Baxanların
4479
İnternetə qoyma tarixi: 2011/04/16
Sualın xülasəsi
Nə üçün qədr gecəsində bədənə zəfəran sürtmək qadağan edilmişdir?
Sual
Mərhum Əllamə Təba- təbainin təfsir- əl mizan kitabının Qədr və Duxan surələrinin təfsirində yazlmışdır "qədr gecəsində bədənə zəfəran sürtmək insanın Allah tərəfindən bağışlanmasına səbəb olur." Zəfəranın bədənə sürtməyin fəlsəfəsini və bunun günahla əlaqəsini açıqlayın.
Qısa cavab

1). Zəfəranın üç əsas xüsusiyyəti vardır: Yemək ədviyası, dərman və gözəllik kimi istifadə olunması.

2). Zəfəranı bədənə sürtmək haram deyildir. Amma bu hədisə əsasən qədr gecəsi bədənə çox zəfəran sürtmək mələklərin ona salam verməməsinə səbəb olur. bunun əsas səbəbi bu ola bilər ki, bədənə çox zəfəran sürtmək, onun iyinin çox gəlməsinə və bədənin gözəlləşməsinə bais olur. Qədr gecəsi də günahların bağışlanması və raz- niyaz günü olduğu üçün belə bəzənmə ilə uyğunlaşmır. Həmçinin insanı Allaha yaxınlaşmaqdan və onun zəhmətini qazanmaqdan məhrum iolur.

Ətreaflı cavab

Əllamə Təba- təbai təfsir Əl mizan kitabında, mərhum Ayətullah Təbərisinin məcməul bəyan[1] təfsirindən qədr gecəsinin bərəkəti barəsində ibni Abbasdan hədis nəql etmişdir. Hədisdə deyilir: "Allahın Rəsulu buyurdu: Qədr gecəsində "sidrətül muntəha"nın[2] mələkləri nazil olarlar. O cümlədən Cəbraildə onlarla birlikdə enər. Onun əlində bayraqlar vardır. Onlardan birini mənim qəbrimə, birini beytul- müqəddəsə, birini Məscidül- hərama və birini də Turi- sina dağının başına sancallar. O gecə Cəbrail (ə) bütün mömin və möminlərə salam verər. Amma o kəslər ki, şərab içsə, donuz əti yesə və bədəninə zəfəran sürtsə bu salam onlara şamil olmaz.[3]

Bu hədisi başa düşmək üçün aşağıdakı mətləblərə diqqət yetirmək lazımdır:

1)- Hədis bədənə zəfəran sürtmək qadağan edilməmişdir. Həmçinin günahların bağışlanmamasına da işarə olunmamışdır. Amma hər kəs bədəninə qədr gecəsi zəfəran sürtsə Allahın xüsusi rəhməti və bərəkəti olan Cəbrailin (ə) salamı ona şamil olmayacaqdır. Çünki, rəhmət bəxş edənlə onu qəbul edənin arasında uzlaşmaya ehtiyac vardır. Əgər İlahi tərəfdən rəhmət şamil olarsa və bəndənin o rəhməti qəbul etməyə şəraiti (ləyaqəti) olmazsa ilahi feyz baş tutmamış olur. bədənə zəfəran sürtmək də ilahi feyzin insana şamil olmamasına səbəb olur.

2)- Zəfəranın əsas üç xüsusiyyəti vardır: Yemək ədviyası, dərman və zinət yağı.[4]

Hədisdə qadağan olunan zəfərandan zinət yağı (gözəl iyi və rəngi vardır) kimi istifadə olunmasıdır. Yəni qədr gecəsində zəfərandan ədviya və ya dərman kimi istifadə etməyin heç bir eybi yoxdur. Çünki hədisdə zəfərandan yağ və ətir[5] kimi çox istifadə etmək[6] (belə ki, insanın bədənindən aşağı axsın)[7] qadağan olunmuşdur. (Cəbrailin (ə) salamı ona şamil olmayacaqdır).

3)- Məlum məsələdir ki, şəri cəhətdən zəfərandan istifadə etməyin heç bir eybi yoxdur. Bədənə zəfəran sürtməyin və ondan rəng və ətir kimi istifadə etməyin, həmçinin onun bəzi dərdlərə dərman olmasının faydaları qeyd edildi.[8] Həmçinin mərhum Əllamə Məclisi buyurmuşdur: "Bəzi rəvayətlərdə insanların ardıcıl olaraq xoş iydən istifadə etməsi qadağan olunmuşdur. Bəzi hədislərdə isə zəfəranın bədəndə gecə səhərə kimi qalması qadağan olunmuşdur. Əlbəttə bu ona görədir ki, onun rəngi bədəndə çox qalmasın.[9]

Amma hədisin axırındakı kəlamın (mələyin insana salam verməməsi) fəlsəfəsini bilmək üçün aşağıdakı ehtimallara diqqət yetirmək lazımdır:

1)- Mümkündür belə deyilsin ki: Mübarək qədr gecəsi və ramazan ayının axır on gecəsi Allahla raz- niyaz, ibadət və itaət gecəsi olduğu üçün bədənə zəfəran yağının çəkilməsi ilə bərabər bədənəzəfəran yağının çəkilməsi ilə bərabər bədənə zinət verilməsi üzlülükdür[10] Çünki bunun əvəzinə o gecə ibadət və itaətlə keçirməsi məsləhətdir. Bu səbəbdən mələyin salamı ona şamil olmaya bilər.

2)- İslam dinində təmizliyin, ətir vurmağın özünə məxsus yeri vardır.[11] Amma necə və nə zaman ətirin və zinət əşyalarından istifadə etmək lazımdır, bəzi məsləhətlər də verilmişdir. Məsələn islam Peyğəmbəri (s) buyurmuşdur: "Qadınların ətirlərinin iyi məxfi, kişilirinki isə zahir olmalıdır."[12]

"Kişilər hər gün bədənlərinə yağ sürtməsinlər. amma qadınların sürtməklərinin eybi yoxdur."[13]

"Kişilərə ələ və ayağa xına qoymaq bəyənilmir. Amma müalicə ünsürlü olsa eybi yoxdur."[14]

"Allahın Rəsulu ərli ərsiz qadınlara əllərinə xına qoymağı əmr etmişdir."[15] "Xına qadınların əllərinə, ayaqlarına və saqqallarına və başlarına sünnətdir."[16]

Bunu da demək olar ki, zəfəranla bədəni yağlamaq, rəngləmək və ətirləmək qadınlara aiddir. Əgər kişilər də belə etsə, bədənlərini zəfəranla yağlasalar qadınlara bənzəyərlər.[17] Bu səbəbdən də qədr gecəsində Allah- Taala kişiləri bu halda olmasını istəmir. Amma bu ehtimalı qəbul etmək o qədər də asan deyil. Çünki bədənə zəfəran sürtməyin yalnız qadınlara aid olduğu sübut olmamışdır.[18] Bundan əlavə kişilərin və qadınların bəzənib ətir vurmaları bədənlərinə zəfəran yağı sürtmələri müəyyən bir zamana və məntəqəyə aid olsa da bu qanun daimi deyil, əksinə dəyişəndir. Yəni hər bir şəraitin özünə aid qanunu vardır. Həmçinin bunu da qeyd edək ki, ibni Abbasdan qeyd olunmuş Peyğəmbərin (s) hədisi qadınlara da şamil olur.

3)- Mübarək qədr gecəsində və bundan başqa vaxtda zəfəran yağından kişilərin çox istifadə etməsi, onun rəngini kişilərin bədənlərində qalmasına səbəb olur. bu da kişilər üçün bəyənilən əməl deyildir.[19]

Bu səbəbdən də kişilərin qədr gecəsində məkruh iş tutmalarına Allah- Taala razı deyildir. Amma bununda kamil surətdə qəbulu çətindir. Çünki bu hədis qadınlara da aiddir.

Nəticə:

Bütün bu ehtimallarından belə nəticə alırıq ki, qədr gecəsində bədənə zəfəran sürtməklə Allahın rəhmət və bərəkətindən uzaq olmursan . Yəni bu o demək deyil ki, daha bəxşiş qapıları insanın üzünə bağlanır, əksinə, yalnız mələyin salamı insana şamil olmur. Hədisdə bu işin qadağan olunması, insanı o mübarək gecədə məkruh bir əməldən çəkinməsindən xəbər verir.[20]

 



[1] - Təfsiri əl- mizan, cild 3, səh 568, Məcməül- bəyan, cild 10, səh 520.

[2] - Bax: Nəcm surəsi, ayə 14- 16.

[3] - Hədis ərəb dilində:

«روی ابن عباس، عن النبی (ص) انه قال: اذا کان لیلة القدر تنزل الملائکة الذین هم سکان سدرة المنتهی و منهم جبرئیل، فینزل جبرائیل و معه الویة، ینصب لواء منها علی قبری ولواء علی بیت المقدس ولواء فی المسجد الحرام ولواء علی طور سینا و لایدع فیها مؤمنا و لا مؤمنة الا سلم علیه الا مدمن خمر و آکل لحم الخنزیر والتضمخ بالزعفران»

[4] - Rəvayətdə "hər kəs zəfəran yağından istifadə etsə bağışlanmayacaq" cümləsi gəlməmişdir. Bundan əlavə Allahın Rəsulundan (s) belə hədis nəql olunur ki: Allah- Taala qədr gecəsində bütün müsəlmanları bağışlayır. Amma kahini və sehirbazı bağışlamır. Bu hədis də zəfərandan istifadə edən kəslərin bağışlanması gəlməmişdir. Əl- kəşşaf, cild 4, səh 24.

[5] - Zəfər- əttəam; yəni zəfəranı yeməyə tökdü təzəğfur; yəni zəfəranla özünü xoş ətirli etdi, zəfərə; yəni zəfəranla rənglədi. əl muncid, ərəb- fars lüğəti. İmam Sadiq (ə) buyurmuşdur: Zəfərandan dərman kimi istifadə etməyin heç bir eybi yoxdur." Hilyətul- müttəqin 2- ci bab, 11- ci fəsl.

[6] - Təzəmox biəttəyyib: Yağ çəkmək, ətir çəkmək, təltax: yoluxdu, qarışdı, lətax bir rəngin ayrı bir rənglə qarışmasına deyərlər. Əl- muncid- ərəb fars lüğəti zəməxə (الضمخ) və lətəxə... (لطخ الجسد بالطیب حتى کأنه یقطر)

[7] - Baxın: Əl- eyn, cild 4, səh 82, Lisanil ərəb, cild 3, səh 37. (Əlbəttə bu kitabların qeydlərində yazılmışdır).

[8] - Hilyətül- müttəqin, 6- 4 bab, 4- cü fəsil, 11- ci fəsil.

[9] - Yenədə ora.

[10] - Bəziləri zəfəranın çox sürtülməsini şəhvətin oyanması və olması ilə əlaqələndirirlər. İmam Sadiq (ə) buyurmuşdur: "Xoş iy ürəyi gücləndirər və şəhvəti artırar." Hilyətül- müttəqin 6- cı bab, 2- ci fəsil.

[11] - Sürmə çəkmək, xına yaxmaq, rəngləmək, daramaq, xoş ətirdən istifadə etmək, diş fərçalamaq, güzgüyə baxmaq, dırnaq tutmağın özünə aid hədislərdə mövzuları vardır.

[12] - Hilyətul- müttəqin, bab 6, 2- ci fəsil.

[13] - Yenədə ora, 6- cı fəsil.

[14] - Yenə də ora, 2- ci bab, 11- ci fəsil.

[15] - Yenə də ora.

[16] - Yenə də ora.

[17] - İmam Sadiq (ə) zəmanənin axırı barəsində belə buyurmuşdur: "zəmanənin axırında kişilər qadınların əvəzinə özlərinə bəzək vurarlar" yenə də ora.

[18] - Məkasibe məhərrəmə kitabı, iktisab babı.

[19] - Hilyətül- müttəqin, 11- ci fəsil.

[20] - Nümunə təfsiri, cild 27, səh 186.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    104702 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    79789 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    57643 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    40085 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    30707 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    22196 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    22037 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    21832 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    20305 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    20050 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...