Baxanların
6059
İnternetə qoyma tarixi: 2012/02/07
Saytın kodu fa19230 Arxiv kodu 21471
Sualın xülasəsi
Aya mümkündür ki, buynuzu sınıq heyvanı, qurbanda kəssinlər?
Sual
Əgər bir heyvanın buynuzu sınıq olsa, onu Allahın razılığı üçün Qurban bayramında qurban kəsə bilərikmi?
Qısa cavab

Əgər qurbanlıqdan məqsəd, həcc qurbanlığıdır ki, qurban bayramında Mina torpaqlarında kəsirlər, bir çox Müctəhidlərin fətvasına əsasən, əgər qurbanlığın yaranışında buynuzlu olmuşdursa (baxmayaraq ki, indi yoxdur və yaxud sınmışdır) qurbanlıq üçün kifayətdir.[1]

Yalnız o halda ki, əgər buynuzun içərisi sınmış və ya kəsilmiş olsa kifayət etmir, amma çöldən buynuzun sınmasının eybi yoxdur.[2]

Amma əgər qurbanlıq həccdən başqa və müstəhəb niyyəti ilə və Allaha yaxın olmaq üçün kəsilirsə heyvanın buynuzunun sınıq olması o əməlin qəbul olunmasında heç bir naqislik yaratmır.

Bir sözlə sizin cavabınız, Müctəhidlərin dəftərxanasından istifta olundu və onların cavabı aşağıdan ibarətdir:

Ayətullah Xxamineyi, Sistani və Məkarim Şirazi:

Eybi yoxdur.

Ayətullah Safi Gülpayqani:

Bəli, ola bilər inşaallah Allah dərgahında qəbul olunmuşdur.

Bu sualın ətraflı cavabı yoxdur.



[1] - O cümlədən o şəxslərin ki, bu cür nəzəriyyəsi vardır mümkündür Ayətullah Əraki, Safi, Behcət, Təbərzi, Xoyi, Sistani işarə olunsun. Bax: Mahmudi, Məhəmmədrza Mənaseke həcc (Məhşi) səh 497. Məşər nəşriyyatı, Tehran 1429 hicri qəməri.

[2] - İmam Xomeyni, Seyyid Ruhullah, Mənaseke həcc, səh 205.

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.
Başqa dillərdə Q tərcümələr