bəziləri kəniz idilər ki, islam əsarətindən sonra, islama yol tapıb təharət və vəhy evinə daxil olaraq məsum imamları dünyaya gətirdilər.Yəni ömürlərinin bir hissəsini müsəlman oldular baxmayaraq ki, müvəhhid (tək Allahı pərəstiş edən) deyildilər. onlardan biridə (tarixi yazdığına əsasən) imam Zamanın (ə) anasıdır. Bəs o nəzərdə tutulan məsum mənasında deyil və o məsum əhli- beyt məqamında deyildir. Lakin pak imam evində bəşəriyyətin muncisi olan imam Zamanı (əc) dünyaya gətirməyə layiq görünmüşdür və hamiləlik, tərbiyyət və süd verdiyi dövürdə pak və xalis niyyətə nail olmuşdu.

Ətreaflı cavab

İsmət lüğətdə hifz və amanda olmaq istilah mənasında isə günah və səhvdən hifz olub amanda qalmaq deməkdir. Günah və səhvdən amanda qalmaq iki cür nəzərdə tutulur.

1. Allahın dinini öyrənib, öyrətməkdə səhv, üsyan cə səhv etməkdən ömrünün bütün mərhələsində (dünyaya gəldiyi zamandan həyatının axırına (sonuna) tamamıyla məsum olub günahlardan amanda qalmaq.

Bunun yalnız peyğəmbər və imamlarda müşahidə etmək olar, bunlardan başqa (mələkləri nəzərə almayaraq) şəxslərdə görünməsinə dəlil yoxumuzdur.[1]

2. Amma nisbətən olan ismət, çox və az və müxtəlif insanlarda fərqli və dəyişkəndir.

Dini vəzifələrini yerinə yetirməkdə baxmayaraq ki, çoxlu səy edib çalışır və onların vasitəsilə günahlardan amanda qalır, elə ki, ömrünün axırına kimi ondan siqortalanmır. Bunun üçün də nisbi isməti şiddət və zəiflik baxımından digər şəxslərə də nisbət vermək olar.

Belə bir halda adi insanlarda "ədalət mələkəsi" ünvanıyla adlandırılır; yəni o şəxs elə olmuşdur ki, bilərəkdən titrəyib, ondan kəbirə günah baş verməz.

Şiə peyğəmbər və ismət və təharət ailəsi olan (həzrət Zəhra və 12 imam)- dan başqa heç bir kəsi tamamıyla məsum olaraq qəbul etmir. O cür ki, bütün imam övladlarına və nəslinə beləliklə alim və böyük şəxsiyyətlərə də günah və bəyənilməz işi nisbət vermir.

Bəs isməti (məsum olmağı) digərlərindən nəfy etmək, o demək deyildir ki, onlara günah töhməti vurulur.

Məsum imamların ona, bacı və qardaşları barəsində də belədir; yəni ismətin o uca mənada olması onlara nisbət verilmir, o cür ki, onlara günah və üsyan etmək onlara nisbət verilməmişdir. Amma məsum imamların anaları xüsusiylə də imam Zaman (ə)- in anası haqqında bu qeydlər açıqlanmışdır; çünki tarixin yazdığına görə o bir kəniz idi, deyilənlərə əsasən "məlikə Rum qəsrinin övladı olan Yəşuanın qızı idi və anası Məmun ibni Səfa İsa (ə) vəsisinin nəvələrindən idi ki, əsir düşmüşdü və imam Hadi (ə) onu imam Həsən Əsgəri üçün aldı." Başqa rəvayətlərə əsasən Həkimə binti Əli əl Hadi (ə)- ın evində bir kəniz idi ki, bacısı tərəfindən qardaşına bağışlanmış idi. " Hər halda ömrünün bir hissəsini müsəlman olmamış və əsarətdən sonra vəhy ailəsinə daxil olaraq müsəlman olmuş və islam tərbiyəsi görərək pisliklərdən paklanıb məsum ailəsi olmuş və başqa bir məsumu dünyaya gətirmək üçün hamilə olmuşdur.

Elə ki, bəzi imamların (ə) analarının həyatı belə olmamışdır.[2]

Beləliklə bunda şübhə yoxdur ki, məsum anası olmaq, özü bir ləyaqət və üstünlük deməkdir.

Belə demək olar ki, analarının bətninin pak olmaqlığının özü, imamlar (ə) üçün bir üstünlükdür. Buna görə də məsumların ziyarətində şəhadət veririk ki: "Allah Taala sizi öz lütfüylə pak sülbdən pak bətnə köçürdü və pak bətndən dünyaya gətirdi o cür ki, cahillik çirkinliyini və təkəbbürlük fitnəsini sizlərdən uzaq etdi. Siz pak və ucasınız, sizin mənşəyiniz (ata və analarınız) da pak və ucadırlar."[3]

Samirada, o həzrətin məxsus ziyarət naməsində belə gəlmişdir:

Salam olsun imam anasına, Allahın sirlərini özündə saxlayıb, dünyanın ən gözəl insanını bətnində daşıyana, salam olsun sənə ey düz danışıb razılığı əldə edən.

Salam olsun sənə ey təmiz Allahdan qorxan Mən şəhadət verirəm ki, sən imam Məhdi (əc)- in tərbiyəsini ən gözəl sürətdə yerinə yetirib, əmanəti qaytarmısan.

Bəs Allah səndən razı olsun və yerin bühişt. Bütün bunlar, Allahın sənə bağışladığı bu üstünlük və məqamlar sənin üçündür.[4]

Nəticə alırıq ki, İmam Zamanını (əc) anası 14 məsum (ə) haqqında işlədilən məsum mənası ona şamil olmur. Lakin, imam Həsən Əsgərinin (ə) evinə gəldikdən sonra nisbi məsumluqdan bəhrələnmişdir ki, imam Zamanın (əc) bətnində danışması, süd verməsi və onu tərbiyələndirmək ləyaqətini, başqa qadınlardan fərqli olaraq özünə qazanmışdır. Məsum imamlar və şiələr tərəfində xüsusi ehtiram və məqamla qarşılaşır.

Mənbələr:

1. Misbah Yəzdi, Məhəmməd Təqi, Maarifi Quran (rahnema və rahnema şünasi) cild 4- 5 səh 147- 212

2. Misbah Yəzdi, Məhəmməd Təqi, Amuzeşi Əqaid. Cild 1- 2, səh 232- 260, dərs 24- 26

3. Qumi, Şeyx Abbas, Məfatihul əl- cinan

4. Qumi, Şeyx Abbas, Müntəhəl Amal, səh 940- 1044- 1050

 



[1] - Bax: Misbah Yəzdi, Məhəmməd Təqi, Maarife Quran, cild 4- 5 (rah və rahnema şünasi) səh 142- 212 və Amuzeşe Əqaid, cild 2, səh 232- 260, dərs 24- 26

[2] - Qumi, şeyx Abbas, Müntəhəl Amal, səh 1044- 1050 və 940

[3] - Qumi, Şeyx Abbas, Məfatihul cinan, ziyarəte əimmeyi (ə) Bəqi və sair ziyarət

[4] - Qumi Şeyx Abbas, Məfatihul cinan, ziyarəte valideye həzrəte Qaim (əc)

Başqa dillərdə Q tərcümələr