Ətraflı axtarış
Baxanların
9645
İnternetə qoyma tarixi: 2012/04/09
Sualın xülasəsi
إِيَّاكَ نَعْبُدُ وَ إِيَّاكَ نَسْتَعينُ “İyyakə nə’budu və iyyakə nəstəin” ayəsinin təfsiri nədir?
Sual
إِيَّاكَ نَعْبُدُ وَ إِيَّاكَ نَسْتَعينُ “İyyakə nə’budu və iyyakə nəstəin” ayəsinin təfsirini qısa şəkildə bəyan edin.
Qısa cavab

Ayənin tərcüməsi: “(Pərvərdigara!) Yalnız Sənə pərəstiş edir və yalnız Səndən kömək istəyirik.”[1]

Allaha ibadət etmək bəndənin Onun qarşısında “məmluk” (Onun mülkiyyəti) olmasını,[2] Ondan kömək və yardım istəməsini göstərir.[3] “Nəstəin” kəlməsinin kökü olan “ovn” mütləq şəkildə nüsrət və kömək etmək mənasındadır.[4]

“Həmd” surəsinin ilk ayələri Allahın zat və sifətində tövhidi bəyan edir, إِيَّاكَ نَعْبُدُ وَ إِيَّاكَ نَسْتَعينُ “İyyakə nə’budu və iyyakə nəstəin” ayəsi isə fellərdə və ibadətdə tövhidi çatdırır. İbadətdə tövhid budur ki, Allahın müqəddəs zatından başqa heç kəsi və heç nəyi pərəstişə və ibadətə layiq bilməyək, yalnız Onun fərmanına itaət edək, Onun zatından başqasının müqabilində bəndəlik və təslimdən uzaq olaq. Fellərdə tövhid budur ki, bütün varlıq aləmində həqiqi mənada təsir edənin yalnız Allah olduğunu bilək. Nəinki səbəblərin ardınca getməyək, əksinə inanaq ki, təsir edən hər bir səbəb yalnız Allahın fərmanı ilə təsir qoyur.[5] Bu təfəkkür və etiqad insanı Allahdan qeyri hər bir şeydən və kəsdən ayıraraq yalnız Allaha doğru yönəldir.[6]

İmam Riza (əleyhis-salam) buyurur: “İyyakə nə’budu kəlməsi bəndənin Allah dərgahına yaxınlaşıb rəğbət bəsləməsinə, əməldə ixlas göstərməsinə səbəb olur, Ondan qeyrisinə yox. “İyyakə nəstəin” daha artıq ibadətə tövfiq tapmağı, verilən nemətlərin davamını və kömək Allahdan istəməkdir.”[7]

Bir neçə təfsir incəliyi[8]

1. Yalnız Allah pərəstişə layiqdir, kömək axtarmağa layiqli olan yeganə həqiqət də Allahdır.[9]

2. Əvvəlki ayələr insanın etiqadlarına aid idi, bu ayədə isə insanın əməli, yəni pərəstiş bəyan olunur. Buna diqqət yetirməklə iki nəticə almaq olar: 1. İnsanın düşüncə və təfəkkürləri onun əməl, rəftar və davranışının əsasıdır; 2. Allah-taalanın bütün varlıq aləminə rübubiyyəti – Rəbb olması, Rəhman və Rəhim olması, qiyamət günündə mütləq hakim və malik olması Onun pərəstişə layiq olmasının ən mühüm dəlilidir.[10]

3. Allahın hüzurunda özünü görməməzliyə vurmaq (heç hesab etmək) Ona ibadətin ədəb qaydalarından biridir. “Mən” kəlməsinin yerinə “biz” kəlməsindən istifadə edilməsi bəzən qarşı tərəfi əzəmətlə yad etmək üçündür, bəzən də xudbinlik və mənəmlik hislərindən uzaq olmaq üçün. Kəlamda mövcud olan şahidlər məqsədin nə olduğunu bəyan edir. Burada bəndəlik məqamına münasib olduğundan məqsəd xudbinlikdən və mənəmlikdən uzaq olmaqdır. Buna görə də “nə’budu” kəlməsi birinci şəxsin cəm formasında gəlmişdir.

4. İnsanın Allaha ibadəti və ibadətdə xalis niyyətdə olması yalnız ilahi köməklər sayəsində mümkündür. “Nəstəin” feli “Həmd” surəsindən əldə oluna bilən bütün vəzifələrdə kömək istəməyə şamildir, onlardan biri də yeganə Allaha pərəstiş lüzumudur ki, “yalnız Sənə ibadət edirik” cümləsindən məlum olur.

5. İnsan Allaha ibadətdə tam ixtiyar sahibi olmaqla eyni zamanda Onun yardımı və köməyi olmadan ibadət edə bilməz.[11] O, bütün işlərdə Allahın kömək və yardımına ehtiyaclıdır.

 


[1] “Fatihə” surəsi, ayə: 5

[2] Aşağıdakı görünüşlərə bax: “İbadətin yolları”, sual 8931 (sayt 9918); “İbadət Allah üçün, yoxsa özün üçün?”, sual 378 (sayt 389), “İbadətin dərəcələri və hüzuri-qəlb”, sual 14743 (sayt 14486).

[3] Bostani, Fuad Əfaram – Məhyar, Rza, “Əbcəd” lüğəti, səh. 60, “istianət” kəlməsi, “İslami” nəşriyyat, Tehran, 2-ci çap, 1375-ci şəmsi il

[4] Fərahidi, Xəlil ibni Əhməd, “Əl-eyn” kitabı, 2-ci cild, səh. 253, “Hicrət” nəşriyyatı, Qum, 2-ci çap, 1410-cu qəməri il; Cavadi Amuli, Əbdüllah, “Təsnim”, 1-ci cild, səh. 425, “İsra” nəşriyyatı, Qum,

[5] Aşağıdakı görünüşlərə bax: “Tövhidin mərtəbələri”, sual 1913 (sayt 3445); “Allah, Onun sübuti və səlbi sifətləri”, sual 2330 (sayt 2858)

[6] Məkarim Şirazi, “Təfsiri-nümunə”, 1-ci cild, səh. 42 və 43, "Darul-kutubil-islamiyyə", Tehran, birinci çap, 1374-cü şəmsi il

[7] Şeyx Səduq, Məhəmməd ibni Əli, “Mən la yəhzurhul-fəqih”, tədqiq və təshih: Ğəffari, Əli Əkbər, 1-ci cild, səh. 310, “İslami nəşriyyat”ın dəftərxanası, Qum, 2-ci çap, 1413-cü qəməri il.

[8] Haşimi, Əli Əkbər, “Təfsiri rahnəma”, 1-ci cild, “Həmd”, surəsinin 5-ci ayəsinin izahında, “Quran” mədəni-maarif mərkəzi, Qum (azacıq ixtisar dəyişikliklə)

[9] “İyyakə” məf’ulunun (tamamlıq), “nə’budu” və “nəstəin” fellərindən qabağa keçməsi həsrə dəlalət edir.

[10] “Həmd” surəsinin ilkin ayələrindən bəhs etdiyimiz ayəyə qədər diqqət yetirməklə.

[11] “İyyakə nəstəin”in mənasına diqqət yetirməklə.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Belə bir hədis nəql olunur ki, "Peyğəmbərimiz şeytanın başını kəsmişdir". Əgər belədirsə vəsvəsə məsələsi nə dərəcədə düzdür?
    8148 Qədim kəlam 2011/06/19
    Sualda qeyd edilən hədis bizim bəzi hədis kitablarımızda nəql olunmuşdur. Bu hədisin adı "yəvmu məlumdur" (məlum günü).İlkin surətdə buna belə açıqlama veririk ki, müqəddəs Qurani kərimdə İblis Allahın dərgahından qovularkən Allahdan müəyyən bir vaxtda kimi yaşamağı istəmiş və Allah Taalada ona bunu nəsib etmişdir. Yəni məlum bir ...
  • Sualın xülasəsi: İnsanın dünyadan köçmüş yaxın adamını yuxuda görməyi üçün hansı duanı və ya hansı əməli etməlidir?
    22420 Quran elmləri 2012/03/11
    “Misbah” adlı Kəfiminin kitabında dünyadan köçmüş insanları yuxuda görməyin qaydaları aşağıdakı kimi bəyan edilmişdir: “Bəzi (imamiyyə) əshabın kitablarında bir kəsin yuxuda peyğəmbərləri, imamları, ata, anasını yaxud da hər hansı bir şəxsi görmək üçün, dəstəmazlı halda şəms, leyl, qədr, kafirun, tovhid, fələq və nas surələrini oxumalı ...
  • İstehsan nədir? Və nə üçün Əhli- beyt fiqhində qəbul olunmur?
    6070 مبانی فقهی و اصولی 2012/10/13
    Bu Əhli- beyt məzhəbinə vurulmuş bir töhmətdir və deyirlər: Yalnız Əhli- beyt və şiə məzhəbidir ki, istehsanın əksinə və onun dəlil olduğunu qəbul etmirlər; çünki sünnü məzhəbində olan dörd firqənin rəhbərləri də bu əqidədə olmuş və bizimlə bir fikirdədirlər ki, istehsan (höccət) dəlil deyil və heç bir ...
  • Digərlərinə nahaq təkfir (küfrdə təqsirləndirmə) və lənətin təsiri və şərii hökmü nədir?
    5414 Əməli əxlaq 2012/02/15
    Bizim dini təlimlərdə, digərlərinə nahaq təkfir nisbəti və lənətləməkdən çəkindirməkdən əlavə, İslam dini heç kəsə belə bir icazəni verməyibdir. Din rəhbərlərimizdən də rəvayətlərimiz var ki, deyir: Əgər bir şəxs, lənətə layiq olmayan şəxsi lənətləsə, bu lənət, lənət edən insanın özünə qayıdır. ...
  • S.M.S yolu ilə verilən təlaq doğrudurmu?
    6378 Nizamlar hüquq və əhkam 2011/05/05
    Müqəddəs dinimiz təlaq verərkən qadın və kişi üçün bəzi şərtlər müəyyən edib ki, aşağıda bəyan olur: A). Kşinin şərtləri ki, boşayandır, məsələn bu şərtlərə malik olmalıdır: 1- Ağıllı olmalı (dəli olmamalı). 2- Həddi buluğa çatmalı (uşaq olmamalı). 3- Öz ixtiyarı və niyyəti ilə həyat yoldaşını boşamalı. ...
  • Sehrə baxmaq və onun barəsində kitab oxumaq haramdırmı?
    8238 Nizamlar hüquq və əhkam 2011/05/05
    İslamda sehr əməli, öyrənməsi, öyrətməsi və onu yerinə yetirməyə görə pul almaq qadağan və haramdır. Amma əgər onu başqasının sehrini batil rtmək üçün öyrənsə haram deyil. Deməli sehrbazların işinə baxmaq və onların etdiklərinə filmdə tamaşa etmək və sehr və cadigərlik barəsində kitab və jurnal oxumaq, əgər öyrənmək üçün olmasa, iradı ...
  • Səhih Buxari mötəbər kitabdırmı? Nə üçün səqəleyn hədisi orada yoxdur?
    8601 Hədis elmləri 2012/09/01
    Əlbəttə bu o demək deyil ki, əgər bir rəvayət səhih Buxaridə yoxdursa, deməli o hədis heç cür etimadlı deyildir. Belə ki, əhli- sünnətin özü də belə əqidəyə sahib deyildir. əgər belə olmasaydı bir çox fiqhi, kəlami vəs elmlərdə bu kitabın rəvayətlərindən savayı istəfadə edilməz və digər rəvayət ...
  • Өлүм нәдир вә өлүмүн вахтыны тәхирә салмаг олармы?
    6822 Qədim kəlam 2010/06/13
    Ислам фәлсәфәсиндә өлүм будур ки, инсанын нәфси бәдәнин идарәсини әлдән верир вә бәдәндән ајрылыр. Әлбәттә, бу нәзәријјә Гуран вә рәвајәтләрдән әлә ҝәлир вә дәлаләт едир ки, өлүмүн маһијјәти фәна вә јохлуг дејил. Ислами мәтнләрдә өлүм ...
  • Bir adam necə yuxu yozmaq qüdrətin ələ gətirə bilər?
    9349 Hədis elmləri 2012/01/11
    Röya ya yuxu görmək bir işdir ki, hamı üçün həyat boyu baş verir. Ama onun keyfiyyeti hələ alimlər üçün belə aydın olmamışdır. Qurani kərim Həzrəti Yusifdən yad edərkən buyururu ki, həm doğru yuxu gördü[1] və həmdə Allah yuxu yozmaq elmin ona öyrətdi.[2] Yusif zindanda ...
  • Мәләкләр мүҹәррәддиләр, ја мадди?
    6154 İslam fəlsəfəsi 2010/06/12
    Ола билсин ајә вә рәвајәтләрдә мәләкләрин сырф мүҹәррәд олмасы ајдын шәкилдә бәјан едилмәјиб. Амма, онларын һаггында әлдә олан мәлуматлар, о ҹүмләдән, онларын рәфтарлары вә вәсфләри мүҹәррәд олмаларына дәлилдир. Чүнки, ајә вә Мәсумларын (әләјһимуссалам) рәвајәтләриндә мәләкләр һаггында бизә чатан һәдис вә кәлмәләрин мәзмуну онларын ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162905 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155038 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117791 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109746 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98934 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91345 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53373 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45317 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43758 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42920 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...