Baxanların
5481
İnternetə qoyma tarixi: 2012/03/14
Sualın xülasəsi
İslamda faizsiz borc verməyin və borc almağın qaydaları nədir?
Sual
Məsumlar (əleyhimus-salam) dini qardaşlara maddi kömək etməklə əlaqədar bizə tövsiyələr etmiş, çoxlu göstərişlər vermişlər. Bəzən din qardaşlarımıza borc veririk, amma onun əvəzində nə zəmanət, nə də qazanc almırıq. Qarşıya çıxan problem budur: 1. Onlar bəzən öz borclarını ödəmirlər, uzun illər keçdikdən sonra mən də məsumlara tabe olaraq o borcu bağışlayıram. 2. Əgər pulumu istəsəm, çoxunun xoşuna gəlmir, özlərini elə göstərirlər ki, guya ümumiyyətlə ona borc verməmişəm. 3. Pula ehtiyacı olanlar barəsində (haqqımı almaqla əlaqədar) nə etməliyəm? 4. İslam fiqhində tərəflərin xəsarətə düçar olmaması üçün borc vermək və borc almağın qayda-qanunları nədir?
Qısa cavab

Dini təlimlərimizdə mömin qardaşlara borc verməyin xüsusi qayda-qanunların və şərtləri vardır ki, onların bəzilərini qeyd edirik:

1. Borc vermək ixlsala yanaşı olsun;

2. Tam razılıq üzündən və ürəkdən verilmiş olsun;

3. Borc halal maldan verilsin;

4. Borc verilən zaman yazılsın;

5. Mömin qardaşına borc verən şəxs onun borcunu qaytarması üçün şərait yaranacağını gözləsin. Yəni borclu şəxsin maddi imkanı olduğu halda öz borcunu ödəməsini təxirə salması caiz olmadığı kimi, borc verən şəxsin də borclunun pulu qaytarmağa imkanı olmadığını bildikdə ona təzyiq göstərməsi caiz deyildir.

Ətreaflı cavab

İslamda çox təkid olunan məsələlərdən biri də ehtiyaclı möminlərə borc verməkdir. Hətta rəvayətlərimizdə bu iş sədəqədən üstün hesab olunmuşdur.[1]

Amma bəzi hallarda mövcud qayda-qanunlarla əlaqədar vəzifələrimizə əməl etmirik. Buna görə də bizə çoxlu maddi xəsarətlər dəyir. Bu halda bilə-bilə, yaxud da xəbərimiz olmadan günahı başqalarının boynuna atırıq. Faizsiz borc vermək üçün bu gözəl sünnət barəsində müəyyən şərtlər qeyd olunmuşdur. Quranın ən uzun ayəsində deyilir: “Ey iman gətirənlər! Bir-birinizə (uzunmüddətli borc və ya alver üçün) müddətli borc verərkən onu yazın. Gərək bir katib (borc sənədini) ədalət əsasında yazsın. Bir kimsənin yazmağa imkanı olarsa, gərək – Allahın ona təlim verdiyi kimi yazmaqdan imtina etməsin və gərək yazsın. Üzərində haqq olan kəs gərək imla etsin və öz Pərvərdigarı olan Allahdan qorxsun və heç bir şeyi əskiltməsin...”[2]

Rəvayətlərdə də bu mühüm məsələyə təkid olunur.[3]

İslam şəriətində borc işinə ciddi yanaşılması və bunun möhkəm tutulması ilə əlaqədar təkidlərə diqqət yetirməklə, əgər bu işdə səhlənkarlığa yol versək və nəticədə bizə xəsarət dəysə, onu din rəhbərinin öhdəsinə qoymamalıyıq.

 

Faizsiz borc verməyin şərtləri və qaydaları

Mömin qardaşlara borc verməklə əlaqədar dini mənbələrdə müxtəlif şərtlər və qayda-qanunlar vardır ki, onların bəzilərini qeyd edirik:

1. Borc tam ixlasla və xalis niyyətlə verilməlidir;

2. Tam razılıq və səmimi qəlbdən verilməlidir;

3. Halal maldan borc verilməlidir;[4]

4. Borc verərkən tərəflər onu yazmalıdır;[5]

5. Mömin şəxsə borc verən bir adam gərək onun öz borcunu qaytarmaq üçün maddi imkanları olan vaxta qədər gözləsin. Yəni borclu şəxsin imkanı olduğu halda öz pulunu qaytarmağı təxirə salması caiz olmadığı kimi, borc verən şəxsin də borclunun maddi imkanı olmadığını bildiyi halda onu təzyiqə məruz qoyması caiz deyildir.[6]

Burada faizsiz borc verməyin qayda-qanunları və əhəmiyyəti ilə əlaqədar bir neçə rəvayəti qeyd edirik:

İmam Sadiq (əleyhis-salam) buyurur: “Əgər bir şəxs müəyyən bir malı (pulu) başqasına borc versə və onun ödənməsi üçün vaxt təyin etsə, amma borc, təyin edilən müddətdə qaytarılmasa, (verməyə imkanı olmasa), hər gün təxir müqabilində borc verən şəxsə bir dinar sədəqənin savabı yazılacaqdır.”[7]

Əbdullah ibni Sənan imam Sadiq (əleyhis-salam)-dan rəvayət edir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) belə buyurmuşdur: “Əgər min dirhəm pulu (bir kəsə) iki dəfəyə borc versəm, mənim üçün onu bir dəfəyə (və bir yerdə) sədəqə verməkdən daha sevimlidir. Səndən borc alan şəxsin öz borcunu ödəməsini – imkanı olduğu halda – təxirə salması caiz olmadığı kimi, sənin də borc verdiyin şəxsin sıxıntıda və yoxsulluqda olduğunu bildiyin halda öz haqqını almaq üçün ona təzyiq göstərib pulunu tələb etməyin caiz deyildir.”[8]

Bu barədə əlavə məlumat almaq üçün aşağıdakı görünüşə bax:

“Qərzul-həsənə və onun sədəqədən üstünlüyü”, sual 13033 (sayt 12763)

 


[1] Məclisi, Məhəmməd Baqir, “Biharul-ənvar”, 71-ci cild, səh. 104, “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü hicri qəməri

[2] "Bəqərə” surəsi, ayə: 282-ci ayə

[3] Hürr Amili, “Vəsailuş-şiə”, 17-ci cild, səh. 11, “Alul-beyt” müəssisəsi, Qum, 1409-cu qəməri il

[4] Kuleyni, “Üsuli kafi”, 3-cü cild, səh. 843, “Üsvə” nəşriyyatı, üçüncü çap, 1375-ci şəmsi il

[5] “Bəqərə” surəsi, ayə: 282

[6] Şeyx Səduq, “Səvabul-ə’mal və iqabul-ə’mal”, səh. 1318, “Darur-Rəzi”, birinci çap, 1406-cı qəməri il

[7] Yenə orada

[8] Yenə orada

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • “Quran qiraətinin batini ədəb qaydaları” dedikdə məqsəd nədir?
    4301 Quran elmləri 2012/04/09
    Quran Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in əbədi möcüzəsi və böyük Allahın kəlamıdır. Buna görə də islamın əvvəllərindən etibarən müsəlmanların arasında xüsusi ehtiram və dəyərə layiq görülmüşdür. Müsəlmanlar hətta bu asimani kitabın qiraəti ilə əlaqədar Quran ayələrinə və Peyğəmbərin tövsiyə və hədislərinə əsasən öz növbəsində misilsiz olan xüsusi ...
  • Alim və fazil kimə deyirlər və fərqləri nədir?
    4968 Nəzəri əxlaq 2012/03/11
    Elm və bilik, cahillik və nadanlığın əksidir. Elm və biliyə sahib olan şəxsə alim deyilir. Amma fəzl, bir şeyin artıq olmağına deyilir. Və onun ziddi nöqsandır. Başqalarına nisbətdə üstünlüyü olan şəxsə fazil deyirlər. Bu cəhətdən demək olar ki, hər bir elm üstünlükdür, amma hər üstünlük elm deyil. ...
  • Evdə pişik saxlamağın hökmü nədir?
    3356 Heyvanları ovlamaq və saxlamaq 2015/05/27
    Evdə pişik saxlamaq haqqında heç kəsdə şübhə olmadığından əlavə, əksinə Məsum İmamlardan (əleyhimussalam) rəvayətlərdə bu işim təşviqinə də sənəd var. ...
  • Bütün İlahi peyğəmbərlər kitaba malik olmuşlarmı? Əgər belədirsə, həzərt Nuhun (ə) kitabınıb adı nədir?
    3347 Qədim kəlam 2012/04/18
    Quran və rəvayətlərdə həzrət Nuhun (ə) kitabının adı barəsində heç bir məlumat qeyd olunmamışdır. Amma “Biz peyğəmbərlərimizi aydın dəlillərlə göndərdik və onlarla kitab və ... nazil etdik” ayəsi onu göstərir ki, bütün İlahi peyğəmbərlər kitab sahibi olmuşalar. Əlbəttə bu ayəni fərqli təfsir edən rəvayətlər də mövcuddur. Həmçinin ...
  • Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
    4671 شخصیت های شیعی 2012/09/01
    Həzrət Zeynəbin (s) qəbri barəsində 3 ehtimal vardır[i]: Mədinə, Şam və Qahirə. Bu üç ehtimaldan hər birinin öz tərəfdarları vardır. Onlar öz nəzərlərinin təsdiqi olaraq dəlillər gətirirlər. Həzrət Zeynəbin (s) dəfn olunduğu yeri dəqiq təyin eləmək mümkün olmasa da yenə də demək olar ki, ...
  • Terroristlikdə günahlandırılmağından qorxan bir Amerikada yaşayan qadın öz hicabına riayət etməyə bilərmi?
    2660 Hicab 2012/05/19
    Böyük Mərcə təqlidləri bu suala belə cavab vermişlər: Həzrət ayətullah ul üzma Xameneinin dəftəri: Suala əsasən caiz deyil. Həzrət ayətullah ul üzma Məkarim Şirazinin dəftəri: Bu iş hicabı tərk etməyə əsas vermir. Həzrət ayətullah ul üzma Safi ...
  • Doğrudur ki, deyirlər Allah-Taala həmin enerjidir?
    3242 Qədim kəlam 2012/05/20
    Allah-Taala, vücudu vacib olan, alim, iradə sahibi, hər şeydən biniyaz, ehtiyacsız, məhdudiyyətsiz və hər bir nöqsandan pak və münəzzəhdir. Amma enerji naqis, ehtiyaclı, məhdud, elmsiz və iradəsiz bir mövcuddur. Allah-taalanın sifətləri ilə enerjinin xüsusiyyətləri arasında olan fərqlərindən məlum olur ki, enerji Allah-Taala deyil. Enerji, bir ...
  • Nə üçün ağac altında cinsi yaxınlıq etmək olmaz?
    3672 Nizamlar hüquq və əhkam 2012/03/11
    Bəzi fəqihlərə[1] görə meyvəli ağacın altında məkruh olan əməllərdən biri də cinsi yaxınlıqdır.[2] Yəni, daha yaxşı olar ki, bu iş edilməsin. Lakin haram deyil. Bu kərahəd Peyğəmbər Əkrəmin (s) rəvayətinə istinadən edilmişdir. Bu rəvayətdə belə tövsiyə edilir: “Meyvəli ağac ...
  • Bəzi kəndlərdə bəzi insanlar iddia edirlər yuxu görüblər ki, filan ağac müqəddəsdir ya filanməkan filan məsumun qədəmgahı olubdur və ona təvəssül edirlər, şəri cəhətdən bu işin hökmü nədir?
    3778 Məscidlərin və müqəddəs yerlərin əhkamı 2012/12/08
    Həzrəti Ayətullah ul üzma Xamneyi (Allah onun sayəsin əskiltməsin): Bu cür məsəılələrin rəvayət nöqreyi nəzərindən sənədi yoxdur. Və gərək xurafatdan uzaq olaq. Və möminlər (Allah onlara köməkolsun) öyüd, nəsihət və mövizə ilə, bu növ rəftarların rəvacının qarşısını alsınlar. Çox güman ki, mümkündür bu növ işlər ...
  • Nə üçün həzrət Məhəmmədin (s) dörd qadından çox arvad almasına icazəsi var idi?
    9407 Məsumların (Əleyhimussəlam) sirəsi 2011/06/21
    Peyğəmbərin (s) qadınlareının çox olması mövzusu daim insanlar üçün sual amili olmuşdur.Biz bu məqalədə gərək bəzi məsələlərə toxunmaqla müxatəbin zehnini bu kimi suallardan təmizləyək:1). Birincisi: "Dörd qadından artıq arvad almaq mövzusu haram olmazdan öncə Peyğəmbərimiz bu qadınla ailə qurmuşdu.2). Peyğəmbərimizin bu ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    105372 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    80316 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    58174 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    40763 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    31044 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    23017 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    22339 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    21975 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    20566 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    20233 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...